"Necə də gülməlidir..." - AXCP sədrinin müavini



AXCP sədri Razi Nurullayev qarşı, özünü Qarabağ əzabkeşi kimi qələmə verən İlham İsmayıl, bir də ona qoşulmuş bir iki nəfər şər-böhtan, şantaj kompaniyası aparmağa cəhd edirlər. Belə ki, Razi bəyin Dağlıq Qarabağ haqda rus dilində yazılmış yazısından kontekstdən çıxarılmış bir hissəni götürərək ağıllarına və ağızlarına gələn kimi yozub guya "şərh" ediblər. Guya Razi bəy xalqa təslimçiliyi və geri çəkilməyi aşılayır və sair...

Əvvəla qeyd edim ki, gözləri bir-biri ilə didişmədən açılmayan bu zavallı zümrə özləri o qədər sifarişlərə qulluq ediblər ki, Razi bəyin bu yazısını, hətta seçki ərəfəsində nüvə silahı ilə bağlı fikrini də sifariş sayırlar. Əslində onların özləri əsl sifarişlə və kimlərinsə yalı ilə danışırlar.
Razi bəy, Dağlıq Qarabağ məsələsində belələrinin sadəcə qaraküy salaraq mövqe ortaya qoymamasından fərqli olaraq, ortaya mövqe, (hətta bu gün elələrinin özlərinin də müzakirə etməyə məcbur olduqları) fikir, real təklif qoyub hər zaman. O, Qarabağ məsələsinin ilk mərhələdə siyasi yolla, sülh yolu ilə həllinin mümkünlüyünü və vacibliyini vurğulayıb. Çünki qan tökülməsi, xalqın övladlarının qırılması həm bizim üçün, həm də dünya üçün maraq kəsb edən amil deyil. Qarabağ məsələsinin sülhlə həllində siyasi iradənin yarıtmazlığını və uzun illərdir bu problemin uzanmasının çıxış yolu olmadığını düşünərək öz siyasi fikrini ifadə edib.
Razi bəy problemin ümumunun həll olunmayaraq əbəs yerə zaman-zaman günahsız insanlarımızın qanının tökülməsinin faydasız olduğunu qeyd edib və haqlı da qeyd edib. Sizin üçün xalqın övladlarının qanı bəlkə də ucuz gəlir, özünüz tribunalarda böyürə-böyürə, yığıncaqlarda boğuşa-boğuşa ömür sürürsünüz, xalqın balası da şəhid olur.
Hesab edirəm ki, uzun illərdir yalançı vədlərlə, savadsız və pafoslu çıxışlarla xalqı əsas məramından yayındırmağa cəhd edən sağlam siyasi liderlərə qara yaxan "kəs"lərin səsini elə xalqımızın özü də kəsməlidir və kəsəcək də...
Razi Nurullayev dəfələrlə müharibə varinatı haqda təkliflər verib, hətta " Vahid Qərar Şurası" yaradılaraq torpaqların azad edilməsini təklif edib. İndi aparılan siyasətin səmərəliliyini tələb baxımından, məsələnin tam həll olmayaraq uzun illərdir xalqın balalarının həlak olmasını xoş görməməsi, problemin ümumilikdə kökündən həll olunmasını irəli sürməsi bəzilərini narahat edib. Özləri bu günəcən ağıllı təklif irəli sürməyən bu adamlar ancaq şivən salmağa meyllidirlər. Elə nalə çəkirlər ki, sanki bunlar bağıra-bağıra Qarabağı alırmışlar, baho, Razi bəy bunlara mane olub. Necə də gülməlidir...

Tural İrfan
AXCP sədrinin müavini

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi