Bizi izləməyi unutmayın

#Yazarlar

İsmayıl Şıxlı müəllimləri barədə - I Yazı

7-03-2019, 11:45 | 1122 dəfə baxılıb.

Müəllim elə bir sənətdir ki, bütün peşə, sənət sahibləri ona borcludur. Müəllim olmasa, insanlar həyatda öz yerlərini tuta bilməz və heç yaxşı peşə, sənət sahibi də ola bilməzlər. Hər bir insanın orta məktəbdə, ali məktəbdə, həm də həyatda müəllimləri olur.

Onlar heç də az olmurlar. Ancaq onların yadda qalanları, unudulmaz və sevimli müəllimləri az olur. Belə müəllimlər sırasında ibtidai sinif müəllimləri xüsusi yer tutur. Eyni zamanda orta ali məktəbdə dərs deyən müəllimlər içərisində də hər birimizin əbədi sevdiyimiz müəllimlər olub. Bu mənada İsmayıl Şıxlının hələ Qazax Pedaqoji Texnikumu Qori müəllimlər seminariyasında oxuduğu zaman ən sevimli müəllimlərindən biri Abdulla Babanlı olmuşdur. İsmayıl Şıxlı Abdulla Babanlı barədə çoxlu müsbət keyfiyyətlər qeyd edir və onlardan birini xüsusi olaraq qeyd etmək yerinə düşər. O yazır: “Babanlı müəllim heç vaxt əsəbiləşməz, tələbənin üstünə qışqırmaz, ona ağır söz deməzdi. O çalışırdı ki, tələbə təqsirini özü başa düşsün.

Yaxşı yadımdadır, bir dəfə axşamüstü Babanlı müəllim mənim qolumdan tutub gözümün içinə diqqətlə baxdı. Uşaqlar bizi əhatə etdilər. Sükut iki dəqiqə çəkdi. O məndən astaca soruşdu:
Başa düşdün?

Yox.

Yenidən gözümün içinə baxdı. Sualını təkrar etdi. Mən də eyni cavabı verdim.
Get fikirləş.

Düz üç gün təkcə mən yox, hamımız fikirləşdik. Nəhayət, səbəbi tapdıq. Bizə iynə vurmuşdular. Mənim hərarətim qalxdığından birinci dərsə, Babanlı müəllimin məşğələsinə gələ bilməmişdim. Sonrakı dərslərdə isə iştirak etməmişdim”. Həm müəllim üçün, həm tələbə üçün yaxşı bir örnəkdir. Ancaq bu örnəyi qoruyub saxlamaq, yaşatmaq, gələcək nəsillərə ötürmək üçün Abdulla Babanlı kimi müəllimlərə və İsmayıl Şıxlı kimi tələbələrə ehtiyac böyükdür. Gərək müəllim müəllim kimi, tələbə tələbə kimi davranmağı, münasibətlər sistemində öz məsuliyyətini hiss etməyi bacarsın. Bunu bacaranlara həmişə ehtiyac olub, indi də ehtiyac var, gələcəkdə də bu barədə düşünüləcəkdir.

Nə qədər ki, cəmiyyət var, bu məsələ də mövcud olacaq, işıqlı adamları düşündürəcək, hər bir ziyalını narahat edəcəkdir.
Yaxşı ənənə üçün hər bir zaman insanın burnunun ucu göynəyir. Bəzən yaxşı ənənəni yada salır, xatirə kimi yaddaşında vərəqləməli olursan. Yaxşı ənənəni qorumaq və yaşatmaq lazımdır.

Onu yalnız xatirəyə, yaddaş səhifəsinə çevirmək uğurlara, nailiyyətlərə əngəl törədə bilər. Yenə də İsmayıl Şıxlının Qazax Pedaqoji Texnikumundakı ikinci sevimli müəllimi Yunis Əyyubovun müəllimliyindən bəzi məqamları yada salmaq yerinə düşər.

İsmayıl Şıxlı yazır: “Bizim Qazax Pedaqoji Texnikumundakı ikinci sevimli müəllimimiz Yunis Əyyubov idi. O, mahir riyaziyyat müəllimi idi. Biz Yunis müəllimin fədakarlığına məftun idik.

O öz fənnini mükəmməl bilməklə yanaşı, çox məharətlə dərs deyərdi. Ən çətin riyazi, xüsusən cəbr məsələlərini elə qurardı ki, biz onları asanlıqla həll edərdik. Yunis müəllimin dərsləri əyləncəli riyaziyyata çevrilərdi.

O, dəqiqələri və saniyələri güdən, zəng çalınan kimi kitablarını yığışdırıb evə qaçan müəllimlərdən deyildi. Əksinə, gecə - gündüz məktəbdə olardı. Hətta imtahan ərəfəsində çox vaxt sinif otaqlarından birinə çarpayı qoyub gecə də orada yatardı. Onun öz sənətinə bu cür təmiz bir məhəbbətlə, mən deyərdim ki.

Məcnun məftunluğu ilə yanaşması bizi də ruhlandırırdı”. Hər bir zaman, fənni mükəmməl bilən, məharətlə dərs deyən, öz fənnini sevən müəllimlər olub, indi də var. Ancaq fənnini mükəmməl bilməyən, məharətlə dərs deməyən, fənnini sevməyən müəllim də olub, indi də var. Bəli, elələri də var ki, dərsə yubanmağı, dərsdən tez çıxmağı, dərsdə baş qatmağı özləri üçün vərdişə çeviriblər. Bununla belə, tələbə gec – tez başa düşür ki, əsil müəllim, fənnini dərindən bilən və sevən müəllim kimidir.

Auditoriyalarda fənnə və müəllimə münasibət fənn müəlliminin fənnini bilməsindən çox asılıdır. Fənn müəllimi fənninin bütün dərinliklərini və incəliklərini bilirsə, həmin müəllimi də, onun tədris etdiyi fənni də tələbələr sevir. Düzdür, belə müəllimlərə bəzən subyektiv münasibətlər də ola bilir. Ancaq belə subyektiv münasibətlər keçici və ötəri olur, tez – gec nizam – intizamsız tələbə də bilikli müəllimlə hesablaşmalı olur, onun ailəcənablığı və biliyi qarşısında tabe olur.

Bu mənada İsmayıl Şıxlının tarix müəllimi Əli Əliyevlə bağlı yazdıqlarına istinad etməli oluruq: “Mən tarix müəllimimiz Əli Əliyevi də unuda bilmirəm. Əli müəllimlə bizim tanışlığımız çox qəribə oldu. Onu məktəbə yenicə təyin etmişdilər. Hələ bizə dərs deməmişdi, necə müəllim olduğunu bilmirdik.

O da bizi tanımırdı. Belə vəziyyətdə bizi pambıq toplamağa yolladılar. Əli müəllim də bizimlə gedəsi oldu. O özünü çox sakit aparırdı. Biz isə onun təmkinliyindən süi – istifadə edərək, alicənablığını başa düşməyərək, intizamsızlığa yol verir, bəzən sözünə də baxmırdıq. Əli müəllim isə hirslənmirdi.

Pambıq toplanışı qurtardı, dərslərə başladıq və Əli müəllim ilk dəfə bizə tarixdən mühazirə oxudu. O, dərsi elə gözəl, elə aydın və şairanə bir dillə başladı ki, ilk andan bizi əfsunladı. Nəfəsimizi dərmədən ona qulaq asdıq. Zəngin vurulmasından xəbərimiz olmadı. Əli müəllim öz məzmunlu dərsləri, dərin biliyi və sadəliyi ilə bizi valeh etdikcə xəcalət çəkirdik. Pambıq toplanışı zamanı elədiyimiz dəcəlliklərdən utanırdıq. Ancaq üzr istəməyə də cəsarətimiz çatmırdı. O isə hər şeyi başa düşür, üstünü vurmurdu.

Biz başa düşdük ki, müəllimin sevilməsi üçün əsas şərtlərdən biri onun öz fənnini gözəl bilməsidir” .
İsmayıl Şıxlı bir müəllim kimi əldə etdiyi uğurlara görə ona dərs deyən müəllimlərinə - Abdulla Babanlıya, Yunis Əyyubova, Əli Əliyevə, Əli Sultanlıya, Mikayıl Rəfiliyə və digərlərinə özünü borclu sayır. Onları heç vaxt unuda bilmədiyini qeyd edir. O yazır: “Biz nə üçün keçmiş müəllimlərimizdən mərhum professor Əli Sultanlını unuda bilmirik? Çünki o bizim üçün yalnız müəllim deyildi. O öz fənnini sevən, onun fədaisi olan bir şəxs idi.

O, ehtiraslı bir vətəndaş idi. O, auditoriyada bizə Axillesdən danışarkən Koroğlunun mərdliyini, Penelopadan danışarkən azərbaycanlı qadınların sədaqətini təbliğ edirdi. O özü ilə bərabər auditoriyaya, qəlblərə gözəllik, sədaqət, vətən eşqi, xalq məhəbbəti kimi ülvi duyğular gətirirdi.

Yaxud professor M.Rəfilinin ehtiras və həyəcanla dolu mühazirələrini necə unutmaq olar?! Hərtərəfli Zəka sahibi olan bu adam elə maraq və ehtirasla dərs deyirdi ki, biz onunla birlikdə XII əsrə gedib Nizaminin poetik səltənətini dolaşır...

Yaxud bizdən yaşlı nəslin nümayəndələri bu gün də öz müəllimləri Firidunbəy Köçərlini, Süleyman Sani Axundovu, Abdulla Şaiqi hörmət və ehtiramla yad edirlər. Çünki bu insanlar öz canlarını yeni nəslin tərbiyəsi yolunda fəda etmişlər. Xalq üçün yanan bu müqəddəs insanlar necə min insan qəlbində məşələ dönmüşlər. Lakin biz bəzən bu müqəddəsliyi unuduruq”.

Ümumiyyətlə, hörmət və ehtiramla yad edilmək, gənc nəslin tərbiyəsi yolunda özünü fəda etmək, şam kimi yanmaq, insanların qəlbində məşələ dönmək, tələbələrində inam hissini yaratmaq, bütün şəxsi məhrumiyyətlərə dözərək fədakar insan olmaq heç də asan bir iş deyil. Deməli, müəllim vətən, xalq, millət yolunda qəlbini məşəl kimi yandırmalıdır.

Öz tələbələrinin yetişməsi yolunda fədakar olmalıdır. Nə üçün məhz müəllim bu cür olmalıdır? Buna İsmayıl Şıxlı çox obyektiv bir izah verir: “Əgər mən desəm ki, bir həkimin səhvi, müalicəni düzgün aparmaması, bir və ya bir neçə insanın həyatının təhlükəyə düşməsi ilə nəticələnirsə və ya bir mühəndisin səhvi, yaxud qabiliyyətsizliyi bu və ya digər qurğunun başa çatmaması ilə nəticələnirsə buna qismən dözmək olar, yəqin ki, məni qınamazlar. Ancaq müəllimin səhvi, onun savadsızlığı və amansızlığı bütöv bir nəslin şikəstliyinə səbəb olur.

Başqa naqisliklərlə mübarizə aparmaq, onu aradan qaldırmaq üçün yollar tapmaq mümkündür. Lakin zehni naqisliyi mübarizə aparmaq, mənəvi şikəstliyi aradan götürmək, cəmiyyətin beyninin düz işləməməsinə son qoymaq çox çətindir. Məhz buna görə də zehni aləmin tərbiyəsi ilə məşğul olanlar, müəllimlər cəmiyyət qarşısında çox böyük məsuliyyət daşıyırlar”.

İsmayıl Şıxlı müəllim üçün zəruri hesab olunan şərtləri də diqqət mərkəzində saxlayır və bu barədə dəqiq, prinsipial, qətiyyətli mövqeyini bildirir. Məsələn, o, müəllim üçün zəruri hesab olunan şərtlərdən birini obyektivlik hesab edir. Müəllimlər arasında təsadüfi adamların çoxalmasını, obyektivlikdən uzaqlaşanların artmasını millətin gələcəyinə vurulan zərbə kimi qeyd edir.

İsmayıl Şıxlı yazır: “Qoy həmkarlarım məndən inciməsinlər, bir çox vaxt müəllimlik üçün ən zəruri şərtlərdən biri olan obyektivlik hissini itiririk. Tələbələrin bilik səviyyəsini qiymətləndirəndə, xüsusilə ali məktəblərə qəbul zamanı dostbazlığa, qohumbazlığa uyaraq istedadlı gənclərin bir çoxunun ali təhsildən uzaqlaşmasına səbəb oluruq.

Bu istedadlı gənclərin əvəzinə isə elmə həvəsi və qabiliyyəti olmayanları məktəblərə götürürük. Onlar ali məktəb auditoriyalarından elmi müəssisələrə, aspiranturaya ayaq açır, beləliklə, elm aləmi yalnız özünü düşünən, fəməl – yəməl əsər yazıb elmi dərəcə almaq üçün çalışan təsadüfi adamların hesabına zibillənir.

Mənə elə gəlir ki, biz xalqımızın gələcəyini, iyirmi – iyirmi beş ildən sonrakı vəziyyətini unutmamalıyıq. Əgər həkimlərin, mühəndislərin, alimlərin, müəllimlərin sırasında təsadüfi adamlar, savadsızlar, əliəyrilər çoxalarsa, bizim çıxarımız nə olar? Məhz bu kimi halların baş verməməsi üçün biz elm aləminin saflığı uğrunda vuruşmalıyıq”.

İsmayıl Şıxlının bu qeydlərindən bəzilərinə münasibət lazımdır. Məsələn, təsadüfi adamların elmi müəssisələrə, aspiranturaya, indiki doktoranturaya ayaq açması məsələsi. Təsadüfi adamların elmi müəssisələrə gəlməsi və doktoranturaya daxil olması, dissertasiyalar müdafiə etməsi halları bir fakt kimi təkzibolunmazdır.


Belələrinə elmi müəssisələrdə, elmi mühitdə meydan verilməsi elmə olan münasibəti və elmi dəyərləri dəyişir. Bəzən elmi mühitdə təsadüfilərin çoxalması elmi də, əsil elm adamlarını da hörmətdən salır. Təsadüflərə qarşı vuruşmaq, onlara qarşı mübarizə aparmaq, təəssüf ki, məsələnin həllinə gətirib çıxarmır. Yəni təsadüfilərə qarşı mübarizə aparmaq məsələnin son həlli yoluna çevrilmir. Elələri bəzən elmdə, təhsildə, elmi müəssisələrdə peyda olur ki, onlar nə elmin, nə təhsilin, nə də elmi tədqiqatın nə demək olduğundan çox – çox uzaqdır.

Hələ onu demirəm ki, belələləri elmin, təhsilin, elmi tədqiqatın Məcnunu olmağın nə demək olduğunu anlamaq, qavramaq imkanından məhrumdurlar.

Belələri elmi də, elmi adı və elmi dərəcəni də, elmi müəssisəni də özləri üçün qalxana çevirirlər. Halbuki qalxan dövrü çoxdan keçibdir. Qalxan qədimdə olubdur. Qədimdə müharibələrdə qılınc zərbəsindən qorunmaq üçün ağacdan, metaldan, dəridən əldə tutulan dairə və ya düzbucaq şəkilli sipərdən, qalxandan istifadə olunubdur. Köhnə, keçmiş düşüncə tərzi ilə elmə, elmi – tədqiqata, elmi müəssisəyə yanaşmaq, elmi dərəcəni, elmi adı qoruyucu vasitə kimi qalxana, sipərə çevirmək bəziləri üçün çox adiləşibdir.

Onlar müxtəlif yollarla əldə etdikləri elmi dərəcənin, elmi adın arxasında gizlənir, elmdən söhbət düşəndə isə elmi dərəcə və elmi adı özlərinə qalxan, sipər tuturlar. Necə deyərlər, öz zəhməti, alın təri, əzab – əziyyəti ilə elmi dərəcə, elmi ad alanlardan geri qalmamaq üçün bütün vasitə və imkanlardan istifadə edərək elmi dərəcəni də, elmi adı da qamarlayırlar. Sonra isə belələrinin boş – boş iddialarının, mənasız ambisiyalarının elmə, elmi müəssisənin özünə, bütünlükdə cəmiyyətə vurduğu ziyanın ağrı – acısını hamı çəkməli olur. Belələri öz şəxsi mənafeləri üçün çox iddialı və tələbkar olurlar. Ancaq onların elmə, elmi – tədqiqata, çalışdıqları elmi müəssisəyə heç bir faydası olmur. Fayda vermək üçün yox, faydalanmaq üçün dəridən – qabıqdan çıxırlar.

Davamı var...

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

Müəllim haqqında müəllim sözü: İsmayıl Şıxlı sevimli müəllimi Əli Sultanlı barədə - III yazı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

İsmayıl Şıxlı: yaddaşlara əbədi həkk olunmuş yazıçı – III YAZI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

5 oktyabr Beynəlxalq Müəllimlər günündür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının