Bizi izləməyi unutmayın

Şeyxim...Pirim...Mürşidim...

Автор: analoaz от 5-07-2016, 16:39
Şeyxim...Pirim...Mürşidim...Bizim gücümüzə, böyüklüyümüzə şübhə edirsənsə, yaratdıqlarımıza bax!” Budda.

Çoxdan tanıyırdım onu. Oynadığı rollardan, yazdığı ssenarilər əsasında çəkilmiş filmlərdən, rejissoru olduğu sənət incilərindən. Ən çox da televiziya verilişlərindəki obyektiv, ədalətli, sərt, güzəştsiz mövqeyini ifadə edən çıxışlarından. Hər hansı bir olaya özünün baxışı var idi və öz fikrini əsaslandıranda tariximizə müraciət etməsi, fəlsəfi fikirləri diqqətimi dəfələrlə çəkmişdi. Onu- Şeyx Əbdül Mahmudbəyovu ekranda görəndə çox sevinər, onun hər sözünü yaddaşıma həkk edərdim. Beləcə, o özüdə bilmədən mənim üçün doğmalaşdı. Əminəm ki, belə düşünən tək mən deyildim, onu sevən, sənətinə heyran olanlar yüzlərlə yox, minlərlədir.

Bu kiçik yazımda Respublikamızın Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, 50- dən çox filmə öz imzasını atmış Şeyx Əbdül Mahmudbəyovun həyat və yaradıcılığı haqqında yazmayacağam. Bu, böyük bir tədqiqat tələb edən bir işdir. Mən oxucularla Şeyxi necə tanımışam, onda hansı xüsusiyyətləri özümçün kəşf etmişəm, bax , bunu bölüşmək istəyirəm. Çünki:

Millət- Vətənində nabələd olur,
Öz doğma oğlunu tanımayanda.

May ayında işlədiyim məktəbdə ( Sumqayıt, 11 nömrəli tam orta məktəbdə ) şair Baba Vəziroğlu ilə görüşə hazırlıq gedirdi. Biz bilirdik ki, şair görüşə dostları ilə gəlir. Mən ürəyimdə Allaha yalvardım ki, kaş Şeyx Əbdüllə gəlsin görüşə. Deyirlər, əgər sən bir şeyi ürəkdən istəyirənsə, bu arzunun həyata keçməsi üçün bütün kainat köməyə gəlir. Elə də oldu. Şeyx Əbdülü üzbəüz gördüm, onunla həmsöhbət oldum və ürəyimdən bu misralar keçdi:

Şirin bir bayramı var könlümün,
Gözəl insanlarla görüşmək bayramı.

Məktəbimiz həmişə söz- sənət ocağı olub. Bu məktəbin söz – sənət adamları ilə tez- tez görüş keçirmək ənənəsi var. Ancaq sənətinə, yaradıcılığına heyran olduğum sənətkarlardan heç biri qəlbimdə Şeyx Əbdülü görəndə yaranan pərəstiş hissini doğurmamışdı. Bilmədim, niyə belə oldu? Daha sonra Şeyxin internet səhifəsində oxuduğum bir fakt bunun səbəbini aydınlaşdırdı mənimçün.

“ Şeyx Əbdülün ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə vaxtilə Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiyəddinin rəhbərlik etdiyi darülfünündə ilahiyyət dərsi alıb.”

Bu faktı oxuyanda Şeyxin sifətində gördüyüm nurun, vücudundan saçılan işıq haləsinin -möcüzənin səbəbini başa düşdüm. Bu müqqədəsliyin kökü uzaq əsrlərə gedirmiş. Şeyx Səfiyyədinin müqəddəs ocağı elə bir qüdrətə malik idi ki, ora dəxil düşənlərə( pənah gətirənlərə ) ən zalım , ən qəzəbli, ən hökmlü hökmdarların belə əli çatmazdı. Bu ocaq toxunulmaz idi: Şeyx Əbdülün şəcərəsi də bu müqəddəsliyə söykənirdi:

Məhəmməd möcüzi, şah Zülfüqarı
Əlimdədir, nişanə şimdi gəldim.

Bu, ilk andan gördüklərim idi. Həmsöhbət olduqca Şeyxi hissə- hissə kəşf etdim sanki. Şöhrətin zirvəsində durmasına, xalqın sevimlisi olmasına baxmayaraq, təbiətən çox sadə idi bu böyük insan. Onunla söhbət edəndə elə şərait yaradırdı ki, özünü tam sərbəst hiss edirdin. Qarşındakının fikrini diqqətlə dinləyir, ona həssaslıqla yanaşır, duzlu-məzəli söhbəti ilə səmimi bir mühit yardırdı. Geniş dünyagörüşünə malik olması,sənətin hər sahəsindən məlumatlı olması və gözəl nitq qabiliyyətinin olması ünsiyyətdə olduğu insanları öz cazibəsinə salır, hər mövzuda söhbət üçün imkan yaradırdı.İlk mövzumuz sənətinizlə- müəlimliklə bağlı oldu.

Şeyx hökmlü səslə: “ Elmdə və tərbiyədə heç vaxt güzəştə getməyin, - dedi., - Sonra bunun ağrısını bütün xalq çəkəcək. Vətənin gələcəyi bu gündən, bu günkü gənclikdən asılıdır”. Sonra şagirdlərimizin uğurları ilə maraqlandı. Olimpiada qalibi olmuş, müxtəlif intelektual yarışlarda fərqlənən şagirdlər haqqında eşidəndə üzündə məmnunluq ifadəsi yarandı, elə sevinclə bizi təqdir etdi ki, sanki tanımadığı hər hansı bir uşaqdan yox, məhz onun öz nəvəsindən, övladından söhbət gedirdi. Bu anda o, əsl vətəndaş idi. Xalqının ən kiçik bir uğuruna belə böyük böyük önəm verən bir vətəndaş. Yeri gəlmişkən qeyd edim ki, Şeyx Əbdülün bütün fikir və tövsiyələri son anda yenə vətən məfhumuna söykənitdi. Görüşdə uşaqlara, müəllimlərə dönə- dönə tövsiyə edirdi ki, vətəni sevin, ilk borcunuz budur, sonrakı vəzifələr ikinci dərəcəlidir. Çünki vətəni sevsən, yaxşı insan, yaxşı mütəxəssis, yaxşı vətəndaş olacaqsan. Onu dinlədikcə haçansa oxuduğum bu misraları pıçıladadım:

Vətən, vətən deyən insan ürəyi,
Vətənin ən böyük ərazisidir.

Şeyx Əbdülün müəllimlərə bir tövsiyəsi də bu oldu ki, ana dilimizin öyrənilməsinə, tələffüz qaydalarına düzgün əməl olunmasına, şagirdlərin mütaliyəyə həvəsinin artırılmasına xüsusi diqqət yetirsinlər. Çünki dünyaya mədəniyyətimizi; musiqimizi, sənətimizi bu dildə tanıtmasaq, milli varlığımızı təsdiq edə bilmərik. Alman şairi Volter demişdir ki, “ Başqa dillləri öyrənmək bir- iki ilin işidir, amma ana dilini yaxşı bilmək üçün ömürün yarısı lazımdır”.

Tamaşaçıların yaddaşında daha çox “ Nəsimi” filmindəki dərviş, “ 7 oğul istərəm” filmindəki Qasım obrazı ilə yadda qalan sənətkarın sənət və sənətkar haqqında fikirləri də maraqlıdı. “ Sənətə çox şey lazımdır: elm, çalışqanlıq, məsuliyyət , başlıcası isə ürəyində yanan atəş”. Çox sevdiyi Şah İsmayıl Xətaidən belə bir epizod danışdı: “ Şah İsmayıl Xətai birləşdirdiyi torpaqları Azərbaycan dövləti elan edəndən sonra dövlətin idarə olunması üçün vacib olan məsələləri müəyyənləşdirib ona təqdim etməyi öz məmurlarına tapşırdı. Hazırlanan layihəni oxuyarkən nə elmə, nə də mədəniyyətə yer ayrılmayacağını görüb səbəbini soruşanda ona belə cavab verdilər:

Biz təzə dövlət qurmuşuq. Bu dövləti möhkəmlətmək üçün maddi durumumuzu düzəldək, sonra elm və mədəniyyətimizi
kişaf etdirməyə də vaxt taparıq.

Gənc hökmdar etiraz etdi:

Bir dövlətdə ki elm və mədəniyyətə yer yoxdu onda bu dövləti biz kimin üçün qururuq ki?”
Çox ibrətamiz olan bu epizodla Şeyx əslində elm və mədəniyyətin dünya arenasında, dövlətçilikdə böyük əhəmiyyətini gənclərə başa salmaq, onları bu sahədə səfərbər etməyə çalışırdı.

Görüşümüz zamanı mən az bir zamanda Şeyx Əbdülün uşaqların ürəyinə necə yol tapdığının şahidi oldum. Uşaqlarla birlikdə oxuyur, şeir deyir, onların arzuları ilə maraqlanır, özü də uşaqlaşırdı. Bəli, “dahilər uşaqlara xoş olan bir çox cəhətləri ömrü boyu özündə qoruyub saxlamağı bacaran adamlardır.”

Öz sənəti haqqında danışmağı sevməyən, tərifdən xoşlanmayan Şeyx Əbdül başqa sənətkarlar haqqında danışanda tamamilə dəyişir, elə ürəkdən , elə məhəbbətlə onların sənətini təsvir edirdi ki, onun geniş ürəyi qarşında baş əymək istəyi keçirdi qəlbimdən. Muğamlarımızdan , muğam ustadı Alim Qasımovdan ürək dolusu söz açdı. Alim Qasımovun bir qəzəli öyrənmək, misra- misra , onun söz- söz mənasını açmaq üçün apardığı axtarışlardan danışanda, Baba Vəziroğlu öz şeirlərini oxuyanda ona fəxrlə, qürurla baxmağından Şeyxin necə dostcanlı olduğu, özünün yox, dostlarının böyüklüyünü önə çəkməsi onun təvazökarlığından irəli gəlirdi. Bu anlarda Şeyx Əbdül mənim nəzərimdə bütün müsbət xüsusiyyətlərin mücəsəmməsi idi. Beləcə, təsəvvürümdə ideallaşır, bütləşir, heykəlləşirdi Şeyxim. Deyirlər, əslində həyatda ideal olmur, onu ideallaşdıranlar olur. Qoy belə olsun. Hər halda belə insanların çoxluğu xalqın xeyrinədir, gənclərimiz üçün bir örnəkdir.

Şeyx Əbdülün hər sözü, hər fikri, özünün şəxsi nümunəsi böyük bir məktəbdir. Bu məktəbin müdavimi olan hər bir şəxs vətəni sevməyi,milli- mənəvi dəyərləri qorumağı, sənəti yaşatmağı, elmin sirlərinə bələd olmağı öyrənər. Həm də yaltaqlığa, ikiüzllülüyə, namərdliyə, həyatda vəzifə naminə hər cür naqisliyə əl atanlara qarşı çox qəzəbli idi Şeyx . Onun ədalətli qərarlarını çox eşitmişdik, həmişə də haqlı olduğunun dəfələrlə şahidi olmuşduq. “ Millətin böyüklüyü fərdlərin yox, mərdlərin sayı ilə ölçülür,”-. deyərlər. Bizim mərd Şeyximiz də öz varlığı ilə millətimizin böyüklüyünü bir daha təsdiq edirdi.

Şeyx Əbdül klassik ədəbiyyatımızı, tariximizi gözəl bilir, yeri kəldikcə Füzulidən, Nəsimidən, xüsusən Şah İsmayıl Xətaidən şeirlər deyirdi. Onun insan ruhuna və əsəblərinə sığal çəkən, insana bir rahatlıq gətirən məlahətli səsi var. Bu səsin sehrinə düşməmək mümkün deyil.
Şeyx öz arzularından az da olsa, danışdı.Hal- hazırda Şah İsmayıl Xətai haqqında çəkiləcək bədii filmin ssenarisi üzərində işlədiyini dedi və qeyd etdi ki, qəhrəmanlıq, dövlətçilik tarixinin ekranlaşdırmaqla tariximizi saxtalaşdıranlara, xalqımıza böhtan atan bədxahlara- düşmənlərimizə tutarlı cavab vermək lazımdır. Dünyanın kar qulağına hayqırmaq lazımdır ki:

Türk qılıncı parlayanda
Tarixə istiqlal yazır.

Şeyx tarixi quru rəqəmlərin məcmusu yox, xalqın ibrət dərsi adlandırırdı. “ Mən tariximizi ekranlaşdırmaq tapşırığını şəxsən ulu öndərimizdən almışdım. “ Şah İsmayıl Xətai “ filmindən sonra Ağa Məhəmməd şah Qacar haqqında çəkiləcək filmin ssenarisini yazmalıyam. Düşünürəm ki, artıq qocalıram, daha çox işləmək lazımdır ki, düşündüklərimi reallaşdıra bilim. Xalq üçün daha çox işlər görüm. Ömür vəfa etsə...”

Xalq şairimiz Nəriman Həsənzadə yaxşı deyib:
Bir insan ömrünü girov qoymuşam,
Sənətkar ömrünü yaşatmaq üçün.

Əziz Şeyxim! Əminəm ki, insana sərhədsiz arzu verən Allah onu gerçəkləşdirə biləcək güc də verir. Bir də ki, sizi sevənlərin duasını Ulu Yaradan eşidir, yəqin.

Şeyxin icazəsini almadan yazdım bu yazını. Reaksiyası necə olacaq, bilmirəm.( Allah məni Şeyxin qəzəbindən qorusun. ) bu yazının son nöqtəsini qoymuram. Çünki, gələcəkdə Şeyxin izini ilə yaradıcılığını tədqiq etmək və yazmaq istərdim.

Bir söz sənətkarı dostuma ( Dərviş Osman Əhmədoğluna) Şeyx Əbdül haqqında danışanda bircə cümlə dedi: “ Şeyx əzəmətli şəxsiyyətdir”. Böyük insan, böyük sənətkar, böyük vətənpərvər, böyük dost- bu xüsusyyətlər, təbii ki, əzəmətli şəxsiyyətdə cəmlənə bilər.
Ürəyinizdən gələn sevgi dolu kəlmələr dodaqlarimda pərəstişlə səsləndi:

Şeyxim.. Pirim...Mürşidim...
Görəyim, Allah səni badi- fənadan saxlasın.
Kim, cəhan bağında sən bir sərvi- xoş rəftarsan.

Elmira Camalsoy

Biz azəri deyilik ...

Автор: samsung от 3-07-2016, 13:50
Biz azəri deyilik ...



Sosial şəbəkədə İstanbulda yaşayan şairə Könül Ordubadinin bu başlıq altında yazdığı bir abzastlıq fikir məni də mübarək Ramazan ayının gecəsi əlimə qələm almağa məcbur elədi. Əslində, bu, bir-iki nəfərin düşüncəsinə sığan, kafasını əzən məsələ deyil. Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndəsi kimi həmsöhbət olub, dəyərli fikirlərini qəzet çəhifəsinə çıxardığım Könül xanım Ordubadinin qaldırdığı məsələ qloballığı ilə diqqəti çəkir. Təəssüf ki, hətta, müstəqilliyimizin bərpasından sonra milli kimliyimizi daha yaxşı dərk etdiyimiz halda, türk olduğumuzu hələ də özümüz özümüzə isbatlamaq zorunda qalmışıq. Əlbəttə, bunun müxtəlif səbəbləri var ki, onların qismən hissəsinin günahkarı tarixçilərimiz, etnoqraflarımız, bir sözlə, milli məsələ ilə məşğul olan mütəxəssislərimizdir. Məsələ bundadır ki, türk olduğumuzu tarixi düşmənlərimiz danmır, onlar bizə müraciət edəndə kimliyimizi soruşanda, hətta, əski sovetlər dönəmində belə, “ara, hayes, turkes?!-soruşurdu. Biz “bədbəxtlər” isə, “azərbaycanlıyam”,-deyə cavab verirdik. Fərqinə varmırdıq, yoxsa, bunu bizim kafamızamı yeritmişdi farslar, bunu anlamırdıq. Sonralar məlum oldu ki, bunun da səbəbi elə-belə deyilmiş.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dilimiz, milli kimliyimiz və tariximizin yazılması haqqında dəfələrlə akademiklərimizə verdiyi tövsiyələri xatırlayıram. Azərbaycan Respublikasının Milli Ensklopediyasının hazırlanması ilə bağlı keçirilən müşavirədə ümummilli lider bu məsələnin ciddiliyini və burada alimlikdən öncə vətəndaşlıq mövqeyinin əsas götürülməsini tapşırdı. Hətta, hər kiçik kəndin, orada yaşayan tayfaların şəcərəsinin toplanaraq Azərbaycan tarixinin bərpasının vacibliyini dönə-dönə xatırlatdı.
Bəlkə də bir qədər radikal mövqe ilə yanaşdım. Bunun da səbəbi var. Axı, nə qədər adam özünü tanımaya bilər? Belə şey mümkünmü? Özünü tanımayan, milli kimliyini sübut eləməyə məcbur xalq varlığını necə qoruyub saxlaya bilər ki?
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2016-cı il multikulturalizm ili elan edilib. Bu baxımdan toxunduğumuz məsələnin aktuallığı şübhəsizdir. Azərbaycan tolerantlığın nümunəsidir. Burada yrli etnos - oğuz türkləri ilə yanaşı, 30-dan artıq azsaylı xalqların nümayəndələri də yaşayır və həm də öz vətənləri kimi.
Könül xanım Ordubadinin sosial şəbəkədə vətəndaşlıq mövqeyindən yanaşdığı məsələ də məhz milli kimliyimizlə bağlı olduğu üçün təsadüfi saymaq olmazdı. Nə yaxşı ki, onun fikirləri havada qalmadı, dərhal reaksiyalar oldu. Könül xanım yazır: “Dəyərli tarixçilərimiz, bu mövzuları araşdırın və ortaya çıxarın. Mən tarixçi deyiləm. Amma bəzi yazıların başlığında gördüyüm ,,azəri”' kəlməsi məni çox üzür. Hər birimizin bunu bilməsi lazımdır: biz Azərbaycan türkləri, kökümüz Oğuz söyundan, Azər boyundan gələnlərik. Ötən əsrin əvvəllərində ortaya çıxan bu ,,azəri”' kəlmesi sovet hakimiyyətinin Azərbaycan türklərinin milli kimliklərinin unutdurulması üçün ortaya atdığı qondarma bir addır. Buna əsaslanan İran tarixçisi Ahmed Kəsrəvi də yazılarında açıqlamışdır ki, farslar səlcukların İrana gəlməsindən sonra türkləşməyə başlamışlar. Bunun nə qədər absurd olduğunu bilirik. Türkoloq, filologioya elmləri doktoru, professor Firudin Ağasioğlu Cəlilov dəfələrlə bu mövzunu TV proqramlarda gündəmə gətirərək "azəri" sözünün yalniş olmasını söyləmişdi. Hətta Tarixçi prof. Dr. İlber Ortaylı da bu cür sorularda, ,,azeri” lafı yanlıştır”,-deyə cavablamışdır. Çünkü azəri çox kiçik bir etnik qrupun adıdır. Azəri kəlməsi ilə biz fars törəmələri olduğumuzu isbat edirik?! Axı, biz azəri deyilik!”
Məsələnin aktuallığı ondan görünür ki, yorum yapıldıqdan dərhal sonra Bedir Taşan adlı bir arkadaşımız öz kəndi fikirlərini yazdı: “Ağız alışkanlıkları bilmeyenler için önemli bir hatirlatma. Könül Ordubadi hanım doğru bir konuda hatırlatma yaptı. Teşekkür ederim”.
Anadolu türkü olan Bedir Taşanın fikirlərini oxuyan Niyaz Məmmədovda diskussiyaya qoşulmağı özünə borc bildi. Bu fikirlər də Niyaz müəllimdən gəldi: “Çox düz qeyd edirsiniz. Özümüz özümüzü inkar edirik. Düşmənimiz də bizə türk deyir. Bir neçə xarici dövlətdə səfərdə olmuşam. Soruşurlar ki, türksənmi? Fəxrlə demişəm: bəli. Könül xanım, doğru buyurursunuz, əlbəttə ki, türkük. Azəri yanaşımı düzgün yanaşma deyil”.
Məhərrəm Ağalaroğlu məsələyə eyni aspektdən yanaşaraq, göstərdi ki, azəri kiçik bir tayfa olub: “Bacı-qardaş ata-qız, ana-oğul (ən yaxşı ifadə ilə desəm) evliliyinə normal baxıblar. Bu tayfanın adını bizə yapışdırmaqla gələcəkdə əxlaqsızlığın kökünün bizdən qaynaqlandığını qəbul etdirmək istəyirlər?” İxtisasca filoloq-alim və tanınmış şairə Adilə Nəzər isə məsələyə qısaca belə münasibət bildirdi: “ Bəli, mən bunu dəfələrlə qeyd etmişəm. Ən acınacaqlısı da budur ki, bəzi ziyalılarımız belə bu ifadəni işlədirlər”.
Sadık Çetinkaya: “Teşekkürler, benim de bir maruzatim var sizden, lutfen dile getirin. Azerbaycan TV yerinde aparicilar ve ya sohbete katılan kişiler bazen bir konu hakkında yorum yaparken yalnız bir terim kullanıyorlar, misal verirken “türklerde bir söz var”,- diye başlıyorlar. Bunu ancak türk olmayan biri söylerse olur. Zaur Kamak gibi bir aparici derse büyük hata. Zaurun sayfasında yazdım ilgilenmedi”.
Təəssüf edirəm ki, məsələ yalnız bununla bitmir, arkadaşlar, dostlar, tanışlar... Düşmən bizim, hətta, ağlımızdan belə səmərəli istifadə edib deyir ki, "müsurmanın sonrakı ağlı mənim ola" dünyanı fəth edərəm. Və elə müsəlmanın sonrakı (başına qayıdan ağılı nəzərdə tuturlar-M.N.) ağlımızla bizi qaçqın-köçkün, didərgin, tərki-vətən edib, biz isə hələ də yapışmışıq şovinizm siyasətinin qurbanına çevrilmiş millətimizi azəri adlandırmağa. Qısası, diplomlu olmaq hələ ziyalılıq demək deyil axı. Professor qohumum var, mənə deyir ki, ə, millətini niyə danırsan, sənin haran türkdü?!!! Belə professor öz sahəsində kim olursa-olsun (bilərəkdən adını çəkmirəm-M.N.) o, millilikdən uzaqdırsa, saxta vətənpərvərliyi başına dəysin, heç ondan vətəndaş da olmaz. Mən ona izah edirəm tariximizi, etnoslar haqqında əldə etdiyim bilgiləri, ağlına batmır. Dərdimiz böyükdür, əfəndilərim. Haylar (tarixi düşmənlərimiz) bizi öz soyumuzla çağırır və ya adlandırır, biz isə farsların bizə yapdığı qondarma (bilərəkdən ediblər, axı, türk xalqlarının birləşəcəyindən bu qədər də xoflanmaq olar?) azərini pərçimləyiblər milli kimliyimizə... Mən də Adilə xanım Nəzərlinin fikirləriylə tamam şərikəm.
Könül Ordubadinin qaldırdığı məsələ, əslində, diskussiyalıq, müzakirəlik və təbliğinə ciddi ehtiyac duyulandır. Könül xanımın Türkiyəmizdəki fəaliyyəti barədə məlumatınız, Onun necə böyük vətənpərvər – Atatürkçü, millətsevər - Türk xalqlarının milli həmrəyliyi üçün gördüyü işlərdən xəbəriniz olsa, onun qaldırdığı problemə ciddi yanaşarsız. İnşallah, yaxın günlərdə rəsmi qəzetlərin birində onunla söhbətimizi sizlərə təqdim edəcəyik.
Sonda Könül xanım Ordubadi fikirlərini belə tamamladı: “Dəyərli dostlarım, bunun qarşısını almaq üçün tarixçilərimiz yazmalıdır. Tarix kitablarımızda bu haqda böyük yazılara yer verilməlidir. Gələcək nəsillər bundan xəbərdar olmalıdır. Türkün hər zaman birliyindən qorxanlar onu bölmek üçün iyrənc siyasətə əl atıblar. Bu gün bizim birliyimizi, milli kimliyimizi qorumaq öndə olan problemlərimizdən biridir. Yazın, dəyərli tarixçilərimiz! Bu torpaqda qələmə aldığınız həqiqətlər sizdən sonra yadigar qalsın!

Məhəmməd NƏRİMANOĞLU,
AMEA Nizami adına ədəbiyyat institutunun dissertantı, Avrasya Senet-Kültür ve Edebiyyat Federasiyonun və AJB-nin üzvü, “Məmməd Araz” və “Qızıl qələm” media mükafatları laureatı, “Yenilik press” qəzetinin təsisçisi və baş redaktoru

Bakıda 2 iyul "Sıfır dərəcə" olacaq

Автор: analoaz от 1-07-2016, 02:21
Bakıda 2 iyul "Sıfır dərəcə" olacaq[center]

"Akademkitab" kitab evi isti yay günlərində,2iyul saat 14-00 da şair Emin Akifin "Sıfır dərəcə"-siylə tanışlığa dəvət edir.


Xatırladaq ki,bu kitab müəllifin ilk kitabıdır.


"Akademkitab" kitab evi "Elmlər Akademiyası " metrosunun çıxışı, Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir.


Mərasimə bütün kitabsevərlər dəvətlidir

İltimas Səmiminin şeirləri

Автор: analoaz от 27-06-2016, 23:16
İltimas Səmiminin şeirləriİLTİMAS SƏMİMİ

   

                    ***

Vaqif  Səmədoğluya

Deyilər, bir planetin üstünə,
Bir cüt ayaqqabı qoyulub.
“Ayağıyalın
geyib getsin...”
Axtarıb tapmıram o planeti,
Bu qış ayağıyalın neynərəm, Allah?!
20.06.2016

                  ***

Üstünə bir az gün işığı düşə,
Bir az yağış yağa,
Bir az da, qar.
Beləcə ötüşə aylar, illər.
Xatirə dəftərini qələmlə yox,
Təbəssümünlə yazasan.
Səndən sonra,
Üzü gündoğana uzanan yolları oxuyanlar,
Bir ömür təbəssümlə yaşasınlar.
Arzular şam ağacı,
Ömür aranlı, dağlı məmləkət.
Bir az Afrika sərhalığı,
Bir az Orta Asiya çölü,
Bir az da, And dağları.
Üstünə bir az gün işığı düşə,
Bir az yağış yağa,
Bir az da, qar.
11.06.2016.

***

Gəl, bir az yaxına,
Bir dodaq pıçıltısı qədər sənə sözüm var.
Bir az təbəssümlü,
Bir az ümidli,
Bir az da, qəlbində sevincin olsun.
Hələ neçə -neçə sabah açılar,
Hələ neçə- neçə bahar olacaq.
Hava gah buludlu,
Gah da buludsuz.
Gəl, bir az yaxına,
Qoy, çıxsın beynimdən qara fikirlər.
Bir kibrit qutusu qədər səadət bizə,
Bir ömür bəs edər.
Sənsiz yerimdəcə donduğum kimi,
Dilimin ucunda sözüm donmasın.
22. 05.2016.

Erməni nasizmi baş qaldırır?!

Автор: samsung от 25-06-2016, 12:05
Erməni nasizmi baş qaldırır?!
Ukraynanın populyar “Versii.com” portalı hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Quliyevin “Erməni millətçiliyi baş qaldırır” məqaləsini dərc edib. AZƏRTAC bu məqaləni oxuculara təqdim edir.
İrəvanda nasist cəlladı Qaregin Njdeyə abidə ucaldılması dünyanın bütün zəkalı insanlarını həm qəzəbləndirdi, həm də heyrətləndirdi. Bu nədir, ermənilərin tarixi savadsızlığı? Siyasi dönüş və faşizmə üz tutma? Qəhrəman çatışmazlığı? Vətənpərvərlik ruhunun zəifləməsi? Yoxsa indi nasizm yenidən dəbdədir? Niyə ermənilərə Hitlerlə əməkdaşlıq etdiyinə görə mühakimə olunmuş “qəhrəman”ı diriltmək lazım olub? Bu suallar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyən insanları çox düşündürür.
Amma “milli qəhrəman”, nasist “Erməni legion”unun yaradıcısı və rəhbəri Qaregin Njdeyə Ermənistan hakimiyyətinin İrəvanın mərkəzində, hökumət idarələri ilə bir məhəllədə ən şərəfli yer ayırmasının, yəqin ki, bir səbəbi var. Belə bir şərəfə hətta faşistlərlə mübarizə aparan marşal Baqramyanın abidəsi də layiq görülməyib.
Yanılma ola bilməz: ermənilər faşist əlaltısı və nasisti, Q.Njde ilə bərabər onun sərsəm “Böyük Ermənistan” ideyasını da düşünülmüş şəkildə yoxluqdan qaytarıblar. Əlbəttə, müəyyən vaxt keçdikdən sonra Qaregin Njdenin dünya tarixi qarşısında təqsirsizliyi “versiyasını” qəbul etmək, guya törətmədiyi günahlara görə mühakiməsini səhv sanmaq, Stalin repressiyalarının qurbanı hesab etmək olardı. Tarixi yenidən yazmaq, arxivlərdə düzəliş aparmaq... olardı, lakin... Qaregin Njde özündən sonra böyük “mənəvi irs” qoyub gedib. Bu “irs” Njdedin nasist ideallarına sadiqliyinə şübhə yeri qoymur. Budur, onun ermənilərə “müraciət”indən bircə sitat: “Arilik, igidlik, erməni gənci, budur, çağdaşlarının dini. Cəsarətli ol, ari cəsarətinə pərəstiş et, əgər özünün, xalqının sabah da yaşamasını istəyirsənsə, erməni bu cür olmalıdır”. Bir əlavə: “Xalqlar əvvəl-axır onlara verilənə, yalvarıb aldıqlarına yox, yalnız layiq olduqlarına, öz gücləri ilə əldə etdiklərinə sahiblənirlər”.
Ermənilər Qaregin Njdenin faşist Almaniyası ilə əməkdaşlığına haqq qazandırırlar. Onun məktubundan sitat gətirirəm: “İkinci Dünya müharibəsinin ilk günlərində nüfuzlu alman mətbuat orqanları erməniləri irqçilikdə ittiham edərək, onlara qarşı düşmənçilik çağırışları etdilər. Nasistlərin “rəsmi elmi” müəyyən etdi ki, ermənilər ari yox, Ön Asiya mənşəlidir. Beləliklə, ermənilərə qarşı ayrı-seçkilik üçün zəmin hazırladılar... Xaricdəki erməni icmaları üçün son dərəcə əlverişsiz vəziyyət yarandı. Ermənilərin müdafiəsi üçün “Bolqar-erməni mədəni yaxınlaşma Komitəsi” müfəssəl memorandum hazırladı. Bu memorandumda vurğulanırdı ki, keçmişdə erməni mədəniyyətinin təsiri çoxəsrlik erməni faciəsidir. Memorandum Sofiyadakı alman elçisinə təqdim edildi. Elçi mənə və professor Komarova memorandumu təqdim etməkdən ötrü Berlinə nümayəndə heyəti göndərməyi təklif etdi... O anın siyasi vəziyyətinin təzyiqi altında və xaricdəki erməni icmalarını gözləyən yeni fəlakətlərin qarşısını almaq üçün Berlinə yollandım... Bir ay sonra yenindən Berlinə getdim. O vaxtlar Berlində yerli ermənilərin dəvəti ilə parisli antropoloq Kerumyan fəaliyyət göstərirdi. Ermənilərin ari mənşəyini (!!!!!) elmi cəhətdən sübut etməli olan və beləliklə, onları yəhudilərin acı aqibətindən qorumalı olan komissiya yaradılmışdı”.
Nasistlərlə əməkdaşlıq edərək və Holokost - yəhudi xalqının soyqırımı da daxil olmaqla, faşistlərin törətdiyi cinayətlərin ortağı olmaqla nasistlərə öz ari mənşəyini sübut etmək ən azı qəribədir. SSRİ və bütün sivil dünyanın faşist vəbasına qarşı mübarizə apardığı, Hitlerin işğal etdiyi əraziləri azad etdiyi bir zamanda Njde guya faşizmdən, amma erməni faşizmindən yararlanaraq nasizmə qarşı “mübarizə aparırdı”.
Amma faktlar yaman tərs şeydir. Hətta general Njdenin həyatına qısa ekskurs onun faşist ideologiyasına sadiqliyini, Üçüncü Reyxlə sıx əməkdaşlığını sübut edir. Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsindən sonra Qaregin Njde bu ölkədə yaşayan ermənilər arasında faşizm ideyaları yayır, faşist ideologiyasını təbliğ edən “Seqakon” adlı təşkilat yaradır. O, Şərq Nazirliyinin (Österministerium) tərkibinə daxil olan Erməni Milli Şurasının fəal üzvü olub. Həmçinin Sovet Ermənistanının Almaniyanın koloniyasına döndərilməsi üçün nazir Alfred Rozenberqə müraciət edib. 1942-ci ildə general Dro (Drastamat Kanayan) ilə birlikdə ilkin olaraq Vermaxtın tərkibində olan, sonra SS qoşunlarının tabeliyinə verilən erməni legionunu yaradıb. Njde əsir düşən erməni hərbçiləri qarşısında çıxışlar edir, onları faşist Almaniyası tərəfində döyüşməyə çağırırdı. Qısa müddətdə erməni legionundakı döyüşçülərin sayı 30 min nəfərə çatdı. Njde və Dronun rəhbərliyi ilə “Erməni legionu” işğal olunmuş ərazilərində yəhudi və qaraçılara qarsa “təmizlik işləri” aparırdı. 809-ci erməni batalyonu Ukrayna və Polşada partizanlara qarşı cəza əməliyyatları həyata keçirirdi. Legionun Yevpatoriya, Aluşta, Kerç və Krımın digər ərazilərində əməliyyatları xüsusi qəddarlığı ilə seçilirdi. “Erməni legionu” Qafqazın işğalı əməliyyatlarında da fəal iştirak edib. 1948-ci ildə Bolqarıstanda həbs edilən Njde hərbi cinayətkar kimi mühakimə olunub və 25 il müddətə azadlıqdan məhrum edilib.
İndi deməyəcəyik ki, nasist cəlladına abidə ucaldılması ata və babaları faşizmə qarşı mübarizədə həlak olmuş keçmiş SSSRİ ölkələrinin milyonlarla vətəndaşının qəlbinə tüpürməkdir. Bu, öz-özlüyündə aydındır. Həm də bu, Ermənistanda faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasına dair ilk hadisə deyil. Bu ölkədə nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələr zərb olunur, filmlər çəkilir. İrəvanda Qaregin Njdenin adını daşıyan meydan və metro stansiyası var. Drastamat Kanayanın adına küçə də. Faşist cəlladlarına pərəstişin zirvəsi İrəvanın mərkəzində Njdeyə abidənin ucaldılması və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın açılış mərasimində iştirakıdır.
Bütün bunlardan başqa, narahatlıq doğuran həm də budur ki, nasist xadiminə təmtəraqla abidə qoyan Ermənistan bütün dünyaya öz faşist mahiyyətini nümayiş etdirir. Bu mahiyyətin alt qatında özgə əraziləri işğal etmək və başqa millətə mənsub insanları soyqırımına məruz qoymaq təhlükəsi gizlənir. Axı bu bütün dünya ictimaiyyətinə xəbərdar olmalıdır!
Qaregin Njde həm faşist əlaltısı, həm də bədnam “Daşnaksütyun” millətçi təşkilatının üzvü olub. Bu təşkilat terror fəaliyyəti, o cümlədən Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərlə tanınıb. Mən heç bir nəticə çıxarmayacağam, nəticələr onsuz da aydındır, lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməyəcəksə, onda onu faşizmdən Böyük Vətən müharibəsindəki kimi “müalicə etmək”, sonra bəşəriyyətə qarşı soyqırımı və cinayətlər törədən caniləri mühakimə etmək lazım gələcək.

Sənin təqvimindəyəm - ŞEİRLƏR

Автор: samsung от 17-06-2016, 23:58
Sənin təqvimindəyəm - ŞEİRLƏRAnaloq.az Afət Hacıyevanın şeirlərini təqdim edir:

Nişan ver, bircə şeirini...

Nə əl üzüldü gecədən,
nə də ki çatdı səhərə.
Özündən çıxıb getmisən,
məni gizlətdiyin yerə.

göydəmi axtarım səni
axı neçənci qatdasan?
bu da oyundu bilirəm,
mənimlə “gizlən-qaç” dasan.
Çəkilsin gözüm yollardan
özün söylə yerini
gəlib tapım hardasan?
nişan ver, bircə şeirini...

***
Bu qədər sevmə məni
Halımı gör, anla
Məni bir az da sən danla.
Göz yaşlarım dənizdir,
Ağlım hissimə kənizdir
Bu qədər sevmə məni,
Yadlaşıram özüm-özümə
Sən oluram,
Aydınlığında kor olub,
Zülmətində şən oluram.
Bu qədər sevmə məni,
Ruhum tərk edir bədəni,
Sən sanıram
Hər qapıdan gələni.
Bu qədər sevmə məni,
Günləri seçə bilmirəm,
Miladdan sonradı ya öncə,
Sənin təqvimindəyəm,
Yanılıram səncə?

***
Bilirsən necəyəm sənsiz?
Alqış sözləri eşitmədən,
nekroloqu yazılan şair kimi...
Bilirsən necəyəm sənsiz?
Köhnəlmiş "ay" ından doğranıb
ulduz düzəldilən səma kimi...
Bilirsən necəyəm sənsiz?
doğulmadan bətndə öldürülən
bala kimi...

Analoq.az

Könül Eldarqızının şeirləri

Автор: analoaz от 15-06-2016, 23:06
Könül Eldarqızının şeirləriSəfərova Könül Eldar qızı 1982ci ildə avqust ayının 17-də Beyləqan şəhərində anadan olmuşdur. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Sosial İqtisadi Kollecinə daxil olmuş, eyni zamanda Mərkəziləşdirilmiş Kitabxana Sistemində çalışmışdır. Hələ orta məktəb illərindən Ədəbiyyata marağı olan Konul Eldarqızı elə məktəb illərindən də lirik şerlər yazmağa başlamış və bədii yaradıcılığını davam etdirmişdir. Beyləqan rayonunda “Araz” ədəbi birliyinin üzvü olaraq o, 2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şerləri ilə çıxış etmişdir. Rayon tədbirlərində yaxından və fəal iştirak etmiş, şerləri bir sıra “Mədəniyyət”, “Azadlıq və zaman” “Vətən ugrunda”, “Quruluş”, “Əks Səda”, “Ekspress”, “Novator” qəzetləri və “Mədəni Maarif” jurnalinda dərc olunmuşdur. 2010-cu ildə “Könülün könül səsi” adlı ilk şerlər kitabı işıq üzü görmüşdür


Ocağından küsmüşəm, külündən incimişəm

Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm.
Qədəminə iz olum, su tək axım, calanım,
Kuləklərlə öpüşən telindən incimişəm.
 

Gecə, gündüz çağırır, səni dilim, demişdin,
Dünyamsan, söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içindən, mənə gülüm demişdin,
Yad çiçəkdən yapışan əlindən incimişəm.
 

Unut dedim könlümə, ürək qınadı məni,
Qırdı qol qanadımı, qəlbin inadı mənim,
Elə yandırdı -yaxdı sevdanın odu məni,
Ocağından küsmüşəm, külündən incimişəm

************** 
 

Ay mənim gizli sevdam!!!

Eşqimin ünvanı sən,
Gülümsən, çəmən-çəmən,
Dönmərəm ölüncə mən,
Ay mənim gizli sevdam!

Açılan səhərimsən,
Sevincim, qəhərimsən,
Məhəbbət zəfərimsən,
Ay mənim gizli sevdam!

Eşqin-həvəsin ollam,
Odlu nəfəsin ollam,
Harayın səsin ollam,
Ay mənim gizli sevdam!

Sinəndə saz olum kaş,
Dilində söz olum kaş,
Odunda köz olum kaş,
Ay mənim gizli sevdam!

Ay şirinim, ay acım,
Başımda sevgi tacım,
Ay dərdim, ay əlacım,
Ay mənim gizli sevdam.

************** 
 
Sizdən bizim evəcən...

Sizdən bizim evəcən təzə cığır düşəydi...
Izimiz cığırda görüşüb öpüşəydi.
Aydınca səhərlərə cıxaydıq
biz səninlə,
Düşüb ömrün arxına axaydıq 
biz səninlə.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Ilmələrə dönəydik,
yanaşı toxunaydıq.
Həzincə bir nəğməyə,
lap bircəcə misraya dönüb
biz oxunaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Elə yozulaydı ki, gördüyümüz yuxular
çevrilib çin olaydı.
Xəyallar gerçək olub, həsrət düşəydi bizdən
min ağac gen olaydı.
Qəfil arzu-diləklər gerçəyə çevriləydi,
Yerlə yeksan olaydı, lap dünya dağılaydı,
lap dünya devriləydi.
Təki bircə sən gülüm, 
tək sən mənim olaydın.
Bəxtimə yazılaydın,
Ömrümə yazılaydın,
ömrüm-günüm olaydın.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Təki qoşa düşəydik biz oyunda zər kimi
Birimiz acı olub, birimiz şirin olub,
elə qoşa olaydıq gülüşlə qəhər kimi.
Ya səma, ya da bulud,
yada ki, quş olaydıq.
Biz bu ömür yolunda iki yoldaş olaydıq.
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Ömrümüz bir-birinə qaynayıb qarışaydı.
Vüsala yetişəydik...
Göydə ulduzlarımız ömürlük barışaydı.
 
************** 

Mən vətənəm...

Mən bu yurdun sabahına açılan
bir sabaham,
bir sabahın gözüyəm.
Mən bu yurdun başı üstə od saçan
bir günəşəm, od oğluyam,
mən atəşin özüyəm.
Mən yağışam, 
mən buludam,
mən qaram,
Mən ürəyəm, hər sinədə mən varam.
Mən çiçəyəm, 
mən torpağam, mən daşam, 
Ağlayana, sevinənə yoldaşam.
Mən arzuyam, 
mən ümidəm, 
nəğməyəm.
Yaxına da, yadlara da, doğmayam.
Mən həm acı, həm də ki,
bal kimyəm.
Bəzən coşar,
bəzən də lal kimiyəm.
Mən qol-qanad,
görən gözəm.
Kövrək qəlbə şirin sözəm.
Durmuş göləm, axar suyam,
mən ulduzam,
mən səmayam,
nurlu ayam.
Mən dünyayam, kainatam,
ona tənəm.
Bu dünyada hər nə varsa, bax o mənəm.
MƏN VƏTƏNƏM.
 
**************

Qürbət mənim niskilimi bölərmi!!!

Vətən sənin hər qarışın qızıldı,
Səni gordüm dərdim-qəmim azaldı,
Ürəyimə gldi bahar, yaz oldu,
Sən olmasan mənim üzüm gülərmi?


Ayağına dəysə bir daş, mən ölüm,
Gözlərindən axarsa yaş, mən ölüm,
Gəzim səni qarış-qarış, mən ölüm,
Yadlar sənin qiymətini bilərmi?

Cənnət sənsən bu dünyanı ha gəzsəm,
Quş tək uçub asimanı ha gəzsəm,
Könlüm gülməz bu cahanı ha gəzsəm,
Qürbət mənim niskilimi bölərmi?


************** 
 
Torpağım

Yağıların əlində tapdalandı, talandı,
Ürəyində ömürlük sönməz ocaq qalandı
Şəhidlərin qanıyla hər addımı sulandı.
Ürəyindən qapqara qanlar axan torpağım,
Çiçəkləri, gülləri həsrət qoxan torpağım.

 
Viran oldu elləri namərdlərin əlində,
Həsrətli nəğmələri, ağıları dilində.
Intizarı dən oldu saçlarının telində,
Ürəyindən qapqara qanlar axan torpağım,
Çiçəkləri, gülləri həsrət qoxan torpağım.


Ayrılıqdan qəlbinə atəş düşdü, köz düşdü,
Ürəyinə həsrətdən vətən adlı iz düşdü.
Qismətinə ağlayan, leysan tökən göz düşdü,
Ürəyindən qapqara qanlar axan torpağım,
Çiçəkləri, gülləri həsrət qoxan torpağım.

OSMAN SARIVƏLLİ

Автор: samsung от 15-06-2016, 17:00

OSMAN SARIVƏLLİ

SEVDİYİM

Yaman yerdə suya düşür yelkənim,
Batır gəmim burulğana, sevdiyim!
Qışqırıram, harayıma gələn yox,
Səsim çatmır heç bir yana, sevdiyim!

Qərq oluram, elə baxma kənardan,
Kəmənd zülfün atıb, çıxar bu dardan.
Ya xilas et məni qanlı sulardan,
Ya özünü sal tufana, sevdiyim!

Nə bacıya, nə qardaşa söylədim,
Nə həmdəmə, nə sirdaşa söylədim,
Dərdimi torpağa, daşa söylədim,
Heç demədim bir insana, sevdiyim!

Qanadlı rüzgardan, uçan küləkdən
Əllərim qoynumda soruşuram mən...
Bir insan varmı ki, səni ürəkdən
Mənim tək anlaya, qana, sevdiyim!

Eşit sorağımı yellər əsəndə-
Nə olar, mən ölsəm gey də, bəzən də.
Bir əlim torpaqda, bir əlim səndə
Ayrılıram yana-yana, sevdiyim!

Vəfa Mürsəlqızının şeirləri

Автор: anar2017 от 13-06-2016, 23:56
Vəfa Mürsəlqızının şeirləri
BÖYÜDÜCÜ ŞÜŞƏ

Çığıranda, ağlayanda, çağıranda
görmədilər.
Tənhalığım dar ağacı eləyəndə saçlarımı,
Külək qədər qeyrətləri, sevgiləri çatmadı ki...
daraqlayıb, hörmədilər.
Qardaş dedim, bacı dedim, yoldaş dedim,
Ana dedim!!!
Səsimə səs verənlərin,
ürəyimə girənlərin, gündə biri çıxıb getdi.
Adam-adam, insan-insan,arzu-arzu
gözlərimdən göz yaşıyla axıb getdi.
Görmədilər.
Pəncərəmə qonan kiçik sərçə qədər olmadılar.
Dəniz qədər olmadılar,
külək qədər olmadılar,
çiçək qədər olmadılar.
Öz içimdən səsim çıxa bilmədi ki,
Arzularım şüşələrdə divə döndü.
Öz evindən çıxdı hamı səhər-səhər,
axşam hamı arxayınca evə döndü.
Nə qapımı açan oldu,
nə ömrümdən keçən oldu.
Görmədilər, gülər üzüm güzgülərdən öz-özünə gülümsədi,
Anam getdi, atam getdi,
bilmədilər ağrı nədi,əzab nədi, həsrət nədi?
Görmədilər!!!
Nə yaxşı ki, gəlib çıxdın son anımda,
Daha taqət qalmamışdı ki, canımda.
Sevdim səni, çiçək kimi qoxuladım.
Xəyalınla sabah açdım,
xəyalınla yuxuladım.
Üz gözümdən asılmısan, sevincsənmi, nəşəsənmi?
Nə xoşbəxtəm...
İndi məni görür hamı...
Böyüdücü şüşəsənmi?

*************

Dünayanın sonu və KÜLƏK!
Gedəsən bir axşam üzü küləyə,
Dünyanın sonunu tutub gedəsən,
Bütün dərdlərindən şələ bağlayıb,
Şələni çiyninə atıb gedəsən
Silinə üzünə düşən qırışlar,
Bir dəli küləyin gedə badına,
Külək tellərini sığalladıqca,
Ananın tumarı düşə yadına.
Açıb ürəyinin qapılarını,
Bütün sevgiləri verəsən yelə,
Ürəyin çevrilə boş bir otağa,
İçində yel əsə belədən belə.
Apara əlindən tutan əlləri
Yanağından öpən dodaqları da,
Saçının ucundan lentini aça,
Apara donundan yarpaqları da.
Yel baba,yel baba ,ver əlçimi,
Deyib yalvarasan yelə, duymaya,
Apara-apara, bütün dərdləri,
Qəlbi soyumaya gözü doymaya.
Gedəsən-gedəsən üzü küləyə,
Uçan ətəyini süpürləyərək,
Gəlib görəsənki, əzizlərini,
Dünyanın sonuna yığıbmış külək.

*************
Hamı bu dünyadan ötrü,
Ölür, dünya yola gəlmir,
Elə yerində fırlanır,
Sağa dönmür, sola gəlmir.
Kəfəni bələyi yoxdur,
Yazı,yayı qış dünyanın,
Sevməyə ürəyi yoxdur,
Bu bədənsiz baş dünyanın.
Yandırıb, yaxıb gedəsən,
Qoynunda dağlar qoyasan,
Sevib, atasan dünyanı,
Anasın ağlar qoyasan.

Molla Vəli Vidadi.

Автор: samsung от 13-06-2016, 18:30
Molla Vəli Vidadi.

Dəli könül, gəl əylənmə qürbətdə.

Dəli könül, gəl əylənmə qürbətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün оlur vətən dеyib ağlarsan.

Yaхşı gündə yarü yоldaş çох оlur,
Yaman gündə hеç bulunmaz, yох оlur.
Yad еllərin tənə sözü ох оlur,
Bir gün оlur vətən dеyib ağlarsan.

Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çох çəkmişəm оdunu.
Qəmlənirsən hər görəndə şadını,
Bir gün оlur vətən dеyib ağlarsan.

Охuduqca qəmgin şе’ri-qəzəli,
Köhnə yaraların bir-bir təzəli,
Yada düşər kеçən günün əzəli,
Bir gün оlur vətən dеyib ağlarsan.

Yada düşər bağçaların, bağların,
Ala qarlı, bоz dumanlı dağların,
Qоcalırsan kеçər cavan çağların,
Bir gün оlur vətən dеyib ağlarsan.

Kеçən günü bir-bir хəyal еylərsən,
Dоlar qəm könlünə məlal еylərsən.
Gələndən-gеdəndən sual еylərsən
Bir gün оlur vətən dеyib ağlarsan.

Hər məzara düşər оlsa güzarın,
Yada düşər ata-ana məzarın.
Vidadi хəstə tək artar azarın,
Bir gün оlur vətən dеyib ağlarsan

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının