• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Günel Əliyeva:"Günahkar"

Günel Əliyeva:"Günahkar" Günel Əliyeva:"Günahkar" GÜNAHKAR

Ay mənim yazımı qış eyləyənim,
Bu kövrək qəlbimi daş eyləyənim,
Dərdimi gözümdə yaş eyləyənim,
Sənmi günahkarsan, mənmi günahkar?
Dumanmı günahkar, çənmi günahkar?

Ay mənim arzumu puç eyləyənim,
Dağ boyda sevgimi heç eyləyənim,
Hər gün bir ürəyə köç eyləyənim,
Vəfanmı günahkar, qəlbmi günahkar?
Sözlərmi günahkar, dilmi günahkar?

Ay qara saçımda dən eyləyənim,
Bir vuran ürəyi tən eyləyənim,
Şeirimin adını " sən" eyləyənim,
Qələmmi günahkar, ruhmu günahkar?
Duyğumu günahkar, hismi günahkar?

İnan, hər şeirimin sözündə sənsən,
Qırdığın ürəyin özündə sənsən,
Sındırma bəxtimi, güzgüdə sənsən.
Nə tale günahkar, nə bəxt günahkar,
Həm sən günahkarsan, həm mən günahkar...

MƏN XOŞBƏXT OLANDA SEVƏRSƏN MƏNİ

Gözümdə illərin cəfası yatır,
Qönçə ürəyimə tikanlar batır,
Taleyim də mənə yalanlar satır,
Mən xoşbəxt olanda sevərsən məni.

Bu həsrət uşaq tək başımı qatır,
Vüsal ümidimi ocağa atır,
Eşq yalan danışır, nifrət aldadır,
Mən xoşbəxt olanda sevərsən məni.

İndi pərişanam, sönüb arzular,
Qüssəyə- kədərə dönüb arzular,
Elə bil, içimdə ölüb arzular,
Mən xoşbəxt olanda sevərsən məni.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV