Ruslan Nadir: "Səndən Başqasını, Sevə Bilmirəm"



``Səndən Başqasını,Sevə Bilmirəm``

Bu nə sirrdir nə hikmətdir görəsən?
Lal daşa dönmüşəm ,niyə bilmirəm.
Əhdinə vəfalı olmasanda sən,
Mən sənə, vəfasız deyə bilmirəm.

Uyuram yalana mən bilə-bilə,
Yalanı sapa düz, sən gülə-gülə,
Yalanla qəlbimə dəy dönə- dönə
Mən sənin qəlbinə dəyə bilmirəm.

Sən özgə xəyallar peşində qoşan ,
Mən sənin eşqinlə yanan ,alışan ,
Səni sevdim deyə ,oldum pərişan,
Ağlağan olmuşam,gülə bilmirəm .

Günahmı etmişəm səni sevərək?
Nə fərman dinləmir ,nə söz bu ürək,
Dəvasız xəstəlik bu olsa gərək ,
Səndən başqasını,Sevə Bilmirəm .

Ruslan Nadir
08.08.2013скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi