Bizi izləməyi unutmayın

#Yazarlar

İsmayıl Şıxlı müəllimləri barədə - II Yazı

13-03-2019, 19:00 | 712 dəfə baxılıb.

İsmayıl Şıxlı istedadlı gənclərə biganəlikdən, laqeydlikdən də bəhs edir. Bu da, təbii ki, gənclərdə və istedadlı gənclərdə inamsızlıq yaradır. İstedadlı gəncləri seçmək, onları düzgün istiqamətləndirmək, onlarda inam hissini gücləndirmək elmimizin də, təhsilimizin də, gələcəyimizin də inkişafına, uğuruna xidmətdən başqa bir şey deyil. Təbii ki, bunu unutmamalıyıq. Məhz İsmayıl Şıxlı da bunu unutmur və yazır: “Çox zaman gəncliyimizin istedadsızlığından şikayətlər eşidirik. Onların elmə laqeyd olmalarından, zəhməti sevməmələrindən, yüngül həyat keçirməyə çalışmalarından gileylənirik. Mən isə qətiyyətlə deyirəm: bizim gənclər açıqfikirli, fövqalədə zəka və bacarığa sahib gənclərdir. Lakin onlara çox zaman biz müəllimlər, valideynlər düzgün istiqamət vermirik. Biz onlarda olan ədalət və doğruluğa inam hissini tapdalayırıq. Biz unuduruq ki, tələbə öz müəlliminə ən doğrucul, nümunəvi və ədalətli insan kimi baxır. Tələbə özünü müəlliminə bənzətmək, onun yolu ilə getmək istəyir. Tələbə ürəyinin sirrini inandığı müəllimi ilə bölüşməyə çalışır. Bunun əvəzinə laqeydlik və subyektivlik, tərəfgirlik görəndə onların inam hissi itir. İnamsızlıq isə böyük bəladır.
Buna görə də biz müəllimlərin əsas borcu tələbələrdə inam və ədalət hissini gücləndirməkdir. Əgər biz onlarda bu hissi gücləndirməsək, onların qəlbində ehtiraslı vətəndaşlıq alovunu yandırmasaq cinayət işləmiş olarıq”.

Hər bir peşə, sənət sahibi sosial məsuliyyətini hiss etmədən irəli gedə bilməz, uğur qazana bilməz, onun uğuru cəmiyyətə də fayda verməz. Ona görə də müəllimlərimiz də, tələbələrimiz də sosial məsuliyyətini hiss etməlidir və gələcəyimiz naminə əllərindən gələni əsirgəməməlidirlər.
Həmişə Azərbaycan cəmiyyətində xidməti olan, nüfuzu olan, camaat arasında hörməti olan adamlara müəllim deyə müraciət ediblər. Müəllim sözü ehtiram əlaməti olaraq işlənmiş, insanlara dərs verən (həyat dərsi verən, həyatı öyrədən, dünyanın gəliş – gedişini başa salan, yol göstərən), elm öyrədən adamlara müraciət forması kimi işlənmişdir. Öz sənətinin, peşəsinin, ixtisasının nüfuzlu, hörmətli adamlarının hər birinə ehtiram əlaməti kimi müəllim deyilibdir. Bu söz kimin adının yanında işlənibsə, təkcə onu hörmət və izzətə mindirməyib, həm də onu məsuliyyətli, ədəb - ərkanlı olmağa məcbur edibdir. Müəllim sözü hansı ada qoşularaq işlənibsə, bu, hörmət əlamətindən başqa, həmin adam barədə nümunəvi adam, nüfuz sahibi olan adam, başqalarına təsir edən, yol göstərən adam təsəvvürü yaradıbdır. Bu barədə çoxlu misallar gətirmək olar. Belə misallardan biri də İsmayıl Şıxlının Mirzə İbrahimov haqqında dedikləridir. İsmayıl Şıxlı yazır: “Biz hamımız ona sadəcə olaraq Mirzə müəllim” deyirik. Bu, təsadüfi deyil. Çünki Mirzə İbrahimov sözün həqiqi mənasında bütöv bir ədəbi nəslin tərbiyəçisi və müəllimi olmuşdur. Ona görə də bu sevimli yazıçının adının sonuna ehtiram əlaməti olaraq “müəllim” sözünü əlavə edirik. Bunu iki cür başa düşmək olar. Birincisi Mirzə müəllim öz əsərləri, odlu-alovlu çıxışları, elmi və publisist məqalələri ilə, ictimai həyatdakı davranışı və şəxsi fəaliyyəti ilə bizə örnək olmuşdur. Biz onun əsərlərindən vətənə məhəbbəti, yüksək amal uğrunda vuruşmağı, böyük ideallara sahiblənməyin yollarını öyrənmişik”.

Yaradıcı adamlar həmişə axtarışda olur. Onlar həmişə öyrənməyə can atır, bu yolda kimdən nəyi öyrəniblərsə, onu özlərinə müəllim hesab ediblər. Adətən şairlər, yazıçılar sevdikləri şair və yazıçıların əsərlərini diqqətlə oxuyur, onların qələm təcrübəsindən faydalanırlar. Bu mənada İsmayıl Şıxlı yazır: “Mirzə İbrahimova bir də ona görə müəllim deyirik ki, o, sözün həqiqi mənasında bizə necə yazıb-yaratmağı, nəyi necə təsvir etməyi öyrətmişdir. O bizim əlyazmalarımızı əlində qələm diqqətlə oxumuş, nəyi artırmağı, nəyi ixtisar etməyi göstərmiş, təsvir etdiyimiz qəhrəmanların canlanması və bir xarakter səviyyəsinə yüksəlməsi üçün hansı bədii vasitələrdən istifadə etməyi göstərmişdir”.

Həyatda öz yerini axtaranlara, xüsusilə də gənclərə düzgün istiqamət göstərənlərə, öz həmkarları arasında ağlı, zəkası ilə seçilənlər, missiyası xeyirxahlıqdan ibarət olanlara, kimin kim olduğunu sübut edənlərə və neçə-neçə müsbət keyfiyyətləri özündə birləşdirənlərə, fəaliyyətində nümayiş etdirənlərə, əməlində təsdiq edənlərə müəllim deyiblər. Belələri keçmişdə də olub, indi də var və gələcəkdə də olacaqdır. Onlar yüzlərin, minlərin və milyonların içərisində seçilirlər, fərqlənirlər. Onlar çoxları kimi hər bir şeyə nə olsun demirlər. Ətraflarında və cəmiyyətdə baş verən hadisələrə biganə qalmırlar. Bütün məsələlərə həssas və diqqətli olurlar. Gördükləri işin müqabilində kimlərdənsə nəyisə ummurlar. Necə deyərlər, gözə kül üfürmürlər. Özlərini gözə soxmurlar və kimlərəsə xoş gəlsin deyə fəaliyyət göstərmirlər. Harda olsalar, nəyi görsələr, nədən danışsalar yüz dəfə ölçüb, bir dəfə biçirlər. Başqaları kimi tez-tez səhvlərə yol vermir, etdiklərinin müqabilində qazanc axtarmırlar.

Onların dəyərini cəmiyyətin özü, ictimai rəy, qram-qram qazandıqları üzə çıxarır, yaşadır, qoruyub saxlayır və başqalarına təqdim edir. Belələrinin fəaliyyətindən başqaları örnək kimi, nümunə kimi danışır və onların barəsində yazırlar. Necə ki Mirzə İbrahimov barədə İsmayıl Şıxlı yazır: “Müharibədən azacıq sonra Mirzə müəllimin Yazıçılar İttifaqında təşkil etdiyi “Gənclər günü”nün fəaliyyətini bütöv bir ədəbi məktəbə bənzətmək olar. Hər həftənin cümə günü ədəbiyyat həvəskarları onun başına toplaşardı. Burada cəbhədən qayıdanlar da vardı, orta məktəbi yenicə qurtaranlar da”. İsmayıl Şıxlı davam edərək yazır: “...Mirzə müəllim mahir bir sükançı kimi gəncliyi yeni yaradıcılıq yollarında düzgün istiqamətləndirdi.

O bizim şeir, hekayə, oçerk, povest, poema və romanlarımızın oxunuşunu təşkil etməklə yanaşı, o zaman rus ədəbiyyatında yaranan “Ağcaqayın”, “Moskvadan uzaqlarda” kimi romanların müzakirəsini də keçirirdi ki, lazım olan cəhətləri əxz edək”.

Əsl müəllim kimi yaşayanlar həm də bir məktəb yaradırlar. O məktəbin öz üslubu və yolu olur. Bunu həmin məktəbi yaradan müəllimin orijinal kimliyi, orijinal fəaliyyəti, hər bir kəsdən və çoxlarından fərqli obyektivliyi, prinsipiallığı, özünü insanlara, cəmiyyətə xərcləmək keyfiyyəti və eləcə də digər keyfiyyətləri müəyyənləşdirir. Belə olduqda nəinki belə müəllimlərin tələbələri, hətta belə müəllimlərin dərs demədiyi gənclər, tələbələr də özlərini onların tələbələri sayırlar. Ona görə ki, belə müəllimlərin fəaliyyəti bütün gənclərin və tələbələrin ürəyincə olur. Həmin müəllimlər barədə danışılanlar, deyilənlər, yazılanlar gəncləri, tələbələri o qədər razı salır ki, onlar əsl müəllimləri öz müəllimləri kimi qəbul edir, onunla fəxr edirlər.

Bizim hər birimiz oxuya-oxuya, öyrənə-öyrənə yaşayırıq və fəaliyyət göstəririk. Ancaq oxuduqlarımızdan, öyrəndiklərimizdən, eşitdiklərimizdən ən yaxşı nümunələri əxz etməyə çalışırıq. Bu mənada cəmiyyətdəki hər bir gənc də, tələbə də əsl müəllimlər barədə oxuduqlarını, eşitdikləri və gördüklərini yaxşı nümunə kimi əxz etməyə çalışırlar. Belə müəllimləri onlara dərs deyib – deməməsindən asılı olmayaraq özlərinə müəllim sayırlar. Özlərini belə müəllimlərin, əsl müəllimlərin tələbələri kimi hiss edirlər. Özlərini hər hansı orta məktəbin yox, hər hansı ali məktəbin yox, hər hansı fakültənin yox, belə müəllimlərin məzunu hesab edirlər. Bu mənada İsmayıl Şıxlı Mirzə İbrahimov barədə yazır: “Mirzə müəllim müzakirələrdə amansız və həssas idi. Bədii əsərlərin qiymətində tələbkarlıqdan bir addım da olsa geri çəkilməzdi. Onun qayğısı məhz tələbkarlıqla şərtlənirdi. Bu sınaqlardan çıxanları isə o özü seçir və Yazıçılar İttifaqına qəbul edirdi. İndi hərdən o günləri yada salıb zarafatla “Biz hamımız “Gənclər günün”dən çıxmışıq” deyəndə, heç şübhəsiz, ilk növbədə Mirzə müəllimi xatırlayırıq”.

Heç şübhəsiz, indi cəmiyyətimizin müxtəlif sahələrində fəaliyyət göstərən nüfuzlu insanlar, eləcə də elmin müxtəlif sahələrindəki nüfuz sahibləri öz müəllimlərini və onların tələbəlik illərində nüfuz sahibi olan müəllimləri xatırlayır, özlərini həmin müəllimlərin yaratdığı məktəblərin məzunu hesab edirlər. Bütün sahələrdə olduğu kimi, filologiya sahəsində də belə müəllimlər az olmamışdır. Məsələn, Bəkir Çobanzadə, Əli Sultanlı, Mikayıl Rəfili, Cəfər Xəndan, Əbdüləzəl Dəmirçizadə, Feyzulla Qasımzadə, Ağaməmməd Abdullayev, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Şıxəli Qurbanov, Əhəd Hüseynov, İsmayıl Şıxlı və s.

Azərbaycan elm, təhsil tarixində Qori müəllimlər seminariyasının oynadığı rol əvəzsizdir. Bu seminariyanın məzunları Azərbaycan elm və təhsil tarixinə elə korifeylər bəxş edibdir ki, onların adı qızıl hərflərlə bütövlükdə xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Həm burada dərs deyən müəllimlər, həm buranın məzunları Azərbaycan pedaqoji fikir tarixində xüsusi bir mərhələdir. Qori müəllimlər seminariyası Azərbaycana istedadlı müəllimlər, görkəmli mədəniyyət xadimləri vermişdir. Hər şeydən əvvəl, burada çoxlu müsbət cəhətlər, daxili nizam-intizam qaydaları, tələbkarlıq və başqa məsələlər olmasaydı, yəqin ki, Qori müəllimlər seminariyası Azərbaycana istedadlı müəllimlər, görkəmli mədəniyyət xadimləri verə bilməzdi. Yeri gəlmişkən onu da qeyd edək ki, bu seminariyanın ənənəsi o qədər güclü olmuşdur ki, hətta 1918-ci ildə bu seminariya Firudinbəy Köçərli tərəfindən Qazağa köçürüldükdən sonra da Azərbaycanda başqa seminariyalara nümunə olmuşdur. Sonra bu, Qazax Pedaqoji Texnikumuna çevrilmişdir. İsmayıl Şıxlı da burada təhsil almışdır. Odur ki, o, buranın bir sıra müsbət cəhətləri barədə yazır: “...Qazax Pedaqoji Texnikumu Qori müəllimlər seminariyasının bir sıra müsbət cəhətlərini, o cümlədən daxili intizam qaydalarını eynilə saxlamışdı. Tələbələr dövlət hesabına yeməklə və paltarla təmin edilirdi. Məktəb bir növ qapalı idi. Dərslərdən və nahardan sonra azacıq istirahət edər və axşam məşğələlərinə başlayardıq. Heç kəs məşğələ zamanı vaxtını boş keçirə bilməzdi. Bu intizam, şübhəsiz, dərs keyfiyyətinə yaxşı təsir edirdi”. İsmayıl Şıxlının Qori müəllimlər seminariyasının Qazağa köçürüldükdən sonra bəzi nizam-intizam qaydaları barədə yazdıqlarını qeyd etmək yerinə düşər: “...Qoridən köçürülüb gətirilmiş bu məktəbin tələbələrinə şəhərə çıxmağa icazə verilmirdi. Onlar günorta yeməyindən sonra axşam məşğələsinə qədər ancaq məktəbin geri yanındakı Poylu arxını keçib, “erməni qəbiristanlığı”na, oradan da Ağstafa çayının sahilinə enə bilərdilər”.

Qori müəllimlər seminariyasında, hətta onun Azərbaycan şöbəsinin Qazağa köçürülməsindən sonra Qazax seminariyasında da həm müəllimlərdə, həm də tələbələrdə məsuliyyət hissi çox güclü olmuşdur. Məsələn, müəllimlər sabah deyəcəyi dərsin məsuliyyətini bu gündən hiss etmiş və bu məsuliyyətlə bağlı olaraq böyük narahatlıq hissi keçirmişlər. Bunu təsdiq edən örnəklərdən biri kimi İsmayıl Şıxlının yazdıqlarına istinad edək: “Nazik, ucaboy, dalğalı saçını səliqə ilə daramış bir oğlan isə kənara çəkilib (söhbət Mehdixandan gedir – B.X.) heç kəsə qarışmırdı. O, ayaq üstə gəzişir, öz-özünə nə isə danışır, gah dayanıb fikrə gedir, gah da əl-qol atıb səsini ucaldırdı. Elə bil ki, onu heç nə maraqlandırmırdı. Əgər enlikürəkli, tökməbədənli, ortaboy bir oğlan ona yanaşmasaydı, bəlkə də o, axşama qədər beləcə öz-özünə danışacaqdı. Ancaq yoldaşı onu fikirdən ayırdı.
Ay Mehdixan, Səmədi görmədinmi?
Dostunun gəlişindən o qədər də razı olmayan oğlan qaşqabağını tökdü.
Ə, bu saat öz başımın hayındayam.
Nə olub ki?
Sabah dərs deyəcəyəm. Hesabdan nümunə dərsim var.
Oğlan gülümsündü.
Mən də deyirəm nə olub, dərs deyəcəksən de, daha qaşqabağını niyə tökübsən?
Sən də qəribə adamsan, ay Mirqasım,- deyə Mehdixan daha da ciddiləşdi.
-Ə, belə Firudinbəy özü mənim dərsimə gələcək. Onun qabağında sinfə girib dərs demək sənə asan gəlir? Hələ Əli Əfəndini demirəm. Xəritədə şəhərləri gözüyumulu göstərməsən, üzünə də baxmaz”. Görün Mehdixan müəllim nə qədər məsuliyyətlə müəllimlik peşəsinə yanaşır. İndi belə müəllimlərə ehtiyac böyükdür. Görəsən indi belə müəllimlər çoxdurmu?! Görəsən sabah deyəcəyi dərsin məsuliyyətini hiss edən müəllimlər çoxdurmu?! Görəsən özündən qabaqkı nəslin (müəllim nəslinin) ənənəsinə sadiq olan müəllimlər çoxdurmu?!

Mehdixanla Mirqasım arasındakı söhbət örnək bir söhbətdir. Bu söhbətin mahiyyəti odur ki, müəllim məsuliyyətli olmalıdır. Gəlin bu söhbətin davamı barədə İsmayıl Şıxlının yazdıqlarına diqqət yetirək: “Doğrudan da, ilk dəfə sinfə girib öz müəllimlərinin qarşısında sınaq dərsi demək çox çətin idi. Adamın gözü qaralır. Uşaqlar dumana bürünmüş kimi bir-birindən seçilmir, çox vaxt öz dediyini özün eşitmirsən. Bir yandan da gərək vaxt bölgüsünə əməl edəsən. Gərək işini elə qurasan ki, zəng çalınanda sən də fikrini tamamlayasan. Beş dəqiqə o yan-bu yan olsa, bütün zəhmətin hədər gedər. Mirqasım bunu yaxşı bilirdi. Düz bir həftə əvvəl onun özü də bu həyəcanları keçirmişdi. Lakin indi fikri başqa yerdə idi. O, birtəhər dostunun könlünü alıb uzaqlaşmaq istədi”.

Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
Davamı var...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

İsmayıl Şıxlı müəllimləri barədə - I Yazı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Müəllim haqqında müəllim sözü: İsmayıl Şıxlı sevimli müəllimi Əli Sultanlı barədə - III yazı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Müəllim haqqında müəllim sözü: İsmayıl Şıxlı sevimli müəllimi Əli Sultanlı barədə - I yazı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının