Bizi izləməyi unutmayın

#Yazarlar / #Ədəbiyyat

BİR KİTABLIQ SÖZ…

30-06-2017, 21:00 | 5002 dəfə baxılıb.

Bu yaxınırda bir köçkün qohumumgilə getmişdim.Ömrünün bu ahıl vaxtlarında,taleyinə, bəxtinə qaçqınlıq didərginlikpayı düşən doxsan yaşlı Sayalı nənə ilk baxışda gözümə çox narahat göründü.

Nə qədər narahatçılığını gizləməyə çalışsa da bacarmırdı.Başa düşürdüm ki,təklənmək istəyir.
Əvvəl elə bildim ki,gəlinindən ya oğlundan bir gileyi var.Eh nə bilmək olur.Dərddi adam elədi ki,heç ağlına belə gəlməz bir xırda işdənmi deyim, hərəkətdənmi,ehtiyatsız eyhamnanmı tez inciyə bilir,ürəyinə sala bilir.

Nə isə…

Məqam düşən kimi qapıya baxa-baxa qırıq-qırıq sözə başladı:

-Bir söz qoşmuşam,atamanam,-dedi.Söz ağzından çıxan kimi də utandı,allandı,xəzəl kimi titrədi.

-Çoxdandı səni gözləyirdim.

Mənə elə gəldi ki,dərdli və qədim bir bayatı söyləmək istəyir Sayalı Allahverdi qızı.Tez qələm-kağız çıxardım.Nəsə deməyə çətinlik çəkirdi.Təkid elədim.

-Uşaqlar bilməsin,- dedi,-güləcəklər.

Heç bir sözünə,hərfinə belə toxunmadan həmin oxşamanı,bəlkə də elə şeiri demək daha yerinə düşər,oxucuya təqdim edirəm.

Onu da deyim ki,Sayalı nənə ömründə heç vaxt bir xətt də olsa söz qoşmayıb.Kim bilir?

Ancaq böyük dərd onun ürəyində qövr edə-edə beləcə cücərib,sözə çevrilib,torpaq,yurd həsrəti, qaçqınlıq ağrı-acısı ilə.

Axar-axar çayımız,
işləməyən bulağımız,
dərilməyən çiçəyimiz,
otlamayan naxırımız,
calxalanmayan nəhrəmiz,
basılmayan qarınımız
qurumayan qurudumuz.
Çaşdıq öz yolumuzu,
çaşırdıq ağlımızı.
Dağdan endi sürümüz,
əmişmədi quzumuz,
mələr qaldı qoyunumuz.
Başı boranlı dağlar
dibi dumanlı dağlar
göynəyər itiyimiz
pişiyimiz,itimiz.
Gülümüz, çiçəyimiz
yanıb,sarala qaldı.
Örüş, biçənəyimiz
Allah,marala qaldı,
Maral da yaralı qaldı.
Mən nə deyim,a dağlar,
səndən qarmı istəyirəm?
Par-par buynuzlu
şüşə məməli mallarımı istəyirəm.

Dastanlarda deyildiyi tək söz tamama yetən kimi hər ikimizin yanaqlarınnan yaş diyrlənirdi.

Axirət dünyasının abi-havasını duyduğu bir məqamda,bəlkə də yır-yığış üçün hazırlaşdığı bir vaxtda,neçə-neçə əzizi uyuduğu bir torpaqda,bir qəbirstanlıqda özünə,öz ürəyində qəbir yerini belə müəyyənləşdirdiyi bir zamanda dünya ilə onun ədalətsizliyi ilə üz-üzə göz-gözə qalan Sayalı nənə də bir kitaba sığmayan bir kitablıq sözü beləcə dedi bir nəfəsə.

Artıq son vaxtlar dönə-dönə dərk eləmişdim ki, doğrudan da bu dünyanın qeylü-qalı varıymış.

Bir də bu dədə Ələsgərin misralara hopan öz ruhudu,indi mənim beynimdə fırlanan.

Ulu yurd-böyük dərd bundan sonra mənim yüz illik gedəcəyim yolsan.

Səni nə yazmaq mümkündü,nə söyləmək,heç bir kitaba da sığışan deyilsən.İndi heç bilmirəm sənnən kitabmı yazacam,yoxsa söz-söz əriyəcəyəmmı?

İndi neyləyim ki,qabağa naşı keçib ibrət dərsləri də verməyə çalışır.

İndi neyləyək: bəzi başı çıxmayanlar çiyinlərini də qabağa verir.İndi sənə uzaqdan baxa-baxa fikirləşirəm.Nəhəng dağlar uzaqdan daha nəhəng,daha vahiməli,daha əzəmətli görünür.

Dünyada böyük adında nə varsa hamısı da beləcə. Uzaqdan nəhəng görünür.Böyük Yurdlar da,Böyük dərdlər də.İndi olub keçənlərə xeyli uzaqdan baxa-baxa çox şeyləri,çox məqamları,çox pərdəli müəmmaları çox siyasətləri daha aydınlığı ilə görməyə başlayıram.

Oturub xırd eləmək üçün,daha doğrusu yazmaq üçün məqam gözləməli oluram.Ömürdən, ilhamdan,vaxtdan,kəmfürsətlərdən.Məqam da ki,beləcə başı bəlalıdı.

Tahir Talıblı
Əməkdar jurnalist
“Yeni fikir”
1989
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Elza yenə aləmi qatdı bir birinə..Qadın nə istəyir?şeiri ilə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Oğurlanan pulların taleyi necə olacaq?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Bütün əməklərim biyara çıxdı...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının