Bizi izləməyi unutmayın

#Yazarlar

Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları

6-11-2018, 22:19 | 652 dəfə baxılıb.

Moskva şəhərinə səfərin əsas məqsədi Doktorluq dissertasiyası mövzusu ilə əlaqədar olaraq Rusiya Elmlər Akademiyasının N.V.Çiçin adına Baş Botanika Bağına (Главный ботанический сад имени Н. В. Ци́цина РАН ) elmi ezamiyyət və Rusiya Yazıçılar İttifaqının Moskva şöbəsində -МГО СП России, çoxdan planlaşdırılan mühümm bir görüş nəzərdə tutulmuşdur (10.07-14.07. 2018). Şeremetyevo hava limanında təxminən səhər saat 07-də təyyarəmiz endi. Məni İlham adlı həmyerlimiz taksi sürcüsü olan digər həmyerlimizlə (adını unutmuşam) qarşıladı. Hər ikisinə göstərdikləri hörmətə görə təşəkkür edirəm. Biz birbaşa Rusiya Yazıçılar ittifaqı Moskva Şöbəsinə gəldik. Səhər olmasına baxmayaraq şəhərdə sıx tıxac var idi.

Ümumiyyətlə Moskva şəhəri tıxacları ilə yadda qaldı. Mən yoldaşlarla söhbət etsəm də, pəncərədən çoxdandır görmək istədiyim, uzun zamandır dünyanın düzəninə təsir edən iki paytaxdan biri olan, bir çox xalqların, eləcə də azərbaycanlıların həm işləmək üçün üz tutduqları, həm də bəzən sahibsiz məzarlığına çevirilən müəmmalı şəhəri diqqətlə seyr edirdim. Moskvada qədimi, sovet dövrundən qalan və yeni tikillər vardır. Ancaq sovet dövründən qalan binalar üstünlük təşkil edir.

Bakı ilə müqaysədə burada xarici bahalı aftomobillər azdır. Və binalrın fasadları köhnədir. Əsas diqqət çəkən odurki, burada yaşayış binaları bir-birindən xeyli aralı tikilib. Elə bil Rusiyanın ərazi genişliyi, binaların həyətlərində də öz əksini tapıb. Binaların əksəriyyətində il boyu isti su verilir-Kombisiz.

Aftobusda və metroda gediş haqqı yüksəkdir. Dəqiq bilmədim, çünki, yol pullarını İlham verirdi.. Amma o yadımdakır ki, Adana şəhərində aftobusun gediş haqqı 3 tl-di. Bakı şəhərində metro və aftobusda gediş haqqı bu şəhərlərə nisbətən çox aşağıdır.

Saat 10.40-da Yazıçılar ittifaqında bizi qarşılaycaq Marina adlı xanıma zəng etdik. Bizə bildirdi ki, mən sizə saat 11.00 da söz vermişəm. Gözlədik. Dedyi vaxt gəldi. Səmimivə məntiqli söhbətlər etdi.

Sənədləşmə işləri apardı. Və dedi gedin, 45 dəq sonra gəlin-əvvəldən vəd etdiyi kimi.. Moskva Dövlət Universitetinin ətrafında və Arbat küçələrində gəzişib, deyilən vaxt orda olduq. Marina yerində idi. МГО-ya üzvlük vəsiqəm hazır idi. Marina xanım, bir daha romanlarımın onlar üçün maraqlı olduğunu, üzvün hüquq və vəzifələrini izah edib, bizi təbrik edti və sağollaşdı.

Biz bu xanımın dəqiqliyi, sözünə ciddi əməl etməsi barədə söhbət edə-edə Baş Botanika Bağına gəldik. Elmi işlər üzrə direktor müavini Elena Vladimirovna ilə görüşdük. Bizi diqqətlə dinlədi. İki əməkdaş çağırdı və onlara müxtəlif günlrdə bizimlə bağı gəzməyi və lazımı kömək etməyi, informasiyalr verməyi tapşırdı. Söhbətlər əsasında məlum oldu ki, bizim apardığımız tədqiqatlar və əldə etdiyimiz nətcələr, ümumi elmi səviyyəmiz heç də onlrdan geri qalmır.

Hətta bəzi nüanslar onlar üçün yenilkdir. Elena xanımın tapşırdığı iki nəfər əməkdaş iki gün, deyilən vaxtda mənimlə görüşüb botanika bağını gəzdilər. Bağda müxtəlif flora vilayətlərinin, o cümlədən də Qafqaz florasının ot, kol və ağac bitkilərindən ibarət kolleksiya sahələri vardır.

Bitkilər haqqında, elmi işləri barədə məlumatlar verdilər. Hətta mən yorulub, gəzintini bitirmək istəsəmdə, onlar əl çəkmirdilər..)) Bu həmin əməkdaşların verlən tapşırığı məsuliyyətlə yerinə yetirmək istəyindən irəli gəlirdi. Bağda mənim istədyim şəkilləri çəkdilər. Bakıya qayıdanda, artıq şəkilləri göndərmişdilər.
Bu zamanlar Bakıda 38-40 dərəcə isti olduğu halda, Moskvada temperatur16-20 dərəcə olurdu.

Hətta bir gün bağdan yaxınlıqdakı Vostok otelinə qayıdanda yağışa düşüb xeyli islandım. Moskvada açıq mavi səma və buludların gözəl görünüşlərini müşahidə etmək mümkündü. Mülayim iqlimi insanların rahat işləməsi və düşünməsi üçün əlverişli imkan saymaq olar.. İnkişaf etmiş xalqların, dövlətlərin məhz tropiklərdə, ekvatora yaxınlarda, səhralrda deyil, mülayim iqlim quraşaqlarında olmasının əsas əsbələrindən biri də bu ola bilər.
Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları
Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları
Moskva

Moskva metrosu başqa bir aləmdi. Çoxlu stansiyalar, qarışıq xətlər, keçidlər, müxtəlif xalqların nümayəndələri... Diqqət çəkən o idi ki, Bakı ilə, Adana ilə müqayisədə gənclər yaşlılara nisbətən çox az idi.. Demoqrafik problem aydın görünürdü.. Tam səmimi deyirəm, bizim insanların çöhrəsindəki aydın cizgiləri, gözəllikləri orda görə bilmirdim...

Soyuq, ifadəsiz simalar... Və burada insanlar bir-birinə baxmırdılar.. Əvvəl elə bildim, mənə baxmırlar.. sonra gördüm ki, heç kim heç kimə baxmır.. Demək kiməsə diqqətlə baxmaq, mədəniyyətsizlik-baxışınla kimisə narahat etmək elementi imiş... Hər halda mənim qənaətimə görə moskvalılar belə düşünürlərmiş..

Növbəti səfərimiz doktorluq mövzusu ilə əlaqədar olaraq Batabat meşələrində olan relikt agac ve kollar üzərində müəyyən tədqiqatlar aparmaq məqsədi i ilə dogma Naxçìvana olmuşdur (23.07-27.07.2018).
Azərbaycanımızın hər bölgəsi, aranı yaylağı, daşı-çınqılı mənə vətəndir və əzizdir. Ancaq hər bir insan üçün doğuluğu kənd , el-oba vətənin ilki, başlanğıcıdır. Vətən ayaq açıb yeridiyin, ilk yıxıdığın, üz gözünə bulşan torpaqdan başlayır.

Vətəndir

Uşaqlıqda yıxıldığın torpağın,
Üz-gözünə saçlarına bulaşan,
Qocalanda sən boyda, səni aşan,
Həyatının torpaq seli vətəndir...
Hər kişinin kişi eli, vətəndir !

Ana yurdun tozu, daşı vətəndir,
Bir ananın göz yaşları vətəndir,
Bir ağacda pıçıldayan yarpaqlar,
Bir yarpaqda sirrlə dolu varaqlar,
Ağac boyda kitabları, vətəndir.

Ucalıqda qartalın uca səsi,
Uşaqlığın hey qaçan, uşaq səsi,
Kəklikotu, biçilmiş ot qoxusu,
Şirin xatirələr yuxusu, vətəndir,
Qar naxışı, bulaq suyu vətəndir.

Ana qucağında körpə, vətəndir,
Bu qucaqda bir qucaq xatirələr...
Ata ocağında köz də, vətəndir,
Əsgər, səngərdəki göz də vətəndir,
Vətəni vəsf edən söz də vətəndir.

Üç rəngdə nəhəngləşən, bütövləşən,
Mənliyimin hər zərrəsi vətəndir,
Nizaminin hikmətli sirr dünyası,
Füzulinin qiyamətli eşq dünyası,
Müşviqin qürurlu tarı, vətəndir !

Nəsimini öz dərisi, vətəndir,
Tusinin də elm, söz dərsi vətəndir,
Cavidin, Şəhriyarın sözü dağlar,
Bəxtinə Süleyman, Bəxtiyar ağlar,
Arazın boyda göz yaşın, vətəndir.

Zəngəzur, Qarabağ boyda əsarət,
Dərbənd, Şuşa, Təbriz boydadır həsrət,
Əlincə boyda azadlıq, vətəndir,
Xocalı boyda qanın da vətəndir,
Ölməyən, Şəhid canın da vətəndir !

İndi uca sözü, qüdrəti olan,
Dünyaya buludsuz günəştək doğan,
Sönməz nurlu, Odlar Yurdu Vətəndir,
Yolları müstəqil, vüqarlı olan,
Heydər boyda zirvə, dağ da vətəndir.

Lələtəpə vüsalı da vətəndir,
Xalqın cəsarəti, müdrik İlhamı,
Əsgərimin rəşadəti, vətəndir,
Üç rəngdə bütövləşən can, Vətəndir,
Öz dünyam AZƏRBAYCAN Vətəndir !

Ümumiyyətlə, Naxçıvanın təbiəti özünəməxsusluğu ilə seçilir. Dünyada elə bölgələr vardır ki, ərazicə kiçik olsalar da, bir sıra kompleks xüsusiyyətlərinə görə seçilir.

Məcazi mənada desək, Allahın seçilmiş və sevimli bəndələri olduğu kimi, müqəddəs torpaqları da var. Naxçıvan da belə torpaqlardan biridir. Naxçıvanın kəskin kontinental iqlimi var.

Burada qışda -25-30° şaxta, yayda isə 40-45° isti olur. Sanki, iqlim sabitliyi qanuni hökm sürür. Yəni qışdırsa, qar yağar, güclü şaxta olar; yaydırsa, həddən artıq isti olar. Yazda əsl bahar hiss olunar. Payızda, rus şairi Puşkinin təbiri ilə desək, “dəbdəbə ilə solub gedən” təbiət müşahidə edilər.

Bu yerlərin iqliminin fəlsəfi mahiyyətində riyakarlıqdan, ikiüzlülükdən uzaq, bütövlük, məğrurluq, sabitlik və həqiqət durur. Burada maskalanma yoxdur.

Bütün fəsillərin əslini, naturasını, tam mahiyyətini görmək, hiss etmək istəyən hər bir kəsin Naxçıvana gəlməsi məsləhətdir. Naxçıvan təbiətinin flora və faunası, relyefi, coğrafi elementləri bütün parametrlər baxımından əsrarəngiz, təkrarsız və bənzərsiz yaradılmışdır.

Dünyanın heç bir yerində nəinki Naxçıvan boyda ərazidə, hətta böyük ölkələrin təbiətində Ağrıdağı, Batabat, Salvart, İlanlıdağ, Əlincə qalası, Əshabi-Kəf, Ordubad dağları, onların ətəyindən axan çaylar, Gümüşgöl, Vayxır dəryaçası, Araz Su Anbarı, Batabat gölləri kimi təbiət görüntülərinin yaratdığı mənzərə incilərinin bir yerdə olmasına rast gəlmək qeyri-mümkündür.

Mayın axırı, iyunun əvvəllərində Zorbulağa çıxmaq, bu bulaqların suyundan içmək, qarşıdan meşəyə, Batabata, oradakı göllərə, Salvartıya, Üçqardaş dağına baxmaq, dağların zirvəsindəki qar talalarını seyr etmək, yerə sərilmiş əsrarəngiz, bütün rəngləri əhatə edən çiçək xalısında gəzmək, arıların, quşların səsini eşitmək, sərin mehin gətirdiyi gül-çiçəyin, əzilmiş otun qoxusunu özündə birləşdirən oksigenlə zəngin, dərman sayılacaq təmiz dağ havasını ciyərlərə çəkmək – bütün bunlardan insanın duyğu üzvlərinin aldığı zövqə, keçirdiyi hisslərə bəşər övladı yəqin ki, ancaq bir də Cənnətdə rast gələr.

Son zamanlar Naxçıvanda aparılan tikinti işləri, səliqə-səhman yaradılması, xüsusi ilə yaşıllıqalrın salınması diqqəti çəkir. Naxçıvan şəhəri nəinki Qafqazın, bəkə də dünyanın ən təmiz, səliqəli şəhərlərindəndir.

Naxçıvanın tarixinə düşəcək üç mühümm hadisəni- Böyük öndərimiz Heydər Əliyevin xalqla birlikdə bu torpaqların bir qarışını da ermənlərin işğal etməsinə imkan verməmək və Prezident, Ali Baş Komanda İlham Əliyevin xüsusi diqqəti ilə güclü orudu formalaşdırmasını və son zamanlar Ali Məclisin sədri Vasif Talıbovun şəxsi nəzarətində yaşıllıqalrın salınmasını qeyd etmək lazımdı. İndi Naxçıvan nəinki güclü qorunur, hətta lazımı anda Yerevanın qulağnın dibindən AZƏRBAYCANLI ŞİLLƏSİ vurmağa qadirdir. Bunu son zamanların prlaq hadisəsi olan Günnüt qələbəsi də təsdiq edir.

Naxçıvanda geniş vüsət almış yaşıllıqların salınması təcrübəsinin Azərbaycanın digər rayonlarındada tətbiq olunmasını arzu edərdim.
Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratlarıBakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları


Naxçıvan

26-29.11.2018-ci iltarixlərində qardaş Türkiyə Respublikasına səfərimiz olmuşdur. Səfərdə əsas məqsədlər doktorluq mövzusu ilə əlaqədar ADANA Çukurova Üniversitetinin Ali Nihat Gökyiğit Botanika Bağında olmaq, həmçinin Türkdilli xalqların IV beynəlxalq ədəbiyyat və musiqi festifalında iştirak etmək idi. Mənə xoş oldu ki, qələm dostlarımla aftobusla bu səayhətə çıxdıq.

Gürcüstandan keçdik. Eşitmişdim ki bura ucuzluqdu. Yoldaşlar da təsdiq edər ki, belə deyilmiş. Batumidə gedəndə və qayıdanda yemək yedik. Bahalıq. Xüsusilə, həm Gürcüstanda, həm də Türkiyədə yol boyu həm yeməkxanlar bahaçılıq, həm də ayaqyolları. Çayı da bizdəki kimi çayniklə yox, stəkənla-bəzi yerlərdə 1 stəkan az qala bizim pulla 1 manat..

Batuminin əsrarəngiz təbiəti vardır. Ümumiyyətlə Qara dəniz sahilləri kimin payına düşübsə turizm baxımından və əsrarəngiz təbiət baxımından bəxti gətrib. Burada iqlim mülayim, dağ, meşə və dəniz bir yerdədir. Bu səbəbdəndir ki, Batumi inkişafdadır. Bu şəhərdə xeyli müasir tiklillər var və yeniləri tiklir. Qara dəniz sahillərində meşələrdə hələ payız başlamayıb. Yam-yaşıllıqdır.

Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları
Batumi

Adana şəhərində ilk getdyimiz yer Çukoravuniversiteti oldu. Ora qələm dostlarımız- Nizami müəllim, Əli müəllim, Kərim müəllim, Elməddin müəllimlə getdik. Çukurova universitetinin 50 minə qədər tələbəsi, 3 minə qədər isə müəllim heyəti var. 3 mindən çox xarici tələbəsi, o cümlədəndə 250 - yə qədər azərbaycanlı tələbəsi vardır. Həmyerlimiz, professor Alxan Sarıyev bizi universitetlə tanış etdi və həyətindəki botanika bağını gəzdik. Alxan müllim qürur duya biləcəyimiz ziyalı və müəllimdir. Çox dəyrli insandır. Təşəkkür edirəm çəkdiyi zəhmətə görə.
Sabahsı gün yoldaşlar vestifalın açılışına getdilər. Mən isə söz verdiyim üçün Elxan müəllimlə univeritetin Ali Nihat Gökyiğit Botanika bağına getdik. Bağın kollektivi və direktoru Halil Çakan bizi hörmətlə qarşıladı və bağı gəzdik, tanış olduq. Bağ yeni, quruculuq mərhələsindədir. Və Moskvada olduğu kimi, burada da həm introdukiya edilmiş bitkilər həm də buranın yabanı meşə sahəsi bağın əsasını təşkil edirdi. Elxan müəllimlə və Halil müəllimlə maraqlı, aktual bir lahiyə də düşündük. Talış və Amonos floralarının relikt növlərinə Anadolu dioqanalının təsirləri.
Adananın ətarfı dağlarla əhətəlidi və əsasən subtrpikdir. Ancaq buada subtropik, səhraya yaxın iqlimdi. Dağlarda əsasə şam cinsini-xüsusilə qara şam geniş yaylımşdır.Burada enliyarpaq və yarpağını tökən növlər çox azdır. Olsa da kol formaldır. Bu da məndə belə bir qənaət formalışdırdı ki, buranın ərzasi relikt ərazi, şamlar isə burada qədimdən –tabaşır dövründən qalmadır. Yəni Buzlaqlar bura çatmayıb. Ona görədə Amerikanın sakit okean sahillərində olduğu kimi, çıpaqtoxumlular burada da relikt (qədimdən qalma) formalar kimi qalıb və hegemonluq edərək, digər örtülütoxumlu ağac və kolların yayılmasına imkan verməybdirlər.

Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları
Çukurova universiteti.


Ali Nihat Gökyiğit Botanika bağı.

Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları

Bakı- Moskva- Naxçıvan-Batumi-Adana Səfər təəsüratları
Adana

Adanada, həmçinin yol boyu Türkiyənin digər bölgələrində səliqəli və geniş çeşidli əkin sahələri, xüsusilə bağlar diqqəti cəlb edir. Qardaş Türkiyə Respublikasınım kənd təssərüfatı sahəsinin xeyli inkişaf edtiyini deyə biərik.

Bir neçə kəlmə də qatıldığım festifal barədə. Orda çıxışımda da dedim- aşk şeirləri və bayağı vətənpərvərlik şeirləri ilə dünyaya çıxmaq, türkçülüyü, azərbaycançılıq məfkursəini anlatmaq mükün deyil. Yeni ideyalar, fikirlər ortaya qoymaq lazımdır. Hətta bir türk arakadaşımıza foyedə dedim: Sən niyə qışıqrırdın?)))) Onlar şeiri yüksək səslə, həyacanla deyirdilər. Mənə qəribə gəlirdi.. Qənaətim odur ki, Ümumtürk ədəbiyyatı rüşeym mərhələsindədir. Nə göyərəcək, zaman göstərəckdir.

Tədbirdə gənclər az idi. Bizmlə gedən Suma xanımın səsi və muğam təhsilini xüsusi qiymətləndirirəm və dəyər hesab edirəm.
Heyəti seçəndə bir az diqqətli olmaq lazımdır. Bütü bunlara rəğmən yol yoldaşlarıma onları çox istədiyimi, onlardan çox şeylər öyrəndiyimi bildirmək, haqlarını halal etmələrini rica edərdim. Bir söz də deyim ki, nə özünü güclü nə də gücsüz şair hesab edənlər yanılmasınlar. Yüz il sonra bilinəcək, kim yaddaşlardan, kim qara daşlrdan boylanır)..

Bakı: 06.11.2018.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Taksi sürücüsü saxlanıldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Moskva İrəvana yardım etməyəcək..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Rusiya Abş-ı yer üzərindən silməyə hazırlaşır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının