Bəlkə bir çay içək... » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Bəlkə bir çay içək...

  • Tarix: 07.08.2018, 22:24,
  • Bölmə: Yazarlar
  • Baxılıb: 5489
Bəlkə bir çay içək... Bəlkə bir çay içək...
Əvvələr çayın çox böyük hörməti vardı. Kasıbın da, varlının da süfrəsindən əksik olmazdı. Armudu stəkanda çay, pürrəngi çay, məşhur Lənkəran çayı.Qonaqpərvərliyin ən nümunəvi göstəricilərindən biri də bu idi ki, qapıdan girən şəxsə çay təklif edərdilər, yeməkdən sonra da çay süfrəsi açılardı. Hətta elçilikdə də qızın hərisi verilirdisə , şirinlik çayı istəyərdilər. Nə oldusa birdən birə çay öz nüfuzu ilə nüfuzsuz oldu.

Çay ilk növbədə susuzluğu yatırtmaqla bərabər insanlar arasında salınan ən səmimi körpüdür. İnsanlara yaxınlaşmaq üçün müxtəlif hiyləgər yollar var. Bu yollar texnologiyanın inkişaf etdiyi bir dövrdə sosial və qeyri sosial şəbəkələrdən öz təcrübəsini sınaqdan keçirmiş , sonda yenə çayın üzərinə gəlib çıxdı. Əlqərəz, baş ağrıtmayım, birbaşa mətləbə keçim.

Tutaq ki,hər hansı bir mövzuya aid yazı yazırsan , saytlara müraciət edirsən. Saytın redaktoru əvvəlcə yazılarını istəyir, oxuyur, bəyənir , hətta səninlə dostlaşır. Sən də heç qonorar istəmirsən , çünki, saytların maliyyə durumunun yüksək olmadığını bilirsən. Sadəcə həyati yazılarını oxucularla paylaşırsan. Bir neçə gün keçəndən sonra redaktor səni çaya dəvət edir. Sənin yazın isə hələ çıxmayıb. Demək caydan sonra yazın işıq üzü görəcək. Lənət şeytana deyib çaydan imtina edirsən.

Ürəyini boşaltmaq üçün sevgini rəngli boyalara verirsən , və demək istədiklərini yaglı boya ilə kətan üzərində izah etməyə çalışırsan. Rəsm çəkməyə o qədər həvəslisən ki, sərgi də təşkil etmək istəyirsən. Səni təşkilatçılıq işləri ilə bağlı bir adama yönləndirilər. İşlərin sürətli getməsi üçün hazırlıları gücləndirirsən. Yeni əsərlər yaradırsan, hər şəkillərə uyğun çərçivələr seçirsən, dost tanış siyahısı tutursan. Bir sözlə başını qaşımağa vaxtın yoxdur. Qəfildən zəng gəlir. Baxırsan ki , zəng edən şəxs sənin sərgini keçirməsinə kömək edən insandır. Bu adam da səni axşamüstü bir çaya dəvət edir: ‘Bəlkə bir çay içək,istəsən sonra da kinoya gedərik.’

Sərgi hara , çay hara .Hələ bərabər film izləmək...Lənət şeytana deyib bu adamın da çayından imtina edirsən.

Düşünürsən ki, əşi, sən nə yazarsan , nə rəssam. Başını sal aşağı , müəllimliyni elə . Doğrudan da müəllimlik müqəddəs vəzifədir. Bu peşə sahibləri daima axtarışda olmalı, öz üzərində işləməlidir. Hətta auditoriyada dərs deyən müəllimin mutləq elmi dərəcəsi olmalıdır. Ən azı maaşında cüzi olsa da fərq var. Elmi rəhbərlərin də hamısının diqqətə ehtiyacı var. Hətta 3 nağd elmi rəhbərin könlündən çay keçır. Koridorda səninlə görüşəndə əlindən elə bərk tutub sıxır ki, sanki sonuncu qatara minir. Bunlara da lənət şeytana deyib yoluna davam edirsən.

Əgər adamın övladı varsa ,mütləq həkimə,vəkilə işi düşməlidir. Bu ölkədə yaşayırsansa ,hər cür qanun pozuntuları ilə uzləşmək adət ənənəyə çevrilib artıq.

Qanun sənin tərəfində olsa da, yenə də haqsızlıqlarla üzləşirsən,hansısa mərdiməzarla rastlaşırsan , nəhayət vəkilə üz tutmağa məcbur olursan. Ən azı ona güvən hissin güclüdür ki, sənin hüquqlarını qorumaqda yardımçı olacaq. Ona inanırsan və arxasınca gedirsən.Və birdən xəbər tutusan ki, bu ölkənin də vəkili çoxdanın “çayxoru” imiş.

Hava dəyişir. Qəfildən uşaq xəstələnir. Ora bura qaçırsan ,dərdinə çarə tapa bilmirsən. Nəhayət sənə bir həkim məsləhət görürlər. Həkim də sağ olsun , gəlib müayinə edir. Xəstənin vəziyyəti ilə maraqlanır, məlumat verməyi xahiş edir. Sən də şükür edirsən ki, nə yaxşı belə insan həkimlər var. Hətta həkimə “ hörmət “etmək istəsən də səndən bir qəpik belə pul almir. Bir müddət keçir.

Günlərin bir günü sənə mesaj gəlir .Və nə yaxşı ki varsan dediyimiz həkim səni çaya dəvət edir. Əgər onkologiya xəstəxanasının başında oturan bir ishə yaramayan vəzifəli məmurlardan biri sənə kartını verib “Bəlkə bir çay icib danışaq , söhbətləşək” deməsəydi bu həkimə çoxdan dəli olardım.

Deməyə söz də yox, hərf də tapmadım. Belə qənaətə gəlirsən ki ,bu ölkədə hamının başı xarabdır. Gərək sən də başı xarab olasan ya da idmanla məşğul olasan ki,bu depresiyadan qurtulasan. Artıq idman sənin gündəlik həyatına çevrilir. Treyner də sənə lazımi göstərişləri verir, nəyin harda səhv ,düz etdiyini sənə izah edir. Sağlam ruhla yeni həyata qədəm qoyursan. Çayı unutmaq üçün ancaq su içməyə qərar vermisən. Əhvalın çox yüksək, sevincək zalı tərk edib evə tələsirsən. Birdən gözün qapıda treynerə sataşır. Sən demə səni gözləyirmiş. Yaxınlaşıb sağollaşmaq istəyirsən ki, treyner qəfildən dillənir:

-Bəlkə bir çay içək?

Sözün bitdiyi yer. Əslində siyahını uzada da bilərdim. Elə burda dayansam yaxşıdır. Sadəcə artıq “Lənət şeytana” deyil, “ Lənət sizə “ deyib zalı tərk edirəm.

Gecənin səssizliyində eyvanda yalnızbaşına oturub çay içirəm. Elə bu vaxt uzaqdan bir mahnı sədası gəlir :

“ Kimin ağrıyır canı-
Bir çay içsin mərcanı.
Min bir dərdin dərmanı-
Çay , çay,çay.....”

Elmira Kənan
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV