“Premyera” verilişi Əliqismət Lalayevlə





Yeni mövsümdən televiziya tamaşaçılarına maraqlı layihələr təqdim edən “Mədəniyyət” kanalı bu dəfə “Premyera” ilə görüşə gəlib. Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin aparıcılığı ilə efirdə yayımlanan verilişin məqsədi teatrlarımızın qaynar mədəni həyatı, repertuarı, premyeraları, yeni uğurları barədə tamaşaçılara məlumat vermək, insanları teatra təşviq etməkdir.
Əliqismət Lalayev aparıcısı olduğu “Premyera”nın məqsədi barədə fikirlərini bölüşüb: “Son illər ölkəmizdə teatr sənəti özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bakıda və ayrı-ayrı rayonlarımızda müxtəlif festivallar keçirilir, teatr kollektivlərimiz xarici ölkələrdə təşkil edilən nüfuzlu sənət bayramlarında mükafatlar qazanırlar. Dövlətimizin diqqət və qayğısı ilə teatrlarımız, bu sahədə çalışan insanlar üçün hər cür diqqət və qayğı ilə əhatə olunublar. Bu münasibətə cavab olaraq teatr xadimlərimiz yeni səhnə əsərləri ilə tamaşaçıları sevindirirlər. “Mədəniyyət” kanalının daha bir maraqlı layihəsi olan “Premyera”da biz teatrlarımızda gedən yaradıcılıq prosesi, yeniliklər, hadisəyə çevrilən premyeralar barədə söhbət açacaq, tanınmış aktyor və aktrisalarımızla, rejissorlarımızla fikir mübadiləsi aparacağıq. İstəyimiz odur ki, tamaşaçılar təkcə paytaxtda deyil, bölgələrdə fəaliyyət göstərən teatrlardakı yeniliklərdən məlumatlı olsunlar. Bu telelayihəmizi izləyən tamaşaçılar bir daha inansınlar ki, teatrlarımızda onları böyük sevinclə gözləyirlər. Tamaşaçılarsız bizim bir günümüz də olmasın”.
“Premyera”nın ötən həftə təqdim olunan ilk buraxılışında Dövlət Akademik Musiqili Teatrında ərsəyə gələn “Balaca şahzadə” əsəri haqqında geniş söhbət açılıb. Dünya şöhrətli yazıçı Antuan De-Sent Ekzüperinin məşhur əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, libretto müəllifi İlqar Fəhmi, uğurlu səhnə əsərində əsas rolları ifa edən Əmrah Dadaşov, Aydan Həsənova və Atilla Məmmədov verilişin qonağı olublar.
Xatırladaq ki, “Balaca Şahzadə” tamaşası Heydər Əliyev Fondunun layihəsi əsasında hazırlanıb.

Etibar Cəbrayıloğlu
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi