Bizi izləməyi unutmayın

#Yazarlar

Sizə kimdən deyim - Məti Osmanoğlu yazır

7-02-2019, 19:00 | 992 dəfə baxılıb.

Ənənəvi olaraq hər bir folklor nümunəsində - dastanda, nağılda, bayatıda, mahnıda... real həyat hekayələri, tarix və coğrafiya, müasir toponimlər axtarmağa üstünlük verdiyimizə görə əksər hallarda dastandakı epos yaddaşının şərtilikləri, nağıldakı üslub və fikir oyunları, bayatılardakı söz möcüzəsi, mahnılardakı səslənmə sehri, bir sözlə, folklor poetikasının yalnız özünə məxsus olan qanunauyğunluqları diqqətimizdən kənarda qalır.

Bu baxımdan, ən talesiz abidəmiz “Koroğlu” dastanı hesab edilə bilər. Hətta XXI əsrdə çap olunmuş kitablarda belə bu epos xalqın yaddaşının dərin qatlarından gələn poetik abidə olmaqdan daha çox, XVII əsrdə Osmanlı imperiyasında dövlətə qarşı baş qaldırmış Cəlalilər üsyanının xronikası kimi təqdim olunmaqdadır.

Bəzən daha da ifrata vararaq lap elə sovet dövründəki kimi Koroğlunun kürd olduğunu da iddia edirlər. Bunların təkzibinə yönəldilən səylər də, necə deyərlər, oxu hədəfdən yayındırır.
Sazımızın və sözümüzün böyük ustadı Hüseyn Saraclının vaxtilə Azərbaycan televiziyasında lentə alınmış video yazıları (“Koroğlunun Dəmirqapı Dərbənd səfəri” və “Koroğlunun Ərzurum səfəri”) dastanla bağlı bir sıra məsələlərin aydınlaşdırılmasına, ümumilikdə dastan ifaçılığının bəzi məqamlarına yenidən nəzər salmağa kömək edən qiymətli mənbə sayıla bilər. (Bu lent yazıları ilə “Youtube” videohostiq serverində tanış olmaq mümkündür).

Hüseyn Saraclının “Koroğlunun Dəmirqapı Dərbənd səfəri”ni müxtəsər şəkildə danışdığı parça öncə kitablara, kitablardan da beyinlərə düşmüş “Kürdoğlunun Çənlibelə gəlməsi” saxtakarlığını aradan qaldırmağa kömək edir.

Ustad aşıq Koroğlunun Dərbənddə Ərəb paşanın qızı Möminə xanımdan doğulmuş oğlunun adının Kürdoğlu qoyulduğunu, yaxud onun el arasında Kürdoğlu kimi tanınması iddiasını birmənalı olaraq inkar edir və buna qəti etirazını bildirir: “Sizə xəbəri kimdən verəcəm – Möminə xanımdan. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə keçəndə dünya üzünə bir oğlu gəlir. Adını qoyurlar Hasan bəy. Bağışlayın, bunun adını Kürdoğlu adlandırıblar... amma mən köhnədən eşitdiyim, ustadan aldığım... – mənim yaşım yetmişdir, mən elə dünənki uşaq deyiləm – Hasan bəydi bunun adı, bunu Hasan bəy adınnan veriblər bizə...”

Onu da qeyd etmək yerinə düşər ki, “Koroğlu” dastanını tacik, gürcü variantları olduğu kimi, türk dilləri ailəsinə mənsub olmayan kürd variantının olmasını da təbii hadisə hesab etmək olar. Ancaq türk epik abidəsinin baş qəhrəmanının başqa etnosu təmsil etməsi həm elmi baxımdan, həm də dastançılıq təcrübəsi nöqteyi-nəzərindən ciddi yanaşma sayıla bilməz. Çünki epos ilk növbədə milli yaddaşın və milli idealların daşıyıcısıdır.

Türk Koroğlusunun türk olması qeydsiz şərt olduğu kimi, tacik Koroğlusunun tacik, kürd Koroğlusunun da kürd olması da mütləqdir. Çünki hər bir etnosun və ya xalqın yaratdığı folklor və folklor qəhrəmanı o xalqın özünə aiddir. Rus folklor nəzəriyyəçisi Vladimir Yakovleviç Propp folklorun mənşəyini dilin mənşəyi ilə eyniləşdirir: dil hər bir xalqın (və ya dil ailəsinin) özünə aid olduğu kimi, folklor da yalnız onu yaradan xalqa, etnosa aiddir. “...Genetik baxımdan folklor ədəbiyyat ilə deyil, dil ilə yaxın ola bilər, folklor kimi dili də heç kim yaratmayıb, onun nə müəllifi var, nə də müəllifləri. Dil tam qanunauyğun şəkildə və insanların iradəsindən asılı olmayaraq, xalqların tarixi inkişafında bunun üçün müvafiq şəraitin yarandığı hər yerdə meydana gəlir və dəyişir”. V.Y.Proppun elmi yanaşmasına görə, dünya xalqlarınınn yaratdıqları folklor abidələrinin, o cümlədən dastan süjetlərinin və qəhrəmanlarının oxşarlığı, bəzən də eyniliyi ciddi qanunauyğunluğa əsaslanır. “...folklor əsərlərinin oxşarlığı maddi mədəniyyət istehsalının eyni formalarından eyni və ya oxşar sosial institutlara, oxşar istehsal alətlərinə, ideologiya sahəsində isə düşüncənin, dini təsəvvürlərin, yaşayış adət-ənənələrinin, dillərin və folklorun eyni formalarına gətirib çıxardan tarixi qanunauyğunluğun xüsusi bir hadisəsidir”.

Hüseyn Saraclının “Koroğlu”sunun ən mühüm məziyyətlərindən biri ustad aşığın ifaçılıq üslubudur. Bu üslubun təhlili həm də dastanın tarixi mətni haqqında daha obyektiv mülahizə yürütməyə imkan yarada bilər. Hüseyn Saraclı danışarkən dastandakı hadisələri həyatda baş vermiş real əhvalatlar kimi deyil, “ustaddan alınmış” əmanət kimi təqdim edir və həmin yaddaş əmanəti ilə dinləyici (tamaşaçı) arasında vasitəçi, əlaqələndirici rolunu oynayır.

Aşıq dastanın nəsr (bu termindən asanlıq naminə istifadə edirik, dastanın nağıl edilən hissələrini, adətən, yurd adlandırırlar) hissələrinin, demək olar ki, hamısını parodiya formasında çatdırır. Məsələn, Dərbəndə Möminə xanımın sorağına aşıq libasında gələn Koroğlunun zahiri görkəmi gerçək insan portretindən tam fərqli cizgilərlə təqdim edilir: “Paşaya xəbər verirlər ki, bir aşıq gəlib. Əmr verdi ki, içəri gətirin. İçəri gəldi. Baxdılar elə bir aşıqdır ki, eni uzunundan bir qarış artıqdır. Bığlar pələ camış buynuzu kimi süysünündən aşıb. Amma bunun sazı da balaca bir şeydir, balaca da olanda, deyir üstündə bir adam bardaş qurub otura bilər... ”

“Koroğlunun Ərzurum səfəri”ndəki Aynalı pəhləvanın görkəmi də heyrətdən çox gülüş doğurur (H.Saraclının özünəməxsus intonasiyası bu gülüşü bir qədər də artırır): “...bir adam düşdü, gözləri yoxdur. Cibindən o saat bir ip çıxartdı, qaşınnan əti yuxarı dartdı, bağladı, gözlər açıldı. Aynalı pəhləvan bu idi...”

Hüseyn Saraclı hətta gözəl qadın obrazını – Teilli xanımın portretini də ciddilikdən uzaqlaşdırıb, dastan ənənəsindən gələn cizgilərlə bəzəyir: “Amma Telli xanım da qız deyirəm, qızdırma demirəm, ağız püstə, burun fındıq, göz piyalə kimi yanırdı. Dingəsi minar, əl vurma – sınar. Əlini vurma – gendə dur. Ölünün qəbrinin üstünə qoysan, ölü timtik oturardı...”

Dastanda zaman da şərtidir. Qəhrəman “o zaman aynan ilnən, indi aşıqların müxtəsəri dilnən” yol gedib mənzil başına çatır. Həm dastan dilinin, həm də Koroğlunun özünün zaman anlayışı qeyri-adidir. “Dedi: “Möminə xanım!” Dedi: “Bəli”. Dedi: “Mən gedəsiyəm”. Dedi: “Bə mən?” Dedi: “Səni də sonra gəlib apararam”. “Neçə gün çəkər? Neçə ay çəkər?” Dedi: “Çox çəkməz, çox çəksin 18-20 il...” Dedi: “Yaxşı vədə verirsən”...

Burada həm “ustadın verdiyi”, yəni yaddaşdan gələn əmanətə sədaqət var, həm də dinləyicinin təsəvvürü, dastana münasibəti ilə incə bir kompromis. Dastan personajlarının yaddaşda qalan, insanların qəhrəmanlıq, gözəllik barədə ilkin təsəvvürlərinin folklorda maddiləşmiş qeyri-adiliyi bu günün dinləyicisinə zarafat və yumor bəzəməsi ilə çatdırılır. Dinləyiciyə Koroğlunun qeyri-adiliyinin həqiqət deyil, məhz “nağıl” olduğunu xatırlatmaq üçün şişirtmə daha da artırılır və söhbət bilərəkdən ciddiyyət çərçivəsindən uzaqlaşdırılır.

Dastanda Koroğlunun Möminə xanımdan olan oğlu Hasan bəyin ətrafdakı insanlara qarşı davranışı da parodiya qarışıq incə bir ironiya ilə təqdim edilir. Eləcə də həm Qırat, həm də Dərbənddə Qıratdan törəyən və Koroğlunun oğlundan başqa heç kəsin minməyə cürət etmədiyi at da həyat reallığından daha çox, epos reallığını, başqa sözlə, dastan poetikasının şərtiliklərinin, sözün müəyyən mənasında, ehkama çevirdiyi təsəvvürləri ifadə edir. Aşığın danışdığı əhvalatlar gerçək dünyadan fərqli olan epos dünyasının şərtlərini qoruyub saxlayır. Çünki dastanın nəsr hissəsini nağıl edərkən ifaçını xilas edə biləcək yeganə sehrli qüvvə bədii söz havası, sənət iqlimi yaratmaqdır.

Bu yanaşmanın altındakı mənanı belə izah etmək mümkündür ki, ifaçı tamaşaçıya danışılan əhvalatın şişirtmə, “nağıl” olduğunu qəbul etdirir və “nağılı” daha maraqlı etmək üçün şişirtmənin, qeyri-adiliyin ölçülərini bacara bildiyi genişləndirir. Bununla da dastanı dinləyən tamaşaçı üçün dastan öz ədəbiyyat “realizmini”, tarixi salnamə olmaq səlahiyyətini itirmiş olur.

Dastan dinləyici tərəfindən özünəməxsus ölçüləri olan poetik hadisə kimi qavranılır və elə bununla da qazanır. Hüseyn Saraclının “Koroğlu”su XX əsrdə olduğu kimi XXI əsrdə də böyük maraqla dinlənilir. Məlumat üçün diqqəti bir statistika üzərinə yönəltməyi zəruri hesab edirəm ki, mən bu yazını hazırlayarkən Hüseyn Saraclının ifa etdiyi “Koroğlunun Dəmirqapı Dərbənd səfəri”nin “Youtube” videohostinqində 84 530 ziyarətçisi olmuşdu ki, azərbaycandilli auditoriya üçün bu, çox böyük göstəricidir.

Dastanın ifasında diqqəti cəlb edən cəhətlərdən biri də mətndəki şeir parçalarının saz havaları üstündə oxunması ilə bağlıdır. Maraqlıdır ki, həm şeir parçaları, həm də şeirlərin səsləndirildiyi saz havaları istisnasız olaraq ciddi intonasiya ilə təqdim edilir, burada heç bir parodiya elementi nəzərə çarpmır. Bizə elə gəlir ki, burada da “ustaddan alınmış” yaddaş əmanəti amili həlledicidir. Azərbaycan dastanlarında tez-tez rast gəldiyimiz “aldı görək nə dedi” deyimi sadəcə, yaşını dəqiq bilmədiyimiz ənənənin saxlanılmasıdır: Azərbaycan dastanlarındakı şeirlər dastanın danışıldığı zaman bədahətən qoşulub söylənilmir. Şeirlər dastanın ən mühafizəkarlıqla yanaşılan parçalarıdır. Bu mənada, Azərbaycan aşıq poeziyası yazılı ədəbiyyat hesab edilməlidir, çünki aşıq şeiri, demək olar ki, yarandığı gündən dəyişməz qalır. (Paradoksal hadisə budur ki, Azərbaycan aşıq şeirləri daha çox nəşr edilərkən naşirlər tərəfindən dəyişikliyə məruz qalıb). Sadəcə, aşıq “saznan dediklərini söznən deyərkən” sərbəstləşir, şeirin mətninə toxunmadan ona müvafiq bildiyi yozumları verir, şərhləri edir. Beləliklə, dastanın “saz” və “söz” hissələrində, nəsr parçaları ilə şeir parçaları, eləcə də musiqisi arasında bir tarazlıq və bütövlük, harmoniya təmin edilmiş olur...

Dastan ifaçısının əsas ustalıqlarından biri də məhz dastanın özündə yaşatdığı tarixiliyi saxlamaqdır. Dastançı üçün də, dinləyici üçün də dastan bədii söz olmaqla yanaşı, həm də yaddaşın yaşatdığı tarixdir. Bu mənada, tarixin əsas qoruyucusu dastanın süjetidir. Hüseyn Saraclı dastan danışarkən mətni nə qədər sərbəst çatdırsa da, şeirlər kimi süjet də yerində qalır, əhvalatların bir-birini izləməsi təhrif edilmir. Bu yalnız qəhrəmanlıq eposu “Koroğlu”ya deyil, bütün dastanlara aiddir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar

MÜASİR EŞQ DASTANLARI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar

BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Koroğlu - xalqımızın igidliyi, mübarizliyi simvoluna çevrilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının