Nuri Paşa tariximizə saçılan nurdur - Kənan Həmzəoğlu



Bu gün əfsanəvi komandan Nuri Killigilin Bakını erməni istilaçıları və onların havadarlarından
xilas etdiyi tarixdən 101 il ötür.Məhz onun cəsarəti və hərbi səriştəsi nəticəsində bölgənin müsəlman əhalisi növbəti soyqırımlardan xilas edildi və Bakı Azərbaycan Cumhuriyyətinin paytaxtı elan olundu
Lakin təssüflər olsun ki, Nuri Killigilin qəhramanlığını şübhə altına almaq istəyən bəzi insanlar onun əleyhinə əsassız fikirlər səsləndirir, yaxud ünvanına atılan böhtanlara şərik çıxırlar.Onlar iddia edirlər ki, güya Nuri paşanın əsl məqsədi Bakını ələ keçirib burada Osmanlı protektoratlığını təmin etmək olub

Digər tərəfdən iddia edirlər ki, Nuri paşa yalnız Hacı Zeynalabidin Tağıyevin ona bir faytonluq qızıl göndərməsindən sonra Bakıya doğru hərəkət edib.Bu zaman ortaya bir sual çıxır.Əgər Nuri paşanın əsl məqsədi Bakını ələ keçirib burada Osmanlı idarəçiliyini təmin etmək idisə nə üçün Gəncədə durub qızıl gözləsin ki? Bu iki fikir bir-birini təkzib etmir mi? Bu ittihamlarda bulunanların yəqin ki, 1918-ci ilin 4 iyununda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan Batum sazişindən xəbəri yoxdur.Həmin müqavilənin dördüncü bəndi tərəflər arasında hərbi ittifaqın bağlandığını təsdiq edən ən bariz nümunədir.Hansı komandan dövlət səviyyəsində imzalanan bu müqavilənin ziddinə gedib qızıl tələb edə bilərdi? Bunu edən şəxs İstambula qayıtdıqdan sonra onun aqibəti necə olardı? Yəqin bunu təxmin etmək heç də çətin deyil.Qaldı ki, işğal və yaxud ilhaq məsələsinə, bu da mümkün fakt deyildi
Ona görə ki, Osmanlı hökuməti Azərbaycanın bağımsızlığını, onun ərazi bütövlüyünü rəsmən tanımışdı
Belə olan halda isə heç bir dövlət beynəlxalq nüfuzunu sarsıtmaq istəməz.Nuri Killigil haqqında belə əsassız fikirlər yəqin ki, XX əsrin 20-ci illərində irəli sürülüb.Sovet zülmünə qarşı baş vermiş məşhur Qarabağ üsyanının rəhbərini xalqın gözündən başqa necə salmaq olardı ki? Hesab edirəm bolşeviklərin böhtan atmaqdan başqa çarəsi yox idi.Təssüflər olsun ki, onlar bu yola əl atdılar və yenə də təssüflər olsun ki, sovet rejiminin iflas etməsinə baxmayaraq bu böhtanlar nə səngimək nə də ki, bitmək bilmir

Fəqət biz gənclər, tarixi şəxsiyyətlərimizin əleyhinə səsləndirilən fikirlərin daima qarşısında duracağıq
Unutmaq olmaz ki, Nuri Killigil tariximizə saçılan bir nurdur və nura kölgə salmaq mümkün deyil

QARAXANLI TARİX KLUBUNUN RƏHBƏRİ
KƏNAN HƏMZƏ OĞLU

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi