Bizi izləməyi unutmayın

#Yazarlar

Xəyalların Avropası-Pərvin Nəbili yazır

11-03-2019, 20:33 | 2392 dəfə baxılıb.

Mən uşaqlıqdan xaricdə yaşamağı arzu edər, xəyal qurar, düşünərdim ki, xəyallarmızın Avropasında yəqin hər şey fərqlidir: insanlar, təhsil, arxitektura, yaşayş və s. Təhsil aldığım ADA Universitetinin tələbə mübadilə proqramı vasitəsilə 6 ay Fransada təhsil alma haqqı qazandım.

Ancaq vətəndən uzaqlaşıb buraya gəlmək üçün qərar verməyə çətinlik çəkirdim, ailəmdən uzaqda, dilini bilmədiyim ölkədə 6 ay tanımadığım, adət-ənənəsini bilmədiyim insanlarla yaşamaq... Çətinliklər olacağını düşünməyimə baxmayaraq gəlməyi çox istəyirdim, buna görə də qısa müddətdə qərar verdim və bir neçə tələbə ilə birlikdə buraya gəldim.

Artıq 2 aydır ki, Fransada yaşayır və oxuyuram. Burada yaşamağın həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhətlər odur ki, burada insanların fikirlərinə daha çox dəyər verilir, fikir azadlığı, düşüncə sərbəstliyi var. Məsələn, hal-hazırda “Sarı gödəkçəlilər hərəkatı” davam etdiyi üçün hər şənbə burada etirazlar keçirilir. Polislərin gözü qarşısında etirazçılar mağazaların şüşələrini sındırırlar, qışqırıb prezidentin, hökümətin əleyhinə şüarlar deyirlər, lakin polis buna qarşı heç nə etmir, çünki insanların şənbə günləri bunları etməyə hüququ var.

Təhsil barəsində də eynisini demək olar. Müəllimlər tələbələri sıxmır, onları bizdəki kimi məcburiyyətlə oxutmur, onlara dərs müddətində rahat mühit, sərbəst şərait yaradılır. Dərslər Bakıda daha ağır olurdu, burada isə oradakına nisbətən o qədər də ağır olmamasına baxmayaraq buradakı dərslərdə daha çox şey öyrənirəm. Demək, çox öyrənməyin çox tapşırıqla yüklənmək olmadığını görürəm. Düzdür, burada da gündəlik dərs oxuyuruq, amma bizdəki qədər ağır deyil.
Ümümiyyətlə, burada insanların asudə vaxtı çox olur, həm bu vaxtı daha səmərəli keçirmək üçün imkanlar da boldur.Həyat rəngarəngliliyi var. Məsələn, burada insanlar həftə sonu, istirahət günlərində başqa şəhərlərə, hətta başqa ölkələrə rahatca gedirlər, elə bu da Şengen ərazisi ölkələrində yaşamağın ən böyük üstünlüklərindən biridir. Səyahət ucuz və rahatdır, bir ölkədən digərinə gedəndə çox vaxt pasportu belə yoxlamırlar. Bu şəhərdən, sadəcə 4 manata yaxınlıqdaki böyük şəhərlərin bir çoxuna, məsələn, Parisə, Brüsselə və s. getmək mümkündür.

Amma təbii ki, burada da yaşamın mənfi cəhətləri var, onlardan biri bizim üçün əsasən dil bariyeridir. Çünki biz ingilis dilində oxuduğumuz üçün ingiliscə danışırıq, fransızlar isə tarixi səbəblərə görə ingilisləri sevmirlər və çoxusu da demək olar ki, ingilis dilini heç bilmir, bilənlər isə ingiliscə danışmağa utandıqlarını deyirlər. Bundan əlavə, onlar həm də çox milliyətçi, özlərini sevəndirlər, əsasən fransızlarla- özləri özləri ilə ünsiyyət qururlar.

Məndə yaranan təəssürata görə düşünürəm ki, bizim səmimiyyət anlayışımızla digər xalqların, eləcə də fransızların səmimiyyət anlayışı fərqlidir, buna görə də heç kimlə yaxın ünsiyyət qurmuram. Məsələn, bufetdə oturub bir saat söhbət etdiyiniz biri sabahkı gün sizi görəndə salam belə verməyə bilər ki, bu adi haldır.

Burada-xəyalların Avropasındakı ən böyük çətinliyimiz isə yaxın və doğmalardan uzaq olmağımızdır.

Bütün çətinliklərə baxmayaraq mən buradakı həyatımı sevirəm və gələcəkdə də buraya qayıtmağın maraqlı olacağını düşünürəm.

Pərvin Nəbili
2-ci kurs tələbəsi
09.03.2019.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Dünya

12 yaşlı amerikalı iki universitetə qəbul oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Müsahibə

“Niyə sizin oğlanlar bu qədər qısqancdır?” – Əcnəbi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Rektora etiraz etdilər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının