"Analoq.az" araşdırır...



Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri dərindir və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu, millətə məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər. Bu gün də bunu davam etdirirlər. Qlobal dünyada, informasiya müharibəsi şəraitində erməni təcavüzünün və Azərbaycan reallıqlarının dünyaya çatdırılması vacib amillərdən sayılır. Bu proses çərçivəsində Azərbaycan mediasının üzərinə böyük vəzifə düşür.

Hazırda demək olar ki, beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun və əksər hallarda saxta informasiyalarla qidalanır.

Hazırkı vəziyyətdə erməni təcavüzünün, Azərbaycanın işğal həqiqətlərinin və ümumilikdə Dağlıq Qarabağ münaqişəsinə aid bütün məsələlərin mediada əks olunmasındakı real vəziyyəti qiymətləndirən ekspertlər bizim sayta yüksək qiymət verirlər.

Son dövrlərdə təhlil və geniş araşdırma əsasında yazıların az olduğunu nəzərə alıb bu kimi yazıların dərc olunmasına ciddi fikir veririk.

Biz bu saxta informasiyalın qarşısını almaq üçün bir çox tədbirlərə əl atmışıq. Çalışmışıq ki, peşəkarlardan istifadə edək.

Saytımız 1905-1907-ci və 1918-1920-ci illərdə cərəyan etmiş proseslərin sistemli şəkildə araşdırır.

Saytımız ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır: Oxuculara sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. Saytımızın əsas şüarlarından biri Ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” kəlamıdır”.

Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir. Dəstək gözləyirik ki, rus və ingilis dillərində olan versiyaları da ictimaiyyətə təqdim edək.

Saytın bütün versiyasını “Analoq.az”dan başqa, Feysbuk səhifəsinə və Yutub kanalına keçid etmək mümkündür.

"Heydərqulu xan Şadlı" yazısına işıq tutan görkəmli türkoloq, filologioya elmləri doktoru, professor Firudin Ağası oğlu Cəlilov müəllif haqqında: "Sağol Ənvər bəy, gərəkli araşdırmadır. Bu şadılı boyundan çoxlu tarixi şəxslər, sərkərdələr çıxıb".

"Bəhram bəy Məlikabbasov" yazısına çıraq tutan dünyaca ünlü tədqiqatçı Tarıyel Azərtürk: " Uşaqlıqda adını atamdan çox eşitdiyim Bəhram bəy Məlik Abbasov haqqında ilk rəsmi yazıdır ki, oxuyuram. Atam deyirdi ki, o, Şuşa qəzasının pristav olub. Məktəb, universitet olmadığı bir dövrdə qonşumuz, gözəl riyaziyyat müəllimi, ədalət çarçısı Məhiş Abbasovun əmisinin u səviyyəyə yüksəlməsi bütün kənd əhlinin - biz uşaqların da, böyüklərin də fəxr yeriydi. Hələ atam nağıl edirdi ki, o uşaqlıqdan itimişdi və hamı onun tələf olduğu inamındaydı. Amma bir neçə on ildən sonra onun səs-sorağının Gəncədən, Şuşadan polis zabiti kimi gələndə kənd əsil bayam yaşadı. O zamanlar mənə əfsanə kimi gələn həmyerlimiz haqqında haradasa oxumaq istəyirdim. Bu mənada məqalə çox dəyərlidir. Çox xahiş edərdim sizdən, hörmətli Ənvər Çingizoğlu, mümkün saysanız sizdəki Bəhram bəyə aid başqa dillərdəki materialları mənə də təqdim edəsiniz. Bu boyda materialın toplanmasına çəkdiyiniz zəhmətiniz üçün təşəkkürlər"

Araşdırmaçı-jurnalist, Qarabağ qazısı İlham İsmayıl " Teymurxanbəyovlarla bağlı yeni arxiv sənədləri tapılıb" yazısına görə minnətdarlığını bildirir: "Var ol Ənvər bəy! Sənəddə adı çəkilən Əli bəy mənim nənəmin atasıdır. Adil bəy kimi təqdim edilən bəy isə əmisi oğlu Ədil bəydir.(Görünür rus əlifbasında "A" hərfi ilə başladığına görə Adil yazılıb) Uşacıq, İmarət Qərvənd və Yanşaq ulu babam "çinli" ( yəni poqonlu) Temirxan bəyə Mehdiqulu xan tərəfindən mülk kimi verilib. Temirxanbəyovların soyadı da həmin Temirxan bəydən başlayır. Anam Temirxanbəyova Firəngiz Nüsrətbəy qızı ömrünün sonunadək soyadını dəyişmədi, ona görə də heç vaxt kolxoza üzv kimi qəbul etmədilər. Bir daha təşəkkürlər!"

Əməkdar jurnalist, "Tərəqqi" medalı laureatı Rəsmiyyə Qarayeva: "Mən hələ bu qədər tarixi araşdırmanın verildiyi sayta rast gəlməmişəm. Maarifləndirməniz və aydınlatmanız üçün sizə çox minnətdaram. Tariximizi yaşadın".

Savalan Talıblı

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi