Su ol dostum-Məhəmməd Kərimov



Hər bir insanın həyatda öz maraqları və reallaşdırmaq istədiyi məqsədləri var. Lakin, insanlar məqsədlərini reallaşdırmaq bağımından iki qrupa bölünməkdədir ki, bunlardan ilki məqsədlərini sadəcə düşüncəsində formalaşdıran və həyata keçirə bilməyib düşüncələrində yaşayanlardır. Belələri sadəcə istəklərini dildə ifadə edir, heç zaman həyatda reallaşdıra bilmirlər.

Səbəbi isə məqsədlərini reallaşdırmaq yolunda üzləşdikləri maneələrdir. Bir az çətinlik ilə qarşılaşdıqları zaman məğlub düşərək fikirlərindən yayınır, mən edə bilmərəm tipli düşüncələrə sahiblənirlər.

Fəqət, ikinci tip insanlar istəklərinə hər zaman çatırlar. Səbəbi isə onların düşüncələrini reallaşdıracaqlarına güvənərək hər zaman qərarlı bir şəkildə irəliləməkləridir. Qarşılarına maneələr çıxır və hətta həmin maneələr sayəsində o zamana qədər qazandıqlarını tamamilə itirdikləri anlarda olur.

Bu tip insanların psixologiyası başarının əldə olunması yolunda irəliləyərkən uğurun yıxılıbda əldə olunan hər şeyin itirildiyi zaman məhv olmaması yönündədir. Uğur əldə edən və məqsədləri yolunda sonuna qədər çalışan hər bir şəxs uğurun o yolda yıxıldıqdan sonra ayağa qalxaraq həmənki yerdən və ya tam başdan qərarlı bir şəkildə başlayarkən əldə olunduğunu bilirlər.

Hər zaman həyatın bizlərə yönəltdiyi maneələrə qarşı hazırlıqlı olmalı və qarşılaşacağımız hər bir hadisəyə uyğun qarşılığı verməyi bacarmalıyıq. Yalnız bu şəkildə istəklərimizi gerçək həyatda reallaşdıra bilərik. Eynilə Brus Linin həyatda uğuru əldə etmək yolunda qeyd etdiyi kimi:

-“Zehnini boşalt, formasız ol, su kimi. Su axabilər, ya da parçalaya bilər. Su ol dostum.”

Məhəmməd Kərimov

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi