Rəşid Hacılı, get anqır və tayını tap!



Özünü “Media Hüquqları İnstitu”nun rəhbəri kimi təqdim edən Rəşid Hacılı Azərbaycan jurnalistlərini təhqir edən karikatura paylaşaraq, erməni lobbisindən və Avropalı havadarlarından aldığı növbəti çirkin sifarişi yerinə yetirib.

Analoq.Az xəbər verir ki, ölkəsinin, dövlətinin, xalqının eləcə də dövlətçilik mənafe və maraqlarının xidmətində dayanan media mənsublarının guya “sümüyə getmələrini” iddia edən R.Hacılı əslində özünü və özü kimi düşünənlərin iç üzünü ifşa etmiş olub.

Əqidəli və vətən sevdalısı olan iqtidar jurnalistləri heç vaxt, heç zaman öz dövlətindən nə isə ummurlar Rəid Hacılı!

Bu mənada, həmin ünsürə bir sıra xatırlatmaları etmək vacibliyi yaranır...

R.Hacılı, demək belə çıxır ki, sən guya öz sərsəm təbirincə karikatura paylaşmısan və yenə də həmin sərsəm təbirinə görə, iqtidaryönlü jurnalistlərin “yemə getdiklərini” göstərməyə cəhd etmisən. Lakin sən və sənin ətrafın hələ də anlamırsınız ki, dövlətin mənafeyi, dövlətçilik maraqları, xalqı üçün çalışan yazarlardan, jurnalistlərdən fərqli olaraq sizin kimiləri birbaşa Azərbaycanın düşmənlərinə nökərçilik edirlər. İqtidarın şərəfli media mənsubları isə öz fəaliyyətləri ilə qürur duyurlar. Çünki onların hər biri birbaşa dövlətin maraqlarının qorunması, inkişaf etdirilməsi üçün çalışırlar, bütün ağrı-əzablara, çətinliklərə sinə gərib, qəlbən, hətta təmənnasız şəkildə bu xidmətlərini göstərməkdədirlər! Və kimlər ki, göstərdikləri xidmətləri müqabilində dövləti, ölkə rəhbərliyi tərəfindən qiymətləndirilirsə, bu o demək deyil ki, bunu pula-paraya görə edir. Əqidəli və vətən sevdalısı olan iqtidar jurnalistləri heç vaxt, heç zaman öz dövlətindən nə isə ummurlar Rəid Hacılı, bunu bil və xain düşüncələrlə dolmuş qafana yerləşdir!

Jurnalist ilk növbədə dövləti naminə öz əzmini, iradəsini ortaya qoyur, əlbəttə ki. Sənin və sənin kimi qondarma, xain qələmbazlardan fərqli olaraq.

Rəşid Hacılı, sən kimin samanına, ot-ələfinə, yalına gedib, ağzını sulandırırsan?

Sual yaranır: bəs sənin kimi ünsürlər kimə, nəyə xidmət edirlər? Sizlər hansı dairələrin yükünü daşıyırsınız? Yaxşı, zy bizi “sümüyə gedən” kimi göstərən Rəşid Hacılı, sən kimin samanına, ot-ələfinə, yalına gedib, ağzını sulandırırsan? Erməni yeminəmi, Soros daydayının yalınamı? Yəni sən qısqırdılaraq, quduzlaşdırılaraq öz dövlətinə, xalqına qarşı yönəldiləndə yaxşıdır, öz dövlətinə xidmət edən şərəfli jurnalistlər cameəsi pismidir?!

Əgər bizlər öz dövlətimiz üçün çalışırıqsa, lap əla edirik, amma sən və sənin kimi ot-ələfə, yala-yalmana gedənlər belləri üzərindəki palan üzərində erməni aşnalarınızı, Qərbli ağalarınızı daşıyanlar ara-sıra yemlənərək, Azərbaycan dövlətinə qarşı çıxırsınız. Bax, məntiq də bundadır ki, Rəşid Hacılı, get anqır və tayını tap, necə ki, tapmısan...

Rövşən NURƏDDİNOĞLU sia.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi