Mən hivəm-Bir həyat hekayəsi-Günay İman yazır



Hələ 6-cı sinif şagirdi idim. Dərslərimə o qədər ciddi yanaşırdım ki, bəzən ac-susuz , saatlarla kitab oxuyurdum. Kövrək, insanların halına acıyan bir təbiətim vardı.

Nənəm televizora baxırdı, ani bir səs məni ekrana bağladı. Baxdım ki, üzü qapalı ancaq sarışın bir oğlan danışırdı. Rusdilli olduğu yadıma gəlir.
-Evdə mənim qablarımı belə anam ayırıb. Mən özümə nifrət edirəm. Qonşular məni görəndə uzaq dururlar. Hətta bir neçə dəfə evdən getməyimi istəyiblər. Ancaq mənim gedəsi yerim yoxdur.

Bir anlığına yazıq oğlan nələr çəkir. Necə bir ana, öz balasından hər hansı bir xəstəliyə görə imtina edə bilər?- Hə! ay nənə deyə sual ünvanladım...Nənəm iri şüşəli eynəyini aşağı salaraq, bala
heç kimə yazıq demə. Allah bilir kimi necə yaradır və kimə hansı dərd verir.

İllər ötdü. Mən ali məktəbə qəbul oldum. Universiteti bitirən kimi atam məni öz dostunun oğlu ilə ailə qurmağa məcbur
etdi. İstəməsəm də taleyin bu hökmünə boyun əydim. Ailə qurduq. Bir az müalicə alandan sonra hamilə qaldığımı bildim.

Hamilə olduğum günü sevincimin həddi-hüdudu yox idi.Ana olacağım günü sevinclə gözləməyə başladım.

Növbəti dəfə həkim müayinəsinə getdim.Oradan çıxanda Mehdinin iş yerinə gedim.Həkimin dedikərini söyləyim. Onun otağına daxil olanda, həyat yoldaşımı yerdə uzanıqlı gördüm. Özümü itirmişdim ,neyləyəcəyimi bilmirdim. Səsimə qonşu otaqda olanlar gəldi. Təcili yardım çağırıb, xəstəxanaya yol aldıq. Xəstəxana dəhlizində o tərəfə, bu tərəfə neçə addım saydığımı həyacandan unutmuşdum.

Sözün düzü Mehdiyə qarşı bir o qədər də sevgim yox idi. Ancaq mən onun həyat yoldaşıyam, gələcək övladımın atası deyə ona dualar etdim. Həkim gəldi.
-Narahat olmayın xəstə özünə gəldi. Səhhətinə ciddi fikir verməlidir. Bir daha belə halın təkrarlanmaması üçün çalışın onu qoruyun. Üstünə ciddi düşün.Yazıqdır, gəncdir.Ağ ölümün qurbanı olmasın.

Bu sözlərdən sonra qaranlıq çökdü. Yer ayağımın altında oynadı. Həkimin səsi bir neçə dəqiqəlik qulağımda uğuldadı.

-Həkim nə danışırsınız , nə narkotika , nə ölüm..?

Beləcə xəyallarım,gələcəkdə doğulacaq körpəm , bütün həyatım alt -üst oldu.

Mehdi müalicə üçün başqa xəstəxanaya yerləşdirildi. İki ay müalicə alandan onu evə gətirdik. Çox pis idi. Utandığından üzümə baxa bilmirdi. Ata olacağını bilirdi. Bəlkə də ata olmağı onu durğunlaşdırmışdı.

Növbəti dəfə hamiləlik yoxlanışına gedəndə həkimlər analiz aldılar. Cavablar çıxanda məlum olduki bir neçə virus aşkarlanıb.

Həkim qanımın yuyulmasını istədi. Bu prosses başa çatandan sonra tibb bacısı məni çağırdı.
-Biz sizi qəbul edə bilmərik. Siz "Spidsiniz"..Yəni Aids....
İkinci dəfə qaralan dünyam, məni qollarında divardan-divara vurdu. Beynimin içindən çıxan səs küləyə
çevrilib saçlarımı havaya sovurdu. Anamın hayqırışı, su olub bədənimə axdı. Və gözümü xəstəxana çarpayısında açdım.

Bu nə idi İlahi, yəqin yuxu idi. Həkimlər məni göndərişlə Aids mərkəzinə yolladılar. İkimiz də HİV daşıyıcıyıq. İkimizə də HİV kodu verilmişdi.

Bu xanımın başına gələnləri , onun həyat hekayəsini doğum evində dinlədim.

Xəstəxana dəhlizin ən sonunda tək olan,
bir otaqdan hıçqırtı səsi eşitdim. Hər kəs yatmışdı. Səsə doğru getdim. Bir balaca qadının körpəsini bağrina
basaraq ağladığını gördüm.
-Niyə ağlayırsan?
-Həyatıma
- Hər kəsin həyatında müəyyən çətinliklər var. Dəyməz övladın qucağındadır , ağlama.

Bu qadın başına gələnləri sakitçə mənə nəql elədi. Onu vaxtında heç kim eşitmədiyinə görə həyatın ironiyasını yaşayırdı...

ARDI VAR...
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi