Bizi izləməyi unutmayın

ELDAR NƏSİBLİ SİBİREL

Автор: salamsalam от 29-04-2016, 18:00
ELDAR NƏSİBLİ SİBİREL

VAXTINDA DEYİLMƏYƏN SÖZ

Dedilər ki, heyfin gəlsin özünə,
Söz qaytarma böyüklərin sözünə.
Qanlı-qanlı baxır indi üzümə
Öz vaxtında deyilməyən sözlərim.

Daşa dönüb ürəyimdən asılıb,
Yaşa dönüb kirpiyimə qısılıb,
Kədər olub taleyimə yazılıb,
Öz vaxtında deyilməyən sözlərim.

Bir sevginin ləçəyində xal olub,
Kəmfürsətin fürsətinə yol olub,
İndi qəlbim qarşısında qul olub,
Öz vaxtında deyilməyən sözlərim.

Bu sirrimi bildirməsə yaxşıdır,
Yadı mənə güldürməsə yaxşıdır.
Məni vaxtsız öldürməsə yaxşıdır,
Öz vaxtında deyilməyən sözlərim.

1984

İmadəddin Nəsimi Hz. Əli haqqında

Автор: salamsalam от 27-04-2016, 18:30
İmadəddin Nəsimi Hz. Əli haqqında

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmmə, səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,
Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmmə, səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Qaçay Köçərli:"Dünya kef yeridir,kefdədir hamı"

Автор: analoaz от 27-04-2016, 14:00
Qaçay Köçərli:"Dünya kef yeridir,kefdədir hamı"
İNDİ HƏYANIM İTİMDİR MƏNİM

Kimsəsiz evimdə donuram buz tək,
Boranlı,qapqara kənd gecəsində.
Birdən bu buz məni əridir ürək
Həyətdə boy atan itin səsində.

Bu səsdən doğma səs tanımıram mən,
Ondan ürəyimə yaxını yoxdu.
Məni mənzilimdə udmaq istəyən
Gecənin köksünə sancılan oxdu.

Dövrəmdə ulayan yalquzaq divar
Bu səsi eşidib kəsir səsini.
Gecələr ulayan bu dörd canavar
Qorxudan ağzından buraxır məni.

Səsində əriyir gecənin xofu,
Əyrini,oğrunu daşa döndərir.
Dövrəmdə kiriyir gecənin xofu,
Səs deşib içimi boşa döndrir.

Həyətdə açılır bu səs şillə tək,
Həyətə yeriyən qorxuya dəyir.
Qorxunu atılan xəlvət güllə tək
Yerdən də,göydən də quş tək dənləyir.

Ümidi qəlbimdən qoymayır gedə,
Calayır sabahkı gül ümidlərə.
Gecənin xofunu boğub gecədə,
Gecədən çıxarır məni səhərə.

"Azərbaycan" jurnalı

******************

GƏLİB GİRDİM QOCALIĞIN MÜLKÜNƏ

Gəlib girdim qocalığn mülkünə,
Ulu Tanrım,nələr varmış bu yedə.
Od günəşin od nəfəsli şəfəqi
Göy üzündən yağan qarmış bu yerdə.

Sıxır məni hər bir gündüz,hər gecə,
Sıxır məni getdiyim yol,hər küçə.
Qəm kök atır ürəyimdə gizlincə,
Geniş dünya yaman darmış bu yerdə.

Tənhalığa gecə-gündüz yeməm mən,
Özüm yoxam, indi olub naləm mən.
Yoxdur bircə harayımı eşidən,
Mənim kimi hamı karmış bu yerdə.

Salxım olub göz yaşlarım,dərən yox,
Bitib qalxır bu sinəmə girən ox.
Hamı baxır, ancaq məni görən yox,
Mənim kimi hamı kormuş bu yerdə.

Məni boğur evimdəki divarlar,
Hər divarda bir vahimə, qorxu var.
Bir tabutdu dövrəmdəki bu qubar,
Öz evim də mənə gormuş bu yerdə.

"Azərbaycan" jurnalı

******************

Mən subay olanda elə bilirdim
Dünya kef yeridir,kefdədir hamı.
Məni qınamayın, belə bilirdim,
Kefdir bu dünyanın səhər-axşamı.

Mən elə bilirdim hər bir insana
Bu dünya həmişə gülərüzlüdür.
Elə buna görə baxsan hayana
Qızları həmişə gül bənizlidir.

Mənim öz dərdlərim olmadığından
Dərdini görmürdüm özgələrinin.
Üzümə sevinclə gülürdü hər yan,
Hər gün kefindəydim bu kef yerinin.

Evləndim, kef yeri dəyişdi yaman,
Oldu qaşqabaqlı gülərüz dünya.
Hara üz tutdumsa,qalxdı qarşımdan,
Hər gün dalğalandı bu dəniz dünya.

Ev dərd, iş dərdi cumdu üstümə,
Məni sürüdülər belədən belə.
Dərd oldu canavar, mən döndüm yemə,
Onlar yaşadılar hər gün bu yemlə.

Dünyaya dörd balam gəldi, sevindim,
Ancaq qayğıları mənə dərd oldu.
Özümü uçurdum, özümdən endim,
Bu dərd ömür boyu mənə yurd oldu.

******************

GÖYDƏN QAR PÜLƏYİR KƏND GECƏSİNDƏ

Kənddə qış gecəsi, çöldə qar,boran,
Kimsəsiz evimdə tənhayam,təkəm.
Gözümə yük olub qaranlıq,duman,
Evim mənə yükdür,evimə yükəm.

Göy qarı aramsız püləyir yerə,
Mənə dərd püləyir divarlar yenə.
Süd kimi ağarır təpə,düz,dərə,
Elə bil giribdi bu kənd kəfənə.

Şaxta pəncərədən cumur içəri,
Yorğana bürünüb oturmuşam mən.
Evim buz olubdu,bu buz kədəri
Evimdə çiynimə götürmüşm mən.

Gündüzlər gizlənən çaqqal-tülkülər,
Durub ova çıxıb bu buz gecədə.
Onlar düz gəlirlər evimə qədər,
Durub ulaşırlar bizim küçədə.

Gecənin bu vaxtı verib səs-səsə,
Bəlkə istəyirlər Tanrıdan şikar?
Görmürəm,bilmirəm, nəyin üstəsə
Bəzən bir-biriylə boğuşur onlar.

Çaqqalın səsinə hürüşür itlər,
Susur çaqqal səsi itin səsindən.
Sonra göy üzündən torpağa qədər
Bir sükut asılır qış gecəsindən.

Göydən qar püləyir bayıra,çölə,
Evdə dərd püləyir mənə divarlar.
Birdən nərə çəkib bağırır elə,
Az qalır pələngə dönə divarlar.

Tanrının yadından çıxmışam niyə,
Bəlkə varlığımdan yoxdu xəbəri.
Bilmir ki, bu qədər dərdi çəkməyə
Axı mən qocanın yoxdu hünəri?!

Bəlkə günahım var ötən ömürdən,
Onun cəzasını çəkirəm indi.
Elə buna görə göz yaşımı mən,
Tanrının önündə tökürəm indi.

"Azərbaycan" jurnalı

Aşıq Hüseyn Saraclı – 100

Автор: analoaz от 25-04-2016, 10:30
Aşıq Hüseyn Saraclı – 100

Osman Əhmədoğlu


Aşıq sənətimizin adıbəlli ozanı, Borçalı aşıq məktəbinin özünəməxsus ustadı Aşıq Hüseyn Saraclının dünyaya gəlişinin 100 ili tamam olur ki, bu da 2016-cı ilin yazına təsadüf edir. Hüseyn Saraclı adı çox şey deyir saz aləminə. Bir ustad kimi, bir Dədə Qorqud yadigarı kimi aşıqlıq aləminə çox dəyər gətirdi o. Yerişində, duruşunda, saz çalıb söz qoşmasında sanki bir qədimlik, bir ululuq, bir qüsursuz böyüklük var idı. Heykəl duruşu, şax yerişi, şahanə məclis aparması görənləri və eşidənləri ayrı bir aləmə aparardı.O, bir dastan aşığıydı. Onun söylədiyi dastanların şəhdi-şirəsi bu gün də öz dadını, tamını saxlayır. Onun dastan söyləmə məharəti alimləri, natiqləri belə, heyrətə gətirərdi. Rəhmətlik Bəxtiyar Vahabzadənin verdiyi dəyəri xatırlasaq bəsimizdi.

14 çıraq (şəyird) yetirən və onların hər birinin sənətdə əlini tükənməz çörəyə çatdıran Aşıq Hüseyn Saraclı dünyadan gedəndə də əli uzalı qalmadı.Gürcüstan ölkəsinin “Əməkdar mədəniyyət işçisi” fəxri adını alan yeganə ustaddır Hüseyn Saraclı. Azərbaycan radiosunda yayımlanan “Bulaq” verilişində dönə-dönə qonaq olan Aşıq Hüseynin çaldığı saz, oxuduğu söz və söylədiyi dastanlar, lətifələr, nağıllar milyonlarla dinləyicinin qəlbinə yol tapıb. Türkiyədən, İrandan, Orta Asiya ölkələrindən, Qazaxıstandan ona göndərilən məktublar, ismarıclar minlərlədir. Onun Azərbaycana, Ağbabaya, Göyçə mahalına səfərlərinin hər biri ayrıca dastan kimidi. Belə səfərlərdən birində də “Ələsgərin Gəncə səfəri” adlı dastanı ilk dəfə geniş tamaşaçıya televiziya vasitəsiylə o çatdırıb. Aşıq Hüseynin dönə-dönə getdiyi Qazaxıstan səfərləri də çox uğurlu olmuşdur. Orda Qafqazdan olan sürgündəkilərin yaşadığı yerlərin hamısını qarış-qarış gəzmiş, həsrətlilərə vətən havası, yurd ətri aparmışdı.

Qazax bölgəsinin Əskipara elindən Qazaxıstana sürgün olan Bimar adlı bir didərgin şairin səsini-sədasını ellərimizə, obalarımıza ən ağrılı bir ərməğan kimi gətirmişdi.
Aşıq Hüseyn Saraclının adı doğma Qars, Ərdahan, Çıldır, Ağrı, Ərzurum, Sivas, Amasya ellərində də dillər əzbəriydi. Böyük ustadlardan Şərəf Taşlı, Murad Çobanoğlu, Səbri Şimşəkoğlu, aşıq İslam Ərdənər, bu gün yaşayan ozanlardan Vəli Canani, Maksud Fəryadi, Günay Yıldız, İlqar Çifçioğlu, Yenər Yılmazoğlu, Əmrah Nəroğlu kimi hər aşığın sevə-sevə dəyər verdiyi ustadıydı Hüseyn Saraclı.

Hələ sınırların tikanlı məftillərlə çəpərləndiyi zamanlarda (1972-ci ildə) Qarsdan Borçalıya (Keşəliyə) doğma bacısını və hər kəsi ziyarətə gələn böyük ustad aşıq İslam Ərdənər Hüseyn Saraclıyla görüşə də xüsusi hazırlıqla gəlmişdi. “Qızıl daş” döş nişanını Türkiyədən gətirib öz əlləriylə bu aşığın döşünə taxmışdı. Və həmin hədiyyəni də ustad ömrünün sonuna qədər qürurla sinəsi üstündə gəzdirirdi ki, buna da onu görən hər kəs şahiddi.

Söz sərrafıydı, söhbət xiridarıydı aşıq Hüseyn Saraclı. Mən qürur duyuram ki, sənət sevdalısı, saz-söz vurğunu olan bu sətirlərin yazarı Osman Əhmədoğlu bu böyük sənətkarın canlı sözünün-söhbətinin şahidi olub. Və onu da deməliyəm ki, ustad ölüm ayağında məni ismarlamış, öz oğlu İsfəndiyarı göndərib məni apartdırmış və son vəsiyyətini də mənə eləmişdi.

Ölümündən düz 28 il keçir ustadın. Bu 28 ilin hər yazında (aprelin 2-ci cümə ertəsində) onun anım gününü keçirmək təşəbbüsü də Gürcüstan Aşıqlar Birliyinin və “Gürcüstan” qəzeti əməkdaşlarının üzərinə düşüb.

28 il! Bu az bir zaman deyil.

Hər il uzaq yolu yaxın eləyib, hər əzaba qatlaşmaq (hətta elə olub ki, yolumuzu kəsib, bizi tədbiri keçirmək üçün Saraclıya buraxmaq istəməyiblər ) onlarla, bəzən yüzlərlə insanı bir yerə toplamaq, ustadın qəbrini ziyarət eləmək, kənddə – heykəli önündə onun anım gününü keçirmək, evində qonaqları ağırlamaq heç kəsə asan gəlməsin (Kənardan baxanlara döyüş asan görünər). Amma biz bunca illərin zəhmətini çəkməklə özümüz də şərəflənmişik. Ustadın 80, 90 və 95 illik yubileylərini də layiqincə dəyərləndirmişik.

Azərbaycanda da mərhum xalq şairimiz AAB-nin sədri xalq şairi Zəlimxan Yaqubun təşkilatçılığı və rəhbərliyi altında bu ustadın 80 və 90 illik yubileyləri çox geniş qeyd olunmuşdu və üstəgəl, bu böyük şairin “Aşıq Hüseyn Saraclı dastanı” adlı çox dəyərli bir böyük əsəri çap olan gündən əl-əl gəzdi və dillərdə dastan oldu. Yuxarıda qeyd elədiyim kimi, bu ilin yazında bu adıbəlli və dünyaca ünlü ozanımızın dünyaya gəlişinin 100 ili tamam olur. Və biz də ölümündən bu günə qədər yaşatdığımız bir ənənəni həm yaşatmaq, həm də 100 illik bir bayram havasını yaşamaq istəyirik. Üstəlik, Gürcüstan AB-nin xətti ilə onu tanıyanların, sevənlərin bəzilərinin qələmindən çıxan bu xatirə kitabını da ustadın 100 yaşına ərməğan edirik.

Aşıq Hüseyn Saraclının ifasında itib-batmaqda olan neçə-neçə xalq dastanlarının səsini-sədasını eşitmişik. Və belə bir ustadla bağlı hələ neçə-neçə kitablar çap olunacaq, xatirələr və daha böyük əsərlər yaranacaq. Onsuz da bu sayaq əsərlərin yazılmasına çoxdan başlanılıb. Dediyim kimi, ustad Zəlimxan Yaqubun yazmış olduğu “Aşıq Hüseyn Saraclı dastanı” buna ən gözəl örnəkdi. İndi isə eloğlumuz – çox dəyərli şair və publisist olan Həzi Həsənli bu böyük ozanımızın ömür yolunu işıqlandıran bir roman üzərində çalışır. Ümüdvarıq ki, bu romanda ustada və ustadlığa gedən yola işıq tutacaq və bu da gələcək nəsillərə bir “hava” bəxş eləyəcək.
Çox arzu edərdik ki, ustadın 70 illik yubileyi ərəfəsində çəkilməyə başlayan və sonralar taleyi məlum olmayan bir filmin çəkilişi də başa çatsın. Bu həm aşıqlıq gələnəyimizə, həm də sənət və sənətkara çox dəyərli bir hədiyyə olar.

Gürcüstanın Kvemo Kartli (Borçalı) qubernatoru cənab Paata Xizanişviliyə aşıq Hüseyn Saraclının 100 illik yubileyi ilə bağlı müraciətimiz çox hörmətlə qarşılandı. Cənab qubernator ustadın yubileyinin dövlət səviyyəsində keçiriləcəyinə əminliyini bildirdi. Artıq yubiley hazırlıqları ərəfəsindəyik...

Əbil Həsənin "Ana fəryadı"

Автор: analoaz от 24-04-2016, 00:26
Əbil Həsənin "Ana fəryadı"
Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər. Özü isə yarımcan yaşayırdı.Bədəninin bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi. Ancaq buna baxmayaraq, çətinliklə də olsa da, düşmən əlindən sağ -salamat çıxarmış oğlanlarını böyüdürdü ki, onun qisasını alsınlar, əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli uşaqlar idilər.Hər ikisi də biri birinə oxşayırdı.Anadan başqa heç kim onları seçə bilmirdi.

Övladlar ibadətlə məşğul olmağa başladılar.Ana oğlanlarına baxıb fərəhlənirdi. Oğlanlar allaha "yaxınlaşdıqca" bir-birlərindən uzaqlaşırdılar."Qardaş"ların sayı artdıqca, onlar arasında münasibətlər korlanırdı.İş o yerə gəlib çatdı ki, namazı da fərqli fərqli qılmağa başladılar.Artıq zahiri görünüşləri də fərqlənirdi.Əvvəlki oxşarlıqdan əsər-əlamət qalmamışdı.Hərə özünü haqlı sayır, doğru yolda olduğunu bildirirdi. Tez-tez aralarında mübahisələr olurdu.Ancaq ananın vaxtında müdaxiləsi mübahisənin münaqişəyə çevrilməsinə imkan vermirdi.

Ananın qəlbindəki sevinci kədər əvəz eləmişdi. Günlərin bir günü oğlanlardan biri anaya yaxınlaşaraq:-"Ana mən Suriyaya gedirəm.Orada "qardaşlarımızı "qırırlar.Onlara kömək etmək lazımdır."-dedi. Anası ona:-"Ay oğul, sənin orada nə işin var?Sənin bacıların əsirlikdədirlər, vətənin bir hissəsi düşmən tapdağı altındadır. Bəs, onları kim azad edəcək?.

Mən sizi böyütdüm ki onları azad edəsiniz."-deyərək ağlamağa başladı.Ana çox yalvardı,oğul eşitməyib getdi. Bir neçə gündən sonra o biri oğul anaya dedi:-"Ana mən də Suriyaya gedirəm. Ana sevindi. Elə bildi ki oğlu qardaşını gətirməyə gedir.O sevincək oğluna:-" Get ay bala, qardaşını da götür gəl.Onun orada nə işi var."-dedi. -"Yox ay ay ana mən onu gətirməyə getmirəm."-deyə cavab verdi. -Bəs niyə gedirsən ay bala?-Sual dolu baxışlarla oğlunun gözlərinə baxdı.Oğlu qardaşının boş çarpayısını göstərərək;-"Bunlar orada baş qaldırıblar.Onları yerində oturtmaq üçün "qardaş"lara kömək etmək lazımdır.Onlar da gəlib bizə kömək edəcəklər"-deyib,anasının sözünə məhəl qoymayıb getdi.

Hangi mermi dağıtır insanlara olan inancımı?

Автор: analoaz от 23-04-2016, 20:30
Hangi mermi dağıtır insanlara olan inancımı?
Mevlana Celaleddin Rumi

Kusuruma bakmayın benim, dostlar,
bağışlayın beni.
Ben davullara, bayraklara aldırmayan
bir padişahın yoluna düşmüşüm,
deli divane olmuşum.
Çok uzaklardan yürüyen bir adam gibiyim ben,
çok uzaklardan geçen bir hayal gibi.
Ama yok da sayılmam hani,
var olan bir şeyim ben.

Haydi ben bensiz geleyim,
sen sensiz gel.
Ne varsa şu ırmağın içinde var,
soyunalım iki can,
dalalım şu ırmağa, hadi.
Bu kupkuru yerde yakınmadan gayri ne gördük,
bu kupkuru yerde ne gördük zulümden gayri.

Bu ırmakta ne ölmek var bize,
bu ırmakta ne gam var, ne keder var, ne dert.
Bu ırmak alabildiğine yaşamaktan,
bu ırmak iyilikten, cömertlikten ibaret.

Durma, çabuk gel, gelmem deme.
Ne evet demek yaraşır sana, ne hayır, dostum,
senin şânına sadece gelmek yaraşır.

***************

Sunay Akın

Her satırı
mendireğe dizili karabatağa benzeyen
bir mektup bırakarak
balıkçı koyundan
sisler içinde uzaklaşan kayık gibi
bir sabah usulca ayrıldın
koynumdan

Bütün yolcularını
boğaz köprüsünün çaldığı
araba vapurunun
boş seferleri
gibi yalnızca rüzgar
gezinir sensiz
yüreğimde

Durgun bir sudur aslında deniz
ki çocukların
acemi oltalarını denedikleri
kuytu bir iskelenin
tahtaları altına yazdığım
ayrılık şiirini okudukça
dalgalanır.

***************
Yusuf Hayaloğlu

Hangi sevgili var ki, senin kadar duyarsız ve kalpsiz?
Ve hangi sevgili var ki, benim kadar çaresiz?

Hangi ayrılık var ki, böyle kanasın ve böyle acısın?
Ve hangi taş yürek var ki, benim kadar ağlasın?


Hangi gün karar verdin, küt diye çekip gitmeye?
Hangi lafım dokundu sana, böyle inceden inceye?
Hangi otobüs söyle, hangi uçak, hangi tren?
Seni benden götüren, beni bir kuş gibi öttüren.
Hangi kırılası eller dolanır, kırılası beline?
Hangi rüzgar şarkı söyler, o ay tanrıçası teninde?
Hangi çirkin gerçek uğruna, tükettin güzel ütopyamızı?
Hangi boşboğazlara deşifre ettin, en mahrem sırlarımızı?
Hangi cama kafa atsam?
Hangi kapıyı omuzlayıp kırsam?
Hangi meyhanede dellenip, hangi masaları dağıtsam?

Bende bu sersem başımı, karakolun duvarına vursam.
Kendimi caddeye atıp, arabaların altına savursam.
Hangi tercih beni en hızlı şekilde öldürür?
Hangi şekil öldürmez de, ömür boyu süründürür?
Kayıp ilanı mı versem, şehir şehir dolanmak yerine?
Ödül mü koysam, ölü veya diri seni bulup getirene?
Hangi ayrılık var ki, böyle diş ağrısı gibi durmadan zonklasın?
Hangi cam kesiği var ki, böyle musluk gibi içime damlasın?
Hiç sanmam! ...
Hasta kalbim bunu bir süre daha kaldıramaz! .
Feriştah olsa, böyle eli kolu bağlı bekleyip duramaz.
Hangi mübarek dua,
Hangi evliya tesir eder, seni döndürmeye?
Hangi aptal mazeret ikna eder, ateşimi söndürmeye?
Olur mu be! . olur mu?
Bu da benim gibi adama yapılır mı?
Aşk dediğin mendil mi?
Buruşturup bir kenara atılır mı?
VEFA bu kadar basit mi? Alınır mı? Satılır mı?

Hangi hırsız çaldı, seni yırtık cebimden?
Hangi pense kopardı bizi birbirimizden?
Hangi uğursuz hamal taşıdı valizini?
Hangi çöpçü süpürdü yerden bütün izini?
Hangi yaldızlı otel çarşaf serip barındırdı?
Hangi süslü manzara seni kolayca kandırdı?
Hangi şarlatan imaj böyle çabuk ilgini çekti?
Hangi pembe vaadler o saf kalbini cezbetti?

Dağ gibi adamı eze eze! .....
Hangi anası tipli parlak çömeze,
Hangi alemlerde kahkahanı ettin meze?
Hangi yamyamlara yedirdin o masum rüyamızı?
Hangi mahluklar çiğnedi el değmemiş sevdamızı?
Hangi bıçak keser şimdi benim biriken hıncımı?
Hangi mermi dağıtır insanlara olan inancımı?
Hangi bekçi, hangi polis artık zapteder beni?
Ve! .. Hangi su bağışlatır?
Hangi musalla temizler seni?

Bu Nasıl Ayrılık? ...
analoq.az

Növrəs İmanın sirli dünyası

Автор: analoaz от 17-04-2016, 23:50
Növrəs İmanın sirli dünyası

Növrəs İmanın sirli dünyası

Haqq aşığı

İslam Ələsgər: “Növrəs İman böyük bir dəryadır ki, ondan bir damla bizə gəlib çatıb”

Üstündən uzun illər keçsə belə Azərbaycan aşıq ədəbiyyatının klassiklərindən sayılan Növrəs İmanın uğursuz və müəmmalı taleyi insanları hələ də kədərləndirməkdədir. Bu nakam taleli şairin həyatı niyə sirlər, müəmmalarla doludur? Suallara cavab tapmaq üçün zamanın gəldiyi yolla ötən əsrin əvvəllərinə qayıdırıq.

Növrəs İman kimdir sualına cavab tapmaq üçün Aşıq Ələsgərin nəvəsi, folklorşünas alim İslam Ələsgərə müraciət etdik.
- Növrəs İman aşıq sənəti tariximizdə özünün yeri olan sənətkarlardan biridir. O, 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgərin qardaşı oğlu Məşədi Salehin oğludur. İman uşaqlıqdan çox zəkalı bir uşaq olduğuna görə Məşədi Saleh oğlunu mollaxanaya qoyur. Vaxtı ilə İmanla mollaxanada oxuyan Aşıq Bəhman sonralar danışarmış ki, İman öz zəkası ilə, hamını heyran qoyarmış. Aşıq Ələsgərin şeirlərini əzbər bilən İman yeniyetmə yaşlarından şeir yazmağa başlayır. Rəhmətlik Aşıq Nəcəf danışırdı ki, Növrəs İmanın yazdığı şeirlər o vaxt dilimizdə əzbər idi.

“Bu təb səni puç edəcək”

Aşıq Talıb söhbət eləyir ki, bir gün Nəcəf əlində bir kağız gətirdi, Aşıq Ələsgər dedi a bala, o nə kağızdır? Nəcəf deyir ki, İmanın şeiridir. Nəcəf şeiri oxuyur, dədəm (Aşıq Ələsgər) şeirə qulaq asandan sonra deyir, a bala, gedin, İmanı tapın, deyin, şeirlər yazdığı dəftəri də götürüb bura gətirsin. İman gəlir, bir şeir, iki şeir oxuyandan sonra görürlər ki, Aşıq Ələsgərin gözündən yaş axır. İman soruşur ki, dədə, niyə ağlayırsan? Aşıq Ələsgər deyir ki, oğul, sənin halına ağlayıram. Bu təb ki, səndə var, bu səni axırda puç eləyəcək, ona indidən ağlayıram.
İman da deyir ki, ay dədə, səndə olan təb heç kəsdə yoxdur. Bəs o təb səni niyə puç eləmədi? Aşıq Əlsəgər deyir ki, a bala, mənə də bax, özünə də bax. Mənim bədənim səndən iki-üç dəfə böyük olar. Bir də mən səbirli olmuşam, özüm-özümün həkimi olmuşam, özümü istidən-soyuqdan gözləmişəm, amma sən bunu eləməyəcəksən. Zəmanə bəd gəlir, sən zəmanə ilə düz gəlməyəcəksən.
Deyir, dədəm bunu dedi, sonra dəsmalla gözünün yaşını sildi.

Növrəs İman nadir istedad sahibi olduğundan tezliklə Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri kimi ad qazanır.

Yaralı gəlmişəm fani dünyaya,
Mənim sağalmağa dərmanımmı var?
Əzrayıl gələndə canım almağa,
Onu verməməyə fərmanımmı var?

İti yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olan Növrəs İman haqqında məlumatlara ötən əsrin 20-30-cu illərindəki dövrü mətbuatda rast gəlinir.
“Yeni kənd” jurnalı 1927-ci ildə İman haqqında çox qısa məlumat verir. Məlumatda deyilir: “İmanın yaşı hələ çox cavan olub, özünün də savadı vardır. Bunun gələcəyindən istedadlı el şairi çıxacağını gözəlmək olar”.
Göyçə mahalının Hüseynquluağalı kəndində molla məktəbində oxuyan Növrəs İman sovet hakimiyyəti qurulduqdan sonra bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləyir, eyni zamanda, aşıq şeirinin bütün janrlarında gözəl sənət nümunələri yaradır.

İmanın həyatındakı faciə

- Zaman keçdikcə çox əhvalatlar baş verdi. Çar hakimiyyəti yıxıldı, sovet hakimiyyəti quruldu. O vaxtlar idarələrdə işlətmək üçün savadlı adamlar axtarırdılar. İmanı Kəlbəcər rayonunun Seyidlər kəndində kənd şurasının sədrinin katibi vəzifəsinə qoyurlar.
Sovet hakimiyyətinin ilk illərində İman da yeni quruluşa şeirlər yazır. Amma bir qədər sonra görür ki, onlar adət-ənənələrimizə çox xor baxırlar, məscidləri təhqir eləyirlər, o zaman İmanda bu quruluşa qarşı bir etiraz yaranır. Başa düşür ki, bu quruluşa qulluq eləmək olmayacaq. O vəzifədən imtina eləyir, 1925-ci ildən saz götürüb aşıqlıq eləməyə başlayır.

İman qələm çalır, nə xoş səfadır,
Nə nizam qoyulub, nə xoş səfadır,
Pərişan xəyalım nə xoş səfadır,
Xain bəd qandırar a yara məndən.

Növrəs İmanın həyatı barədə məlumatlar olduqca azdır. Şeirlərində nakam bir məhəbbət yaşamış şairin iztirabları duyulmaqdadır. Bəs əslində Növrəs İmanın sevgisi barədə nə bilirik?
- İmanın həyatında başqa bir faciəvi hadisə də baş verir. İman qonşularında yaşayan bir qıza nişanlanır. Amma İmanın böyük qardaşı Aşıq Qurban bu zaman vəfat edir. Aşıq Ələsgərin qızı Gülnisə də Qurbanın yoldaşı imiş. Bir neçə il keçəndən sonra Saleh məsləhət görür ki, İman nişanlısından ayrılsın, Qurbanın arvadı Gülnisə ilə ailə qursun. Bu fikri Aşıq Ələsgərə deyəndə Aşıq Ələsgər razılaşmır. Deyirlər, Məşədi Saleh ağladı, gözünü silə-silə dedi ki, ay qardaş, Qurban öldü, bir evim yıxıldı, istəmə ki, Gülnisə də evimdən çıxıb getsin, bir də evim yıxılsın. Həmin vaxtı Gülnisənin iki uşağı varmış. İman bu xəbəri eşidəndə ipə-sapa yatmaq istəmir. Danlamaqla, öyüd-nəsihətlə birtəhər onu yola gətirib kəbin kəsdirirlər. Bu hadisədən sonra İman çox sarsılır. Ona elə gəlir el içində hamı onu qınayır ki, adam da qardaşı arvadı ilə evlənərdimi? İman bu xəcalətə görə kəndin içinə çıxıb heç kimlə görüşmək istəmir. Həm quruluş-dövran, həm də ailə daxilində olan bu faciəvi əhvalat İmanı tamamilə sarsıdır.
Növrəs İman 1932-ci ildə müəmmalı şəkildə itkin düşür. Onun müəmmalı şəkildə yoxa çıxması haqqında isə bu günə qədər müxtəlif fikirlər mövcuddur.
- Deyilənlərə görə, İman şeirlərini çox vaxt gecələr yazarmış. Məlum hadisələrdən sonra İman gecələr yazdığı şeirləri səhər cırıb atarmış. Səbəbini soruşanda deyərmiş ki, şeirə qiymət verən yoxdur. Bir dəfə də yazdığı dəftərləri - deyilənə görə içində dram əsəri də varmış - alovlu təndirə töküb yandırmışdı.
Bəziləri onun bu hərəkətini dəli olmaq kimi yozurdular. Amma İman dəli olmamışdı, onu zəmanə dəli etmişdi.
1927-1928-ci illərdə İman bir neçə dəfə evdən getməyə təşəbbüs göstərir. Ələsgərin oğlu Aşıq Talıb, Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Nəcəf, bir də İmanın qardaşı Aşıq Musa onu axtarıb Azərbaycanın ayrı-ayrı kəndlərindən tapıb gətirirlər. Onun itkin düşməsi barədə bir neçə mülahizə var. Belə deyilir ki, İman haradasa qəzaya uğrayıb, meyitini basdırıblar. Bəziləri hesab edirdi ki, onun paxıllığını çəkən aşıqlar onu öldürtdürüblər. Ən axırıncı mülahizə odur ki, İman ölkədən baş götürüb gedib. Əvvəlki variantlar səhvdir, çünki düşmən də olsa İman kimi vücuda qıymazdı. Amma ölkədən getməsi inandırıcıdır.
1935-ci ildə Hümbət Əlizadə “Ədəbiyyat” qəzetində Növrəs İman barədə belə bir məlumat verir: “Aşıq İmana son zamanlar bədbəxt hadisə üz vermiş, o, dəli olaraq evlərindən qaçıb getmiş, harada olması indi də məlum deyildir”.
- İman qeyri-adi istedad sahibi olmaqla yanaşı, həm də onda elə qüdrət varmış ki, söhbət etdiyi adamın fikrindən keçənləri bilirmiş, hətta gələcəkdən xəbər verirmiş. O, itkin düşəndən sonra belə haqqında rəvayətlər, xatirələr dildə-ağızda dolaşır.

Tarixin ən böyük silahı faktdır

Tarixin yaddaşında Növrəs İmanla bağlı faktlar hələ də qalmaqdadır. Aşıq Məsim 1966-cı ildə bir xatirəsində danışır ki, 1928-ci ildə Qazaxda Azərbaycan aşıqlarının toplantısı keçirilirmiş. Məclisə 100 aşıq dəvətli olur, Növrəs İman da xüsusi olaraq çağırılır. Tədbirin sədri Aşıq Əsəd, müavini (katibi) Aşıq İmirzə Bayramov imiş. Səməd Vurğun isə kənd müəllimi olaraq o tədbirdə iştirak edirmiş. Məclis başa çatanda yerdən deyirlər ki, kim bu gün - 30 mayda Qazaxa bir şeir deyə bilər. Sədr də, müavin də, eləcə də bir çoxları çiyinlərini çəkir ki, hazır deyilik. Növrəs İman ayağa qalxıb, bədahətən Qazaxın şəninə bir şeir deyir. Alqışlar zalı titrədir, ona qızıl saat hədiyyə verirlər. O vaxtlar Cahandar ağanın oğlu Qiyas bəy Şıxlinski Qazax qəzasının milis rəisi işləyirmiş, o da orada imiş. Növrəs İmanın istedadı onu heyran edir, aşığı evinə dəvət edir, onun şəninə təzədən bir məclis başlayır...

Növrəs İmanın şeirləri qanadlı, ruhla, ilhamla yazılmış şeirlərdir.

Bir tanrı nurudur hüsnü-kənanın,
Söylə, dərd əhlinə varmı dərmanın?
Növrəs İman kimi qəmli cavanın,
Yaralı könlünə yar olan dağlar.

Eyni zamanda Növrəs İmanın şeirləri kədərli şeirlərdir. Sanki şair sonrakı taleyini duyurmuş kimi o nisgili, kədəri, ayrılığı, qəmi şeirinə köçürüb.
“Var” adlı qifılbəndinin sonunda Növrəs İman deyir.

Mən istərəm, bu gün açam ər aşıqlar meydanı,
Pirim mənə nüsrət versə, tək alaram dünyanı.
Toxunmayın, incitməyin, siz bu Növrəs İmanı,
Tifil vaxtdan qəm əhliyəm, canda qəm dəryası var.

- Bayaq dedim ki, İman yazdıqlarını sonradan cırıb atırmış. Xoşbəxtlikdən Tovuz rayonunun Aşağı Ayıblı kəndində Məşədi Qədim adlı bir nəfər İmanın şeirlərini qoruyub saxlamışdı. İman o tərəflərə gedəndə Məşədi Qədimin qonağı olarmış. Hətta İmanı görmədən onun şeirlərini ondan-bundan oxuyub yazırmış. İman ora gedəndən sonra xahiş eləyir ki, İman bu şeirləri öz xətti ilə yazsın. İllər keçir, Məşədi Qədim ömrünün son illərində oğluna deyir ki, a bala, mən dünyadan köçürəm, bu əmanəti Aşıq Ələsgərin qohumlarına çatdır. Mənim qardaşım Haqverdi o vaxt Gəncədə oxuyurdu. Həmin adamlar gəlib Haqverdini tapıb şeirləri ona verirlər. Haqverdi də o şeirləri mənə çatdırdı. Növrəs İmanın yüz illiyində bu şeirləri kitab halında çap etdirdim.
İman ən çox qoşmalar yazıb, 35-dək təcnisi, 10 divanisi, 7 qəzəli əlimizə gəlib çatıb.
İmanın 22 yaşı olanda şeirləri dillər əzbəri imiş. O çox yaşamadı, cəmi 27 il ömür sürdü. İman böyük bir dəryadır ki, ondan bir damla bizə gəlib çatıb.
Növrəs İmanın müəmmalı yoxa çıxmasından çox illər keçir, lap çox... Ancaq Növrəs İmanın nakam taleyi, kədərli şeirləri dildən-dilə, eldən-elə dolaşıb onu unudulmağa qoymur...


Təranə Vahid

Mədəniyyət.- 2011.- 16 sentyabr.- S. 13.

Ağır illər... Məzarı bilinməyən şəhid kim idi?

Автор: NIGAR1 от 16-04-2016, 22:31
Ağır illər... Məzarı bilinməyən şəhid kim idi? Ailə. Bir ailə hekayəsi. Onun doğulduğu ailədə insanlar çox zəhmətsevər idi. Bu ailədə 4 oğlan və 4 qız dünyaya gəlmişdi. Balaca İlyas ailənin beşinci uşağı hesab olunurdu. 6 yaşı olanda bütün uşaqlar kimi İlyasda məktəbə gedir. Balaca oğlan yazmaqa və oxumaqa başlayır. Məhz o illərdə İlyas Laçın rayonun Soyuqbulaq kəndində yaşayırdı.

-Çətin illlər.

-Müharibə.

Bir çox ailələrdə yaşanan ağır günlər kimi İlyasovlar ailəsində də qara günlər başlayır. O illərdə erməni mənfurları tərəfindən torpaqların işğalı zamanı, el obamızın xarabalığa çevirilməsi gənc İlyasda düşmənə hədsiz nifrət yaradır. Vətəni müdafiə etmək üçün o, 1991- ci ildə könüllü olaraq ordu sıralarına qatılır. İlyas İlyasovun döyüş yolu 811- ci batalyondan başlayır. İlyas Laçın uğrunda gedən döyüşlərdə mərdlik və cəsarət nümayiş etdirir. Bununlada Güləbird, Fəracan, Təcəkənd, Piçənis kəndlərinin müdafiəsində cəsurluq göstərərək, neçə-neçə düşməni qanına qəltan edir.

Günlərin birində şərəfsiz düşmən üzərində qələbə əzmi ilə vuruşan gənc ömrünə azğın düşmən tərəfindən son qoyulur. 1993 – cü il aprel ayının1- də Təzəkənd uğrunda gedən döyüşdə İlyas mərdliklə həlak olur.

Şəhidlik zirvəsinə yüsələrək, əbədiyyətə qovuşan şəhidimizin nəşi doğulduğu torpaqda qaldı. Düşmənlə qızğın düyüşlər getdiyi üçün yoldaşları onun meyitini dəfn etməyə imkan tapmayıblar.Ölümündən sonra İlyas İlyasovun adı əbədiləşdirilərək, 2005- ci ildə Ağcabədi qış yatağında yerləşən Soyuqbulaq kənd orta məktəbinə verilib.

Ruhu şad olan şəhid əbədiyyət yuxusuna qərq oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar əbədi məşələ çevirilərək, daim qəlbimizdə alovlanır.
Məlumat üçün deyək ki, Azərbaycanın igid oğullarından biri olan İlyasov İlyas Veysəl oğlu 1972-ci il, yanvar ayının 13-də Laçın rayonu, Soyuqdulaq kəndində dünyaya göz açıb.
Ağır illər... Məzarı bilinməyən şəhid kim idi?

İlyas İluasovun ailə üzvləri Soyuqbulaq kənd orta məktəbində. Soldan qardaşı, qardaşı uşaqları və atası.

Ramil CƏBRAYIL

Gülnar Səma oxucularına "Gül" verəcək

Автор: analoaz от 16-04-2016, 14:58
Gülnar Səma oxucularına "Gül" verəcək
AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü gənc şair Gülnar Səmanın üçüncü kitabı olan “Gül” Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsində nəşr edilmişdir. Kitabın təqdimatı 3 may saat 14:00-da AYB-nin Natəvan klubunda olacaq. Layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Vaqif Yusifli, redaktoru AYB-nin üzvü İbrahim İlyaslı, rəssamı isə Nəvai Metindir. Kitabdakı şeirlər “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitabda Gülnar Səmanın müxtəlif dövrlərdə qələmə aldığı şeirlər cəmlənib. Müəllifin ilk kitabı “Mən sehrli səmayam” (2001), ikinci kitabı “İçimdəki söhbətlər” (2011) adlanır.

ŞİRVAN VƏ DAĞISTAN VİLAYƏTLƏRİNİN HÜDUD VƏ ƏRAZİSİ, ADLANMALARININ SƏBƏBİ, ƏHALİSİNİN MƏNŞƏİ, DİLLƏRİ VƏ DİNLƏRİ HAQQINDA

Автор: analoaz от 16-04-2016, 12:00
ŞİRVAN VƏ DAĞISTAN VİLAYƏTLƏRİNİN HÜDUD VƏ ƏRAZİSİ, ADLANMALARININ SƏBƏBİ, ƏHALİSİNİN MƏNŞƏİ, DİLLƏRİ VƏ DİNLƏRİ HAQQINDA

ŞİRVAN VƏ DAĞISTAN VİLAYƏTLƏRİNİN HÜDUD VƏ ƏRAZİSİ, ADLANMALARININ SƏBƏBİ, ƏHALİSİNİN MƏNŞƏİ, DİLLƏRİ VƏ DİNLƏRİ HAQQINDA

Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qayqat məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər təqribən 39°
-42°-yə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşəran burnuna qədər 64°- 68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər bir dərəcənin məsafəsi təqribən 15 coğrafi mil - yeddi rus vesti qədər və ya bir ağac yarımdır. Hər ağac - üç islami mil uzunluqdadır.

İslami mil - doxsan altı min barmaq boydadır. Bir barmaq da orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin qarnına bitişik surətdə düzülmək şərtilə). Beləliklə, indiki Şirvan məmləkəti Səlyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür ki, xoş havalı yaylaqları,otlaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniş və məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif Dağıstan tayfaları arasındaolduğundan, ticarət işlərində də mükəmməl tərəqqi edə bilər.


Təqvimülbüldan müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə tanınmışdır. ”Ənu” ləfzi çox işlənmək nəticəsində atılmışdır.Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin tarixində və Zendavesta kitabında Şerovaner deyə adlanır.Əmin-Əhməd ”həft-iqlim” adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur. Çamçiyan ”Ermənistan tarixində” Şirvanvilayətinin Əğvan adlandırır və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.Türkmən həsən padişahın oğlu Sultan Yaqub hicri 892-ci (=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fərmanda, Şirvanı Əğvan deyə adlandırmışdır.

Dağıstan vilayəti 42°-dən 44°-yə qədər şimal en dairəsi və 63°-dən 66°-yə qədər şərq uzunluq dairəsindədir. Şərq tərəfdən Xəzər dənizi ilə, şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os (Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və cənub-şərqdən Şirvanla məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl yerlərə malik olub, yaşayış vasitəsinin bolluğu ilə məşhurdur Bu hissə, xüsusilə dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət vasitəsinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məhsuldar vadi və yaylaqlara malik olsada, ümumiyyətlə yaşamaq üçün çox çətin və məşəqqətlidir.Bu vilayət Məsudinin rəvayətinə görə, hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:

1) Qayqat - bura Dərbəndin şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər xaqanının paytaxtı olmuş idi. Lakin Səlman ibni Rəbiə buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət olmuşdur...

2) Sərir (taxt) - Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur.Sərir padişahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O, öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək, Çibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adlanan Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları ”Əlmüxtəsər fi-tarixülbəşər” ilə” Təqvimülbüldan” adlı əsəridir.Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunyr. Yç hissədən ibarət olan əsərində
dövrlərdən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cümlədən rus dilində də tərcümə olunmuşdur. 3 Əmin_Əhməd Razi - ”Həft-iqlim” adlı məşhur əsərin müəllifidir. Bu əsər köhnə üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetişmiş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002- ci (=1593) ildə yazılmışdır.

Çamçiyan – XVIII əsr erməni istoriyaqrafiyasının görkəmli nümayəndəsidir.Erməni və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərdən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır.Çamçiyanın”Ermənistan tarixi” bu əsəri, üç cilddən ibarət olaraq 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdup.Məsudi - ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və 346- cı (=957/8)ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən məşhuru ”Müpucüzzəhhəb”adlı kitabdır.Mülkü ələ keçirib öz nəslini tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran mülkü olub, hazırda Köbəçi adlanar. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.

3) Dağlıq Qumuq - Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padişahları olmadığından öz rəislərinə itaət edərdilər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər birbirinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padişahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz min atlı qoşunu var idi. [12 - 13] Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi.


Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara sərhəd boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Baba-Laziqə də Gürcüstan nahiyəsində olub, padişahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək tayfası yaşayır. Onlar bütpərəst dinindədirlər. Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər hamıya qalib gələrdilər Onların ölkəsinin o biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir...Kəşək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) tayfasını isə, Kasaq adlandırırlar.Məhəmməd Rəfi Əbrürrəhim oğlu Şirvaninin öz tarix kitabında qeyd etdiyinə görə də, buruda üç məmləkət vardır: 1) Dəşt; 2) Zirihkəran və 3)Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə ölkələrin ən çətini hesab edilir.

Çamçiyan öz tarixində bu vilayətdə dörd ölkə olduğunu göstərir: 1) Alan ; 2) Baslas ; 3)Haptaq və 4) Hun. Dərbəndnamə müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatına görə, buranı dörd məmləkətə bölmüşdür:1)Gəlbax;2)Tumanşah mülkü; 3)Qaytaq və 4)Dağlıq Qumuq.Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur. Birinci məmləkət - Alan və ya Sulağın o tərəfindəki Qumuq Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur.İkinci məmləkət - Tumanşah mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, Qayqaq ölkəsidir ki, Şamxal və Üsmi mülklərinin aşağı qismini təşkil edir.Üçuncu məmləkət - Dağlıq Qumuq, ya Hun, ya da, Avar ölkəsidir ki, Qaziqumut və Avarıstan mülkünü təşkil etmişdir. Dörduncu məmləkət - Baslas, ya Zirihkəran, ya Sərir, ya da, axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki. Qaytağın yuxarı hissəsindən, Aqquşa və Sürhi mahallarından ibarətdir. Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətləmyusun dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. Bu mülk onların adı ilə adlanmışdır. Rövzətüssəfa3 müəllifinin və başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya Kamarı nəslindəndirlər. Bunlar Yafəsin Bulğar adlı oğlunun adını daşıyan yerdə sakin idilər.

Ehtimala görə, o yer Kiçik Qabardı ölkəsində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, Baxsan, Bizəngi əhalisi və başqaları indi də türk dilində qumuq ləhcəsində danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni Həbibüssiyər və sair kitablar da təsdiq edir.Bu mənbələrin yazdığına görə, Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının kənarında ənam vermiş və Qum boğazında qışlamışdır. Qumari adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da ki,Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə ”həp” - yəni hamı - sözü əlavəsilə ”həptaq”, Üsmi mülkünə də, Keyxosrov və sair Kəyan padişahlarına nisbətilə, ya da böyük və uca mənasına gələn ”key” sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyişilmişdir.

Məhəmməd Rəfi Əbdürrəhim oflu Şirvani – XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aid bəzi əsərləri vardır. ”Risaleyi-Rüstəm öaniyyə” adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmışdır.Bətləmyus(Ptolomey) məşhur Yunan riyaziyyatçısı və astronomlarındandır, II əsrin birinci yarısında anadan olmuşdur. ”Coğrafiya” adlı əsərində Albaniya və Ermənistan Haqqında da məlumat vardır. 3 Şərqdə yetişən ən məşhur tarixçilərindən Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət olan ”Rövsətyssəfa” kitabı, bir hesavla, Şərq tarixinin bir ensiklopediyasıdır”Rövzətüssəfa” müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özü də məşhur tarixçilərdəndir 1475-ci Heratda anadan olmuş və 1535- ci ildə Gücəranda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardanən böyy və ən qiymətlisi ”Həbibyssiyər” adli kitabıdır. Xandəmir ”Həbibüssiyər” də dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri təsvir edir. Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi yeri məlum olmayan Varçan, bunların ən böyük şəhəri olmuşdur.

Simaca kifir, qaniçən, talançı və cəsur olan bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülmlər etmişlər. Bunların padişahı Atilla... müxtəlif tayfaları, hətta Macarıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında gedən çəkişmələr nəticəsində Ğun dövləti dağıldı. Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin yazdığına görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın. Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti yehər altında qızdırıb yeyərdilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisindən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və susuzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər.

Atillanın yanında olan Rum səfirlərindən Prisq belə nağıl edir: Biz onunla orduda görüşdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilində şeirlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əhatə edilmiş və ağacdan qayrılmış bir imarəti var idi. O hər gün səhər çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən şerlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar... Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adından alınmışdır.

Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada yaşayırdılar. Sərmat padişahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII əsrlərdə də bunların dövləti mövcud idi.Bunlarınpadişahlarından Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını laziqi deyə yazırlar.Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır...Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur.

Bunu, Tiflisdə ərəblər tərəfində zərb edilən dirhəmlər də göstərir.Iveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir.Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.Yaqutun yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər.Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur. Alan tayfası xüsusunda bu qədər məlumdur ki. onlar bu olkənin sakinləridir və xüsusi padişahları olmuşdur.Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan ”Azadlar ölkəsi” adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur.

Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasında yerləri tutmuşlar. Onlar cəsarətlə, vəhşi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdu.
Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri
(Davamı var)

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının