• 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 
  • 08:30 – Qaraciyərin təmizlənməsi üsulları 
  • 22:30 – Qafqaz Masonluğu-Qafqaz Masonluğunun yeni mərhələsi 

Biz həmrəyik yoxsa həmrəng?

  • Tarix: 05.07.2018, 20:07,
  • Bölmə: Yazarlar / Maraq
  • Baxılıb: 5933
Biz həmrəyik yoxsa həmrəng? Biz həmrəyik yoxsa həmrəng?
Mən bu hadisələrdən sonra (ölkədə yaranan ışıqla bağlı) bir daha əmin oldum ki, biz millət olaraq hələ formalaşmamıq.Bu ilk cümlələrimlə razılaşmayanlar çox güman yazının sonunda mənə haqq qazandıracaq. Qazandıran da sağ olsun, qazandırmayan da. Keçək mətləbə.

Birinci abzasdakı fikrimi daha da qüvvətləndirmək istəyirəm. Biz ona görə millət kimi formalaşmamışıq ki, öz qəhrəmanımızı lənətləyir, bizə yaxından-uzaqdan aidiyyatı olmayanlardan qəhrəman yaradırıq. Və əsrlərdir olmayan qəhrəmanımızı bütə çevirib Allah olan yerdə ona inanırıq. Millət vəkili Fazil Mustafanın bir fikriylə yazımda qəhrəman məsələsinə aid hissəni qapatmaq istəyirəm.Çox hörmətli Fazil Mustafa müsahibələrinin birində deyir ki,Gəncə xanı Cavad xanın oğlu Hüseyqulu xanın hansı tarixdə bu gün adı var. Bütün səmimiyyətimlə Fazil Mustafanı anlayır və fikirlərinə hörmətlə yanaşıram.Biz təkcə Cavad xanı və onun oğlunu unutsaq kifayət qədər güclü xalq olmuş olarıq. Axı biz, cümhuriyyətin qurucularını, Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli Xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Məmmədhəsən Hacınskini unutduq.

Bu günlərdə Türk dünyasının böyük kişilərindən biri, Azərbaycana və ədəbiyyatına böyük töhfələr verən Mirzə Fətəli Axundovun doğum günü oldu. Hansı televiziya kanalında, radio dalğasında, saytlarda Mirzə Fətəli Axundova aid verilişlər verildi? Əlbətdə heç birində. Bəzi ağzıgöyçəklər başqa vaxtı Aztvni bəyənmir.Həmin gün Mirzə Fətəli Axundovla bağlı Aztv-də bir neçə veriliş verildi, "Sübhün səfiri" adlı film də efirə getdi. Vallah Aztv olmasa olan-qalan dəyərlərimiz də itər, tapdanar. Yadlara verilər, yaddaşlarımızdan silinər.

Hansısa bir "müğənni" haradansa özünə bir ayaqqabı alan kimi bütün kanallar aylarla həmən müğənnini ayaqqabısından portret verilişlər hazırlayır.

Mənə Əli Mirəliyevin efirdə efirə yaraşmayan hərəkətlərimi maraqlıdır? Yoxsa Elza Seyidcahanın ədəbiyyat adına sırıdığı söz yığınımı?

Mən bu televiziya təfəkkürüylə necə uşaq böyüdüm axı?! O uşaq sabah müəyyən yaşda olanda mənə deməyəcəkmi “niyə belə rəngsiz televizyaya baxmısan”?.Sizcə, bunları başıma qaxmayacaqmı? Mənə deməyəckmi? ay ata, sən uzun illər radioda folklorla bağlı verilişlər hazırlayıb, aşıqları təbliğ eləmisən. Axı bu gün sənin təbliğ elədiyin folklordan, aşıq yaradıcılığından əsər-əlamət qalmayıb. Bax mən o gündən qorxuram.

Bu gün televiziyalarda səhərdən axşama qədər beyinlərimizi korlayan televizya aparıcılarının heç birinin peşakar olmadıqları və doğru-dürüst Azərbaycanca danışmaması, hazırladıqları verilişlərlə, çağırdıqları qonaqlarla bizləri bizlərdən yüz illər civarında uzaqlaşdırır.

Amma mənim atam vaxtilə ona verdiyim suallara həmişə alnıaçıq cavab verib.Çünki atam və atam yaşda olan nəsili ciddi ədəbiyyat, kefiyyətli musiqi yetişdirib.Onlar Türk dünyası üçün göndərilmiş qutsal kitablarlarla: Dədə Qorqudu, Divani-Lügət-it-Türkü, Faruq Sümərin "Oğuzlar"ını,Yusuf Xas Balasuqanlının "Qutatqu Bilik"ylə mayalanıblar. Onlara klassikləri tənqid edib, keçmişə dil uzatmağı öyrətməyiblər. Müqəddəs olanları qorumağı,onlara sadiq qalmağı qarşılarına məqsəd qoyublar.

Əcaba, ölkənin ən nüfüzlü bankı, Unibank əgər hazırladığı reklam rolikində klassik şair və yazıçıları tənqid edirsə,ədəbiyyat və söz üçün söz tapıb yazmağa çətinlik çəkirəm.

Mətləbə bayaqdandır yaxın gəlmək istədikcə mətləb məndən uzaqlaşır.Amma Həzrət Abbasa and olsun, bu abzasda qoymayacam mətləb məndən uzaqlaşsın.

İyul ayının 3-də ölkədə işıqlar söndü.Hər yer qaranlığa qərq oldu.Ertəsi gün şəhərin bəzi yerlərinə elektrik enerjisi fasilələrlə verildi. Bu fasilələrdə cənab prezidentin dediyi kimi: yaşlı insanlar, körpələr metroda, liftlərdə əziyyət çəkdi. Amma xalqın əziyyət çəkməsindən kimlərsə artıqlaması ilə istifadə elədi.

Qarşılaşdığım bir iki hadisəni nəql edim: Metronun işləmədiyini bilən, bəzi taksi sürücüləri Bakıxanov qəsəbəsindən “Neftçilər metrosu”na olan məsafə üçün məndən 5 manat tələb etdi. Bu normaldı. Amma taksi sürücüsünün gözü o beş manatla doymur axı. Deyir ki, otur 3 nəfər də gəlsin, gedək. Məlum oldu ki əlavə üç nəfərdən də adambaşına beş manat alacaq. Əziz oxucu, bu cür vətəndaşa, azərbaycanlıya, sürücüyə nə adı qoymaq olar?!

Bu gün daş atsan gedib mənasız taksi şirkətlərinə dəyəcək. Müştərini daim aldadan, qiymətləri günü-gündən oynadan taksi şirkətləri bu günlərdə əməlli-başlı qaz vurub qazan doldurdu. Bu iki üç gün ərzində bir nəfərdən eşitmədim ki, o mənasız şirkətlərin hər hansısa biri müştərinin hoyuna yetsin. Aidiyyatı qurumlar, bu işlə məşğul olan idarələrə tam səmimiyyətimlə bildirəm ki, bu taksi şirkətlərin hamısı yararsızdır!

Günorta saatlarında dörd-beş bığıburma kişi dayanacaqda avtobusun qabağını kəsib sürücüdən pul yığmağı tələb edirsə, hansı həmrəyliydən danışmaq olar?

Bakı Nəqliyyat Agentliyi yaranmış vəziyyətlə bağlı əhaliyə pulsuz xidmət göstərdiyi halda bəzi işbazlar yenə də mayalarına haram qatdı. And olsun Həzrət Abbasa, 20 qəpik qabağa düşənlərin, 20 qəpiyə sevinənlərin murazını gözündə qoydular. 20 qəpiklik sevinməyə haqqı yoxdumu bu millətin?

Hələ mən, içkili, heç bir sürücülük sənədi olmayan, sərnişinlərə qan udduran sürücülərdən danışmıram.

33-34 dərəcə istidə dil-dodağı quruyan bir adama 30-40 qəpik dəyərində olan suyu əgər bir manata satan və özgəsi vaxtı Yezidə lənət oxuyan İmam övladları cəhənnəm istisindən qorxmurlarmı?

Və həmən o İmam övladları yeri gələndə məni cəhənnəm oduyla, Sirat körpüsüylə, hinkir-minkirlə hədələyirlər.

Axı mən yazımın əvvəlində nahaqdan qeyd etmədim ki, biz millət olaraq hələ formalaşmamışıq.Yenə deyirəm bu fikirlərimə görə mənə haqq qazandıranlar da sağ olsun, qazandırmayanlar da.


Savalan TALIBLI
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV