Bizi izləməyi unutmayın

HÜSEYN CAVİD

Автор: samsung от 30-05-2016, 17:00
HÜSEYN CAVİD

ŞER MƏFTUNU

Pürhəvəs şerə mübtəla bir qız,
Nura aşiq sevimli bir yıldız.
Kəndi bir şer-pürməlahət ikən,
Şerə bilməm bu incizab nədən?!
Daima gözlərində şer oqunur,
Gəliyor iştə, həm də pək məsrur...
Göydən enmiş mələk kibi pürnur,
Göyə çıqmış bəşər kibi məğrur...
Bu nə fitrət! Nə hali vəcdəfruz?
İştə hər bir ədası taqətsuz.
Nə qədər şairanə bir sima!
Həp gözəlliklər onda cilvənüma...
Bir həzin kölgə var o saçlarda,
Gecə qoynunda bəsləmiş guya.
Nə müəlla bəşər? Nə nazlı mələk!..
Göydən əsla ayırmıyor gözünü,
O bir afət, o bir sevimli çiçək
Ki, öpər pənbə dalğalar yüzünü.
Ona biganədir cahanda kədər,
Daima şux, daima dilbər...
Hüsnü eşq eyləsə təcəssüm əgər,
Böylə bir qız qiyafətində gəzər.

İstanbul

MƏMMƏD ARAZ

Автор: samsung от 26-05-2016, 21:30
MƏMMƏD ARAZ

VƏTƏN MƏNƏ OĞUL DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim --
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
1970

Məni də öyrədibdi baxışla danışmağa

Автор: analoaz от 25-05-2016, 21:00
Məni də öyrədibdi baxışla danışmağa
Şeiriyyətlə öyünür poeziyanın Səması! Gülnar adınızla, Səma təxəllüsünüz ruhunuzun təqdimatçısıdır. Bu isimlər baş-başa olanda sanki poetik ovqat yaradır, şeirə çevrilirsiniz - qaranquş qanadlı... İndiyə kimi səni oxumadığım üçün xəcalət çəkdim. Sən ki ucsuz-bucaqsız göylərin ənginliklərindən qanad çalıb bizə doğru süzüb gələn mələksənmiş – Gülnar adlı, Səma donlu...

Deyirsiz ki, “ruhunuza sağlıq”, “siz yazmaqda cəsarətlisiniz…” Ruhuma sağlığı nəğməli dilinizlə, şeiriyyətinizlə verirsiniz. Haqqınız var! Kitabınla, əslində, sənin özün, ruhun, canın və qanından yoğrulmuş ifadələrinlə, duyğularınla hər gün, hər saat, hər an üz-üzəyəm, amma söz-sözə gəlməyə cəsarət eləmirəm, zəif fikirlər söyləməklə poetik dünyanıza kölgə salacağımdan qorxuram!

Sevənlər yaradır eşq dastanını,
Bu eşqin ən gözəl gülüstanını,
Sevgi də möhtəşəm xanimanını
Səmanın qoynunda qurmaq istəyir...

Allah! Allah! Bu bəndə necə bənd olmayasan?! Elə bu an göylərdən, səmadan gələn “ləzzətli əzab…” - könlümə dolur. Sanki ilham pərisinin səsidir, qələmlə, duyğularla baş-başa qaldığımın şahidinə çevrilir. Deyirəm ki, səmanın qoynunda xaniman qurmaq asan deyil. O qoyunda - cənnətdə nəinki taxt-tac qurmaq, orada qul olmaq da şərəfdi, əgər könlün qapısı açıqdırsa… “Ləzzətli əzab da gözəldi axı” - bunu sən deyirsən.
İlahi səs yenidən könlümə hakim kəsilir:
- Səma bənim…
Dilim-dodağım təpiyir. Birtəhər dillənirəm ki, kimsə duymasın, eşitməsin söylədiklərimi:
- Onun qoynunda taxt-tacı Sən qurmusan. Bəs mən harda qurum - necə qul olum?
- Gərək göyün yeddinci qatından yıxılmaqdan qorxmayasan...
- Qorxmuram. Dağlardan qopub gəlmişəm.
- Dağım çəkilməz, çəkilməz...

Dağ boyda dərdim dilimdən üzüldü - misralara düzüldü: “Əlim yetmir sürtəm üzüm, Xınasına o dağların. Qurban ola bilərəmmi, Sonasına o dağların?!” Könlümün göylərini duman aldı, çən aldı. Dağlardan ötrü çəkdiyim həsrət alova dönüb özümü yandırdı, tüstüm başımdan çıxmadı, gözlərimə dolub yaşartdı. Səsin idi, yoxsa nəfəsin, bilmədim, amma sən idin deyirdin:

Sən mənim könlümə səmadan endin,
Ülvi məhəbbətin yaşadır məni...
İtirdim dünyanın nemətlərini,
Onun əvəzində mən tapdım səni.

Gör necə tapıbdı səma gözəli istədiyini? Orada ancaq ruhu, canı, duyğuları saflar qərar tuta bilər. Bu saflıqdan könlümüzə, gözümüzə nur paylayır, şair xanım...

Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına çox tez tanıtdırır və oxudur. Son illərin ədəbi aləmində çeşid-çeşid kitablar buraxılır ki, bu, ilk baxışdan təqdir olunasıdır. Çünki illərlə xalqımızın istedadlıları senzuraların paslı qıfılı altında saxlanılıb. Amma o da var ki, həmin “bolluğun” içərisində Baş Sözün yanında boş sözlər də az olmayıb. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsər”lərin “müəllif”ləri xalqımızın Söz salnaməsini yaratmaq və qorumaq məsuliyyətində və qabiliyyətində deyillər. Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların payına və qismətinə düşüb. Bu, əlbəttə, şərəfli missiyadır... Bu cür söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlara yazılıblar, klassikləşiblər. Onlara qısaca belə ad vermək olar: ədəbi söz mülkünün sahibləri.

Bu fikirlərimin də ünvanı söz adamıdır. Həm də elə söz adamı ki, qələmində ifadələr inci kimi düzülən, bulaq suyutək süzülən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və hərdən də dağ-daşı vahiməyə salan şimşəyə, coşqun çaya bənzəyir. Sizə elə gəlməsin ki, şairlər yalnız dərdlərini çözələmək üçün könlünü sözə verir, qətiyyən! Məhəbbət onun da lirikasının baş qəhrəmanıdır: “Səma məhəbbəti ən ülvi hissdir, Sevgisiz səma da dumandır, sisdir. İstərsən könlümü özündən küsdür, Bu sevgi qəlbimi tərk etməyəcək”.

Maraqlıdır ki, Gülnar Səmanın yaradıcılığında yalnız aşıq ədəbiyyatı nümunələrinə deyil, həm də və nə yaxşı ki, poeziyanın əksər janrlarında qələmə alınan şeirlərə rast gəlirik. O, əruz, heca və sərbəst vəznlərdə özünü sınağa çəkmir, sadəcə, duyğularını cilalayır, fikrini lirik ricətlərlə çatdırır:

Ürəyimin incə teli qırıldı,
Qəlb evimdə eşq varağım cırıldı.
Vuran könlüm eşq oxuyla vuruldu,
Onsuz da sevdadan təmənnam yoxdu.

Sözün də, təbiət kimi, rəngləri var: al-qırmızı, sarı, yaşıl, lap anamın yuxusuz gecələrində yorğun qolları, döyənəkləmiş barmaqları ilə toxuduğu xalı-xalçalarda, gəbələrdəki kimi... Təbiətin rəngləri ilə köksümüzü hördüyümüz illərdə heç onların əlvanlığını o qədər dərk eləməmişik. Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çulğayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucularla bölməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğanmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.

Söz adamlarının qəlbini çağlayan, qaynayan bulağa - çeşməyə bənzədənlər səhv etməyiblər. Bulaq suyu yerin təkindən necə süzülərək saflaşıb çıxırsa, Söz də, əsl və kamil ifadə də beləcə doğulur, müəllifinin ürəyinin cövhərindən, qəlbinin nurundan, duyğularının süzgəcindən qaynayıb-daşır. Deyirlər ki, Söz insan ömrünün məlhəmi olduğu kimi, həm də onun qənimidir. Qələm və Söz adamlarının ürəklərinin etibarsızlığı - sahibini yarımənzil qoyması da buradan qınağa gəlir. Ədəbi mühit, adətən, mədəniyyət mərkəzlərində formalaşsa da, unutmaq olmaz ki, bölgələrimizdə yaranan söz sərvəti əsl bulaq suyu, dağ havasıdır...

Budur həmin gənc qələm sahiblərindən birinin – şairlər yurdu Qazax mahalının əsrarəngiz təbiətli, gözəllər məskəni, aşıqlar yurdu kimi tanınan Tovuz bölgəsində boya-başa çatan Gülnar Səmanın içindəki söhbətləri dinləyirəm. O danışmır, ruhu poetik dillə bizə bir şair gözəlin könül çırpıntılarını pıçıldayır.

Şair Dəmir Gədəbəylinin təbirincə desək, Gülnarın Vətən və Torpaqla bağlı şeirlərində də, məhəbbət dolu lirika var: “Bir adına min bir tərif yazılmış, Səfalı, tərifli məkandı Tovuz. Köksündə min şəfa bulağı qaynar, Hər otu dərmandı, loğmandı Tovuz”. Bu şair xanım “İçimdəki söhbətlər”ə qonaq olan oxucularına müxtəlif janrlı poeziya nümunələrindən bir çələng hörür:

Harda, nə vaxt, necə
itirdim səni
yada sala bilmirəm.
Mən sənsiz olsam belə,
sən mənsiz məhv olarsan,
hərraclıq da deyilsən,
satın ala bilmirəm.
Mən sənə “Sən” deyirəm,
axı, sən ki özümsən.
Mən bacara bilməsəm,
məni əvəz eyləyən
sən yeganə dözümsən.
Səninlə vuruşuram,
amma bütün zərbələr
bir hədəfə dəyir ki,
o da məndə qurtarır.
Mənlə ruhum ayrılıb,
hərə öz sürüsünü
düşüncə otlağımda
bildiyitək otarır.
Bəs sən kimsən,
mən kiməm?!
Məni şəfasız qoyan,
səni mənə yetirən
çarəsiz bir həkiməm.
Vurulan da, vuran da
mənə tuşlanıb nədən?!
Özgələri kəşf edib,
mən özümü itirdim
heç özüm də bilmədən.

Bayatı kimi, fikri dörd misrada (bir bənddə) ifadə eləmək şairlərin qüdrətinə sığınır. Gülnar Səmanın da poetik ovqata köklənəndə yeddiliklərdən bəhrələnməsi onun ədəbi janrlara bələdçiliyindəndir. Maraqlı cəhətlərdən biri də odur ki, gənc qələm sahibinin yaradıcılığında səmaya bağlılıq, ənginliklərdə pərvazlıq diqqəti daha tez çəkir: “Əbədilik verdilər, Səmada şəhidlərə. Baş əyərək söyləyir Səma da şəhidlərə”.
Poeziyanın Səması haqqında özündən yaxşı heç nə deyə bilməyəcəyimi anlayıb, fikrimə şairin elə bu ad ilə yazdığı bir gəraylısı ilə nöqtə qoymaq məcburiyyətindəyəm, əlbəttə, köksündə qaynayan Söz bulağının daim çağlayacağına, ruhumuza, duyğularımıza dağ havası, saz havası ilə sığal çəkəcəyinə əminliklə:

Sevgi donunu geyinir,
Qəlbi ilhamla döyünür.
Şeiriyyətlə öyünür
Poeziyanın Səması.

Məhəmməd Nərimanoğlu

Işğal altında qalan şair məzarı

Автор: analoaz от 24-05-2016, 21:00
Işğal altında qalan şair məzarı
Yeniyetməlik çağlarımdan yaddaşımda ilişib qalmış bir imza var. Ənvər Rza. Xatırlayıram, 1991-ci ildə şair Məmməd Aslan adaşı Məmməd İsmayılın nəşr etdirdiyi “Gənclik” jurnalında onun haqqında “Quzeydə qar sulandı” adlı nisgilli bir yazı yazmışdı. Onda artıq Ənvər Rza dörd il idi ki, fani dünyadan köçünü sürüb getmişdi.

O, Kəlbəcərdə doğulmuşdu. Beynimdə bir topa ağlı-qaralı fikirlər dolaşır. Cəmi 48 il ömür yaşamış bir söz adamının məzarı da Kəlbəcərdə qaldı. İndi onun məzarına əlimiz çatmır, ünümüz yetmir. Amma şeirləri əlimizin altındadır. Bir də Məmməd Aslanın dost itkisindən doğan ağrıyla yazdığı o yazı... Həmin yazıdan bəlli olur ki, Ənvər Rza olduqca həyatsevər, emosiyalı, kövrək bir adam imiş.

Ənvər Rza 1939-cu il martın 3-də Azərbaycanın Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. Sonralar həmin institutda müəllim, baş müəllim, kafedra müdiri, dosent vəzifələrində işləyib. Ömrünün sonunacan həmin institutda çalışıb. Şekspir, Bayron yaradıcılığından tərcümələr edib. 1987-ci ildə dünyasını dəyişib.

Məmməd Aslanın “Quzeydə qar sulandı” yazısından:

“Yazıçı” nəşriyyatına heç olmazsa, on gündə bir gələrdi. İş yoldaşlarım onun ürəkdən söhbətinə, kəndçi şirinliyini saxlayan danışığına möhkəmcə alışmışdılar. Təbrizli qardaşlarımızdan Məmmədəli Müciri və Əyyub Həmidi o, gəlməyəndə məndən çox narahat olurdular. O dəfə xeyli vardı başı ötmürdü. Bir də gördüm Məmmədəli bəy Ənvərin öz misrası ilə intizarını bildirir:

Təbrizin yolunda həsrət kişnədi...

Sonra da Əyyub kişi özünəməxsus bir ustalıqla söhbətə qoşuldu:

- Bu kişnərtini dayandıracaq adam niyə gəlmir axı?

Artıq zəng çalası oldum. Kimsə cavab vermədi. Beş-on dəqiqə keçməmişdi, Ənvər qapıdan girdi. Qapıdan girincə zarafata başlayan, şirinliyi ilə ovqatları bir andaca qanadlandıran Ənvər yoxa çəkilmişdi. Mənimlə görüşməmiş Təbriz həsrətlilərinin hüzuruna getdi. Salam-səfadan sonra kövrəlmiş bir səslə: - Qəlbinizə dəyən bir kəlməm olubsa, bağışlayın məni... Axırıncı görüşümüzdü... – dedi. Sonra mənim yanıma gəldi. Əl verməyi unutmuşdu. Fərqinə varmadım.

- Gedək, Sabir Rüstəmxanlı ilə də halallaşım...

Aşağı düşdük. Sabirlə birlikdə onu yola salırdıq. Dolmuşdum, amma yanında ağlamaq istəmirdim.

...Səhərisi Sabirlə birlikdə Ənvərgilə getdik. Bir gün sonra onu Moskvaya, müalicəyə aparacaqdılar.

...Həmin gün bizə qədər Xarici Dillər İnstitutuna gedib dərs dediyi bütün qrupları bir auditoriyaya yığıb, eynən nəşriyyatda elədiyi kimi, hamıyla halal-hümmət eləmiş və bir ömrün axırıncı monoloqunu söyləmişdi.

...Təzəcə oturmuşduq. Narahat-narahat üzümə baxdı:

- Məmməd, çantanda diktofon varmı?

- Var.

- Sən canın, qur, ağlıma gələn bir-iki şeirimi deyim. Bilirəm, səsim yadına düşəcək...

- Ənvər, özünü ələ al.

- Neynirəm ki? Qur, sən canın, qur.

Ölümlə əlləşən üzgün şeirlərini oxuyurdu”.

Sonra Ənvər Rza əlindəki içi dolu qovluğu Məmməd Aslana verib və deyib:

- Bundan başqa bu yazıqlara (ailəsini nəzərdə tutur) heç nə qoyub getmirəm. Nəşr etsəniz, yenə bir-iki ay güzəranları babat keçər.

“ – Ənvər...

Dillənən Sabir idi. Amma təsəlliyə söz tapmadı. Ölümün astanasına üz tutub irəliləyən dostumuz sanki içində şüşə çiliklənə-çiliklənə qulağımızda qalacaq sonuncu söhbətini çözələyirdi:

- Bu, bir qorxaqlıqdan irəli gəlmir. Dədə-babadan üzübəri bu cür nisgilli tale yaşamışıq. Atamız bizi yetim qoyub getdi. Mən də bu çolun-cocuğu... Özü də gündəlik ruzi qazandım onlara, ayrı heç nə artıra bilmədim... Eləcə qursaqlarını halallığa öyrətdim...

Bir ay sonra Ənvərin o boyda zəngin və işıqlı dünyası Moskvadan bir tabuta sığışıb Vətən torpağına qayıdırdı”.

Son vaxtlar Kəlbəcərə tez-tez gedirmiş. Anası ümidsiz xəstə olduğundan yarı canı ordaydı. Deyirmiş ki, Ənvərin çiynində qəbirə gedim. Amma taleyin işinə bax ki, əcəl oğulu anadan əvvəl alıb apardı. Anasını itirmək qorxusuyla yaşayan şair yazırdı:

Quzeydə qar sulandı,
Ürəyim qarsılandı.
Yaz gəlməyib, yalandı –
Anamsız da yaz olar?!

Ənvər Rzanın poeziyasının kökü bayatıdan, qoşmadan su içmişdi. Özü də bayatılar yazırmış. O nümunələri Sarı Aşığın bayatılarından seçmək olmur:

Acarı,
Kirpiyin-bəxt açarı,
Dodağın-ballı pətək,
Dodaqlarım-ac arı...

Və yaxud:

Yastığında,
Xəncərin yastı qında.
Xəyalıma yer elə,
Uyusun yastığında.

Bugünkü müasir şeirimizin ulu babası olan bayatılara indi çox adam barmaqarası baxır. Amma yuxarıda örnək gətirdiyim iki bayatı XX əsrin bayatılarıdır və kim deyə bilər ki, bu bayatılar köhnədi?!

Havalar tutqun, çiskinli olanda canım ağrıyır. İndi qafiyə ilə işləyən beynimə dinclik vermək üçün məqam axtarıram. Rahatlıq vaksini tapa bilmirəm. Düşünürəm ki, bəlkə elə Ənvər Rzanın bayatılarını, gəraylılarını oxuyum? Buludların üstündən yunan allahları kimi məni seyr edən şairin nüfuzedici baxışları altında ətrafdan, məni əhatə edən aləmdən ayrılıram.

Səni görüb dayanmışam nitqi lal,
Süzgün baxma, kirpiyini yavaş çal.
Gözlərinin qarşısında, ay maral,
Təkcə mən yox, hər kim olsa, baş əyər,
Elə baxma, gözlərinə göz dəyər.

Dikilibdir təkcə sənə gözlərim,
Sanki baxır aya, günə gözlərim,
Vurulubdur gözlərinə gözlərim.
Məhəbbətin ilk sözünü göz deyər,
Elə baxma, gözlərinə göz dəyər.

Beynimdə bir topa göyqurşağı kimi rəngarəng fikir icazəsiz-filansız, elə qoşmanı pıçıldadığım sürətlə fırlanmağa başladı. Bəlkə elə rahatlıq bu imiş...

Amma şairin baxışlarından inciklik, giley, nisgil süzülür. Məzarı erməni tapdağında qalan şairin sözü insana rahatlıq gətirsə də ruhu narahatdı... Çünki biz Kəlbəcərə gedə bilmirik... Özü də sanki qarşıdan gələn bəlanı sezmişdi:

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda
Vəfasını yoxlamağa gəlmişəm.

...Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm...

Biz çox vəfasızıq, şair... Məzarını qoruya bilmədik...

Yurddan-yurda köçmək mənim peşəmdir,
Belə qəfil hara köçdü gəncliyim?
Ötən günün, ötən çağın boyuna
Həsrətimdən paltar biçdi gəncliyim.

Gah tutuldum, gah açıldım göy kimi.
Səyyah xəyal o dağların peykimi?
Gözəllərin gözlərindən mey kimi
Təşnələnib sevgi içdi gəncliyim.

Ürəyimə məlhəm anlar, dost anlar...
Dost sözünü dost eşidər, dost anlar.
Ay nağıllar, bayatılar, dastanlar,
Pir deyibən sizi seçdi gəncliyim.

Yorğunluğu tanımayan, danan mən,
Zirvələrə qartal kimi qonan mən.
Uşaq idim bu dağlarda dünən mən,
Haçan gəldi, haçan keçdi gəncliyim?!

Dik yoxuşlar sərt inadım, təkidim,
Mən o zaman yalqız idim, tək idim.
Üç oğlum var-üç tərlanım, igidim.
Könül, sevin-indi üçdü gəncliyim.

Hüseyn Arifin lətifələri

Автор: samsung от 24-05-2016, 17:30
Hüseyn Arifin lətifələri





Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

***

- Bir gün Hüseynin qapısı döyülür. Dayısı çiynində xurcun içəri girir. Hüseyn görür ki, xurcunun hər gözündən bir hinduşka boynunu uzadıb ona baxır. Burnuna kabab iyi gəlir. İçəri keçirlər. Xoş-beşdən, çay-çörəkdən sonra Hüseynin dayısı (onu da deyim ki, Hüseyn özündən böyük kişi qohumlarının hamısına dayı deyirdi) yerini rahatlayıb, elə bil şad xəbər verir:

- A bacı oğlu, bizim meşəbəyi də allah rəhmətinə getdi.

- Bıy, ay dayı, o ki, yaxşı kişiydi, nədən öldü?

- Araxdan öldü, a bala araxdan. Qarayazı meşəsinin yarısını satıb yedi. Qarabulaqların üstündə kababdan vurdu, araxdan içdi.

- Hayıf, cavan idi.

- Yox, hayıfslanma, vaxtında öldü, a bala, o ölməsəydi, mənə yer açılmazdı.

- Yoxsa, onun yerinə keçmək istəyirsən?

- Niyə istəmirəm, kimdən əksiyəm? Müharibə əlili, müharibə iştirakçısı. Kerçdə olmuşam, Mozdokda döyüşmüşəm. Faşistləri yuvasından qovmuşam. Məndən yaxşı kimi tapacaqsınız?

Hüseyn azacıq fikrə gedir.

- İndi məndən nə istəyirsən, ay dayı?

- Heç nə. Raykoma bircə dəfə dil bulasan, hər şey düzələr.

Elə bil bu vaxt hinduşkalar xurcundan dillənib kişinin səsinə səs veriblər.

Hüseyn razılaşır, rayona gəlir, dayısı ilə birlikdə katibin yanına gedir. Kişi gözləmə otağında gözləyir, Hüseyn içəri girir. Katib onun ayağına durur, qucalaşıb öpüşürlər.

- Şair, nə var, nə yox, çoxdandı görünmürsən, nə əcəb səndən?

- İşim düşüb.

- Buyur.

- Dayım meşəbəyi olmaq istəyir.

- Olmaq istəyir, təyin edərik, burda çətin nə var ki?

- Müharibə əlili, müharibə iştirakçısıdır.

- Lap əla.

- Amma vicdanım təmiz olmaq üçün hər şeyi deməliyəm. Savadsızdı. Güclə qol çəkir. Oraya ali təhsilli adam lazımdı.

Katib tutulsa da, özünü şən göstərməyə çalışır.

- Sənin xatirinə buna göz yumuruq. Sonra nə var?

- Sonrası da odur ki, oğrudu. Əvvəlki meşəbəyi meyvənin yarısını yedi, bu isə kökünə balta çalacaq. Gözünü açanda görəcəksən ki, meşədə quruca kötüklər qalıb.

- Hə, bu bir az çətin oldu. Başqa nə xasiyyəti var?

- Yaman röşvətxordur.

Katib tamam məyuslaşır.

- Şair, bəs onda niyə zəhmət çəkib gəlibsən?

- Özüm gəlməmişəm. Dayımın hinduşkaları gətirib.

Katib hər şeyi başa düşür. Görüb-götürmüş adamdı.
- Dayın hardadı?

- Qapının ağzında.

- Yaxşı, sən get, mən özüm kişini başa salaram.

Hüseyn qapıdan çıxanda dayısı sevinmiş ayağa qalxır.

- A bala, düzəldimi?

- Düzəldi. Sənin haqqında nə lazım idi, hamısını dedim, keç içəri.

Katib onu soyuq qarşılayır.

- Kişi, səni işə götürə bilmərəm.

- Bə, həncəri, Hüseyn mənim haqqımda bir şey demədi?

- Dedi. Hər şeyi dedi.

Kişi suyu süzülə-süzülə bayıra çıxır ki, dişinin dibindən çıxanı bacısı oğluna desin. Amma Hüseyn çoxdan getmişdi.

***

Erməni şairlərindən birinin yubileyi idi. Aktyor evinə toplaşmışdıq. Mən, Əlağa Kürçaylı və Hüseyn Arif rəyasət heyətində, arxa tərəfdə oturmuşduq. Hərdənbir zarafatlaşırdıq. Birdən Mirzə İbrahimova söz verdilər. Hüseyn qaşaqabağını turşutdu:

- Buna niyə söz verdilər? Yenə standart, şablon, duzsuz sözlər danışacaq, ətimizi tökəcək.

Bu sözləri Mirzə müəllimin eşidib – eşitmədiyini bilmədim. O, sakitcə kürsüyə qalxdı. Çıxışını belə başladı:

-Yubilyarın “Tənək” adlı bir şeiri var. Baxın, görün bu şeiri xalqımızın ən lirik, ən istedadlı, təpədən dırnağa poeziya olan şairi Hüseyn Arif nə gözəl tərcümə etmişdir.

Hüseyn şeiri dinləmədən, qəti bir hərəkətlə geri döndü.

- İsmayıl, səhərdən deyirəm inanmırsınız, vallah, kişinin ağzından dürr tökülür, əvəzsiz adamdı.

***

Bir gün Nüsrət Kəsəmənli Hüseyn Arifi Ağstafada evlərinə qonaq aparır. Sazlı- söhbətli, xudmani bir məclis düzəlir. Nüsrətin atası əsgərlikdən yenicə qayıdan və şeir aləmində təzəcə səsini ucaldan oğlunu dönə-dönə şairə tapşırır ki, gözü üstündə olsun. Xeyli yeyib–içəndən sonra Hüseyn ayağa durur. Nüsrət də onunla bərabər ayağa qalxır ki, qonağı yola salsın. Qapının ağzında Hüseynin gözü Nüsrətin divardan asılmış əsgərlik şəklinə sataşır. Ayaq saxlayıb diqqətlə baxır. Gözləri dolur.

-A Yusif qağa, bu Nüsrətdirmi?

- Hə.

- Allah Hitlerin evini yıxsın. Gül kimi uşaqlarımızı aparıb qırğına verdi. Fikir eləmə, başı əlində olsa, sorağı çıxar. Allah səbr versin...

***

Hüseyn Arif bir gün kəndə gedir. Qohumlarından biri (şübhəsiz dayılarından biri) onu qonaq çağırır. Yaxşı xəngəl bişirirlər, yanında da cücə qızartması, böyründə də zoğal arağı. Yeyilib-içilir, sağlıqlar deyilir, keflər düzəlir. Süfrə yığılır.
Çay içəndən sonra gəbə döşənmiş yerdə mütəkkəyə dirsəklənib, döşəkçə üstündə uzanırlar. Hüseyn isə bardaş qurub sazı dizinin üstünə alır. Asta-asta dınqıldadıb gah “Baş sarıtel”, gah da “Dilqəm” dən çalır. Dayısı görür ki, şairin kefi kökdür, söz açmaq olar.

- A bala, a Hüseyn, bizim uşaq bu il onunucunu qurtarır, neyləyək?

- Hara girmək istəyir?

- Universitetə.

- O mənim boynuma, fikir eləmə. Yaz başı gələrsən, danışarıq.
Kişi rahatlanır. Qar götürülüb, çölllər yaşıllaşana və ağaclar çiçəkləyənə qədər gözləyir. Göllərin ətri havaya hopan vaxt ayından-oyundan da götürüb Bakıya, bacısı oğlunun yanına gəlir. Şair onu gülərüzlə qarşılayır. Kişini heç oturmağa qoymur.

- Dur gedək, Dağüstü parka. “Drujba” restoranında bir az boğazımızı yaşlayaq. Elə orda da hər şeyi danışaq. Gedirlər. Yemək-içmək sifariş verirlər. Elə yenicə “bismillah” demək istəyirlər ki, qonşu stoldakılar badələri qaldırıb Hüseyni salamlayırlar. Hüseyn ayağa durur.

- Dayı, elə yaxşı oldu. Universitetin müəllimləridir.

- Yaxşı, get bala, gözləyirəm.

Ürəyində də fikirləşir ki, atalar yaxşı deyib: “Xəstə sağalası olsa, təbib qənşər gələr”.

Kişi gözləyir, Hüseyn də deyib-içənlərə qoşulur. Bir saat, sonra yarım saat da keçir, şair qayıtmır. Dayı uşağın xətrinə dözür. Kişi görür ki, bacısı oğlu da onlara qoşulub gedir. Çağırmağa məcbur olur.

- Ayə, ay Hüseyn, ay Hüseyn!

Şair adını eşidib dayanır. Dönüb səs gələn tərəfə gedir. Diqqətlə kişinin üzünə baxır.

- A bala, səhərdən səni gözləmirəmmi, məni burda qoyub hara gedirsən?

Birdən Hüseyn kişinin boynunu qucaqlayır:

- Bıy, xoş gördük, ay dayı, nə var, nə yox, havaxt gəlibsən?
Ardı var...

Ağamalı Sadiq

Автор: salamsalam от 19-05-2016, 16:30
Ağamalı Sadiq

Azaflı Mikayıla

Qopuz versən boy boylayar, soy söylər,
Külüng versən dağ-daş sökər Azaflı.
"Cəngi" üstə Koroğlu tək hayqırar,
"Dilqəm" üstə qan-yaş tökər Azaflı.

Əsirgəməz dost yolunda- can verər,
Haqq əyilsə, yaraları qan verər.
Mehman gəlsə,hatəm kimi nan verər,
Dərdi olsa təkcə çəkər Azaflı.

DAĞLAR

Yenə könlüm sizi yaman arzular,
Ayrılıqdan çəkdim aman, a dağlar
Saz da yoxdu çalam dərdim dağılsın
Həmdəm olmur mənə kaman, a dağlar.

"dilqəm" üstə sükutları pozaydım,
Soyadımı budaqlara yazaydım,
Çən gələydi , Çınqıllıda azaydım,
Bürüyəydi məni duman, a dağlar.

Qarağatı salxım-salxım dərəndə,
Əvəliyi dəstə-dəstə hörəndə,
Kol dibində körpə bulaq görəndə,
Döyünər qəlbimdə ümman, a dağlar.

Sadiq Qurban bəyaz-qulac qollara,
Zülf dağılıb, dodaq batıb ballara,
Həsrət-həsrət boylanırmı yollara,
O ay qabaq, qaşı kaman, a dağlar.

Eldar Nəsibli Sibirel - 18 may 1952 doğum günün mübarək şair

Автор: salamsalam от 18-05-2016, 12:00
Eldar Nəsibli Sibirel - 18 may 1952 doğum günün mübarək şair

Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideyinləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

9 yaşlarından yaradıcılığa başlayıb.

Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir. Həmin şeirlər M.Həmzəyev tərəfindən Litvada cap olunmuşdur. E.Nəsibli uzun müddət "Elm və həyat" jurnalında məsul katib vəzifəsində çalışıb. "Mərhəmət" jurnalının baş redaktoru olmuş və "Azərbaycan" qəzetində bölgə müxbiri vəzifəsini yerinə yetirmişdir. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib.

Postsovet məkanında E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini Azərbaycan dilinə çevirib. Xalq şairlərindən Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər. Bir cox şerinə musiqi bəstələnmişdir.

Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.

ŞAİR HAQQ YOLUNDA....

Ey medal ölüsü, təltif ölüsü,
Ey şöhrət ölüsü, tərif ölüsü,
Misranı beynimə mismarlama gəl.
Bu gün dilin üstə can verən sözü
Əl altdan sabaha ismarlama, gəl.

Səsin öz başına düşməsin, qağa?
Köksün öz qəlbinə genmi, darmı-gör.
Sabah bu vətəndə dəfn olunmağa
Qəbrinə bir qarış torpaq varmı? gör.

Aldığın təltifi köksünə sıxıb,
Yamanca ayırdın özünü xalqdan.
Sənətə bir qazanc yeri tək baxıb,
Haqqı taptalayıb, danışdın haqqdan.

Mədənə bağlandı qəlbin, ürəyin
Səsin qəlbindən yox, qarnından gəlir.
Unutma bu xalqın duzu, çörəyi
Getməz, belə getməz burnundan gələr.

De, şairlik hara, məddahlıq hara?!
Kimdən bu xislətə inam dilərsən.
Şair xalq yolunda çəkilər dara.
Sənsə xalqı satıb, hökmüdarından
Mükafat dilərsən, ənam dilərsən.

Gedər bu var-dövlət, ürəyin bir vaxt
Səni öz içindən haraylar, səni......
Adam tək ağ günə çıxartdı, ancaq
Şair tək öldürdü saraylar səni.

Ey məddah, ey yaltaq, çəkil kənara.
Haqqın şairinin qoy səsi gəlsin.
Ölü ilhamını get, göm məzara
Bahar ilhamların nəfəsi gəlsin.
Şair öz xalqının olar içində
Şair öz xalqının ölər içində.
28.01.1999.


Dərviş Osman

Автор: analoaz от 16-05-2016, 14:00
Dərviş Osman
Mən şair Osmanı – Osman Əhmədoğlunu tanıyanda 9- cu sinifdə oxuyurdum. Onda şeirlərə və ümumən şeir yazanlara çox qiymət qoyulur, çox dəyər verilirdi. Mən adını eşidim, üzünü görmədiyim, sadəcə şeirlərini qəzetlərdən- əsasən də Gürcüstanda çap olunan mətbuatdan oxuduğum şairlərin hamısını çox istəyirdim. Özüm də əzbərdən şeir söyləməyi çox sevərdim. Nədənsə Osman müəllimin şeirlərini o vaxtkı “ Sovet Gürcüstanı “qəzetində daha çox oxuyardım, əzbərimdə daha çox qalardı onun şeirləri. Bir az da yaşım artdıqca şeirə marağım da artmağa başladı. O vaxtlar şair Osmanın bir “ Borçalı “ şeiri varıydı. Qoşma üstündə yazılan həmin şeir orta məktəb illərinin ən doğma, ən əziz və ən sevimli yadigarı olub mənim yaddaşımın. Və mənim səmtimin, yönümün müəyənləşməsində əvəzsiz rol oynayıb. Bəlkə 30- ildən və bəlkə bir az da artıq olar ki, bir gün də olmayıb mən o şeiri əzbər söyləməyim:

İzin ver başına dolanıb sənin,
Ümman qucağında üzüm, Borçalı.
Hər obanı bir bənd bilib şeirimə ,
Oymaqlardan misra düzüm Borçalı.

Həm tarixim, həm keçmişim, əzəlim,
Gəraylım, təcnisim, qoşmam, qəzəlim,
İgidim, ərənim, öz obam, elim,
Ən şirin söhbətim, sözüm Borçalı.

Təəllüdümdə sən, yaşım da sənsən,
Baharın da sənsən, qışımda da sənsən.
Göylərə ucalan başım da sənsən,
Duyan qəlbim, görən gözüm Borçalı.

Dağların atamdır, düzlərin anam,
Lilparlı bulaqlar gül üzlü sonam.
Mən sənin eşqinlə alışam yanam,
Adına “ Vətənim “ yazım, Borçalı.

Qoy aləm hüsnünə yetirsin nəzər,
Hər sözün- söhbətin nəğməyə bənzər,
Sinəndə ustadlar barmağı gəzər,
Babamdan yadigar sazım, Borçalı.

Könlüm, öz yurdundu, qürur ilə gəz,
Al qələm əlinə, dastanını yaz,
Osmanam, heç tufan qopara bilməz,
Bitmişəm sinəndə özüm, Borçalı.

Sonralar onun çox şeirini, çox məqaləsini oxudum. Və hamısı da mənə bir- birindən xoş gələrdi. Təkcə bunlar yox, onun özündən də çox öyrənməyə çalışmışam ömrüm boyu. Özünü daha yaxından tanıdıqca onun necə bir insan olduğunu daha çox anlamağa başladım.
Özündən danışmaz, öz şeirlərini və kitablarını təbliğ etməyə çalışmaz Osman Əhmədoğlu. Onu nə qədər öyrənməyə çalışmışam, elə el yolunda, millət və xalq yolunda canını fəda eyləyən görmüşəm.

Borçalıyı canından artıq sevən bu insan bütün ömrünü və həyatını bu yurda həsr eləyib. Bu torpağın sazını, sözünü və insanlarını tanımağa çalışıb. Rəhmətlik Xalq şairi Hüseyn Arifin və mərhum aşıq Aydın Çoban oğlunun məsləhəti və köməyi ilə Gürcüstan Aşıqlar Birliyi yaratmış və onu layiqincə yaşatmışdır. Şair Osman Sarıvəllinin, Xındı Məmmədin, şair Ağacanın ,aşıq Əmrahın, Hüseyn Saraclının, aşıq Kamandarın, Alxan Qarayazılının, Quşçu İbrahimin, aşıq Göycənin, aşıq Əmirin və başqalarının dönə- dönə tədbirlərini keşirib. Yubielylərinin təşkilatçısı və aparıcısı olub.
Zəmanəmizin ən böyük aşıqlarından olan Kamandar onun şeirlərinin saz üstündə, öz bəstəsində el məclislərinin mötəbər insanlarına oxuyub. Eləcə də ustad aşıq Əmrah və digərləri çox oxuyub onun qoşmalarını, gəraylılarını. Ən xoşuma gələni isə aşıqların oxuduğu “ Atam- anam “ şeiridir:

Qonaq qardaş, xoş gəlibsən bu yurda,
Dayanma, yaxına gəl, atam- anam.
At bir yana utanmağın daşını,
Sən də bizə qarış, gül, atam- anam.

Gəncə bizim, Təbriz bizim, Kür bizim,
Sevincimiz şəlalədən gur bizim.
İnan, Billah ! Bu gün- sabah sur bizim,
Gəl məndən müjdəni al, atam- anam.

Ay Osman, Təbriz de, titrət bədəni,
Kəs qəlbini o göynədən zədəni.
Vətəni, milləti satan gədəni,
Qılınc ol, yarıya böl, atam –anam.

Hələ neçə il bundan qabaq İncə dərəsində Hacımahmud əfəndinin dəfn olunduğu ziyarətgah olan Göy türbə çox gözəl təmir olunub. Bizim tərəflərdə İncə dərəsində onu bu gün də söyləyir gözü ilə görənlər, şahidi olanlar. Deyirlər ki, o vaxtkı çətin illərdə olan qadağalara baxmayaraq bu müqəddəs məkanı təmir elətdirən kişi Borçalıdan olan Dəmirçi Əhməddir. Sən demə həmin Dəmirçi Əhməd şair Osman Əhmədoğlunun atasıymış. Dəmirçi Əhməd övliya babamız Cındır Osmanın oğluymyuş. Həmin Osman babamız öz ömrünü Hacı Mahmud əfəndinin Həzrəti – pirimiz olan Mir Həmzə Seyid Nigari həzrətlərinin ən sədaqətli müridi olub. Yeri gəlmişkən Xalq şairimiz Nəriman Həsənzadənin yazmış olduğu “ Seyid Nigari Türbəsi “ adlı məşhur poemasının bütöv bir fəsli həmən Cındır Osmana həsr olunub:

...Keçdin rusun,
Osmanlının gömrüyünü.
Sən bağladın Cındır Osman,
Zaman açdı
Bu düyünü.
Qazaxda Mahmud Əfəndi
Eşitdi, güldü, bəyəndi,
Səndən ötrü qəhərləndi.

Həqiqətən Osman baba xeyirxahlığın və halallığın mücəssəməsiymiş. Dədələrdən gələn haqq yolunun yolçusu olub şair Osmanın ata- baba ocağı. Görünür Xalq şairimiz “ əslində olan dırnağında bilinər” kəlamına da nəzər yetirib. Ustad həmin poemada tanıdığı Osman Əhmədoğlunu unutmayıb. Onun da dəyərini öz qüdrətli qələmiylə verib.
Həmin poemanı yenə v – ci hissəsində oxuyuruq:

Osman qağa, görüşdüm mən
Şair nəvən
Osman ilə.
Bir qibləyə namaz qılır,
Gördüm bu can o
can ilə.
Qızılı yox, gördüm qızıl
sözləri var.
Səndən, məndən
xəbəri var.
Sinəsində açılmamış
dəftəri var.
... Mən görmüşəm,
dövran keçir,
bir an gəlir,
O yoldan ki Osman keçib,
sonra yenə
Osman gəlir

Mən Nəriman Həsənzadə böyüklüyünü və ucalığını bu əsərində bir də gördüm. Və ona Osman Əhmədoğluna bu əvəzsiz misraları yazdığına görə bir də təşəkkür edirəm.

Mən Osman Əhmədoğluna da minnətdaram ona görə ki, hələ mən məktəbdə oxuduğum illərdə hər məni görəndə deyərdi: -Mənim babam Hacımahmud Əfəndiyə 55 il qulluq edib. Mən də hər İncə dərəsinə gedəndə nənəm Cahana deyərdim ki, Borçalıda bizim elə vurğun bir şair var, o şair ki, sanki bütöv ömrünü o zuyarətgaha səcdə eləmiş Cındır Osmanın nəvəsidir.Mən nənəmnən hələ uşaqlığımnan o ziyarətgahı hər zaman ziyarət eləmişəm, uşaqdan böyüyə hər kəsin “ Pir “ dediyi o məkanda kəsilən qurbanları görmüşəm, deyinləri qəbul olanları, nəzir verənləri, sadağa göndərənləri görmüşəm.

Osman müəllim təkcə şair yox, həm də elin –obanın və bütün insanların hamısına bir insanlıq nümunəsidir.Əslində, mən çoxdan yazmaq istəyirdim onun haqqında. Əlbəttə, şairliyi və şeirləri haqda yazmağa gücüm çatmazdı. Nə də onun yaradıcılığını dərindən bilmirdim. Bilsəydim də o qədər yazı- pozu dərinliyinə çox gedə bilməzdim. Amma bir tərəfdən də ona olan böyük hörmətim məni dincəlməyə qoymurdu. Osman Əhmədoğlu mənim nəzərimdə sadə və o qədər də səmimi bir şəxsiyyət olub həmişə. Mən onu daha çox bir insan kimi, özümüm bir doğmam kimi görmüşəm. Gördüyüm kimi də düşünməyə çalışmışam. Nədənsə öz yaxın qohumlarımdan birinə, bəlkə əmimə, dayıma, bəlkə də öz doğma babama oxşatmışam onu. Əslinə qalsa onunla bir qohumluğumuz lap çoxdan, bəlkə də bizim özümüzdən çox – çox əvvəllərdən varıymış. Bu da onun ulularının İncə dərəsinə müqəddəs bağlılığından gəlirmiş. Orda olan Göy türbəyə bağlılğdan gəlirmiş.Mən ona Osman baba demişəm uşaqlığımdan. Övladlarım da onu belə çağırır.

Şair Osmanın dəyərini verən insanları da çox görmüşəm. Onlardan biri yuxarıda dediyimiz kimi Xalq şairi Nəriman Həsənzadədir. Osman Əhmədoğlunun tədbirləri, görüşlərdəki çıxışları, televiziya proqramlarındakı, şeir məclislərindəki ağırlığı onun kimliyindən xəbər verir.
Dönə- dönə “ Ovqat “ , “ Səhər sovqatı “ , “ Ozan “ və s. Verilişlərdə iştirakı, Türkiyənin “ Türksoyla ipəkyolu “ televiziya proqramında və digər kanallardakı görüşlərinin, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, sazımıza sevgi dolu duyğularının tamaşaçısı olmuşam. Hər verilişdə, hər görüşdə yeni bir keyfiyyəti üzə çıxır. Elmi yazlıarıyla neçə- neçə ağır simpoziumların, konfrasların iştirakçısı və mükafatçısı olub.
Tiflisdə, Bakıda, Türkiyənin neçə- neçə şəhərlərində, Kosovoda, Qırğızıstanda və başqa yerlərdə elmi, bədii və publisistik yazılarla çıxışlar eləyib, neçə- neçə uğurlara imza atıb.

Amma hara getsə, harda olsa dönəcəyi, duracağı və yaşayacağı bir yer var, bir məkan var, bir yurd var ki , o da Borçalıdı. Osman Əhmədoğlu nə qədər Türk ruhludu, elə o qədər də Borçalı ruhludu. Özünün bir şeirində olduğu kimi :

Bir saz olub ağır elli Borçalım,
Yerin- göyün havasını çalandı.
Zaman- zaman qada görüb, qan görüb,
Atəşlərə, alovlara qalandı.

Danəndi, əhli- ürfan kanıdı,
Ər məqamı, ərənlər meydanıdı.
Bir yurd kimi yurdların sultanıdı,
Ondan ayrı əfsanədi, yalandı...

Yurd məhəbbəti Osman Əhmədoğlu üçün ata- ana sevgisindən də böyükdür. O sevgiyə çatmaq, o sevgiylə yaşamaq da hər kəsə nəsib olmaz. Və bəlkə də hər ağrıya- acıya dözər, yurd ağrısına, daha doğrusu yurdsuzluğa dözməz heç zaman.

“ Borçalı “ cəmiyyətinin verdiyi “ Zahid Xəlilov adına Türklüyə xidmət “ ödülünün və Dünya Qarapapaqlarının İstanbul şəhərində keçrilən I – ci qurultayında “ Türk Dünyasına hizmət “ ödülüylə mükafatlandırılıb Osman Əhmədoğlu. Bunlar Borçalı tarixində bir ilk olaraq tarixləşib. Bu başından o başına Borçalı ellərini bir – bir dolaşar, yayda yaylaqlar, qışda qışlaqlar onun məkanı olar. Yorulmaq nədi bilməz. Artıq ömrünün ixtiyar çağına doğru qədəm basır, amma hələ yollardadı, uğurlardadı.

“ Borçalı “ cəmiyyətinin gətirdiyi yaddaşlarımızın yadigarı “ Elat “ bayramlarında Armudlu yaylasında öz gözlərimlə nə qədər doğmalıqlar görmüşəm. Orda da Osman Əhmədoğlunu görmüşəm. Hər zaman haqqın və həqiqətlərin yanında olub o insan, mərdlərin yanında olub. Hər tərəfdən gələn qonaqlar ona gözaydınlığı verib. Doğrusu bütün bunları görüb qürurlanmamaq olmaz.

Keçmişə nə qədər bağlıdısa, gələcəyə də o qədər bağlıdı o. Keçmişiylə nə qədər öyünərsə gələcəyə ümidlə də o qədər öyünər. Və bu da inam yaradır insanlarda hər zaman. Müəllim kimi müəllim, dərviş kimi də Dərvişdi Osman Əhmədoğlu. Hansı sahədə olursa olsun gölgəsi böyük görünür. Boyu uca görünür. Onnan öyrənməyə və ona güvənməyə, ona ümid eləməyə dəyər. Borçalıda bir şair yaşayır, bir Dərviş yaşayır, bir insan yaşayır və onun bütün Türk dünyasınnan boyu görünür. Bu Osman Əhmədoğludu.

Güllü Eldar Tomarlı
Bakı – Borçalı – Keşəli

Faiq Hüseynbəyli:"Nəsimi, Füzuli, Nizami canı"

Автор: analoaz от 16-05-2016, 13:30
Faiq Hüseynbəyli:"Nəsimi, Füzuli, Nizami canı"
MÜBARƏK

Mizrabını sinəm üstə oynadan
Bir eşq ilən durulmağım mübarək!
Sim üstündə ocaq çatıb ruhuma,
Pərdə-pərdə kül olmağım mübarək!

Bir ilahi eşqə varıb ürəkdən,
Gözəlliyi görk elədim mələkdən.
Sevə-sevə öc almışam fələkdən,
Çiliklənib qırılmağım mübarək!

Qəm şələsi ağır gəlir sağrıma,
Bir İlahi səs yetişər ağrıma.
Bu sevgini, eşqi basıb bağrıma,
Dönə-dönə sarılmağım mübarək!

Budur sözün məhəbbəti, nidası,
Yaman olur işvə-nazı, ədası.
Min illərin yolçusuyam, qadası,
Gəlib səndə yorulmağım mübarək!


*********************

Yazan yazıb bu qisməti,
Yazı yazana min şükür!
Çox qədrini bilmək üçün
Azı yazana min şükür!

Göy üzündə tək qanadlı,
Mən piyada, fələk atlı.
Qismətimə bu inadlı
Qızı yazana min şükür!

Nədir halal, nədir haram,
Məhəbbətə, eşqə varam.
Əyri ilə yoxdu aram,
Düzü yazana min şükür!

Nə Allaham, nə də İnsan -
Çətini bu. Nədir asan?
Səsim ruhdu, səsimə can-
Sözü yazana min şükür!

*********************

ƏZABIN AYNASI

Axtara-axtara sonuna çıxdım,
Xoşbəxtlik bu ömrün harasındadı?
Həyatın amansız sirri hələ də,
O gilas gözlərin qarasındadı.

Bu ağrı-acılar hədər boy atır,
Gecələr dincəlir, səhər boy atır.
Harda qəm cücərir, kədər boy atır,
Könül də dünyanın orasındadı.

Sən şirin arzuydun, sən bir ümiddin,
Bəlkə də adımı belə unutdun.
Sizif əzabına bir ayna tutdum,
Canım iki daşın arasındadı.

Min ildi yol gəlir, üzü gülməyir,
Bu Faiq özünə hələ gəlməyir.
Özü öz taleyin yaza bilməyir,
Hələ şairlərin sırasındadı.

*********************

YAZMIŞAM

Mənə şair demə, nə yazmışamsa,
Gözəllikdən, məhəbbətdən yazmışam.
Hərdən düşüb həvəsinnən dünyanın,
Səadətdən, sədaqətdən yazmışam.

Bu candısa, alan da var, verən də,
Kamil oldum hər irfana varanda.
İnsanları iki üzlü görəndə,
Mərifətdən, ləyaqətdən yazmışam.

Xəbər verin bu qisməti yazana,
Səni yazsın mənim kimi ozana.
Bu sevgini min günaha yozana,
Sevgi adlı təriqətdən yazmışam.

Öz başıma qınaq kimi gəlmişəm,
İmtahana sınaq kimi gəlmişəm.
Bu dünyaya qonaq kimi gəlmişəm,
Şair kimi şərafətdən yazmışam.

Aman Allah, mələklərlə birdi bu,
Nəzirdi bu, niyazdı bu, pirdi bu.
Kabusdu bu, sehirdi bu, sirrdi bu,
Aşkar olan xəyalətdən yazmışam.

Mənəm sözlə ölən, sözlə dirçələn,
Arzuların kölgəsində dincələn...
O sevgidən bu nifrətə yol gələn,
Bir addımlıq xəyanətdən yazmışam.

*********************

KOR YUXULARIM

Nağıldan nağıla ötürür məni,
Alma yuxularım, nar yuxularım.
Ömrümü yarıda qoyub gəlmişəm,
Divlərə qismətdi bar yuxularım.

Nə zaman dolacaq eşq həvəsinə?
Nə zaman səs verər könül səsinə?
Üşüyür hər axşam qəm havasında,
Yağış yuxularım, qar yuxularım.

Demə, ötüb keçər bir gün bunlar da,
Təki xoşbəxt olum boş yuxularda.
Hər səhər pak olur axar sularda,
Sənsizlik adına yar yuxularım.

Bu axar sular da durular nə vaxt?
Gözlərim yollardan yığılar nə vaxt?
Nə zaman dil açar, çin olar nə vaxt,
Bu lal yuxularım, kor yuxularım?

Söz-sözə, səs-səsə... kəsən kəsəndi,
Nə sözə yatandı, nə səs kəsəndi.
Könül diksindirən, nəfəs kəsəndi,
Daş qəfəs kimidi dar yuxularım.

Mən ki, çəkdiyimi bilib çəkmişəm,
Ağlayıb çəkmişəm, gülüb çəkmişəm.
Gecəyə-gündüzə bölüb çəkmişəm
Fikrimi... Nə yaxşı var yuxularım.

*********************

QIZILGÜL DƏRDLƏRİM

Mən ölsəm, arabir xatırlayarsız,
Çağırsam, səsimə hay verərsiniz.
Ağrılı-acılı qalan ömrümü,
Ağlayan qadına pay verərsiniz.

Söz ilə qıydılar cavan yaşıma,
Nələr gəlmədi ki, nələr, başıma.
Ulduz səpərsiniz sinə daşıma,
Günəş bağışlayıb, ay verərsiniz.

Nədən anlamayır, nədən dərdlərim
Məni ruh dərdlərim, bədən dərdlərim?
Özümlə torpağa gedən dərdlərim,
Qızılgül cildində boy verərsiniz.

*********************

BAKİRƏ ARZULU GƏLİN

Yanıb öyrənmişəm bir ömür boyu,
Alovun dilini, külün dilini.
Quşların dilini bilməyə nə var,
Oğulsan, gəl öyrən filin dilini.

Mənim ilham pərim, könlümə yarsan,
Nə yaxşı var oldun, nə yaxşı varsan...
Şairim, unutsan unudularsan,
Obanın dilini, elin dilini.

Dərdimi yan-yana düzüb öyrəndim,
Ömrümü kağıza yazıb öyrəndim.
Mən tikan üstündə gəzib öyrəndim,
Çiçəyin dilini, gülün dilini.

Şeiri bəzədim söz naxışından,
Payız küləyindən, yaz yağışından.
Oxudum eşqini bir baxışından,
Bakirə arzulu gəlin dilini.

İllərin qədrini bilən ölməsin,
Ağlayan ağlasın, gülən ölməsin.
Həyat çox gözəldi, ölən ölməsin,
Ayrılan anlayar dulun dilini.

*********************

MƏN YAXŞI BİLİRƏM

Yaradan yaradıb, gözəl yaradıb,
Özümdən möcüzə, sirr yaratmıram:
Mən sadə yazıram şeirlərimi,
Qayadan dərəyə fikir atmıram.

Kəşf edən kəşf edib Amerikanı,
Nəsimi, Füzuli, Nizami canı.
Söz ilə alıram ələ dünyanı,
Sözü aldatmıram, Sözü satmıram.

İstəsəm, yazaram, kor ümidlərin
Susuz quyuları dərindən dərin...
Yaşayıb tənhalıq, təklik əsərin,
Arzuya-muraza, kama çatmıram.

İndi poeziya çəkib aparmır,
Qəlbimi yerindən söküb aparmır.
Tökən tökdüyünü töküb, aparmır,
Söz də var min ildi heç unutmuram.

Zaman əyilibsə, düz nədi, şair?
Ürəkdə od nədi, buz nədi, şair?
Mən yaxşı bilirəm söz nədi, şair,
Heç zaman aranı dağa qatmıram.

Bir gülə yazıram şeirlərimi,
Eşq ilə yazıram şeirlərimi.
Mən belə yazıram şeirlərimi,
Sözdə boğuluram, amma batmıram.

*********************

ÇAĞIR MƏNİ

Çağır məni, sən çağırsan,
Quşa dönüb gələrəm.
Sonda sənə yetmək üçün,
Başa dönüb gələrəm.

Can verib qolunda sənin,
Ölərəm yolunda sənin.
Sağında, solunda sənin
Daşa dönüb gələrəm.

Sev məni, sev bu aramla,
Oyna sağalmaz yaramla.
Gözlərində iki damla
Yaşa dönüb gələrəm.

Bu sevdanın məchuluyam,
Ən aliyəm, ən uluyam.
Kim deyir, eşqin quluyam?-
Paşa dönüb gələrəm.

Kiçik Qafqaz Oğuz tayfalarından- Zubannılar, Töstülülər, Çanaqçılar... (I yazı)

Автор: analoaz от 16-05-2016, 13:00
Kiçik Qafqaz Oğuz tayfalarından- Zubannılar, Töstülülər, Çanaqçılar... (I yazı)

Niftalı Göyçəli-tətqiqatçı,jurnalist

Göyçə Mahalında Göyçə gölünün qərb sahilində yerləşən (Uratu dövrü Şila adlanmış) Pəmbək kəndinin yaşayış məskəni kimi yazılı tarixə düşən Urartu dövründən hesablasaq, beş min il tarixi vardır. Pəmbək kəndinin dağətəyi ərazisində qədim dövrlərə aid Oğuz, Alban qəbir daşları son zamanlara -rus əsgərlərinin silahı altında köçürülmə tarixinə qədər qalmaqda idi...

Pəmbək kəndinin qərb tərəfindəki Şivri dağının adının da “Şila” toponimi ilə əlaqəsi vardır... Hələ qədim zamanlarda türk soylu insanların bu yeri yaşayış məskəni seçmələri təsadüfü deyildir. Kəndin yerləşdiyi ərazi Şahdağ silsiləsinin Göyçə gölünə tərəf uzanan qolları arasında dərədə, eyni zamanda gölün sahilində yeşləşməsi balıqçılıq, kəndin ətrafındakı qüzey meşələri isə ovçuluq üçün əlverişli şərait yaradır. Bundan əlavə, Şahdağ silsiləsindəki dağlardakı otlaqlar, güllü-çiçəkli yaylaqlar heyvandarlıq üçün bol təminat verir. Qarşıya qoyulan məqsədə görə Pəmbək və Amasiyanın Güllübulaq kəndinin yaxın beş yüz illik tarixi haqqında etdiyimiz araşdırmanın son nəticəsindən və orada yaşayan oğuz tayfalarından bəhs edəcəyik.

Göyçə mahalnın Pəmbək kəndinə Vartana Pəmbəkdən (Kirovakan sovet dövrü) üç tayfa köçmüşdür: Zubannılar, Töstülülər, Çanaqçılar və bu tayfalardan sonralar bir neçə qollar ayrılmışdır. Zubannılar qədim Oğuz tayfalarından olmuşlar. Etimologiya baxımından Zuban- var-dövlətli mənsını daşıyan qədim Türk sözüdür, dil təyinatına görə iki morfemlidir. Burada birinci leksik vahid “zu”, ikinci leksik vahid “ban”dır. “Zuban” sözünün lüğəti mənası zu-çox, ban- uca-var-dövləti çox olan anlamını verir.

İndi keçək mətləbə, Dərə kəndində ana babam Töstülü tayfasından olan Qazax Məmmədalı (1813-1960) 140 il ömür sürmüşdür və onun dediklərindən: (babam dünyasını dəyişəndə mənim on yaşım var idi...) Zubannı tayfası böyük bir tayfadır, bu tayfa Amasiyadan başlayıb Lori Pəmbək ərazisinə yayılımışdır. Onların kişi qismindən olan hər bir nəfərinin bəzəkli (qınlı) qəbzəli qılıncı, gümüş naxışlı dəstəkli xəncəri var idi. Cavanlar atın üsünə quş kimi tullanıb otururdular, atın yalmanına yatıb qıy vurub, dördəmə qaldırıb bir göz qırpımında uzaqlaşırdılar. Hələ babam İsmayıl kişi (Məmmədalının babasının adı) deyirdi ki, Şah İsmayılın qoşununda Zubannı tayfasından olan at üstündə şahin kimi şığıyan, ildırım kimi qılınc çalan qoçaq döyüşçülər olub.

Sonralar Amasiya ərazisi- Əştərəkdən Alagöz dağına, Gümrü də daxil olmaqla böyük bir ərazi Zubannıların daimi yaşayış kəndləri və yaylaq yerləri olmuşdur. Bu ərazi onlara İrəvan xanlığı tərəfindən verilmişdir. Zubannıların yaşadığı ən böyük kənd Güllübülaq kəndi olmaqla ucu-bucağı görünməyən qoyun sürüləri, naxırları, ilxıları yaylaq mövsümündə Göyçə gölünün qərb sahillərinə, Murğuz dağının silsilələrinə yayılmışdır. Vartana Pəmbək kəndinə də həmin sürü və naxırın hərəkəti ilə əlaqədar gələn Zubannı ailələri yerli tayfalarla qız verib, qız almaqla nigah qohumluğu yaranandan sonra boş ərazilərdə daimi yaşamaq üçün məskunlaşmışlar.

Məmmədalı babamın həyat yoldaşı Xeyransa nənə də Vardana Pəmbəyə köçən Zubannı tayfasından olmuşdur. Xeyransa nənənin gənclik dövrünü babam belə nəql edirdi:- Zubannı qızlarının geyimində qızıl-gümüş bəzək əşyaları çox olurdu. Babam zarafala deyirdi:-Bəlkə mən elə bu Xeyransanın qızıl-gümüşünə vurulmuşdum. Onu ilk dəfə qonşu kənddəki toyda görmüşdüm. Başındakı araqçının yaqut qaşı, belindəki kəmərin bir qarış eni varıydı, kəmərin də üstünə işlənmiş qızıl-gümüş pullar bərq vururdu. Sinəsindəki qızıl boyunbağının qızıl haşiyəli kəhraba asmasını (medalyon), qızıl bilərziyini görəndə zalımın balasını şah qızından seçmək olmurdu... Ümumiyyətlə, Zubannı qız-gəlinlərinin əksəriyyəti belə bərli-bəzəkli geyinib-kecinirdilər. Kişilərin də atlarının yəhərlərinin qaşı gümüşdən bəzədilmiş, qamçılarının isə sapı(dəstəyi) ceyran buynuzundan düzəldilmiş olurdu... Bir dəfə Xeyransa dedi ki, Amasyadakı dayısı Hüsey və onun qızı həmyaşıd olduğu Seyran yadına düşüb.

Bu dövr artıq İranla rus müharibəsi sülhlə qurtarmışdı, üstündən on il keçmişdi (1838), əmin-amanlıq yaranmışdı...Yay fəsli idi, dağlarda, yaylaqlarda binələr qurulmuşdu. Azuqə götürdük, iki at yəhərlədik, hərəmiz bir ata minib Göyçədən başlayıb Amasiya tərəfə dağ yolları ilə səfərə çıxdıq. Beş günə binələrdə qonaq qalmaqla, soraqlaşıb kəsə yollarla Güllübulaq kəndinə çatdıq. Hüseyn dayının kəndə yaxın Türkiyə sərhəddinə tərəf bir yaylaqdakı yurt yerindəki binəsində olduğunu dedilər və oraya getdik. Yaylaqda geniş ərazidə səkkiz-on böyük çadır qurulmuşdu, Hüseyn dayı bizi görəndə əvvəl çox təəccübləndi, sonra bağrına basıb cavanları səslədi:-Ay uşaqlar, görün kimlər gəlib! Bayırda olanlar, çadırda olanlar hamı bizə tərəf gəldilər. Xeyransanı qız-gəlinlər, ağbircək qadınlar növbəyə durub, bəlkə də iyirmi-otuz adam sevinclə bağırlarına basıb görüşdülər. Məni də ağbirçək qadınlar “boyuna qurban!” deyib bağırlarına basdılar. Sonra cavan, yaşlı kişilər də bizimlə “xoş gəldiniz” deyib görüşdülər. Xeyransanı Seyran öz çadırına apardı, Mən də Hüseyn dayının çadırında qohum-əqraba ilə qalıb söhbətlər etdik... Beş gün Hüseyn dayıgil qoç, toğlu kəsib yeyib-içməklə bizi qonaq saxladı. Xeyransa doğmaları ilə görüşüb hal-əhval tutandan sonra Göyçəyə qayıtdıq. Keçdiyimiz və qaldığımız yaylaqdakı binələrdəki ailə başçıları hamsı Hüseyn dayını tanıdığını və qohum olduqlarını deyirdilər...

O zaman Göyçə mahalının, Lori Pəmbəyin, Amasiyanın, Şərur mahalının, Borçalı mahalının kəndlərini mən xeyli gəzmişəm. Hər kəndin kişi əhalisinin hamsında qılınc, tüfəng berdanqa, naqan kimi silah varıydı. Mahalların ağsaqqalları, bəyləri namusda-qeyrətdə, ədalətdə ad-san çıxarmışdılar. Göyçədən tutmuş Qarabağ, Gəncə, Zəngəzur, Gümrü, Amasiya-bütün kiçik Qafqazda yay mövsümündə yaylaqlarda, qış mövsümü qışlaqlarda, kəndlərdə bir ədalət höküm sürürdü. Camaat bilirdi ki, kim hansı mahaldan olmasına baxmayaraq, səhv iş görərdisə, eldən-elə, mahaldan-mahala xəbər yayılacaq və ağsaqqallar, bəylər tərəfindən cəzalandırılacaq. Bu səbəbdən də xalq arasında hörmət və nəzakət hökm sürürdü.
Ardı var...

Niftalı GÖYÇƏLİ

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının