• 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 
  • 08:30 – Qaraciyərin təmizlənməsi üsulları 
  • 22:30 – Qafqaz Masonluğu-Qafqaz Masonluğunun yeni mərhələsi 
  • 19:30 – Kəmaləddin Heydərovun səhhətində problem yaranıb 

Kasib Əli yaxşı həkim oldu

  • Tarix: 28.03.2018, 16:03,
  • Bölmə: Yazarlar
  • Baxılıb: 5124
Kasib Əli yaxşı həkim oldu Kasib Əli yaxşı həkim oldu Kənddə, orta məktəbdə oxuyurdum, atam kasıb, anam isə xəstə idi. Amma atam məni məktəbdən uzaqlaşdırmırdı, deyirdi:- oğul, oxu, mənim kimi olma, özünə iş qur. Anam isə deyirdi: -oğul, oxu, butun xəstə analara şəfa ver, mənim kimi olmasınlar.Bu söz məni yaman tutdu. Özüm-özümə qərar verdim ki, nə olursa olsun həkim olacam. İllər, aylar keçdi, oxudum. Məktəbə geyinməyə paltarım və ayaqqabım yox idi. Mənə dostlarım lağ edir, gülürdülər. Mən utana-utana evimizə gəlib anamı görürdüm, tez gülürdüm ki, anam hiss etməsin, yoxsa anam pis olardı. Dostlarım hər fəsil bir geyim geyinərdi, amma mənim bir geyimim vardı. Ayaqqabım cırıq, şalvarım köhnə olardı. Soyuq yanvar ayı idi, gözəl qar yağırdı, mənim ayaqabım köhnə olduğu üçün su keçirirdi. Mən üşüyə-üşüyə evimizə tərəf qaçırdım, bir dayı mənə doğru gəlirdi. Soruşdu:- oğul, niyə ağlayırsan? - heç dayı, üşüyürəm. Dayı gülərək dedi:- kişi də ağlayar heç? Mənə yaxınlaşıb əlimdən tutanda gördü ki, əlim buz kimidir, rəngim ağarıb. Təlaş içində mənə dedi: -Sən bu gecə çöldə qalmısan, sənin valideynin niyə səni belə bayıra buraxıb bu halda? Əynində yaz geyimidir, yoxsa evdən qaçmısan? - yox dayı, anam xəstədir, atam isə kasıbdır. Pulumuzu anamın dərmanına yığırıq, ona görə paltar almıram. Dayı mənim əlimdən tutub gətirdi evlərinə, mənə gözəl ayaqqabı, təzə şalvar və kurtqa aldı. Sevindim. -Dayı, axı mən bunları götürə bilmərəm. Niyə oğul? Anamın dərman pulunu düzəltməmişik, anamın yanına gedəndə utanacam, onun üçün. -Oğul səbr elə, yox dayı, sağ ol, məni üzrlü sayın, getməliyəm anam nigaran qalar və sizi də xərcə salmayım, bu əziz bayram ərəfəsi. Dayı güldü və sonra gözləri yaşla doldu. -Oğul, iki gündən sonra “8 mart”dı, sevgilinə nə hədiyyəsi alacaqsan bəs? -Dayı, mənim iki sevdiyim var, birinci Allah, ikinci anamdır. Anama pul yığıb dərman alacam. Dayı bu söhbətin mənəvi ağırlığına dözə bilmədi, ağladı. Anamın dərmanlarını da aldı. Mən sevindiyimdən həm gülüb, həm ağlıyıb, dayının əlidən opüb: -Allah səndən razı olsun dayı, sən mənə çox yaxşılıq etdin, Allah sənin ruzu bərəkətini versin, Allah hər zaman pulunu bol eləsin” – deyib, sağollaşdım. Və evimizə qaçdım. Qapıya çatana yaxın gülə-gülə, “ana, ana” deyərək, qışqıra-qışqıra gəldim, evə çatanda anamın bu dünyadan köçdüyünü gördüm. Əlim üzümdə qaldı, dizim tutuldu, səsim batdı. Oturub başımı anamın sinəsinə qoyub, için-için ağladım. Ana, məni qoyub niyə getdin? Axı niyə, mən sənsiz nə edəcəm? Mən həkim olub səni sağaldacaqdım, amma arzum ürəyimdə qaldı. Məni anamın üzərindən güclə qopardıb, anamı götürdülər. Dərman əlimdə ağlaya-ağlaya qapıya tərəf gəlirdim, gördüm ki, həmin dayı gəlir. Qaçıb, dayıya sığınıb, ağladım. -Dayı anam öldü, mən həkim olub anamı sağaldacaqdım, amma qismət olmadı. Niyə axı, niyə? Həmin dayı mənim başımı sığallıya-sığallıya dedi: -Oğul səni oxudacam ki, başqa analar sənin anan kimi olmasın. Sən onlara yardımçı olasan. Anamı dəfn etdik. Yay oldu. ATU-nin ürək cərrahı peşəsinə sahib olmağım üçün mən sənədlərimi verib, tələbə adını qazandım. İllər öncə çəkdiyim əziyyətin bəhrəsi olaraq Tibb Universitetinin tələbəsi oldum. Universiteti müvəffəqiyyətlə bitirdim, tanımış bir xəstəxanada işə başladım. Gündə bir geyim geyinən sinif yoldaşımı gördüm qapının ağzında, mənim yanıma növbə gözləyirdi. Mən:- Arazı birinci qəbula yazın - dedim və Araz gəlib mənə: - həkim çox təşəkkür edirəm ki, məni birinci qəbul etdiniz- dedi. - Amma maraqlıdır ki, məni niyə birinci qəbul etdiniz? -Nə bilim qismət belə imiş, buyurun. Araz dedi:- anamı gətirmişəm, ürəyi möhkəm ağrıyır, həkim, sizi məsləhət gördülər, onun üçün də sizin yanınıza gətirdim. Bu sözü eşidəndə uşaqlıq ilərim və köhnə ayaqqabım, cırıq şalvar geyinib məktəbə getdiyim o günlər videolent kimi xəyalımdan keçdi. Gözlərim doldu. -Həkim, niyə ağlayırsınız? Sizə nə dedim ki? -Araz, məni tanıyırsan, mən kiməm? Yox vallah, adınızı dedilər, mən də gəlmişəm yanınıza və anamı siz sağaldarsınız deyə kömək umuram. Həkim, qurban olum, anama kömək edin, sağalsın xahiş edirəm, nə qədər pul desəniz verəcəm, yalnız anam sağalsın. -Araz orta məktəb yadına düşür, bir oğlan vardı, kasıb, köhnə ayaqqabı, cırıq şalvar geyinirdi, onun da anası xəstə idi, onun sənin kimi pulu olmurdu, köhnə geyimlə məktəbə gəlib-gedirdi ki, pulunu toplayıb anasına dərman alsın, o oğlanı görmürsən? -Yox vallah həkim, mən görmürəm məktəbdə oxuyanda anası rəhmətə getdi, sonra o, Bakıya gəldi. Dedilər ki, inistituta qəbul olub. Vallah işlə əlaqədər heç maraqlanmadım ki, haralardadır. Niyə soruşdunuz ki, həkim, siz onu hardan tanıyırsınız? Həkim, bura da gəlmişdi, siz Allah sizə də danışıb özü haqqında? -Yox, danışmayıb, Araz, həmin kasıb və lağ etdiyiniz oğlan mənəm. - Ola bilməz, sən həmin Əlisən? -Bəli, mən həmin kasıb Əliyəm, siz lağ etdiyiniz Əli. Əli, qurban olum, bağışla məni, səhv etmişəm, bundan sonra səhvimi düzəldərəm. -Araz, mən sənə görə yox, sadəcə anama söz vermişdim ki, sənin kimi xəstə anaları sağaldacam, onun üçün anana nə lazımdır edəcəm.

Nicat Abbasскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV