Bizi izləməyi unutmayın

#Yazarlar

Zəlimxan Yaqubun “Yunus Əmrə dastanı”

29-10-2018, 20:30 | 1342 dəfə baxılıb.

Xalq şairi Zəlimxan Yaqubirihəcmli “Yunus Əmrə dastanı”nı1991-ci ildə qələmə almışdır.Səkkiz yarımbaşlığı olan poemada əsas əhvalatların təsviri nəsrlə verilsə də, çoxlu sayda qoşma və gəraylılara da istinad olunub.

Əsərin nəsrlə olan müqəddiməsindən bəlli olur ki, poemanın yazılması üçün şairə qeybdən gələn səs yol göstərib, bu da dastanlarda qəhrəmanların buta alması movitini xatırladır.

Girişdə daha çox Yunus Əmrədən əsər yazmaq üçün ilahi qüdrətə sahib olmaq və Yunus Əmrə ucalığına bələd olmaqdan söz açılır. Əsas fikirlər bu misralarda ümumiləşdirilib: “Yunus sözü demək üçün yurd dilini bilməlisən!

Bir millətin xilaskarı qurd dilini bilməlisən!” İlk bölüm olan “Yunus dərgahı” beş bəndlik gəraylıdan ibarətdir. “Mübarək üzünü görməyə gəldim” adlı ikinci bölümün əsas ağırlıq mərkəzi bu misraların üstünə düşür.

“Nəylə ölçüm, səni nəyə bənzədim, Ölçülməzi ölçə bilməz ölçülər”. Bununla yanaşı, şair ulu ustada müasir dövrün bəlaları barədə də gileylənir. “Füzuli Bağdadda səksəkəlidi, Bir canın içində neçə can yatır.

Nəsimi Hələbdən Şirvana baxır, Ələsgər Göyçədə nigaran yatır!” Bənddə müxtəlif tarixi zamanlarda yaşayan ədiblərin adı çəkilməklə ayrı-ayrı əsrlərdə ölkəmizin başına gətirilən bəlalar onların simasında ümumiləşdirirlib.

“Dəmir çarıq, dəmir əsa” bölümüylə əsərin ekspozisiya hissəsi yekunlaşır. Bu bölümdə Yunus Əmrənin şəriət, təriqət, mərifət və həqiqət qapılarından üzü ağ çıxması və ilahi sözə sahib olması bəlli olur.

“Tapdığın qapısında” adlı bölümlə əsərin zavyaska mərhələsi başlayır. “Günlərin bir günündə Yunus zəmanənin böyük şeyxi Hacı Bəktaş Vəlinin tapşırığı ilə ulular ulusu Tapdıq Əmrənin qapısını döydü...”

Şeyxi də haqq yolunda xidmət üçün onu öz dərgahına qəbul edir. Yunus Əmrə bütün təbiətə, tanrının yaratdıqlarına könül verir.

O, dağa, daşa olan sevgisini də sübut edirdi. Bir gün şeyxinin qızı Fatma bulaqdan gələrkən Yunusun qarşısına çıxır. Yunusa olan sevgisinin saflığı qızı da aliləşdirir. Qızın sevgi etirafından bəhs edən dörd misralıq bəndə diqqət etsək, sufizmin dörd mərhələsinin keçildiyini görmüş olarıq.

Hansı yana çıxıram, gözə sən görünürsən, (şəriət)

Çiçəklərə baxıram, gözə sən görünürsən! (təriqət)

Yatıram, oyanıram, gözə sən görünürsən, (mərifət)

Ocaq kimi yanıram, gözə sən görünürsən! (həqiqət)

Yunus Əmrəyə aşiq olan qızın dilindən verilən bu misralardan da görünür ki, ona könül verən də özü kimi ali məqama çatmış olur. Yunusun da qüdrəti ondadır ki, özünə qarşı olan sevgi ilə insanların daxili saflığına nail ola bilir.

Fatma ona olan eşqi ilə mənəvi təkamülə çatmışdır. Yunus Əmrə bu sevgini anlasa da, etirazı ilə onun könlünü yıxmağı düzgün hesab etmir. Xeyli tərəddüd keçirir: “Desinmi gecikmisən, mənim öz sevgilim var”, “Desinmi Sarıköydə bir qız qoyub gəlmişəm”.

Mümkün qədər qızın ürəyini qırmamağa çalışır. Atasının dərgahında hamının onu çox sevdiyini deyir. Amma qızı da aldatmaq istəmir. “Mən səni gözəlliyin tacı kimi sevirəm, Mən səni ən sevimli bacı kimi sevirəm” – deyərək onu boşuna ümidləndirmir.

O bildirir ki, bu dərgaha yalnız atasından ərənlərin himmətini, peyğəmbərin şərafətini öyrənmək üçün gəlib. Öz missiyasına sadiq qalan şair ürəyində yeri olmayan Fatma sevgisindən mərdanə şəkildə imtina edir. “Ayrıldılar bir axşam, həmişəlik, əbədi, Qıza könül vermədi eşqin ulu məbədi!”

Əsərin “Mövlanə məclisində” adlanan bölümü kulinimasiya xarakteri daşıyır. “Haqqa qırx illik xidmətdən, dərsdən və tərbiyədən sonra Dərviş Yunus şeyxinin xeyir-duasını alıb, Tapdıq Əmrə dərgahından ayrıldı”. O, Mövlanənin sorağıyla Konyaya gəlir.

Mövlanə onu “Mənim Şəmsim ustad oldu, sənin isə Tapdığın, Heç olmadı həqiqətdən yayındığın, sapdığın” - deyərək böyük ehtiramla qəbul edir. Əsərin ən ibrətamiz yeri “Yunusla Osman Qazinin görüşü”dür. Bu hissədə Osmanlı imperiyasının ədalətli qanunlar üzərində qurulması tarixçəsinə də yer verilmişdir.

Bununla yanaşı, sultanın sarayında hikmət sahiblərinə böyük ehtiram göstərilməsi ibrətamiz şəkildə qələmə alınmışdır. “Osman Qazi bilirdi ki, Yunusun ilahiləri, hikmətli sözləri bütün Anadoluya bir doğmalıq gətirir, qardaş qırğınını, qan davasını, tayfa çəkişmələrini sakitləşdirir: bu da sultanlığın nüfuzunu birə-beş artırırdı”.

Osman Qazi atası Ərtoğrul bəyin vəsiyyətinə əməl edərək yurdunun xilaskarı olmağı bacarırdı. Zəlimxan Yaqub onun hökmdar qüdrətini belə göstərir: “Arxasında Bizans vardı, önündə monqol, Düşmənlərin kimliyindən yaxşı halıydı”.

Yəni dünyanın ən uzunömürlü imperiyası olan Bizansın hələ də var olduğu bir dönəmdə, üstəlik şərqdən qərbə monqol istilaları da tarixi gerçəkliyə çevrilirdi.

Məhz belə bir şəraitdə bu güclərə dirəniş göstərə bilib, türkün ən üzünömürlü imperiyasını yarada bilmək, doğrudan da, türkanə bir çaba tələb edirdi. Buna görə də, hədəfə doğru inamla gedirdilər.Əyricədə ən uğurlu zəfər çalan osmanlılar La-Manşdan Bursaya qədər bütün ərazilərdə qələbə qazandılar.

Onlar yeni torpaqlara sadəcə sahib olmurdular, həm də həmin yerlərə türkün böyük mədəniyyətini aparırdılar. Poemada göstərilir ki, Osman Qazi bayram günü qılıncları qında saxlatdırırdı. Bu ilk baxışdan, bəlkə də, sıradan bir detal kimi görünə bilər.

Amma əslində türk xarakterinin bütövlüyünün simvollarından biri kimi anlaşılmalıdır. Bu detallara tarixi düşmənimiz ermənilər bizdən daha çox fikir veriblər.

Məlumdur ki, son iki əsrdə onların türk soylu xalqlara qarşı qırğınları əsasən bayram günlərində həyata keçirilir. Türk kökənli hökmdarı isə bayram şənliyində Yunus Əmrədən oxuyan ozanlar başqa bir aləmə aparırlar.

O, Kayı xanın dörd yüz atlı ilə yaratdığı qoşunun sayının indi qırx mini keçməsi ilə qürur duyurdu. Hökmdar Ozanlardan oxuduqları sözlərin müəllifini soruşur. “Dərviş Yunusun! Cavabını alanda əmr elədi ki, sizə üç gün vaxt verirəm, Yunus Əmrə hardadırsa onu tapmalısınız...” Əgər o gələ bilməsə, özüm onun ziyarətinə gedərəm deyir.

Hər tərəfdə onu axtarmağa başlayırlar. “Hər kimdən soruşursan, Deyir: “Yunus məndədi!”, “Hamı Yunusam deyir, Gəzənlər çaş-baş qalır”. Axır onu Tapdığın dərgahında axtarmağa gedirlər və öyrənirlər ki, o, bu yerlərdən yeddi ildir gedib. Nəhayət, Yunus Əmrə özü axtarıldığını hiss edib bir axşam gəlib saraya çatır.

Sultan buna sevinməklə yanaşı, həm də onu sarayda qalmağa və birlikdə dövləti ədalətlə idarə etməyə çağırır. “Təzəcə doğulan bir məmləkətin, Qüvvəti mən olum, ürəyi sən ol! Arxası mən olum, gərəyi sən ol!”- fikirləri ilə öz millətinin fəxri olan sənətkara böyük ehtiram göstərir.

Şair ona cavab verir ki, “Mən dərviş Yunusam, dərvişin yeri, Oba içindədi, el içindədi”. Məlum olur ki, onların ikisinin də əsas məramı xalqına əsl vətəndaş mövqeyi ilə xidmət etməkdir. Osman Qazi ona xoş niyyətlə təklif etdiyini inandırır.

Birlikdə dövlətlərinə daha böyük xeyir vermiş olacaqlarını bildirir. Hökmdar müdrikliyi xalqın taleyini hər şeydən üstün bilməsində özünü göstərir.

Bu epizoda diqqət etdikdə Nizaminin yaratdığı hökmdar obrazlarının da mübaliğə olmadığına inam yaranır. Bəlli olur ki, bir vaxtlar türk hökmdarları ilə şairləri eyni amala xidmət ediblər.

Yunus Əmrə onun bu cür böyük ammallarla yaşamasına sevinir və bildirir ki, hər yerdə sənə dəstək olacam. “Səsinə səs verib ellər içində, Səs ollam, ün ollam. Hay-haray ollam”.Əsl haqq şairi xalqını qoruyan sərkərdələrlə xalqın arasında körpü olmağı bacaranlardır.

Sarayda yaşayaraq təxəyyülündəki xalqa məcazi mənada xidmət etməkdənsə, xalqın içində yaşayıb, millətin və məmləkətin bütövlüyünün simvolu olan saraya həqiqi xidmət etmək dövlətçilik naminədaha əlverişlidir.

Osman Qazi ona şeyxim, dərvişim, dostum, ozanım deyə müraciət edir. Ondan xeyir-dua istəyir ki, haqq yolunda qılınc çalanda ayağı altında yer titrəməsin. Yunus Əmrə bildirir ki, “Gözüm gördü, könlüm duydu, qəlbim sevdi hökmünü, Səni bildim bu dövlətə ata, şanlı sultanım”.

Bu misralar bir ilahi şairin öz hökmdarına millətinin taleyini əmanət etməsinin təsdiqidir.Hətta, ən əsas məsləhətini də verir. “Səltənəti məhvərindən yıxsa bir tamah yıxar, Qoyma sərvət başınızı qata, şanlı sultanım”.

Bununla da hökmdar və şairin dövlət və dövlətçilik naminə bir-birilərinə arxa olduqlarını görmüş oluruq. Əslində poemada qabardılan əsas məsələ türkün dövlət gələnəyinin ədalətli idarəçiliyə əsaslandığını nümayiş etdirməkdir.

Əsərin “Molla Qasım sınağı” adlanan hissəsi zavyazkadır. Yunus Əmrənin şan-şöhrəti artdıqca təbii ki, paxıllığını çəkənlər də çoxalır. Bu da onun göstəricisidir ki, tarix boyu heç bir kəs, heç bir fərd hamı tərəfindən birmənalı qarşılanmayıb. Hər bir insan başqasını öz ürəyinə, öz ölçü meyarlarına görə dəyərləndirir. Şairin şeirlərini yandırmaq istəyən molla buna nail ola bilmir. O, şeir yazılmış vərəqləri cırıb suya atır, ancaq vərəqlər dil açıb nəğmə oxuyur. Bu parçadan çıxan nəticə odur ki, “Batdı Molla Qasımlar, Bəşərin yaddaşında Bir Yunus Əmrə qaldı”.

Poemanın “Mən burdan getməyə gəldim” bölümünü final adlandırmaq olar. Bu hissədəYunus Əmrənin can üstə olarkən yurdunun hər yerindən ziyarətə gələnlərin ibrətamiz davranışı təsvir olunur.

Ölümündən sonra hər kəs istəyir ki, şairi onların torpağında dəfn eləsinlər. Bir müdrik qoca deyir ki, “O təkcə bizim deyil, türk oğlu türk adlanan Ulu bir millətindi”.Bu ulu millətə aid olan hər bir dahi sənətkar bəşəri yaşarlılığına söz və əməl birliyinin vəhdəti sayəsində nail olmuşdur. Axır qərar verirlər ki, şairi Əskişəhər yanında Sarıköydə dəfn etsinlər.

İndiki dövrdə düşünürlər ki, onun Ərzurumda, Kirşəhirdə, Qaramanda, Konyada, Aksarayda, Sivasda qəbri var. Müəllifin son qənaəti bu olur ki, Yunusu görmək üçün haranısa gəzməyə ehtiyac yoxdur, onu görmək istəyən hər kəs hər yerdə görə bilər. Ən əsası isə öz qəlbinə həqiqi ziyarət etməklə Yunus Əmrə dərgahına çatmaq olar.

Bu poema sadəcə bir türk yazarının həyat tarixçəsinin xronologiyası deyil. Əsər öz dil-üslub xüsusiyyətlərinə görə də, tamamilə türk ənənəsində kodlaşdırılıb.

Türkün dastan təfəkkürünün qədim zamanlardan üzü bəri epik təsvirlərə himayədarlıq etməsi əsaslandırılıb. PoemadaYunus Əmrənin öz misralarından 18 dəfə istifadə edilməklə yanaşı, irili-xırdalı 18 nəsr parçası da yer almışdır. Heç bir təhkiyə mətni məcburən nəzmə gətirilməyib. Əsasən tərənnüm obyektləri şeirlərlə ifadə olunub. Mətndə nəzm və nəsr dilinin tarazlığı zərgər dəqiqliyi ilə gözlənilib. Bütövlükdə əsərin kompozisiyası türk milli düşüncəsi üzərində qurulub.

Gülnar Səma

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Baş Redaktordan

Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş kitabının Londonda təqdimatı oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Mozartla eyni musiqi duyumuna malik olan gənc konservatoriyada oxumaq istəyir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Balayar Sadiqin çağdaş poemaları

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının