Həyatın mənası nəyə gərəkdir?-sual veririk zaman-zaman özümüzə....



Həyatın mənası nəyə gərəkdir?-sual veririk zaman-zaman özümüzə....

Mən də sual verirəm özümə: bəlkə də cavabını bilirik, ancaq yenə sual veririk. Axtardığımızın yerini biliriksə, yeri də bəllidir. Əslində bir az ətrafımıza baxsaq, niyə yaşadığımızın sübutu da bəlli olar.

Sevdiyimiz insan qollarına alıb, sinəsinə basıb nəfəs alarkən genişlənib, daralan qabırğalarımız zamanın boşuna və səbəbsiz olmadığını deyir. Sevib -sevilmək yaşamaqdır əslində. Pis vaxtlarımız da olur. Hər zaman yaxşı olacağıq deyə bir şey ola bilməz. Ancaq biri -necəsən?-soruşanda,- yaxşıyıq!- deyirik. O qədər imtahandan keçirik ki, amma insan evladıyıq, səbrimiz yox, üsyan edirik. O an Rəbbimizə sığınıb səbr etsək, mükafatını alarıq.

Bir gün gözləmədiyimiz bir anda bütün arzularımız gerçəkləşə bilər. Əl çəkmədən, yorulmadan mübarizə etməliyik. Çünki güclü olmaq və dayanmağı öyrəndiyimizdə, həyatın rənglərini görməyə başlayırsan. Sonra o rəngləri zamanla seçirsən. Bütün dərdlərin üst-üstə düşdükdə, “Hər şey burda bitti!” dedikdə, bax, ümüd o zaman həyatın yaşıl rəngini alır və ümüdlər yenidən cücərir. Həyatın dəyərini anlamaq üçün düşünməyi gözləməyək.

Hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi vardır. Həyata bir dəfə gəlmişik deyə səhvlərə yol vermək məncə düz deyil. Həyatı lazımınca doya-doya yaşamaq lazımdır. Çünki bəzən dönüb arxaya baxanda məyus oluruq. Mən bu səhvləri etdim və ya doyasıyla yaşamadım. Çox insan üçün yaşamaq puldan, varlı olmaqdan ibarətdir.

Ancaq çalışır gecə-gündüz, yaşamağı belə hiss edir. Mənim üçün isə bu dünyada bir dəfə olsun, Allah üçün səcdəyə getmədisə, uşağına, həyat yoldaşına sevgi göstərmədisə, vicdan nədir bilmirsə, yaxşılıq etmədisə, məncə o yaşamaq yaşamaq deyil. Yaşayırıq, çünki Allah istədiyi üçün. Bu həyat bir imtahandır, düzgün yaşayalım, arxamızda gözəlliklər buraxaq, sevib-sevilək, paylaşmağı bacaraq, birlik olaq. Qalxın, fərqli şeylər edin.

Məsələn, küçədə tanımadığın bir insana salam ver, dərtləş, onunla. İnanın ki, medalyonun görünməyən üzləri var. Bir yetimin başına tumar çək, bir ehtiyaclıya əl tut... Rəbbim hamımızı səhvlərdən qorusun, həmişə gözəlliklərlə qarşılaşalım..

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi