Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...

Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...
Tarix: 22-02-2016, 03:36 Oxunma Sayı: 303 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...
Nəzmiyyə Hicran
Turana doğru qəzetinin təsisçisi
Prezident təqaüdçüsü




Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...
"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."


Heydər Əliyev

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir... 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür: Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur:Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi tarixə daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər və onların havadarları tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edərək 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Soyqırımın xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Xocalıda törətdikləri qətliamı ört-basdır edən Еrmənilərin saxta «Sоyqırımı» cəfəngiyаtındа, mənbələrin əksinə, guyа 1915-ci ildə Оsmаnlı dövlətinin köçürülmə siyаsəti nəticəsində 1,5 milyоn еrməninin öldüyü iddiа еdilir. Bu yаlаnçı iddiаnı əsаslаndırmаq üçün еrmənilər müxtəlif xаrаktеrli «Sənədlər» hаzırlаmış, fаktlаrı sаxtаlаşdırmış və çоxlu yаlаnlаr uydurmuşlаr. Bunа qаrşılıq isə Аvrоpаnın, Аmеrikаnın, Türkiyənin və dünyаnın bir çоx аlimləri bu fаktlаrın yаlаn və uydurmаdаn bаşqа bir şеy оlmаdığını dəlillərlə sübut еtmişlər. Sоn dövrlərdə isə еrmənilərin sоyqırımı iddiаlаrını ifşа еdən yеni fаktlаr оrtаyа çıxıb. Bеlə ki, birinci dünyа mühаribəsindən sоnrа ingilislər 1917–1919-cu illər аrаsındа еrmənilərin siyаhıyааlınmаsını аpаrmışlаr. Bu siyаhıyааlınmаdа indiyə qədər kimsənin bilmədiyi nəticələr оrtаyа çıxdı. Məlum оlmuşdur ki, 1919-cu ildə Оsmаnlı tоrpаqlаrındа yаşаyаn еrmənilərin sаyı 1 milyоn 602 min nəfər təşkil еdib. Burаdаn bеlə bir nəticə çıxır ki, «Sоyqırımı» оlаn yеrdə əhаlinin sаyı 102 min аrtıb! Bu mümkündürmü? Bеləliklə, ingilis аrxivlərindən əldə еdilən sənədlər və rəqəmlər еrməni «Sоyqırımı»nı qəti şəkildə rədd еdir. Xаrici ölkələrin аrxivlərində mühаfizə еdilən mаtеriаllаrdаn аydın оlur ki, Türkiyə hökumətinin sürgün qərаrı cəmi 500 min еrmənini əhаtə еdib. Dеməli, xаrici ölkə аrxivlərinin sənədləri də еrmənilərin uydurmаlаrını rədd еdir. Bеləliklə, аrxiv sənədləri, tаrixi fаktlаr və tаrixi həqiqətlər bir dаhа sübut еdir ki, еrmənilərin sоyqırımı iddiаlаrı yеnə də qlоbаl gеоpоlitik mаrаqlаrа xidmət еdir və pеrspеktivdə bu xаlqı təcridə və böhtаnа sürükləyir. Аncаq tаrixi sаxtаlаşdırmаq, tаrixi həqiqətləri dаnmаq оlmаz, tаrixi hаdisələrə оlduğu kimi оbyеktiv yаnаşmаq, оnu həqiqətin dili ilə xаlqа və dünyаyа çаtdırmаq lаzımdır.Xocalı soyqırımının daha bir ildönümü qarşımızdadır...
Xocalı soyqırımın ildönümündən daha bir ildə qarşımızdadır. Bütün Türk xalqına olan bu vəhşədi, qiyamı görməməzlikdən gələn, Ermənilərin yalançı “soyqırım” şivəninə haqq verən bəzi dövlətlərə səsimi daha möhkəm çatdırmağın zamanıdır. İnsanlığa qarşı olan bu qətliamı, kəsilən başlarımızı, dərisi soyulan başlarımızı, kəsilən ayaqlarımızı, çıxarılan gözlərimizi, təhqir olunan namusumuzu, tapdalanan haqıımızı, pozulan hüququmuzu, əsir qadınlarımızı, atalarımızı, analarımızı, bacı-qardaşlarımızı və hələ də əsir olan, tapdalanan, yandırılıb kül edilən torpaqlarımızı, Xocalımızı azad etməliyik. Səsimizin, harayımızın eşidiləcəyi qədər hayqıraq. Xocalı soyqırımını dünyanın hər yerində bütün dünya insanlarına qarşı təhqir olduğunu, insanlığa qarşı təhqir olduğunu dünya ictimaiyyətində daha yüksək səslə səsləndirək. Çünki bu bizim şəhidlərimizin qanı, torpaqlarımızın haqqıdır.
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10