ƏSAS SƏHİFƏ Yazarlar / Ədəbiyyat Günay Nəriman: Axtarır

Günay Nəriman: Axtarır

AXTARIR

Dənizə atılan daşa dönmüşəm,
Bir ömür axtarsan tapa bilməzsən.
Tapsan da sən məni neynəyəcəksən?
Mən özüm-özümü tapa bilmirəm.
Dilim qıfıl vurub lal hisslərimə
Bir “açar” sözünü tapa bilmirəm.
Tapsan da sən məni neynəyəcəksən?
Dili lal, 
Gözü kor,
Ağılı dəm-dəm.
Söylə beləsini neynəyəcəksən?
Dərddən manqurtlaşıb,
Xəyalı hərdəm.
Elə hey itirir,
Axtarır hərdən.
O nəyi axtarır, niyə axtarır?
O kimi axtarır, nədən axtarır?
Əbədi dünyaya gedən axtarır
Bir tabut salamı göndərmək üçün.
Söylə beləsini neynəyəcəksən?
Yerin göbəyini tapıb kəsəcək,
Vaxtsız anasından ayırmaq üçün.
Qarınqulu olub ürək yeyəcək,
Ürəyinin dərdi azdı deyəsən
Dərdinin qarnını doyurmaq üçün.
O ki dərdlərinin yurd anasıdı,
İstəməz balası acından ölə.
Axtarır, axtarır,
O dərd axtarır,
Dərdinin qarnını doyurmaq üçün.
Söylə beləsini neynəyəcəksən?
O ki sevincini yellərə verib.
Bəzəkli-düzəkli dərdi axtarır,
Dərdinin gözünü doyurmaq üçün.скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu