• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR

  • Tarix: 22.06.2018, 22:59,
  • Bölmə: Yazarlar
  • Baxılıb: 5642
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
"Bu fani dünyanın çəkdirdikləri bir acı, insanların biganəlikləri isə başqa acı...İki acının vəhdətində yaşayan köçkünün acısı isə bambaşqa acıdı..."Bu sözlərin müəllifi gözəl şairə, Kəlbəcər nisgilli, qəlbi doğma yurd yeri həsrətiylə çırpınan, dağlar qızı Nuridə Misirdir.

Analoq.az Nuridə xanımın Kəlbəcər rayonunun Narinclar kəndinin sakinləriylə, onların məskunlaşdıqları İmişli rayonunda keçirilən görüşlə bağlı, ürək parçalayan yazısını təqdim edir:

Gecə yarısı Aybəniz Qafarlı mənə zəng edib, Rada Abbasla birlikdə kəlbəcərlilərin görüşünə dəvət edəndə, boyük məmnuniyyətlə razılıq verdim. Və içimdə ani olaraq yurd nisgilinin odu közərməyə başladı...

Közərdi və...Və alovlanaraq, qəlbimi yandırmağa başladı...

Onsuz da illərdi o köz içimi asta-ata yandırır. O gün isə bu yanğı tam fərqli idi...

Yerlilərimlə görüşəndə, onların həsrət və ümid dolu baxışlarını görəndə anladım bu yanğının fərqliliyini.

Demə ürəyim də hiss edirmiş bu görüşdə nələrin şahidi olacağımı...

Beləcə, "Müharibə Veteranları Qadınlarına Sosial Yardımı" İçtimai Birliyinin sədri Rada Abbasın rəhbərliyi ilə Aybəniz Qafarlı və mən, İmişli rayonunda məskunlaşan Kəlbəcər rayonunun Narınclar kəndindən olan sakinlərin görüşünə getdik.

Mübarək Ramazan ayının son günü (14iyun) Rada xanımın təşəbbüsü ilə onlara bayram sovqatları götürüb, iftar süfrəsi açdıq.

Mən əslən Kəlbəcərli olsam da, belə bir acınacaqlı həyatı ilk dəfə idi görürdüm...

Mənim gördüklərim İmişli rayonunun gözdən uzaq, ilan mələyən səhrasında məskunlaşan Kəlbəcər rayonunun Narınclar kəndindən olan bu insanların yaşadığı səhra, Kəlbəcərin zümrüd meşələrinin, buz bulaqlarının, məlhəm havasının tərs mütənasibliyindən doğan bir heyrət idi.

Bizim gəlişimizdən xəbər tutan kənd əhli hami bir yerə yığıldı.

Hər kəs öz dərdini deməyə çalışırdı. Eşitdiklərimi yazıb, gördüklərimi bacardığım qədər telefonun kamerasına çəkməyə çalışdım.

İlk sözə, məhşur teleaparıcı Xoşqədəm Hidayətqızının əmisi, Narınclar kəndində özünümüdafiə dəstəsinin komandiri olmuş Xurşud Baxşəliyev başladı:

Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
- Qızım, 27 ildir ki, nəinki insanların, elə Allahın da yadından çıxmışıq.

İçməli suyumuz yox, həyat şəraitini minimum yaxşılaşdıran heç nə yox. Yaxınlıqda şəkər zavodunun tullantıları atılan sudan həm içirik, həm də məişətdə istifadə edirik.
Kəlbəcər şəhidlərinin ilk şəhidlərindən biri mənim oğlum, Natiq Baxşəliyev olub.
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR

Kəndimizin özünümüdafiə batalyonu cəsurluqla kəndimizi qoruyub.

Amma indi döyüşdən uzaq bir məkanda özümüzü qorumağa gücümüz yetmir. Çünki biz hər gün damla-damla ölürük. Bizi nə kasıblıq, nə buranın ilan mələyən düzü deyil. Bizi öldürən öz soydaşlarımızın, yuxarı qurumların bizə olan biganəliyidir.

Kənd camaatımızn bir arzusu var: Aidiyyatı olan qurumlar bizə hər hansı dağlıq rayonların birində torpaq sahəsi ayırsınlar, evlə təmin etsinlər.
Bu yaşımda mən hələdə ümidimi üzmürəm.

Uzun illər bundan əvvəl, (sakinlərin dediyinə görə) Amerika cəmiyyətinin tikdiyi, iki vaqondan ibarət olan, indi isə uçub dağılmış məktəbin sabiq direktoru Zakir Məmmədov isə söhbətin davamını belə başladı :
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
Allahın da unutduğu kənd-Narınclar...
- İki vaqondan ibarət olan məktəb dağılıb gedir, dərs vəsaiti yox, müəllim çatışmamazlığı, şəraitsizlik onsuzda ağır şəraitdə yaşayan uşaqlarımızın savadsılığına gətirib çıxarır.
Burda 83 ailədə 380 sakin yaşayır. Onlardan 9 nəfəri əngəllidir. Bizim istəyimiz uşaqlarımızın gələcəyini yaxşılaşdırmaqdır.

100 yaşlı İsmayıl baba da bir gün hardasa ona da ev veriləcəyini xəyalında canlandırır və mənim çiynimin üstündən o yana, nuru getmiş gözləri ilə günəşin qürub çağına baxıb susur...
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR

Doxsan yaşını haqlamıs Kamal baba da xəstəliyi səbəbindən danışa bilməsə də, bütün deyilənlərə diqqətlə qulaq asırdi.
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
Şərqiyyə xanım isə birnəfəsə danışdı. Sanki kimsə gəlib onun kəlmələrini dilindən alıb qaçacaqdı:
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
-Bax qızım, gördüyün bu kişi mənim atamdır. (İsmayıl babanı deyirdi) yüz yaşı var.
Ailə qurmadım, ömrümü ata anama sərf elədim.
İki il əvvəl anam rəhmətə gedəndə mən şəraitsizlikdən anamı qəbr evinə el adəti üzrə yola sala bilmədim. Qamışdan tikdiyimiz kiçik bir daxma, bizim üçün həm hamamı, həm mətbəxi, həm qonaq, həm də yataq otağını əvəz edir.
İlanlar bizimlə yatıb, bizimlə dururlar. Evin döşəməsinin(döşəmə demək olarsa) altında yaşayırlar.

Məni dörd dəfə ilan çalıb. Sağ olsun qonşular, sayələrində sağ qalmışam.Uşaqlarımız qorxu, stressdən başqa heçnə görmürlər. Çoxu əsəbi xəstə və şikəstdir.

Bu insanlar danışdıqca gözümdə Kəlbəcərin Narınclar kəndinin buz bulaqları, zümrüd meşələri, Dəlidağın ucalığı bozarırdı, saralırdı elə bil.

Elə İmişli rayonunun kiçik bir səhrasında özlərinə yuva qura bilməyən Narınclar kəndinin sakinləri kimi...

İnanıram ki, belə şəraitdə iyirmi yeddi il yaşayıb, hələdə ümidini itirməyən bu talesiz insanların səsinə əlaqədar qurumlar səs verib, onları yeni sığınacaqla – normal şəraiti olan evlərlə təmin edəcəklər.

Bu materialı hazırlayanda, həmin kəndin sakini Cahan Nuriyeva mənə WhatsApp-la bir şəkil göndərdi.

Bir kişi ölü ilanı əlində tutub. Cahan xanım qeyd etdi ki, həmin ilanı körpə qizinin yatağında uşağın yanında yatdığı yerdə tutub.
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
Ümid edək ki, iyirmi yeddi ilin doğma yurd həsrətindən gözlərinin nuru ayazımış bu ixtiyar insanların həyat şəraitləri qaydaya salınacaq və yaxın zaman kəsiyində narınclılar doğma Kəlbəcərin şəffaf bulaqlarınlın suyundan içib, uca dağlarının qoynunda gəzəcəklər.

ARZULARIMIZ GERÇƏK OLSUN, INŞALLAH!

Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV