Bizi izləməyi unutmayın

#Yazarlar

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

17-11-2017, 14:30 | 3322 dəfə baxılıb.

İnsanlar, onların düşüncələri, bilik və bacarıq qabiliyyətləti, həyat tərzi, seçim etdiyi peşələr müxtəlif olur. Lakin hamını birləşdirən ümumi dəyərlər, ümumi bir anlayış vardır. Vətən, Xalq vətənpərvərlik anlayışları.Vəzifəsindən asılı olmayaraq hər birimiz Vətənimizə xidmət etməliyik. Vətənə xidmətin sərhəddi olmaz.

Həkim insan həyatını xilas etdikcə vətəninə xidmət etmiş olur, idmançı qazandığı hər bir qələbə ilə vətəninə xidmət edir, müəllim elm öyrətdiyi şagirdlərin zəkasını və dünyagörüşünü artırdıqca, şagirdlərə həyati bacarıqlar aşıladıqca vətəninə xidmət etmiş olur. Vətəninin, xalqının sağlam, düşüncəli, bacarıqlı gələcəyinə zəmanət vermiş olur. Bütün peşələr gərəklidir. Lakin müəlllimlik daha məhsuldar, daha vacib bir peşədir.

Bütün cahan müəllim adının qarşısında baş əyir. Həyat boyu sınanmış həqiqətdir ki, müəllim sözünə, müəllim öyüd nəsihətinə qulaq asmayan heç bir kəs lazım olan məqsədinə nail olmamışdır. İnsanın layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri vardır.

Müəllim - bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir... Hər birimizin həyatında danılmaz müəllim əməyi var.

Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Həmin insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz bu əməyinin yetirmələridir.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı.

Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.
Əgər bir müəllim öz peşəsinə məsuliyyətsiz yanaşarsa bir cəmiyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyar.

Şagirdlərimizi savadlı, sərbəst düşüncəli və öz mövqeyi olan şəxsiyyətlər kimi yetişdirməliyik. Sənətindən asılı olmayaraq hamımız tutduğumuz vəzifəni ilk olaraq sevməliyik ki, sənətimizin peşəkarı olaq. Peşəkarlıq, özünə inamın olması, ədalətlilik prinsipləri və bir də başlıcası Vətənini ürəkdən sevmək yaxşı müəllim olmağın sirlərindəndir.

İstedadlı və zəhmətkeş insanlar barəsində söz açmaq, yazı yazmaq olduqca maraqlı və məsuliyyətli işdir. Maraqlıdır ona görə ki, haqqında bəhs etdiyin insan zəngin mənəvi keyfiyyətlərə malikdir və sən bu keyfiyyətləri vurğulamaqdan qürur duyursan.

Məsuliyyətlidir ona görə ki, söz açacağın insan barəsində dəqiq və ətraflı məlumatlara malik olmalısan, həmçinin də cəmiyyətə ötürəcəyin informasiyalar yetərincə əhatəli olmalıdır. Nə xoş ki, haqqında ürəklə danışa biləcəyimiz, əməyini işıqlandırmaqdan yorulmayacağımız əsil müəllimlər vardır.

Əsl müəllimlər əsasən yaradıcı olurlar. Çətin və şərəfli peşəsində böyük sevgi və xüsusi diqqətlə yanaşan, yaradıcı, əsil zəhmətkeş müəllimlərimizdən biri də Ziba Məmmədovadır.

Məmmədova Ziba Əziz qızı 17 noyabr 1957-ci ildə Tovuz Rayonunun Aşağı Quşçu kəndində, ziyalı ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində Kimya Biologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən etibarən Ağsu rayon Kəndoba kənd orta məktəbinə təyinat alaraq müəllim işləməyə başlayıb.

Həmin ildən etibarən Kəndoba kənd Tam orta məktəbində Kimya-Biologiya müəlliməsi, müxtəlif illərdə isə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Sözügedən kollektivdə olduqca dolğun, səmərəli pedaqoji fəaliyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə kolleqalarının və tələbələrin dərin hörmət və etimadını qazanmağa nail olub.

32 illik pedaqoji fəaliyyyəti dövründə hər zaman rayonun qabaqcıl müəllimi kimi sayılıb-seçilib, rayonumuzun təhsil sahəsində əvəzsiz xidmətlər göstərmişdir.

Dərs dediyi şagirdlərin hər biri Ziba müəllimi öz anası, sevimli müəlliməsi və həyatda örnək götürə biləcəyi bir nümunə kimi xarakterizə edir. Xüsusi ustalıqla nümayiş etdirdiyi açıq dərslər məktəb kollektivinin və şagirdlərin diqqətini öz üzərinə, çəkərək uzunmüddətli müzakirələrə səbəb olur.

Ümumilikdə konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etməyi bacarır.

O, peşəkar pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə, xüsusi yaradıcılığa malikdir.Ucqar kənd məktəbində işləməsinə baxmayaraq Ziba müəllimə ixtisası ilə əlaqədar biologiya gecələri və Vətənpərvərlik mövzusunda da bütün tədbirləri yüksək səviyyətə qeyd edib, vaxtaşırı olaraq mətbuatda işıqlandırmışdır.

Çalışdığı məktəbdə hə il Milli Qəhrəmanlarımız barəsində irimiqyaslı tədbir keçirir, məktəblilərə və tədbirə gəlmiş qonaqlara Azərbaycan və Azərbaycançılıq məfkurəsindən geniş söz açır.

Ziba müəllimənin bu fəallığı və əzmkarlığı, maraqlı və məntiqli ideyalara malik olması dövlətimizin də diqqətindən yayınmadı. 2017-ci idə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə l qrant müsabiqəsində “Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsi ilə qalib gəldi.

Ziba müəllimənin layihə üçün müraciət etdiyi mövzu olduqca vacib, prioritet məsələlərdən biridir. O, bir cəmiyyətin gələcək bəlalardan xilas olması üçün bu gün məsuliyyətsiz yanaşılan problemlə mübarizə aparır və bu mübarizəni Ağsu rayonunun bütün ümumtəhsil məktəblərində aparır.

Bu da o deməkdir ki, Ziba müəllimənin layihə çərçivəsində apardığı mübarizə rayonumuzun bütün məktəblərini və məktəbliləlrini əhatə edir, o böyük bir cəmiyyətin gələcək sağlamlığına zəmin yaradır.

Hal-hazırda Ziba müəllimə rayonumuzun 20-dən artıq qabaqcıl müəllimini bir araya toplayaraq onlarla bir yerdə Bəşəri bəla olan erkən evliliyin bioloji fəsadları mövzusunda mübarizə aparır, maarifləndirici tədbirlər həyata keçirirlər.

Ziba müəllimə sıradan bir müəllim deyil. O mübariz, cəsarətli, uzaqgörən, yüksək əxlaqi keyfiyyətlərə malik ziyalıdır.

Onun mətbuatda elmi-metodiki yazılarla, həmçinin də vətənpərvər mövzuda çıxışları olur. Müəllim işlədiyi ilk vaxtlardan etibarən təhsilinə, zəkasına, dünyagörüşünə güvənərək atdığı hər bir addımında inamla irəliləyib.

Elə bu inamın nəticəsidir ki, çalışdığı ilk illərdən bu günə qədər Rayon Təhsil Şöbəsinin və Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir neçə dəfə fəxri fərman və diplomları ilə təltif edilib, rayonun qabaqcıl müəllimi kimi iki dəfə fəxri-fərmanla təltif edilib. 2012-ci ildə Ağsu Rayon İcra Hakimiyyəti və 2015-ci ildə Ağsu rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Şagirdləri ilə qurduğu səmimi ünsiyyət və məhsuldar təlim prosesi Ziba müəllimənin işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verir. O peşəkarcasına müəllim-şagird və məktəb Valideyn münasibətlərinin tənzimlənməsində uğur əldə etməyi bacaran müəllimlərimizdəndir. Şagirdin şəxsiyyətinə hörmət edən müəllimə şagirdin inamı artır.

Ziba müəllimə bu inamı və sayğını qazandığı üçün bu 32 illik pedaqoji fəaliyyətində dərs dediyi hər bir şagirdinin sevimli müəllimi olmuş və bu gün də keçmiş məzunların onun barəsində ağız dolusu danışmasına səbəb olmuşdur. O, dövrümüzün tələblərinə uyğun olaraq tədris prosesində müasir təlim metodlarından geniş istifadə edir.

Noyabr ayının 17-də Ziba müəllimin doğum günüdür. Biz də müəlliməni bu münasibət ilə səmimi qəlbdən təbrik edir, ona uzun və sağlam ömür yolu, həyatda möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları, işlərində bol-bol şanslar diləyirik.

Arxada qoyduğunuz şərəfli və qürurverici 60 il hələ bundan sonra neçə-neçə gənc müəllimlərin örnək götürəcəyi bir nümunədir. Doğum gününüz mübarək, Ziba müəllim! Üzərinizə vəzifə olaraq götürdüyünüz və xüsusi peşəkarlıqla icra etdiyiniz müqəddəs müəllimlik yolunda, çətin və şərəfli peşənizdə nailiyyətlər qazanmağınızı arzu edirik. Hər zaman üzünüz gülsün!

Mətləb Nuriyev,
Ağsu Rayon Təhsil Şöbəsinin Metodisti

Analoq.az





















скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət / #Dünya

Polşada Azərbaycana xidmət etmiş polyakların 20-dək xatirə lövhəsi qurulub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ədəbiyyat

Habil Yaşar yazır-"Pələng dərisi geymiş pişik"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

HƏYATDA QALAN İZLƏR..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının