Ruslan Nadir:Günah




Mən gecələr, kədər əkib,qəm əkib,
Gündüzləri gülüş biçən adamam.
Nazlı yarın ayağına məst çəkib,
Dodağında şərab içən adamam.

Təpədən dırnağa günaham,günah,
Mən haqdan ,günaha keçən adamam.
Günahlar içində yolunu azan,
Qaranlıq yolları seçən adamam.

Günah bulaqların suyundan içib,
Sevgisi uğruna canından keçib,
Günahlar içindən bir günah seçib,
Ürəkdən-ürəyə köçən adamam.

R.Nadir
22.07.2016скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi