Bizi izləməyi unutmayın

#Yazarlar

İSMAYIL ŞIXLININ ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ: Ədəbi proses və yaradıcılıq məsuliyyəti – I YAZI

15-04-2019, 11:53 | 1732 dəfə baxılıb.

İsmayıl Şıxlı nəsr aləmini, gənc nasirlərin mövzu rəngarəngliyi və eləcə də bir sıra vacib məsələləri təhlil edir, fikir, mülahizələrini bölüşürdü. O, bədii nəsr üçün ən zəruri şərhlərdən biri kimi “Dərin həyati müşahidə, hadisələri, insanları bütün təfərrüatı ilə öyrənmək və bunları dövrün ictimai məsələləri ilə, qabaqcıl ideyaları ilə üzvi bir vəhdətdə götürüb təsvir etmək” bacarığını məsuliyyətə çevirməyə çalışırdı.

O, gənc nasirlərə mövzu seçmək, seçilmiş mövzunu işləmək və onu həyat hadisələri ilə bağlamaq, bu həyat hadisələrini bədii yüksəkliyə qaldırmaq baxımından yanaşır və iki əsas xüsusiyyətin nəzərə çarpdığını qeyd edir. Bu mənada İsmayıl Şıxlı yazır: “Gənc nasirlərin əsərlərinə bu cəhətdən yanaşdıqda iki xüsusiyyət nəzərə çarpır: birincisi budur ki, onların bəzilərində həyat müşahidəsi zəngindir, təsvir vasitələri təbii və sadədir, ikincisi isə onların bəzilərində müşahidənin azlığı, tiplərin solğunluğu, dilin və hadisələrin süniliyidir”. İsmayıl Şıxlı birinci qrup nasirlər sırasında Sabir Əhmədovun, Altay Məmmədovun, Tahir Hüseynovun və Nəriman Süleymanovun hekayələrini bədii cəhətdən zəngin hesab edir, onlarda sağlam yaradıcılıq eşqinin olduğunu söyləyir, yaratdıqları qəhrəmanların həyat tərzinin,

fəaliyyətinin dolğunluğunu göstərir.
İsmayıl Şıxlı ikinci qrup nasirləri oxuduqlarını təqlid edənlər hesab edir. Belələri özlərindən süjet xətti quraşdırır, süni şəkildə obrazlar yaradır, süni konfiliktlər düzəldir, mövzu və mövzudakı tiplər həyatdan götürülmədiyi üçün hər şey cansıxıcı olur. “Bu xüsusiyyətlər Rəhimə Zeynalova, Xalid Əlimirzəyev və Vasif Əfəndiyevin hekayələrində özünü daha qabarıq şəkildə göstərir”.

İsmayıl Şıxlı ədəbiyyata bir qrup sağlam nasirlərin gəldiyini görür, onların yaradıcılığını qiymətləndirirdi. Onların içərisindən gələcəkdə ən gözəl roman müəlliflərinin yetişəcəyinə inanırdı. Eyni zamanda gənc yazıçıların diqqət yetirəcəkləri keyfiyyəti də unutmurdu: “Gənc yazıçılar yadda saxlamalıdırlar ki, realist sənətdə təbiilik və səmimiyyət olmalıdır. Bu isə həyati və insanları düzgün müşahidə etməklə yaradıla bilər”.
İsmayıl Şıxlı gənc nasirlərin dili ilə bağlı maraqlı fikirlər irəli sürür, onların dil və üslub xüsusiyyətlərinə orijinal münasibət bildirir: “Bəzi gənc nasirlər əsərin dilini, yaxşılığını ürəyə toxunan sözlərin çoxluğunda görürlər. Bu, tamamilə yanlışdır. Dilin gözəlliyi, hər şeydən əvvəl, onun sadəliyi təbiiliyindədir. Xalq ifadələrinin çox yerində işlədilməsindədir. Hər tipin xarakterinə, yaşına, sənətinə, uyğun fikir tərzini, ifadə formasını tapmaqdır”.

İsmayıl Şıxlı ədəbiyyatda müasirlik məsələsinə çox ciddi yanaşır, bədii nəsrimizin materialları əsasında inandırıcı və əsaslı müqayisələr aparır, qənaətləri hesabına əsərlərin təhlilini verir.
O, müasirlik problemi və onun bədii ədəbiyyatda inikasından bəhs edərkən üç başlıca cəhəti qeyd edir. Hadisələr üç cür münasibətin üzərində xüsusi olaraq dayanır. “Bu münasibətlərin biri hər şeyi təsdiq edərək qeyd – şərtsiz qəbul etmək, ətrafımızda baş verən hadisələrin ictimai və fəlsəfi mahiyyətini dərk etmədən, bu və ya digər məsələnin törəməsinə səbəb olan sosioloji amilləri araşdırmadan, onun nə kimi əxlaqi keyfiyyətlərlə bağlı olması ilə maraqlanmadan bütün məsələlərlə razılaşmaqdan ibarətdir”. İsmayıl Şıxlı bu cür həyat anlayışı üzərində yazılan əsərləri əhəmiyyətsiz əsərlər hesab edir. Ona görə ki, belə “... əsərlərin mərkəzində dərin ictimai konfliktlər, xarakterlər toqquşması, psixoloji gərginliklərlə dolu olan səhnələr dayanmır.

Yazıçının özü və qəhrəmanları müstəqil düşüncə qabiliyyətindən məhrum olduqlarına görə oxucuya heç nə vermir, hər şey səthi, hər şey ötəri təsvir edilir”.

İsmayıl Şıxlı hadisələrə ikinci münasibəti hər şeyi şübhə altına almaq, hər şeyi inkar etməklə bağlayır. O yazır: “İkinci münasibət hər şeyi inkar etməkdən ibarətdir. Bu cür anlayışa malik olan yazıçılar (xoşbəxtlikdən belələri azdır və heç zaman ədəbi və ictimai fikrə təsir göstərə bilmir) aqnostizm silahını özlərinə qalxan edərək müasir həyatımızda baş verən bütün hadisələrə şübhə ilə yanaşırlar”. Bütün dövrlərdə belələri olub və indi də vardır. Odur ki, İsmayıl Şıxlının bu münasibəti bütün zamanlar üçün özünü doğruldur.

İsmayıl Şıxlı bədii ədəbiyyatda hadisələrə üçüncü münasibəti – analitik münasibəti ən doğru, düzgün münasibət sayır. O, analitik münasibətlə bağlı nəyi nəzərdə tutduğunu aydın bir məntiqlə bildirir: “Analitik münasibət deyərkən nəyi nəzərdə tuturam? Məlum bir həqiqətdir ki, yazıçı hər şeydən əvvəl vətəndaş olmalıdır. Həm də ehtiraslı, öz torpağına, öz ölkəsinə bağlı olan, onun taleyi ilə daim maraqlanan, daim narahatlıq keçirən, daim düşünən, daim çətinliklərdən çıxış yolu axtaran, qüsurlara qarşı amansız bir ehtirasla çarpışan, öz estetik amalı uğrunda vuruşarkən özünü belə unudan fədakar bir vətəndaş olmalıdır. Yazıçı həyatımızın inkişafına kömək etməlidir”. Bu baxımdan o, Azərbaycan sovet nəsrinə nəzər salır və nəsrimizdə hadisələrə analitik münasibətin qabarıq şəkildə özünü göstərdiyini qeyd edir.

Azərbaycan sovet nəsrində nasirlərin bir çoxunun əsərlərində hadisələrin siyasi, psixoloji təhlilinin verildiyi, hadisələrin xarakteri və yaranma səbəblərinin düzgün müəyyənləşdirildiyi açıqlanır. İsmayıl Şıxlı fikrini əsaslandırmaq üçün İsa Hüseynovun “Yanar ürək” romanından, “Tütək səsi”, “Saz”, “Kollu Koxa”, “Quru budaq”, “Şəppəli” kimi povestlərindən spesifik süjet xəttini təhlilə cəlb edir, onun nəsrimizdə xeyli irəliləyişlər yaratdığını nailiyyət kimi qiymətləndirir. Eyni zamanda Fərman Kərimzadənin “Qarlı aşırım” əsərini Azərbaycan nəsrinin nailiyyətləri hesab edir. İsmayıl Şıxlının fikrincə, Fərman Kərimzadənin romanı (“Qarlı aşırım”) “... ehtiraslar və mürəkkəb xarakterlər romanıdır.

Bu əsərdə Abbasqulubəy Şadlinski, Kərbəlayı İsmayıl, Qəmlo, Talıbov kimi bir – birinə bənzəməyən müxtəlif xarakterli, müxtəlif ehtiraslı surətlər yaradılmışdır. “Qarlı aşırım”ın üstün bir cəhəti də odur ki, buradakı surətlər hər cür sxematizm və şablondan uzaqdırlar. Müəllif çox ustalıqla ictimai səciyyə daşıyan hadisələri, ictimai xarakterləri milli xüsusiyyətlə bağlamışdır”.

İsmayıl Şıxlı “Qarlı aşırım” əsərindəki sinfi təbiətcə bir – birindən fərqlənən obrazlardakı milli cəhətləri elə dəqiq nəzərə alır ki, bununla milli xüsusiyyətlərin bütün məqamlarını aydın görmək olur.

Bundan başqa, “Qarlı aşırım” romanının bədii dəyərini artıran cəhətlərdən birinin milli koloritə malik olmasıdır. Bu barədə İsmayıl Şıxlı yazır: “Romanın bədii dəyərini artıran bədii cəhətlərindən biri təkrarolunmaz dərəcədə milli koloritə malik olmasıdır.

Buradakı insanlar təpədən dırnağa qədər milli insanlardır. Kərbəlayı İsmayıl ən ağır dəqiqədə, Arazı keçmək istərkən hamilə gəlini apara bilməyəcəyini dərk edir və onu mərdanəlik və kişiliyinə arxayın olduğu düşməninə etibar edir. Qapısına gələn düşməni geri qaytarmamaq kimi cəngavərlik milli xüsusiyyətlə birləşdikdə nəhəng ehtiras yaranır, düşmənin də əzəmiliyinə valeh olursan. Bax budur Fərmanın əsərinin bədii siqlətini artıran cəhət!”

İsmayıl Şıxlı “Qarlı aşırım” romanı əsasında bir məsələyə də aydınlıq gətirir. Belə ki, müəllifin əsərinin qəhrəmanı və onu qəhrəman kimi təsdiq edən keyfiyyətlər. Bu məsələdə İsmayıl Şıxlı çox dəqiq və konkret şəkildə öz fikrini belə ifadə edir: “Onun (Fərman Kərimzadənin – B.X.) üstün bir cəhəti də budur ki, qəhrəmanı var. Mən bunu ona görə qeyd edirəm ki, bəzən romanın qəhrəmansız janra çevriləcəyi fikrinə təsadüf edirik.

Mən isə qəhrəmansız romanı təsəvvürümdə canlandıra bilmirəm. Nəinki baş qəhrəmansız roman ola bilməz, heç qəhrəmansız nasir də ola bilməz. Bədbəxt o nasirdir ki, kitablarının sayı çoxdur, ancaq yadda qalan qəhrəmanı yoxdur!”
İsmayıl Şıxlı ədəbiyyatda müasirlik məsələsinə mövqeyini bildirərkən müasir mövzular və tarixi mövzular məsələsinə də toxunur, burada yazıçının düzgün mövqe tutmasını, məsələyə həssas yanaşmasını, prosesləri və hadisələri düzgün dərk etməsini bir axtarış kimi qiymətləndirir. “Müasir məsələlərdən yazmaq tarixi mövzularda əsər yazmaqdan xeyli fərqlidir.

Bu fərq birinci növbədə ondan ibarətdir ki, tarixi mövzulardan yazan yazıçı nisbətən tamamlanmış, artıq müəyyənləşmiş hadisələrdən bəhs edir, müasir mövzudan yazan yazıçı isə hələ davam etməkdə olan prosesləri qələmə alır. Bu prosesin düzgün bədii inikasını vermək yazıçıdan uzaqgörənlik və həssaslıq tələb edir”. Müasir mövzulara münasibətdə müasirliyin çətin olduğunu bilir və bu bildiyini həssaslıqla ifadə edir: “Müasir mövzuda nəsr əsərləri yazmaq geoloji axtarışlara bənzəyir.

Burada büdrəmələr da ola bilər, qazılan quyu neft verməyə də bilər. Buna görə axtarışı dayandırmaq olmaz. Çünki müasirlik həmişə yeni axtarışlarla vəhdətdə olmuşdur”.

İsmayıl Şıxlı ürəklərə yol tapmaq üçün, oxucuların məhəbbətini qazanmaq üçün yaxşı yazmağı, məhz yaxşı yazmağı əsas məsələlərdən biri hesab edir. Bunun üçün yazıçı, şair müdrik olmalı, üzaqgörənliklə hadisələri qələmə almalıdır. O, oxuculara təqdim edəcəyi əsərin məsuliyyətini dərindən dərk etməli, hadisələrə analitik münasibətlə yanaşmalı, beyinlərə, ürəklərə təsir edə biləcək bütün imkan və vasitələrdən istifadə etməlidir. Ona görə də şair, yazıçı özünü tapana qədər axtarışda olmalıdır. O, özünü şeirdə, yaxud da nəsrdə tapa bilmirsə, onda oxucuların hissi ilə oynayacaq, onların tələbləri ilə ayaqlaşa bilməyəcəkdir.

İsmayıl Şıxlı adətən gəncliyin ədəbiyyata gəlişində şeirə marağın üstün olduğunu qeyd edir. O yazır: “Adətən insan, gənclik illərində qəlbində doğan duyğuları poetik vasitələrlə ifadə etməyə çalışır. O hər yerdə və hər hadisədə şeriyyət axtarır. Bu təbiidir. Çünki əslində gənclik özü şeriyyət deməkdir. Lakin bu həyati şeiriyyəti poetik vüsətlə vermək üçün təbii və böyük istedad lazımdır.

Həyatın şeiriyyətini nəsrlə də vermək mümkündür, nəzmlə də. Lakin bir şərtlə: istedad təbii olmalıdır. Qafiyə kasadlığı çəkməklə, fikir yoxsulluğunun əlində həlak olmaqla yaxşı əsər yazmaq olmaz. Necə deyərlər, şair olmaq üçün şeir yazmaq, nasir olmaq xatirinə kağız qaralamaq boş zəhmətdir”.

İsmayıl Şıxlı şeir və nəsr əsəri yazmağın mahiyyətində hansı dəyərləri ölçüyə çevirməyin vacibliyini nəzərə çatdırmaq üçün özünün həyat yolundan, sənət yolundan nümunələr gətirməyə üstünlük verir, bununla da qarşı tərəflə münasibətdə səmimi bir körpü yaradır.

Belə ki, İsmayıl Şıxlı əvvəlcə şeirə maraq göstərdiyini, sonra isə bu ötəri həvəsin ötüb keçdiyini, nəsrin imkanlarının geniş olduğunu dərk edərək nasir olmağa çalışdığını və bununla da düz yol seçdiyini qeyd edir.

DAVAMI VAR...

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

İSMAYIL ŞIXLININ ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ: Ədəbi proses daim inkişafda olmalıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

İSMAYIL ŞIXLININ ƏDƏBİ – TƏNQİDİ GÖRÜŞLƏRİ: Ədəbi proses və tənqidçi mövqeyi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

İsmayıl Şıxlı: yaddaşlara əbədi həkk olunmuş yazıçı – IV YAZI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının