Tarixdə bu günə qədər baş verməyən və təkrarlanmayan hadisədir - Kərbəla! - Rza Rzayev



Bu hadisə heç vaxt unudulmayacaq, heç vaxt kimsə tərəfindən bu hadisəni törədənlərə haqq qazandırıla bilməyəcək. Həzrəti Hüseyn dirənişi İslamın yenidən qurtuluşunu təmin etdi və yayılmasına səbəb oldu. Həzrəti Hüseyn müqaviməti bir daha göstərdi ki, İslamı məğlub etmək mümkün olmayacaq. Dünya gücləri nə qədər istəsələr də, tarixdə baş vermiş Kərbəla hadisəsindən və Həzrəti Hüseyn qəhrəmanlığından güc alan İslamı məğlub edə bilməyəcək.

Şiəlik bütün anlarda tərəfini tutduğun, tərəfdarı olduğun Allahın və Allah adamının yanında olmaqdır. Şəraitə uyğun olaraq gizlənmək, fürsət gözləmək, cildini dəyişmək yox, meydana çıxıb, liderinin tutduğu Allah yolunda canını fəda etməkdir.

Həzrəti Hüseyn Allah yolunda ilk özünü və ailəsini qurban verdi, kimsəyə qaçmağa, özünə haqq qazandırmağa yol qoymadı. Yoldan çıxanlara deyəcək söz qalmadı, tarix onları həmişə lənətlədi.

İslamın yenidən doğuluşu, Allahın yaratdığı son yolun qarşısını kimsənin kəsə bilməyəcəyinin məzmunu Kərbəlada möhürləndi.

Bu qanlı möhür günü-gündən daha da dərinləşdi, daha dərin məzmununu və mahiyyətini baş verən və verəcək hadisələrin fonunda qazandı və qazanır.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi