• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Məhəmmədin Məhəmmədi...

  • Tarix: 11.06.2018, 18:56,
  • Bölmə: Yazarlar
  • Baxılıb: 5489
Məhəmmədin Məhəmmədi... Məhəmmədin Məhəmmədi...
Haqq üzünə varan qalar
Məhəmməddən Quran qalar
Halal gedər, haram qalar
İçimiz vəhdən ayrılsa.
(Tahir Talıblı)

Bir neçə gün bundan öncə avtobusda balaca Məhəmmədlə yan-yana oturmuşduq.Dəqiq baxmadım, nə isə yeyirdi. Mənə də təklif elədi ki, əmi yeyirsiniz? Fikirliydim. Başımı yana çevirib “çox sağ ol, nuş olsun” - dedim. Bir anlıq Məhəmmədin “yeyirsiniz?” - təklifindən sonra mən öz dünyamdan ayrılıb Məhəmmədlə münasibət qurmağa başladım.Söhbətimiz alınan kimi ilk növbədə, adını, kimliyini öyrəndim. Dediyinə görə, dördüncü sinifə qədər oxuyub. Məktəbdən ayrılmağına səbəb isə atasının həbsdə olması və anasının da imknazılıqdan onu oxuda bilməməsidir. Çox mədəni, çevik düşüncəli cocuq təsiri bağışladı. Bəh-bəhlə bir xeyli atasından danışdı. Məlum oldu ki, atası sürücüymüş. Ehtiyatsızlıqdan törətdiyi qəza nəticəsində bir nəfərin ölümünə səbəb olub. - Bütün məhkəmələrində də azyaşlı olmağına baxmayaraq övlad kimi iştirak edib.Danışdıqca qəhərinin rəngi üzünə çıxan tifil uşaq – Məhəmməd deyir - Məhkəmələrdə atama elə yazığım gəldi ki. Axı, o gecə-gündüz işləyib bizi dolandırırdı. Niyə atam həbs olundu?

Daxilən nə qədər kövrəlsə də, zahirən soyuqqanlı olmağıyla məni təəccübləndirdi. Söhbət əsnasında indi hara getdiyini, o da qürurla corab satmağa getdiyini bildirdi. “Bəs corabı haradan alırsan, harada satırsan” - sualıma isə cavab özünəməxsus verdi. - Corabı Sədərəkdən alıram. Gündəlik bazardan 10-15 corab almağa gücüm çatır. 25-30 qəpiyə alıb 70-80 qəpiyə, bəzən də bir manata satıram.

Qazandığımdan da evə gündəlik çörək, badımcan, lobya alıram. Sözün düzü, meyvə ala bilmirəm qiymətlər olduqca bahadır. Amma ən azı bacıma gündə bir manatlıq da olsa gilas, çiyələk, alça alıram. Özümə söz vermişəm bacımın məktəbdən çıxmasına imkan verməyəcəm.Gücüm çatdığı qədər ona əyin-baş da alıram.Qoy oxusun.

Anam iş üçün hara gedirsə, qəbul etmirlər. Deyirlər, təhsilin yoxdur. İstəmirəm, bacım da sabah bu günü görsün.

Sözün düzü, Məhəmməd danışanda mən elə bilirdim beş uşaq böyütmüş, dünyanın bir çox əziyyətlərinə qatlanmış, oğul-uşaq toyu eləmiş,hələ üstəlik vətənə əsgər də yollamış bir ağsaqqalla söhbət edirəm. Gözüm onun üzündə olsa da, ruhən tamam başqa yerlərdəydim.

Düşünürdüm ki, bir anlıq nə olaydı, Məhəmmədə, onun ailəsinə nə cürsə köməklik edə biləydim. Ona yayın bu isti günlərində meyvə, dondurma alım,gücüm çatdığı qədər də ehtiyaclarımı ödəyim. Vallah, əslində əlimdən gələcək elə bir güc yoxdur.

Bu həyat birdən adamı elə pis vəziyyətdə qoyur ki,əlini uzadıb kiməsə kömək etmək istəyirsən amma maddi baxımdan gücün yetmir.

Bir valideyn kimi özümü çox məzəmmətlədim. Yaşının bu çağında bu əl boyda bu uşağın danışıqları, dünyaya baxışı mənə bir tərs sillə vurdu. O şillə bəsirət gözümü açdı sanki.

Öz-özümə deyirdim: mən necə edə bilərəm ki, heç olmasa, Məhəmmədin anasına kömək edim, bir yerdə normal maaşa işləsin. Məhəmməd də dərsinə getsin, təhsilinə belə laqeyid yanaşmasın. Bacısı da oxusun. - Məhəmməd, səni bir də necə, harada görə bilərəm. Nömrəmi yazsam, mənə zəng edə bilərsənmi - deyəndə, qayıdıb mənə dedi ki, əmi, nəyə görə? Dedim, heç olmasa, anan üçün bir yerdə iş tapım, işləsin. Sən də dərslərini oxu. Belə olmaz. Sənin həyatın irəlidədir. Məhəmməd səsinin tonunu azca qaldırıb: - Xeyr, anam işləməyəcək, mən corab satıb onlara nə lazımdır edəcəm. Bir az işləyim gedib dəniz qırağında qarığdalı və siqaret də satacam.

Sonra əlimə bir az pul gəlsin tərəzi də alacam. Sabahlar adamları tərəzidə çəkəcəm, axşamlar da Sədərəkdən aldığım xırda-xuruşları satacam.

İlahı, bu uşaq danışanda qanım donurdu. Uşağın gözlərindəki güc və həyat eşqi məni qürurlandırırdı.Amma onun bu yaşında əziyyətə qatlanması bayaq dediyim kimi canımdan can aldı.

Mənzil başına çatana yaxın əlimi cibimə atdım ki, Məhəmmədə gücüm çatan qədər kömək edim. Pulu cibimdən çıxarıb ona uzadıb dedim ki, ala özünə bir şey alarsan. Elə bu an, əmi, çox sağ ol, amma götürməyəcəm. Vallah, istəmirəm. Mən israr etdikcə, o da israr edirdi. Pulu güclə cibinə yerləşdirəndən sonra xeyli təşəkkür edib: “Mən bu vaxtlar Dvadsatının kruqunda oluram yolun düşsə, gələrsən görüşərik”-dedi.

Sağollaşdıq.Amma gözüm onun üzündə qaldı.İndi məndən sonra nə edəcək,alveri yaxşımı,pismi olacaq.Axşam bacısına gilas,çiyələk,alça ala biləcəkmi, polislər onu küçə ticarətinə görə incidəcəkmi.Bu suallar güllə kimi beynimi deşirdi.

Düz iki gündür mən Məhəmməd deyən yerə gedirəm. Dörd gözlə onu axtarıram. Həttda orada bir-iki nəfərdən də soruşmuşam. Görənlər də olub, görməyənlər də. Bircə arzum var ki, Məhəmmədlə görüşüm ona imkanım daxilində kömək edim.

Sabah da gedəcəm ora. Birsigün də. Ta birsigün də. Onu görənəcən hər gün gedib orada saatlarla dayancam.

Əslində Məhəmmədlə görüşmək, ona təkcə yardım etmək deyil. Onunla görüşsəm, bir az dərdləşərdim.

Düşünürəm, aramızda yaş fərqi çox olsa da, ondan öyrənəcəyim nələrsə var. Həyatın ağırlığına bu yaşda qatlanan uşağın zalım, amansız həyatla kəllələşməsi mənə yaşamağa müəyyən mənada stimul verir.

Mən bütün hallarda Məhəmmədin gələcəkdə adlı-sanlı iş adamına çevriləcəyinə inanıram. Əminəm ki, gələcəyin millət vəkili, ya da tanınmış məmuru olacaq. And olsun Allaha,mən buna çox əminəm. Çünki Məhəmmədin üz cizgilərindən bunu oxumaq mümkündür.

Məhəmməd kimi balaları heç zaman heç yerdə belə görmək istəmirəm. Bir onu bilirəm ki, Allah-təala yer üzünə göndərdiyi Məhəmmədin birinə əsrlər öncə peyğəmbərlik digərinə isə əsrlər sonra körpə yaşında əziyyətə qatlanmağı nəsib edib. Hər nə buyurubsa, kəramətinə şükür.

Görünür, xeyirlisi budur. Səni adını daşıdığın Allahın elçisi Hz.Məhəmmədin ruhu qorusun, ey gözəl Məhəmməd!

Bu müqəddəs ayda atan üçün etdiyin bütün dualar hasil olsun.Anan,bacın üçün də çəkdiyin əziyyət yerdə qalmasın.

Səninlə bu günlərdə görüşə bilməsəm də, arzularımla, dualarımla o gündən sonra hər gün görüşürəm.İnanıram ki, on-on beş ildən sonra sənin səsin ucalardan gələcək. Vallah, gələcək!

Sən bu yaşınla, bu yaşda olan qeyrətinlə, ağlınla cəmiyyətdə gördüyüm bir çox nadürüst insanlardan, adını “yardımsevər”, “Allah adamı” qoyanlardan çox irəlidəsən.

Savalan Talıblı
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV