• 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 
  • 08:30 – Qaraciyərin təmizlənməsi üsulları 
  • 22:30 – Qafqaz Masonluğu-Qafqaz Masonluğunun yeni mərhələsi 
  • 19:30 – Kəmaləddin Heydərovun səhhətində problem yaranıb 

YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR VƏ YA Akademik Milli Dram Teatrının “repressiv islahatlar”ı...

  • Tarix: 03.04.2018, 22:30,
  • Bölmə: Yazarlar
  • Baxılıb: 53 460
YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR VƏ YA Akademik Milli Dram Teatrının “repressiv islahatlar”ı... YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR VƏ YA Akademik Milli Dram Teatrının “repressiv islahatlar”ı...
Soruşa bilərsiniz ki, hansı atlardan söhbət gedir?
Bəlkə “EZOP” dilindən öz dilimizə keçək?...Təhsil, incəsənət cəmiyyətin özülüdür kimi fikir ətrafında müzakirələr aparılmır: və təbiidir ki, maarif ocağının rəhbəri (əlbəttə, əgər o,təhsilə və xalqa, dövlətə,ən azı öz şərəf və ləyaqətinə sədaqətlə xidmət edirsə) savadlı mütəxəssisləri , həmçinin “milli Makarenko”ları nəyin bahasına olursa olsun, rəhbəri olduğu müəssisəyə cəlb edir.

Həmçinin, xalqını sevən və incəsənətə təmənnasız və şəxsi ambisiyalarsız xidmət edən teatr rəhbəri də, istedadlı aktyorları başçılıq etdiyi teatra cəlb etməyə çalışmalıdır:necə ki, vaxtilə bu sənət ocağının rəhbəri,professor İsrafil İsrafilov respublikanın müxtəlif teatrlarından istedadı ilə seçilən aktyorları,(əməkdar artistlər:Ayşad Məmmədov,Elşən Rüstəmov,aktyorlar Ramin Şıxəliyev,Hikmət Rəhimov və s.),həmçinin,artıq əməkdar artist fəxri adını daşıyan İlham Hüseynovu teatra dəvət etmişdi:özü də Gəncə Dövlət Dram Teatrının Akademik Milli Dram teatrında keçirilən qastrol tamaşalarından sonra.

O zaman İ.Hüseynovun oynadığı Podkolyosin obrazı,(“Evlənmə”N.V.Qoqol.)onun diqqətini cəlb etmişdi.Eyni hərəkəti bu gün Musiqili Teatra ləyaqətlə rəhbərlik edən Əliqismət Lalayev etmiş,İ.Hüseynovu orada tamaşaya qoyulan “Mənim günahım” əsərində(İ.Əfəndiyev, rejissor İ.Gözəlova) əsas rollardan birinə- Sahib rolunu ifa etməyə dəvət etmişdi.

Bu gün Akademik Milli Teatrda baş verənlər onsuz da qarşısı boş olan kassaların daha uzaqdan və daha aydın görünməsinə səbəb olur.

Bəs güllələnən kimlərdir?

Bir neçə onilliklər öncə çəkilmiş eyni adlı Amerika filmi niyə yada düşdü?

ATV kanalının dəstəyi ilə 50 illik yubileyi qeyd edilən və kanalın vəsaiti hesabına cərrahiyyə əməliyyatı keçirən əməkdar artist İ.Hüseynov ikinci anoloji əməliyyata hazırlaşmaqla tamaşalarda oynayarkən “yararsız”lığını ağrıkəsici hesabına aradan qaldırır və səhnədə əsil sənət fədaisi kimi “dünyanı unudurdu”;özünü də,səhnəni də, 1 il əvvəl direktorun ona təzyiqlə yazdırdığı ərizəni də, kirayədə qaldığı evi də....hər şeyi...

Görəsən rəhbərlik etdiyi teatrın adında “Dövlət” sözünü “iqnor” edən “Azər Paşa müəllimin teatrında” əlillik dərəcəsi olan başqa aktyorlar da repressiyaya məruz qalırmı?

Bəlkə Hüseynov istedadsızdır .(Bu absurd fikri “bəlkə” ilə işlətmək də insana xəcalət hissi gətirir və ölkə prezidentinin imzası ilə ona verilən fəxri ad qarşında məsuliyyət daşımalı olursan).

Müxtəlif saytlarda baxış sayına görə reytinqləri qıran məqalələrin birindən əldə etdiyim məlumata görə Moskvanın “Lenkom” teatrının aktyoru Karaçintsev 12 il əvvəl maşın qəzası nəticəsində ömürlük əlil arabasında qalsa da bu müddət ərzində teatrdan əmək haqqı alır və yalnız teatr mövsümünün açılışında oraya gəlir.

Bu gün Azdramaya rəhbərlik etməklə yanaşı, həm də Teatr Xadimləri İttifaqının sədri olan direktor bir aktyora dövlət dəstəyi göstərməyi lazım bilmədi.Onun bu müddət ərzində tabeçiliyində olan populyar aktyorun səhhəti ilə maraqlanmadığını deməyə isə ehtiyac yoxdur.

A.Nemətovun səbəbsiz yerə BİRTƏRƏFLİ şəkildə intriqa apardığı İ.Hüseynov bəzi aktyorlardan fərqli olaraq heç zaman heç bir roldan imtina etməmiş,xəstə olanda belə səhnəyə çıxıb rolunu ifa etmişdir və ən əsası:o,şükürlər olsun ki,əlil arabasında deyildir!(Bundansa heç birimiz sığortalanmamışıq!).

İnsanlıq və hümanizm prinsipləri bir tərəfə, rəhbər SƏBƏBSİZ olaraq işdən azad etdiyi aktyorla bağlı görəsən öz vicdanı qarşısında nə cavab verir? Axı vicdan məhkəməsində nə müstəntiq olur, nə şahidlər, nə zərərçəkən, nə də zərərçəkənin qohumları:və burada sadaladığın bəhanələrin və “əsaslı” arqumentlərin tək bircə dinləyicisi olur: aldada bilmədiyin ÖZÜN...

A.Nemətov bu sənət ocağına gələndən sonra repertuarda olan bir çox tamaşaları “arxiv”ə göndərdi.

Təbiətən sakit və teatrda aktyorların dediyinə görə heç zaman heç kəslə kiçicik mübahisəsi belə olmayan İ.Hüseynovun cəmi 5-6 dəfə üzünü gördüyü direktorla da ədavəti olmayıb.

“İ.Hüseynov heç bir tamaşada məşğul deyil” damğasının da əsası yoxdur:1.11.2012-ci ildən Azdramada çalışan İ.Hüseynov 5 ilin ilk 3 ilində 6 tamaşada müxtəlif obrazlar canlandırmış,(“Qoca kloun tələb olunur”(Matey Vişnek,tərcümə edəni Dilsuz Mustafayev)tamaşasında konferansye,“Nadir şah”da(Yunis Oğuz,rejissor Gümrah Önər) eyni zamanda oynadığı 4 rol, “Kölgə” (Kvarts, rejissor Nicat Kazımov), tamaşasındakı həkim,”Sənətkarın taleyi”ndəki (Elçin,rejissor İranə Tağızadə)qraf Viktor və s. obrazlar) Nemətovun direktor olduğu müddətdə isə o, səbəbsiz olaraq “qara siyahı”ya salınır.


Yuxarıda adı çəkilən səhnə əsərləri repertuardan çıxarıldığı üçün orada oynadığı obrazlarla vidalaşmış aktyor , hansı səbəblərdənsə repertuardan çıxarılması mümkün olmayan,aktuallığını demək olar ki, itirməkdə olan, “Nazirin xanımı”(Nuşiç,rejissor M.Fərzəlibəyov) əsərindəki köməkçi obrazında xəstəlik müddətində-yəni bülletendə olduğu zaman(30.11.2017) səhnəyə çıxıb rolunu oynadı.Razılaşın ki, belə “intizamsızlıq” hər aktyora xas xüsusiyyət deyildir.

2017-ci ilin mart ayında “güzəşt” edən “humanist” direktorun “Onda ərizəni avqustdan yazsın” sözlərindən sonra mübarizə aparmağı sadəcə bacarmayan aktyor ərizə yazdı və o aylarda cərrahiyyə əməliyyatı olunduğu üçün ərizə “işə düşmədi”.

Zamansa yaxınlaşmaqda idi. “Günahı”ını öyrənmək istəyən aktyor dəfələrlə direktorun qəbuluna getsə də, saatlarla öz qrim otağında gözləyəndən sonra direktordan “mənfi” cavab gəlmişdi.Teatrda(eləcə də kinoda) bu günə kimi hər hansı bir roldan imtina etməyən və ya müxtəlif səbəblərdən rejissoru “yarı yolda qoyub”,onu yeni aktyor axtarışlarına düçar etməyən İ.Hüseynov gərginlik içərisində sabaha ümidlə sənəti ilə məşğul olmaqda idi.

Səbəbsizlik anlayışı absurd fikir kimi səslənsə də,bu həqiqətdir.Amma direktoru da “başa düşmək olar”: “xəbər daşıyıcıları”nın dilindən eşitdiyi(bəlkə də eşitmədiyi)yanlış informasiyalara görə keçirdiyi “repressiv islahat”ları əsaslandırıb özünü rüsvay edə bilməzdi. Bu repressiyanın hədəfləri Fuad Poladov kimi xalq,İlham Hüseynov kimi əməkdar və ,Murad İsmayıl kimi səhnədə ilk addımlarından istedadı bəlli olan həyalı aktyorlar idi.

Hər hansı bir yalanı və yanlışlığı qələmimin “həndəvəri”nə buraxmamağa söz verdiyim üçün teatrda yeni nəfəs hesab edilən aktyor Hikmət Rəhimovun adını çəkmədim: ancaq həqiqət naminə deyim ki, sonuncunun sakit təbiətli olmaması direktoru “qorxutmadı” və o,heç kəs üçün sirr olmayan “obyektiv” əsaslarla Rəhimovu işdən azad etdi.

Bununla da Akademik Milli Dram teatrının səhnəsində az qala inqilab hesab edilən “Qatil”(E.Əfəndiyev) tamaşası tamaşaçılar və teatr üçün hələlik xatirəyə çevrildi.
Qayıdaq atılmış hələlik sonuncu ədalətsiz addıma-daha doğrusu son “qurban”a:

Hüseynovla əlaqə saxlamağın mənasız olduğunu bilib telefonu cibimə qoydum.Bircə onu öyrənə bildim ki, hüquqlarına sahib ola bilməyən aktyor Musiqili Teatrın səhnəsində növbəti aylarda Sahib roluna “sahib”lik edəcək..

Bu isə o deməkdir ki, növbəti dəfə kassada biletlər satılacaq,tamaşadan sonra onunla şəkil çəkdirmək üçün uzun bir növbə yaranacaq, və o, növbəti dəfə pərəstişkarlarından qəbul etdiyi gülləri xanım həmkarlarına bağışlayacaqdır...

Müstəqil Azərbaycan Respublikası növbədənkənar prezident seçkilərinə hazırlaşır.Ölkə prezidenti cənab İlham Əliyev Ümummilli liderimiz, mərhum Heydər Əliyev cənablarının yolunu davam etdirməklə uğurlu daxili və xarici siyasət yeridir..

Bu günlərdə ölkə prezidenti tərəfindən fəxri adlara görə verilən təqaüdlərin artırılması barədə imzalanan fərman əsil sənət adamlarına- o cümlədən, “Ən yaxşı kişi rolunun ifaçısı”(Ukraynanın Dneprodzejinski şəhəri,2011) adını daşıyan İ.Hüseynova da şamil edilmişdir.

İstedadlı aktyorların çoxminlik fanat ordusuna saymazlıq göstərən-deyərdim ki, düşmən kəsilən Nemətov kimi məmurlar səhnə üçün yaranan belə insanları “özəlləşdirdiyi” sənət ocağından bəlkə də “gəlmə” adıyla uzaqlaşdırmaqla xalqın narazılığına səbəb olur, insanlarda aparılan siyasətə qarşı inamsızlıq yaradırlar.

Azdramanın “taleyi”nə məsul Nemətovun siyasəti barədə sözü ucuzlaşdırmağa ehtiyac yoxdur və “Ezop” dili də işə yaramır:çünki, cahil insanı başa salmaq daha asandır,nəinki incəsənətə və bu “kompüterləşmiş”dövrdə günü-gündən sayı azalan teatr tamaşaçısına qarşı yeridilən məqsədyönlü siyasətin icraçısını bu yoldan döndərmək! Bu siyasətin adını isə deməyə ehtiyac yoxdur; görünən dağa bələdçi lazım olmadığı kimi ...

MƏMUR ÖZBAŞINALIĞI VƏ YA A. NEMƏTOVUN “TI NE MOY AKTYOR” adlandırdığı “seçilmişlər”.
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, MİRZƏ CƏLİL!!!



Bu gün bu sənət ocağında baş verənləri görsəydin,”Molla Nəsrəddin” demişkən, gözlərini yumub doyunca “xaxx-xaaa” edib gülər, sonra fikrə dalardın: XX1 əsrin
başlanğıcında yaşamadığın üçün təəssüf etməzdin.

Görün nələr baş verir: məlumdur ki, teatrlarda daxili intizam qaydalarına əsasən aktyor işə yalnız tamaşa və məşq günündə gəlir: bu gün Azər Paşa müəllim ayağı aylarla teatra dəyməyən aktyorların qarşısında bir sənətkarı “proqul” maddəsi ilə -5-10 günü “qanuniləşdirib”işdən azad edir.

Yazımın mövzusu “Ölülər” idi.Dahi Mirzə Cəlil dünyasına müraciət etmək fikrim vardı.Amma...
Azərbaycan Dövlət Akademik Milli Dram teatrında məni nələr gözləyəcəyindən xəbərsiz idim...

“Həm ziyarət, həm ticarət” zərb-məsəlinə əsasən “Vicdan haqqı” tele-serialının(R.İsax) aktyorlarından da müsahibə götürmək istəyirdim. Nə əməkdar artist İlham Hüseynovu tapa bildim, nə də Murad İsmayılı...

İkincinin Rus Dram Teatrına keçdiyini dedilər, məsuliyyətli bir insan olan Hüseynovsa heç bir səbəb olmadan “intizamsız” adı ilə işdən azad olunmuşdu: özü də MADDƏ İLƏ. .Xalq artisti R.Novruz və əməkdar artist H.Nəsirovanı da tapa bilmədim, amma ümidvaram ki, onlar “proqul” etməmişdi, sadəcə onların tamaşa və məşq günü deyildi.

Əməkdar artistlər:İ.Hüseynov və H.Nəsirova barəsində “Kaspi” qəzetinin 24.11.2016-cı il tarixli nömrəsində dərc olunan “Obrazlar qalereyası və ya iki aktyorun teatrı”(S.Rəsulova) məqaləsini də oxumuşdum.

Yollandım əməkdar artistin kirayədə tək yaşadığı evə.Təəssüf ki, onun qonaqpərvərliyi ilə kifayətlənməli oldum: bu barədə heç nə danışmaq istəmədi.Jurnalist araşdırmalarımı davam etdirmək məqsədilə yenidən teatra qayıtdım.İçəri daxil ola bilməsəm də, ehtiyatla danışan aktyorlardan məlumat ala bildim: heç kəslə-o cümlədən rəhbərliklə ədavəti olmayan, aktyor direktorun ona qarşı atdığı bu analoqu olmayan addımı cavablandırmasa da, onun aktyor həmkarları arasında direktoru dəstəkləyən tapılmadı.

Əlbəttə, bəlkə də direktorun tapşırığı ilə sosial şəbəkələrdə bu məqalələri paylaşanlara hədə-qorxu gəlib onları “blok”a atan t 1-2 tanınmış aktyordan başqa.

Teatrın divarları xaricində isə aktyorlar bəzi təfərrüatları mənə izah etdi.Əvvəla hörmətli oxucuya xatırladım ki, işçi 1 ay müddətində hər-hansı bir məsələ ilə bağlı yazdığı ərizəni geri götürmək hüququna malikdir və bu 1 ay bülletendə olduğu müddət bitdikdən sonrakı 1 ay hesab olunur.

Yəni yanvarın 18-də bülleteninin vaxtı bitmiş İ.Hüseynov fevral ayının 18-nə kimi ərizəsini geri götürmək barədə yeni ərizə yaza bilər və yazdı.Onu öz ərizəsi ilə işdən çıxarmağın qeyri-mümkün olduğunu görən Nemətovsa “tənbəllik etməyib” aktyorların giriş-çıxış kartına aylarla “həsrət qalan” turniket aparatını açdırır və İ.Hüseynovu “proqul”lara görə işdən asanlıqla azad edə biləcəyini düşünür.

Adlarını çəkmək istəmədiyim sənət yoldaşlarının dedikləri məni sözün əsil mənasında dəhşətə gətirdi: 1 il əvvəl məcburən yazdığı ərizə “nimdaş” olduğu üçün yeni ərizə yazmaq istəməyən aktyorun “qanunla” işdən azad olunması üçün direktor Həmkarlar İttifaqının iclasını “sifariş verir”. Kollektivin onlarla həmkar üzvü olsa da bu legitim olmayan “iclas”da 1 otağa “doluşan” 5-6 nəfərin səmimi söhbətlərinə qulaq asmalı olan aktyor “öz xoşu ilə” getməyin “zəruriliyi” barədə “dəyərli tövsiyə” alır.

(Yəqin ki,oxucu səmimi ifadəsinin dırnaq içində olmamasına diqqət yetirdi.Həqiqətən də İlhama qarşı səmimi olan iş yoldaşları etiraz etməyin yersiz olduğunu düşünsələr də haqsızlığı inkar etmirdilər).,

Amma həmin “iclas”da İ.Hüseynovun “Niyə hər gün işə gəlmək qaydaları başqalarına şamil edilmir?” sualına “qanunvericiliyə uyğun” cavab verildi: “Onlar işdə sayılır, sənsə yox”.O halda aktyor sonuncu xahişini səsləndirir: “ Mənim“proqul” günlərimi ödənişsiz hesab etmək-yəni əmək haqqımdan çıxmaq olmazmı?” Cavab yəqin ki, bəllidir:əlbəttə olmaz, axı Nemətov “fərman imzalayıb” (ŞƏRHSİZ)

Uzun illər rəhbər vəzifədə işləyən Azər Paşa müəllim ,görünür Həmkarlar İttifaqları barədə Nizamnamədən bixəbər olduğu kimi əmək məcəlləsi ilə bağlı,o cümlədən dövlətin zəhmətkeşlərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyinin müvafiq maddələrindən də xəbərsizdir.

Ona başa salan olmalı idi ki, bütün dünyada “profsoyuz” deyilən qurum rəhbərin “cəza aləti” yox, həmkarların-zəhmətkeşlərin hüquqlarını müdafiə,onları təmsil edən və həmkarların hüquqlarını rəhbərlikdən-hakimiyyətdən tələb edən təşkilat kimi tanınır.

A.Nemətovsa haqsız danışmaqdan “yorulmurdu”:”İ.Hüseynov bülleten götürüb serialda çəkilir” deyən direktor yaxşı bilirdi ki, yalnız tamaşa və məşq günü işə gələn aktyorun bülletenə ehtiyacı yoxdur: o da ola İ.Hüseynov kimi bülletendə olan günlərdə səhnəyə çıxıb oynayan aktyorun.

O ki, qaldı bülletenə- tabeçiliyində olan işçinin-konkret olaraq ağır cərrahiyyə əməliyyatı keçirən əməkdar artistin ən azı telefonla sağlamlığı ilə bircə dəfə maraqlansaydı, onda heç olmazsa, qanunvericiliklə bağlı faydalı məlumatlar alardı və bilərdi ki, bülletenə ehtiyacı olmayan aktyorun 3-cü dərəcəli əlillik sənədini alması üçün 6 aylıq müvəqqəti əmək qabiliyyətindən məhrum olma sənədi-yəni bülleten tələb olunur.

İnsani dəyərlərə söykənib işçisinə baş çəkməyi lazım bilməyən direktor, təbii ki, aktyorun xəstə yatdığı Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına məxsus palatanın qarşısındakı pərəstişkarları və İ.Hüseynova gətirilən təzə çiçəkləri də görə bilməzdi...

Nemətovdan əvvəl bu teatra rəhbərlik etmiş İsrafil İsrafilovun tabeçiliyində olan işçilərin-eləcə də onların övladlarının həyatını xilas etmək üçün maddi yardımlarını əsirgəmədiyini,yəqin ki, çox az adam bilir.Belə işlər...

O ki, qaldı Mədəniyyət nazirliyinin kollegiya iclasında illərlə oynamayan aktyorlar barədə deyilənlərə-bunların İlham Hüseynova heç bir aidiyyatı yoxdur:bir də ki, məşğulluğu olmayan aktyorun özünün-özünə rol verməsi faktı dünyanın heç bir teatrında “qeydə alınmayıb”.

A.Nemətova ünvanlanmış “Açıq məktub”da soyqırım ifadəsi diqqətimi cəlb etdi və qarşıya yeni faktlar çıxdı.”Ne moy aktyor” olanların demək olar ki, hər biri istedadını sübuta yetirmişlər idi: “Herastratı unudun”(Qriqoriy Qorin,rejissor M.Ələkbərzadə ) kimi mürəkkəb, “Qatil”(E.Əfəndiyev,rejissor M.Ələkbərzadə) kimi psixoloji yüklü, eyni zamanda xüsusi səhnə plastikası tələb edən əsərlərdə fərqli obrazlar yaratmış Hikmət Rəhimov, “Vicdan haqqı”tele-serialında(R.İsax) Fariz, “Müsyö İbrahim və Quran çiçəkləri”(Eric-Emanuel Schmitt) tamaşasında yəhudi oğlan-Moses obrazlarını ustalıqla ifa edən,yaraşıqlı səhnə görünüşünə malik olan, ikincidə xalq artisti Fuad Poladovla tərəf-müqabil kimi çıxış edən Murad İsmayıl .

Hikmət Rəhimov kimi istedadlı aktyorun teatrdan çıxarılması ilə bağlı və digər haqsızlıqlara dözməyib istefa verən xalq artisti Fuad Poladovu və əməkdar artist İlham Hüseynovu bu siyahıya əlavə etsək belə, siyahı bitmir.Buna deyərlər əsil SOYQIRIM.

A.Nemətovun “sevimli”ləri isə,(o aktyorlara hörmət əlaməti olaraq adlar çəkmirəm) əsasən onun tələbələridir:istedadlı və ya istedadsız olmasından asılı olmayaraq.Maraqlı bölgüdür: deyilmi?

Ədalət naminə deyim ki, vaxtilə əfsanəvi Həsən Turabov da özü demişkən,“cavanlığına salıb” Azdramanın direktoru,rəhmətlik Ədil İsgəndərova demişdi: “Deyirlər Siz Mehdi Məmmədovun tələbələrini qəbul etmirsiniz?” Direktorsa qəzəblənmişdi: “Bunu mənim düşmənlərim deyir, qulaq asma”.

Qoy Nemətov da sübut etsin ki, bu belə deyil.Amma səhvləri etiraf etməyə özündə cəsarət tapmaq və böyüklük edib bu səhvi düzəltmək üçün NƏ tələb olunduğunu bilməyən varmı?.(ŞƏRHSİZ).

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmilərinə yəqin ki, sirr deyildir ki,: məmur özbaşınalığı, təkəbbür və ən dəhşətlisi-ƏDALƏTSİZliklə şedevr səviyyəsinə qalxa biləcək səhnə əsərlərinin yaranacağını düşünmək sadəlövhlükdür.

Çünki TEATR MƏBƏDDİR və bu məbədin kassalarının qarşısı izdihamlı tamaşaçı ordusu ilə dolu olmalıdır:haqqı tapdalanmış-səhnədən kiminsə ərköyünlüyü ilə haqsız olaraq uzaqlaşdırılmış, hər hansı bir sənətkarın etiraz edən pərəstişkarları və müxbirlərlə yox! Belə məmurların apardığı birtərəfli intriqalar və süni şəkildə təşkil edilmiş “iclas”lar əsəb sarsıntılarına səbəb olur və unutmayaq ki,sənətkarın gələcək çəkilişləri və səhnə fəaliyyətində iz qoyacaq bu haqsızlığın zərbələri aktyorun sağlamlığına və sənətə dəyəcəkdir.

P.S.:Həyatda onu tanımayanlar qarşısında İmran kimi məkrli, hiyləgər və təhlükəli insanı görəcəyini təsəvvür edir.Amma sadalananlardan sözün əsil mənasında bixəbər olan İ.Hüseynova yaxından bələd olandan sonra heyrətə gəlirsən:insan rəzilliyi barədə təsəvvürə malik olmadan İmran obrazını son dərəcə təbiiliklə canlandırmağın necə mümkün olması sualı qarşısında aciz qalırsan...

“Azad Qələm” qəzetinin
Baş redaktoru
NƏCİBƏ İLKİN.

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV