Ənvər Çingizoğlu yazır- Bahadur bəy Həsənbəyov



Qarabağın tanınmış təbiblərindən biri də Bahadur bəy Həsənbəyovdur. O, məşhur həsənbəyovlar soyuna mənsubdur.

Bu soyun ulu babası Həsən bəydir. Həsən bəy Əli bəy Kəbirlinin törəməsindəndir. Qarabağda ona Pəri oglu Həsən deyirdilər. O, 1794-cü ildə Kəbirli mahalının Pərioğlular obasında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Otuziki və Cavanşir mahallarının naibi olmuşdu.

Həsən bəy böyük mülkədar idi. Şuşa şəhərində mülkü, rəiyyəti vardı. Kəbirli mahalının Pərioğlular obasında, Muxur qışlağında xeyli torpaq sahəsinə yiyələnmişdi.

Həsən bəyin törəmələrinin bəziləri Həsənbəyov, bəziləri isə Naibov soyadını daşıyırdılar.

Həsən bəyin Həsənqulu bəy, Ağa bəy, Hüseyn bəy, Abbasqulu bəy, Mahmud bəy adlı oğlanları vardı.

Həsənqulu bəy Həsən bəy oğlu 1820-ci ildə Kəbirli mahalının Pərioğlular obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

Həsənqulu bəy Xanım xanım Ağa Həsən bəy qızı Muğanlının qızı ilə ailə qurmuşdu. Ələkbər bəy adlı oglu, Gülsabə xanım adlı qızı vardı.

Ələkbər bəy Həsənqulu bəy oğlu 1842-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Pərioğlular obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu.Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

Ələkbər bəyin Bahadur bəy adlı oğlu vardı.

Bahadur bəy Ələkbər bəy oğlu Həsənbəyov 1875-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Pərioğlular obasında dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa Real məktəbini, daha sonra gimnaziyanı bitirmişdi. 1908-ci ildə Kiyev universitetin tibb fakültəsini bitirmişdir. Birinci Dünya müharibəsi dövründə sanitar qatarının rəisi vəzifəsində işləmişdir.

Bahadur bəy Həsənbəyov 1922-ci ildən ömrünün sonunadək Bərdə kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır.

Bahadur bəy Həsənbəyov 1938-ci ildə vəfat edib. [Həmidov Ə. Loğmanlar yurdu, Bakı, "İşıq", 1991, 248 səh. s.52].

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi