Bizi izləməyi unutmayın

Müqəddəs Marçellinio və Pietro katakombaları multikulturalizm üfüqündə

Автор: INTIQAMADMIN от 5-04-2016, 17:46
Müqəddəs Marçellinio və Pietro katakombaları multikulturalizm üfüqündə
Elgün RÜFƏTLİ,
Latviya Respublikası Lusofona Universitetinin beynəlxalq əlaqələr fakültəsinin II kurs tələbəsi

Heydər Əliyev Fondunun töhfələri multikultural dünyada yüksək dəyərləndirilir

Multikultural ölkəmizin zaman-zaman dünyada üfüq kimi işıqlanan tarixi sədaları sanki qoca Avropanın miqrant problemli tolerantlıq dəyərləri ilə sınağa çəkilərək taleyüklü ağır əsrin çətinlikləri ilə üz-üzədir. Avropada təhsil alan tələbələr bu prosesləri daha yaxından izləyib, müzakirə edib, münasibətimizi bildiririk.
Məlum olduğu kimi, Avropada bəzi dövlətlərin köməyi ilə ərəb dünyasına tətbiq olunan süni sosial inqilablar, zorakılıq, qəddarlığın nəticəsi olaraq çəhrayı çevrilişlər müsəlman ölkələrində həyat təhlükəsi yaratdılar. Ümumiyyətlə, ancaq öz tarixi ənənlərinə, dəyərlərinə söykənərək dövlətlər, cəmiyyətlər, xalaqların yaşaya bilməsi və tərəqqisi faktı danılmazdır.

Ümumilli liderimiz Heydər Əliyev mədəniyyətlərin, dillərin, dinlərin dialoquna sabaha bir körpü, gələcəyin açarı kimi ölkəmizdə düzgün istiqamət verdi. Azərbaycan Prezidenti İlham Əliyev isə 2015-ci ili “Multikulturalizm ili” elan etməklə həmin humanitar siyasətin alternativi olmadığınıtəsdiqləmiş oldu.

Bu günlərdə Portuqaliyanın məşhur “Dnoticias.pt” portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Terasa Damasionun təmsil etdiyi ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin müdavimlər tərəfindən çox maraqla qarşılandığını qeyd etmişdir.

Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən hazırkı hakimiyyət ölkənin azyaşlı xalqlarının mədəniyyətini, dilini, adət-ənənlərini qoruyub saxlamaqla işıqlı yolu düzgün istiqamətləndirir. Azərbaycan multikulturalizmini dünyaya çatdıran Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın fəaliyyəti dünya azərbaycanlıları tərəfindəndən də rəğbətlə qarşılanmaqdadır.

Qədim tarixi və memarlıq baxımından xüsusi yeri olan Vatikandaki müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasındadır. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. İlkin xristianlıq dövründə ən məşhur katakombalar Italyada olub. Tarixi mənbələrə əsasən katakombalar II-IV əsrlərdə xristianlar tərəfindən dini ayinlərin icrası və dəfn mərasimləri üçün istifadə olunub. Məlumata görə, Romadaki katakombalar çox qədim şəbəkəyə malik olub, uzunlugu 150-170 kilometr təşkil edir. Burada 750 minə yaxın insan dəfn olunub.

İnsanların burada cəmiyyətdəki mənsubiyyəti, vəzifəsi və s. mövqeyinə görə dəfn olunurdular. Roma katakombalarının ziyarətçilərinin sayı IX əsrdən azalmağa başlayıb.600 il onlar haqqında məlumat olmayıb. 1578-ci ildə (XVI əsr) qazıntı aparan fəhlələr təsadüfən üzərində yazı və şəkillər olan daş plitələrə rast gəlir. Bununla Roma katakombalarının mövcudluğu ictimaiyyətə yenidən məlum olur və tədqiqatçıların tədqiqat obyektinə çevrilir.

Müqəddəs Marçellinio və Pietro katakombalarının multikulturalizm yolunda dünya xristianların təşəkkür kölgəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən müqəddəs Marçellinio və Pietro katakombalarının açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bərpa ilə bağlı təqdimat mərasimində iştirak edərək demişdir: “Asiya və Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılıb. Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaqdır”.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kordinal Sanfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının məhv olmaq təhlükəsi ilə üzləşərkən onların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını, qeyd edərək, “Yalnız Heydər Əliyev Fondunun bu çağırışına cavab verdi”,-demişdi. O da bildirilir ki, Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir.

İtalya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı mədəniyyətlərarası, dinlərarası dialoqun inkişafına ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir. Ona görə də xüsusən Avropada yaşayan soydaşlarımız, tələbə-gənclərimizin bu günlərdə keçirdiyi ali hisslər sözə gəlməz. Çünki İtalyanın və Vatikanın aparıcı KİV-ləri bu hadisəni möhtəşəmliklə işiqlandırmışlar. “Avvenire” və “Nes.va” qəzitinin sayitlarında,”Roma Sette” informasiya portalında yerləşdirilmiş yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan statlar gətirilib: “Bizim ən böyük dəyərimiz ölkəmiz və müxtəlif dinlərin bir arada mövcudluğudur”. Bu sıraya İtaliyanın “La Republica” qəzetinin saytında yer alan geniş məqalə də əlavə edilə bilər. Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən olan “LˊOsservatore Romano”da kardinal Ravazinin bu möhtəşəm tarixi hadisəyə müsbət münasibət bildirən məxsusi yazısı yer alıb.

“Roma Sette” informasiya portalında, katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qrumunun saytında xristian mədəniyyətinə verilən bu tarixi olay ətraflı işıqlandırılıb. Avropada yaşayan biz tələbə-gənclər böyük qürurla izlədiyimiz “Vatikan radiosu”nun rus dilli saytında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfərinə həsr edilmiş məqaləsi və Vatikan radiosuna müsahibəsi də yer alıb.

Əli bəy Hüseynzadənin qızı Qarabağda baş verənlərdən DANIŞDI

Автор: NIGAR1 от 5-04-2016, 13:18
Əli bəy Hüseynzadənin qızı Qarabağda baş verənlərdən DANIŞDI"Azərbaycan ürəyimdədir, Qarabağ azad edilsin"…

Bunları XX-əsr Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndələrindən olan, alim, rəssam, jurnalist Əli Bəy Hüseynzadənin İstanbulda yaşayan qızı, rəssam Feyzavər Alpsar deyib. F.Alpsar deyir ki, Türkiyədə doğulub, İstanbulda yaşasa da, vətəni Azərbaycandır: "Azərbaycanla bağlı xəbərləri hər gün oxuyuram. Və son olanlar haqqında onu demək istəyirəm ki, mən siyasətçi deyiləm, siyasətin dərinliklərini çox yaxşı bilmirəm. Bütün hallarda cəbhə xəttində baş verən hadisələrdə Azərbaycana uğurlar arzu edirəm! Qarabağ azad olsun…Son nəticəni həvəslə gözləyirəm… Azərbaycana salamlar! "

Nigar İsmayılqızı
Türkiyə, İstanbul

MӘCLİSİN DUZU

Автор: NIGAR1 от 5-04-2016, 12:30
MӘCLİSİN DUZU

Üzeyir Hacıbəyov

Mәn çox mәclislәrdә olmuşam vә çox nitqlәr eşitmişәm vә çox fikirlәr etmişәm vә fikrimin axırı bir yana çıxmayıb vә mәәttәl qalmışam.

Mәsәlәn, mәclis ümumi bir mәclisdir. Burada hәr cürә adamlar vardır. Stol hazır olur. Zakuska ortalığa qoyulub, butılkalar saldat kimi düzülür. Әhli-mәclis yığılır stolun başına. Yemәkdәn qabaq әvvәlcә bir tamada seçilir. Hәrçәnd tamada seçilmәyin özü dә böyük bir mәsәlәdir, amma mәn onu müxtәsәr keçirәm.

Bәli, tamada әmr edir ki, fincanlar şәrabla dolsun. Әhli-mәclis kamali-diqqәtlә qulaq assın, çünki Sәdi buyurubdur ki, müstәme sahibsüxәn ra bәr sәrekar avәrәd.

Tamada başlayır:

-- Hәzәrat, mәn bir neçә kәlmә söz ilә....

-- Xeyir a, tamadanın sözlәrini yazsaq, qәzetdә yer qalmaz, Qoy müxtәsәrini әrz elәyim: Tamadanın nitqindәn bu çıxır Danışanı dinlәyici ruhlandırar. ki, dünyada Rüstәm Zal kimi pәhlivan ola bilmәzdi. Bәs mәclisimizә zinәt verәn Mәşәdi Mәrdan dәxi bizim әsrimizin Rüstәm pәhlivanıdır, yәni qoçudur, içәk onun sağlığına.

Bu halda әhli-mәclisdәn bir nәfәr "ata sәrçә" yerindәn cәld qalxıb çığırır ki, "Camaat, dayanın. Tamada izn verir, bir-iki kәlmә dә mәn artırım".

Tamada izn verir vә "ata sәrçә" deyir:

-- Camaat, hәmin Mәşәdi Mәrdan cәnablarını bәlkә sizdәn tanımayan ola. Mәn bunu sizә bildirirәm ki, bu cәnabın igidlikdә vә qoçuluqda misli yoxdur. Onun әllidәn yuxarı düşmәni var idi, hamısını öldürdü. Mәşhur Mәşәdi Qurban qardaşlarını bazarda öldürәn dә hәmin bu cәnabdır. Odur ki, bu istәkanı onun sağlığına içib, dibini öpürәm. "Ata sәrçә" dediyini elәyib, sonra aram olur.

Әvvәldә mәn fikir edirdim ki, yaxşı, hәrgah bu tәrif olunan cәnab adam öldürәn vә başkәsәndirsә, onda bunun yeri Sibirdir vә ya dar ağacıdır. Bәs necә olur ki, hәlә onun sağlığına şәrab da içilir?

Tamada gözlәrini bir nöqtәyә dirәyib, fikrә mәşğuldur. Görünür ki, ikinci nitqi hazırlayır. Filvaqe tamada bir dә stәkanları doldurub, bu sәfәr bir bәy haqqında danışır vә tәklif edir ki, onun sağlığına içilsin. Hal belә ikәn ikinci "ata sәrçә" cәld yerindәn qalxıb, ba izni-tamada deyir:

-- Hәzәrat, hәmin bu bәy cәnabları cәmicümlәtanı ikicә il qorodskoy işkullada dәrs alıbdır Amma bainhәmә bu gün advokat, pirkurur, sudya vә bunun kimi böyüklәr mәclisindә o qәdәr oturubdur ki, bu saat urusun zakonunu әzbәr bilir. Odur ki, bu gün götürüb bizim birimizdәn bir әrizә yazıb içәriyә göndәrsә, sizi inandırıram ki, günü bu gün hәmin adamı samsim Sibirә göndәrәrlәr. İçirәm bu badәni bәyimizin sağlığına. Oxay....

İndi mәn yenә fikir edirәm. Hәrgah bu bәy doğrudan da, danos yazıb, xalqı Sibirә göndәrirsә, heç yaxşı adam olmaz. Bәs necә olur ki, bunun sağlığına şәrab da içilir?

Tamadaya göz yetirib görürәm ki, üçüncü nitqi daha da hündürdәn hazırlayıbdır, çünki tәsiri-şәrab dәxi kömәk etmәkdәdir. Bәli, әmr gәlir, boşalmış stәkanlar tәzәdәn dolur. Tamada әhli-mәclisdәn bir taciri tәrif edir. Nitq tamam olan kimi, üçüncü "ata sәrçә" yerindәn qalxıb, tamadanın nitqinin dalısını uzadır. "Ata sәrçә" deyir:

-- Hәzәrat, haman bu tacir bu gün küçә vә bazarda arşın malı satanlardan degil, ha! Bu cәnab optum satan adamlardandır vә özünün dә bu gün Mәsko şәhәrindә o qәdәr etibarı var ki, günü bu gün gedib Morozova vә ya bir qeyri fabrikanta deyә ki, Vasiliy Fyodoroviç, mәsәlәn, Kәrbәlayı Cәfәrin işi pis keçir, ona mal buraxma. Bir dә görürsәn ki, Kәrbәlayı Cәfәrin krediti bağlandı. Yalan deyirәmsә atam o dünyaya it sifәtindә gәlsün. Ona binaәn, içirәm çaxırı tacirimizin sağlığına vә kәsrәti-mәhәbbәtdәn gәrәk, sәn ölәsәn, sәnin üzündәn öpәm, Mәşәdi Bağır",-- deyib, qonşusunu qucaqlayır. Qonşusu deyir ki, "Balam, daha mәni nә üçün öpürsәn, get, taciri öp!"

Mәn dә fikir edirәm ki, yaxşı, hәrgah bu tacir, xalqın kreditini bağlayandırsa, yaman adamların birisidir, daha bunun sağlığına içmәk nә üçün?

Sonra gәlәn nitqlәrә qulaq asıb görürәm ki, mәclisdә daha elә qabili-ehtiram adam yox imiş vә "ata sәrçә"lәr dәxi cik-cik elәmirlәr. Bәs axırda mәlum olur ki, bizim mәclisimizin duzu üç nәfәrdir: biri başkәsәn, biri danos yazan vә biri dә mәrdümәzar oğlu mәrdümәzar.

QARABAĞIMIZ

Автор: NIGAR1 от 4-04-2016, 23:38
QARABAĞIMIZ

Anar Hüseynli yazır

Azərbaycanın demokratikləşməsi , insan hüquq və azadlıqlarının təmin edilməsi , Kreml Bakının Qərblə yaxınlaşmasına atəşkəsin pozulması ilə cavab verir. Rusiya dəfələrlə göstərib ki, istədiyi halda heç bir müqaviləyə əsaslanmadan öz hərbi qüvvələrindən istifadə edə bilər.
Beynəlxalq aləmdə vəziyyətimiz xeyli yaxşılaşıb. Yenidən siyasi məhbuslara, insan haqlarına və s nəzər etsək, bir daha beynəlxalq aləmdə nüfuzum artar və dostların sayı çoxalar. Biz bu təxribatı fürsətə çevirməliyik.

Müharibə deyəndə cəmiyyətimizdə əksərən müharibənin bir hissəsi olan silahlı mübarizə başa düşülür. Bu bəsit və yanlış təsəvvürdür. Peşəkar nöqteyi-nəzərdən müharibə biribiri ilə sıx bağlılıqda olan siyasi, iqtisadi, təbliğati və silahlı mübarizə növlərindən ibarət, öz daxili səbəb-nəticə əlaqəsi, amansız məntiqi və qanunları olan mürəkkəb hərbi- siyasi hadisədir

İŞĞAL OLUNMUŞ RAYONLAR

Ağdam – 1993-cü il iyul ayının 23-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində,Kür-Araz ovalığının qərbindədir.

Cəbrayıl – 1993 cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur.

Füzuli – 1993-cü ildən ərazinin bir hissəi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir

Kəlbəcər – 1993 –cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır.

Qubadlı – 1993 cü il avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.

Laçın – 1992 ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Təbiət. Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur

Şuşa – 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndi (Stepanakert) rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur.

Zəngilan -1993 cü ilin oktaybr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayonun ərazisində Bakı-Yerevan dəmir yolu (Mincivan-Qafan qolu ayrılır), İmişli-Laçın magistral şose yolu keçir.

Xocavənd – 1992- ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir

BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR

Автор: NIGAR1 от 4-04-2016, 23:28
BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR
Vüqar Sədioğlu


Azərbaycan xalqının milli-mənəvi varlığının ən mühüm tərkib hissələrindən olan “Kitabi-Dədə Qorqud” dastanı ölkəmiz müstəqillik əldə edəndən sonra daha geniş təbliğ və tədqiq olunmağa başladı. Qədim xalq abidələrinin daha obyektiv, tendensiyasız, tarixi faktlar və məntiqə söykənən elmi dəlillər əsasında öyrənilməsi, araşdırılması, layiqli qiymətləndirilməsi istiqamətində irəliyə doğru atılan addımlar sistemli və ardıcıl olaraq davam etdirilməkdədir. Bütün bu işlərin təşkilində isə dövlətimizin rolu misilsizdir.

Buna misal olaraq 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubleyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsini xüsusu vurğulamaq olar. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixli sərancamı da misilsiz əhəmiyyətə malikdir.

Bu sərəncamdan sonra “Kitabi-Dədə Qorqud”la bağlı Azərbaycan Milli Elmlər Akademiyasında, Bakı Dovlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt Dövlət Unuiversitetində, Naxçıvan Dövlət Universitetində və eləcə də qardaş ölkə Türkiyənin bir sıra elm və təhsil ocaqlarında neçə-neçə tədbirlər, elmi konfranslar keçirildi. Yeni tədqiqatlar ortaya qoyuldu, elmi jurnallarda çoxlu sayda araşdırmalar, çıxışlar və məruzələrin mətnləri dərc edildi.

Təvazökarlıqdan uzaq səslənsə də, qeyd edək ki, AMEA-nın Folklor İnstitutunun doktorantı olaraq Cəmilə Çiçəyin də iki irihəcmli məruzəsi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına İnstitutunda “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “EPOS VƏ ETNOS” (6-7 noyabr 2015-ci il) Beynəlxalq Simpoziumunda “Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili və Bakı Dövlət Universitetində keçirilən elmi konfransda “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və müasir Azərbaycan məhəbbət dastanları: oxşar və fərqli cəhətlər” maraqla dinlənirək, yüksək qiymətləndirildi.

O, “Kitabi-Dədə Qorqud” dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlilin sərlövhəli məruzəyə görə hətta AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqoji elmlər namizədi, dosent Səmədovun imzası ilə təşəkkür bəlgəsinə də layiq görülüb.


Burada məruzələr mövzusunun orijinallığına, qorqudşünaslıqda yeni istiqamət xarakteri daşıdığına görə alqışlanaraq, alimlər tərəfindən yüksək dəyərləndirilmişdir. Fikrimizcə, Cəmilə xanım bundan sonra da sistemli, davamlı şəkildə, dövlətimizin və möhtərəm


Prezidentimizin qayğısı altında bu istiqamətdə tədqiqat və araşdırmalarını davam etdirəcək, yeni-yeni nəticələr ortaya qoymağa çalışacaqdır. O, gözəl anlayır ki, bu iş bütün folklor araşdırıcılarının müqəddəs borcudur. Çünki bu qədim, findamental xalq abidəsinin daha dərindən öyrənilərək təbliğ edilməsinə, dünya ictimaiyyətinə və xalqımıza mahiyyətinin dürüst çatdırılmasına böyük ehtiyac var.
BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR
BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR
BU İŞ BÜTÜN FOLKLOR ARAŞDIRICILARININ BORCUDUR

ƏLİ MUSA -10 Yaşın mübarək

Автор: salamsalam от 4-04-2016, 15:48
ƏLİ MUSA -10 Yaşın mübarək

10 Yaşın mübarək

Elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə insan amili üçün ən ümdə duran ali vəzifələrdən biridə təlim və tədrisdi.Dövlət ailədən başladığı kimi hər birimizin cəmiyyətimizə savadlı kadr kimi yetişməmizdə ikinci ailəmiz olan təhsil ocaqlarımızın payına düşür. Bu il 10 yaşını qeyd edəcək belə təhsil ocaqlarından biridə boz dağın ətəyində yerləşən Mingəçevir Turizm Kollecidi.
Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13fevral 2006-cı il tarixli 45nömrəli qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 10aprel 2006-cı il tarixli 101 nömrəli əmri əsasında fəaliyyətə başlamışdır.
Kollecdə 12 ixtisas üzrə 2000-dən çox tələbəyə subbakalavr dərəcəsi verərək dövlətimiz və xalqımız üçün savadlı gənc kadrlar yetişdirir
Bü gün böyük fərəh və iftixarla deyə bilərəm ki, yüksək standarlara cavab verə biləcək yüksək kadr potensialına malik bu təhsil ocağının tələbəsi olmuşam.
Mingəçevir Turizm Kollecinin az yaşına olmasına baxmayaraq bu 10 il ərzində kollecin direktoru istəkli ziyalımız, iqtisad elmlər doktoru professor əyyub əyyubovun uğurlu təhsil siyasətidi ki, bu günə kimi kollec bir çox beynalxalq uğur və nailiyyətlərə imza atıb.
Hər bir gəncin arzusu olduğu kimi mənimdə arzum təhsil alıb dövlətimə və xalqıma savadlı kadr kimi yetişməyiydi.
Allahıma şükürlər olsun ki, həyatımda bu arzuya və uğura nail oldum
2008-ci ildə 9 illik təhsil bazasından sənədlərimi Mingəçevir Turizm Kollecinə verərək "Ibtidai təhsil" fakultəsinə qəbul oldum. Kollecə qəbul olunandan sonra kollecdə ilk tanıdığım şəxs direktor müavini gözəl ziyalı və səmimi insan yazıçı-publisist əşrəf əsgərov oldu.ƏLİ MUSA -10 Yaşın mübarək
Kollecdə oxuduğum müddətdə təhsilimdən başqa ən böyük uğurum və nailiyyətim kollecdə yaxşı tələbə və müəllim dostlar qazanmağım oldu.
Elə bu dostluğun bəhrəsidi ki, bu günə kimi dostluq etdiyim həmin kollecin Kadrlar şöbəsinin müdiri dəyərli dostum və əziz qardaşım Seyid Tacəddin əyyubovla hələ tələbə olduğum zamanda Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə öz ənənə şəklini almış və indiyədək qorunan, hər bayramlarda Mingəçevir şəhərində yerləşən "Uşaq Nevroloji Sanatoriyasında" oln kimsəsiz uşaqlara bayram azuqələri aparıb bayramların təbrik edirdik.
Təhsil aldığım müddətdə yaradıcılıqlada məşğul olaraq dövri mətbuatda bir çox şeir və publisistik məqalələrimlə çıxış etmişəm. Azərbayacan Yazıçılar Birliyi Mingəçevir bölməsinin üzvüyəm.
Bu yay Orxan Nəşriyyatında şeir və publisistik məqalələrimdən ibarət "Sevgidir yaşadan məni" adlı ilk şeir kitabım işıq üzü görüb.
Yaxın bir zamanda isə "Illərdən gələn soraq" adlı ikinci kitabım işıq üzü görəcək.
Bu gün öz ixtisasım üzrə pedaqoji fəaliyyətlə məşul olmasamda hazırda Kəlbəcər rayon su-kanal idarəsində əmək fəaliyyətiylə məşğulam.
Sonda qeyd etmək istərdim ki, bu günə kimi hər qazandığım uğurun və nəaliyyətimin səbəbkarı 4 il ərzində təhsil aldığım Mingəçevir Turizm Kolleci olub.
10 Yaşın mübarək əziz kollecim.
O, gün olsun bundan böyük uğurlara imza atmaq əzmiylə.
100 Yaşa!

Əli Musa
Mingəçevir Turizm kollecinin məzunu

15 mart 2016-cı il

TƏHMİNƏ ÇAXMAQLI “Bu məzarda şəhid yatır”.

Автор: salamsalam от 4-04-2016, 14:11
TƏHMİNƏ ÇAXMAQLI “Bu məzarda şəhid yatır”.
Daha burda qurub bardaş
Qərənfillər ona sirr daş.
Ayaq saxla, yolçu qardaş,
Bu məzarda şəhid yatır.

MUROVDA QALAN HARAYLAR

Автор: INTIQAMADMIN от 1-04-2016, 17:11
Məhəmməd NƏRİMANOĞLU


Atam Nəriman Ələkbər oğlunun əziz xatirəsinə
MUROVDA QALAN HARAYLAR

Qaçqınçılıq, didərginlik hamımızı yaralayıb. Yaralarımızdan qan axmır, quruyub damarlarımız. Amma göz yaşlarımız qurumaq bilmir. Kimi dindirirsən, qan ağlayır, ağı deyir. Bulaqların suyunu sinəmizə çəkə bilmirik, gözlərmizdən axıdırıq ki, yanaqlarımızı və qurumuş dodaqlarımızı isladaq…
…Kəlbəcərsiz günlərimiz başlanmışdı. Aranda qohum evinə pənah gətirmişdik. Atamın heç nə yadına düşmür, sanki, orada qabar əlləri ilə tikib, kasıb ailəsini birtəhər içərisinə yığdığı və bunun üstündə də on beş günlük həbsxana həyatı yaşamamışdı. O zülmət gecələrdən «salamat çıxmış» balalarına şükr edirdi.
İllər boyu əl qabarıyla düzəltdiyi ev-eşik indi bir qara qəpiyə dönmüşd gözlərində. El-oba pərən-pərən düşmüşdü, itirilənlərin tapılmasına güman yox idi. Ona görə də heç nə olmamış kimi, səsini içinə salmşıdı atam. Üzdə özünü şax tutan atam içindən əriyir, üzülür, sınır, bizə isə şirin yalanlanla təsəlli verirdi.
İkigünlük «qonaqlığımız» ikiillik ömrümüzü (atamınkını isə ömürlük) aldı əlimizdən: «Kişi başqasının qoltuğuna sığnmaz, məni niyə cətirdiniz?»
Bu hirsli-hikkəəli sual dolu baxışlar yumruq kimi düyünlənib sanki başımıza dəyirdi. Əlacımız yox idi. Kimi yurdda qoyub çıxmaq olardı. Amma… Anam bunu bacarırdı. Ayrılmırdı ev-eşiyindən. Atamdan fərqli düşüncələri ilə həmişə ürəyiyumşaqlıq göstərən anamı budəfə yola gətirmək, qrad yağışının altından qoparmaq mümkün deyildi. Atamın açılmayan qaş-qabağından dəhşət yağırdı. Cürət edib dindirə bilmirdik. Hirsi, hikkəsi ilə dişlərini sıxması onun səyriyən dodaqlarından hiss olunurdu. Kişi kimi ömür sürənlərimizin hamısı da belə düşünürdü.
Apreldən iyunacan «dözə bildi» atam. Buna dözmək yox, günlərini saymaq deyərdin. Atalı günlərimdə atasızların (şəhid balalarının) dərdini çəkərdim, indi də atasızlıq dərdini yüklədiyim qəmli könlümü ovutmağa bir atalı axtarıam, arxalı yox.
1993-cü ilin iyunun 12-də dünyasını qəfil dəyişən atamın Göygöl rayonunun Aşıqlı kənd məzarstanlığındakı qərib qəbri indi ürəyimdə mənə doğma yurd, ata ocağdır, baxmayaraq ki, Kəlbəcər kimi, ora da tez-tez baş çəkə bilmirəm. Son günlər isə yolumuz qəbristanlıqara yamanca tez-tez düşür. Kəlbəcərlilər qırılıb-qurtardı vallah! Birinin dəfnindən çıxıb o birisininkinə tələsirsən. Yenə çatdıra bilmirsən, qalırsan gözükölgəli…
Tez-tez görüşünə gedə bilmədiyim atam «yuxularımda», xəyallarmda ilk kitabıma görə məni təbrik edib. «Dağların sinə dağı» kitabının nəşr edilməsi arzusu çin olsa da (atam inana bilmirdi ki, kitabı çap etirə biləcəyik, axı, heç cür imkanımız yox idi), bunu görmədi. Amma ruhu bildi, duydu və yuxumda «neynim, bala, öz evimiz, həyətimiz, dam-daşımız olsaydı, ilk kitabının qurbanını kəsərdim»,-dedi və küskün baxışlarla məndən uzaqlaşdı.
Çağırdım, səsimə özüm oyandım, atam yuxumda qaldı…».
Bura qədər sizə danışdığım bu «nağıl» 1995-ci ildə «Azərbaycan» nəşriyyatında çapdan buraxılmış «Yurd göynərtisi» kitabımda ön söz əvəzi kimi yazılıb. Bilmirəm ki, necə yazmışam, indi də oxuya bilmirəm, kövrəlirəm. Atamı sevindirmək istəyirəm ki, sən bir kitabımın çapını həsrətlə gözləyirdin. İndi on dörd kitabın müəllifi, yüzdən artığının naşiri və redaktoru olsam da, elə bilirəm ki, bircə kitab yazmışam. Axı, hər gün işdən çıxıb redaksiyaya yanıma gələndə «uşaq kimi» sevinirdin, mənim jurnalist olmağımla fəxr edərdin, çünki məni sənə tərifəlyən iş yoldaşlarım səni yaxşı tanıyırdı. Gözünü, böyük oğlun olduğum üçün mənə dikmişdin. Hoyuna çatırdım, deyəsən, zalım fələk qoymadı…
MUROVDA QALAN HARAYLAR
Atam Nəriman Ələkbər oğlu sonralar rayondakı təmir-tikinti idarsində mühafizəçi işləsə də, əvvəllər Otaqlıda sinif müəllimi olub. Anam Güllər Məmməd qızına dərs deyib, o zaman «sevgi məktubu»nu da «qonşu qızı»na – anama nöqtələrlə (işarələrlə) yazıb. Nə yazıqlar ki, vəzifədə olan qohumları onun oxuyub ali təhsil almasına kömək etmək əvəzinə, kolxozun mal-qarasını otarmağa, naxırçılıq etməyə göndərmişdi. Oxumadığım nağıl, dastan və rəvayətləri ondan öyrənmişəm.
Anam da orta-ixtisas təhsilli idi. Uzun müddət kitabxanaçı işlədiyindən, hər ikisi də gözəl mütaliəçi idi. Kitabı avazla, bədii qiraətlə oxuyardılar və bu, mənim ədəbiyyata marağımı bir az da artırırdı.
Atasızlıq illərimin ağrı-acılarını qələmə alıb on dörd «dastan bağlamışam», amma bircə kəlmə də olsun atam barəsində yazmamışam, utanmşam, çəkinmişəm, amma, əslinə qalanda, yazmalı idim, bir oğul kimi, qələm adamı olaraq və həm də ulusu-kökü, nəsil-nəcabəti nökər-naibli olduğu, yetim-yesirə sahib çıxdığı üçün.
Atamın babalarından bizə yadigar qalan «evdamı-otaq» albanların müqəddəs iqamtgahlarından olub və Otaqlı kəndinin adı da məhz bu abidə ilə bağlı olub. Kəlbəcər şəhərindəki məscidi qırmızıisfət sovetlər anbara döndərsələr də, Otaqlıdakına «əl gəzdirə bilməmişdilər». Və ağlım kəsəndn rayonun rəhbər işçilərinin məhrrəmlik ayının onuncu günü (qətl günü) Otaqlıya gələr, imamlarımızın ruhuna oxunan mərsiyyələrdə iştirak edərdilər.
Bu məscid atamın babası Məşədi Atakişiyə onun ulu babası Səfərdən qalmışdı. Kəlbəcərdən didərgin düşdüyümüz il orada məhərrəmlik ayının onuncu gününü, yəni «qətl günü»nü keçirmək mümkün olmadı, hansı ki, atamla dayım məscidi ciddi və əsaslı təmir etdirmiş, daha doğrusu, tamamilə yenidən qurmuşdular, əlbəttə, kənd camaatının köməkliyi ilə.
On yeddi ildir ki, (təbii ki, hələ torpaqlarımızı işğaldan azad etmədiyimizdən, bu rəqəmin dəyişəcəyi şəksizdir. Ola bilsin ki, bu yazılar Kəlbəcərin işğalından 18, 19, 20…. iraq olsun) atamın, indi də anamın qəbri ilə ilə birlikd qərib məzarını ziyarət edən anlarda daşa dönüb, mən də başdaşına çevrilirəm, axı, torpaq onu sıxmasın deyə, «sizi torpağa müvəqqəti tapşırırıq, Kəlbəcəri geri alandan sonra qaytaran kimi bizimlə siz də gedəcəksiniz doğma qəbristanlığa, ata-ananınızın yatdığı torpağa»,-demişdik. Demək, oğulluq edib Kəlbəcərə dön bilmirik. Bu borc da qalaqlandı o birilərinin üstünə…
İllər keçdi, ömrümüzü dərd sər oraq kimi biçdi. Anam atamdan gizlincə yazdıqlarını nəvələr Sənan, Kənan və Ələkbərə verib, «mən öləndn sonra atalarınıza verrsiniz»-demişdi. Orada dərd yumağı sarımşdı anam, Bir şerində isə məni tamamilə və haql olaraq, ittiham eləyirdi ki, axı, gör neçə ildi atanıza verdiyiniz vəddən keçib?!
Budur, həmin ittham dolu dərd yumağn dolaşmış kələfinin ucu:
Elə tamarzıyam dağ havasına,
Uduram zəhəri gör neçə ildi?!
Hamı çkiləndə öz yuvasına,
«Açmıram səhəri» gör neçə ildi?!
Kəlbəcərsiz dözümə bax, yaşa bax,
Min bir zülmə tab eyləyən başa bax.
Çox vədəsiz ömrə gələn qışa bax,
Dolandıq sərsəri gör neçə ildi?
Yetimxana, «yardım» payı – tsaddıq,
Tanımazdıq, tanıtdlar, biz daddıq.
Qəriblikdə ömrü yaman uzatdıq,
Görmürük Tərtəri gör neçə ildi?!
Oğul-uşaq bir-birindən aralı,
Hamısı da sinsindəny aralı.
Gül rəngimiz xəzan kimi saral,
İtirdik təpri gör neçə ildi?!
Güllər kimi xəstəhallar az deyil,
Kəlbəcərsiz ömrə gələny az eyil.
Sızıldayan kaman deyil, saz deyil,
Köklənmir telləri gör neçə ildi?!
Bilmirəm, təbiətin gözəl fəsli – yaşıl donlu baharı gəlndə niyə qm-qüssə fikrimi, əxyalımı belə dumana-çənə bürüyür. Deyəcəksiniz ki,y az havasıdır də, belə olmalıdır! Yaz dumanı dərəlrdə sürünəndə, gözəllər bulaq başından görünəndə, hr çmndn bir ççək drlndə mn d drdlərimin şələsini alıb çiyinlrimə alıb təngnəfəs oluram, ana!
Sisiz nə bahar, bizə nə də ki, yazdı,
Sızıldayan ürəyimin başıdır vallah!
Fikir-xəyal bu baharda elə azdı,
Düşündüm ömrümün qışıdır vallah!
Kəlbəcərsiz ömür sürdük, uzatdıq,
El qaçan yolları qırdıq, qısaltdıq.
Dolan gözlərmizi yazda boşaltdıq,
Tərtər kəlbəcərlilərin yaşıdır vallah!
Atam, dözümdə dağdın, qayaydın,
Anam, həsrətimi yenə duyaydın.
Fələk, Kəlbəcərdə bizə qıyaydın,
Deməyin Məhəmməd naşıdır vallah!
Dərd yumağı sarıram,
May gələndə dağlara.
Anam yadıma düşür,
Vay gələndə dağlara.
May gələndə dağlara.
Açmır, çiçək, solur gül,
Qan ağlar dəli könül.
Oxumur şeyda bülbül.
Qıy gələndə dağlara,
May gəlndə dağlara.
Guruldamaz göylərim,
Zəhər olar meylərim.
Susar tütək, neylərim,
Hay gələndə dağlara,
May gələndə dağlara.
Nə dağlar yaşıl geyər,
Nə bağlar yaşıl geyər.
Bənövşə boynun əyər,
Yay gələndə dağlara,
May gələndə dağlara.
Çən-dumana bürünməz,
Ayağına sürünməz.
Nərimanoğlu görünməz,
Bu ay gələndə dağlara,
May gələndə dağlara.



MUROVDA QALAN HARAYLAR
MUROVDA QALAN HARAYLAR
MUROVDA QALAN HARAYLAR

Altmışa dağlarda çata biləydik...

Автор: INTIQAMADMIN от 1-04-2016, 17:06
Əli Vahid Çaylı-60

Məhəmməd NƏRİMANOĞLU,
ASKEF-in üzvü, “Yenilik press” qəzetinin təsisçisi və baş redaktoru,
yazıçı-publisist.
Altmışa dağlarda çata biləydik...

“Sözün qüdrətindən boy verən poeziya” – onun zirvəsində Əli Vahid Çaylının yaradıcılığı görünür”



Bədii söz mülklü karvanının sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman mütləqi-hakim olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib, qorunub, saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var, dağa qaldırır, söz də var ki, dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...
Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma, nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.
Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib. Sözə “ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.
Belə söz sahiblərimiz az olmayıb və nə yaxşı ki, davamçıları azalmır. Bu da əlbəttə, millətimizin və xalqımızın mənəvi sərvətlərindəndir.
Qələm və söz əhli ilə dostluq eləmək o qədər də asan deyil. Bir dəfə mərhum şairimiz Məmməd Aslan dedi ki, mən çox çətin adamam: yol getmək çətindir. Sonralar ustadın bu fikrinin doğruluğuna inandım. Ondan sonra söz və qələm adamları ilə ehtiyatlı davranmağa başladım. Qəlbləri şüşə kimi kövrəkdir: adicə çəp baxışdan da sına bilir.
Həyatın gözəlliyi onun rəngarəngliyindədir, bəsit olan nə varsa yorucudur,-deyirlər. Həyat başdan-başa fəlsəfədir, açılmamış, oxunmamış. Bir insan ömrü yox, qərinələr, əsrlər, minilliklər bəs eləmir ki, bu kainatın və onun əşrəfi sayılan insanın fəlsəfəsi açılsın. Planetlər kəşf edildikcə, insanın mürəkkəbliyi, bütün canlılardan daha çox kəşfə ehtiyacı olduğu üzə çıxır.
Hər gün qarşılaşdığın, üstəlik, həmsöhbət olduğun dostunun və tanışının iç dünyasını dərk etmək, bəzən ona bənzəmək və ya əksinə, onu özünə oxşatmaq cəhdləri də əbəs yerə baş qaldırmır ürəklərdə, könüllərdə, düşüncələrdə.
Filosofluq etmək kimi çıxmasın, həyatın amansızlıqları ilə üzləşdikdən sonra dahilərin zaman-zaman söylədiklərini sanki gözlərimlə gördüm və yaşamağa məcbur oldum. Həyatımın, deyərdim ki, həm duyğulu, həm də mürgülü dövründə doğma yurd-yuvamdan perik düşüb, qəriblik ömrü yaşadım. Sonralar dünyanın bir çox məşhurlarının belə mənim yaşadığım qaçqınlıq-köçkünlük ağrısı ilə baş-başa qaldıqlarını öyrənib bir qədər təsəlli tapdım. Ona görə yox ki, onlar da həmin ağrıları yaşayıb. Yəni, bu dərdi çəkən təkcə ötən əsrin sonlarında erməni vandalizminin qurbanları deyil, bəşəriyyətin və təbiətin təbii və süni fəlakətlərinin qurbanları az olmayıblar və təəssüf ki, həmin ağrı-acılar bu gün də yaşanır.
Kəlbəcərdən didərgin düşdükdən sonra qarşılaşdığım insanlar arasında özümə ən çox doğma bildiyim qanı-canı bir olan qohum-əqrabalar deyil, qələmi və sözü ilə xalqımızın gərəkli övladına çevrilənlər olub. O insanların arasında isə xüsusi olaraq elələri də olub ki, onları daha yaxın və doğma bilmiş, dərd-sərimi bölüşmüşəm.
25 ilə yaxındır çalışdığım «Azərbaycan» nəşriyyatında belə gərəklilərlə demək olar ki, hər gün qarşılaşır, həmsöhbətə çevrilir, fikirlərimizi bölüşür və bəzən də yüngülcə mübahisə ilə «küsüşürük» də. Belə küsüşmələr, əlbəttə, qısaömürlü olur. Axı, hər bir qələm və söz adamı qarşısındakının da onun kimi, «çörəyinin qələm və sözdən çıxdığını» yaxşı bilir. Bəzən ona da təəssüf edirik ki, bu peşənin sahibləri digərlərindən fərqli olaraq, əsl həmkara çevrilə bilmirlər. Elə onun nəticəsidir ki, jurnalistlərin ömür yollarını təkcə toz yox, daş-kəsək də basır. İlin əlamətdar günlərində belə yada salınmayan qələm əhli özü ilboyu digər peşə sahiblərinin vəsfi ilə məşğul olur, cəmiyyətin ağrı-acılarını ilkin yaşayır, problemlərin həllində vacib rol oynayırlar.
Gizli deyil ki, hər əlinə qələm alıb, qəzet səhifələrində cızma-qara edənlər də jurnalist məsuliyyəti daşımır, sözünə və özünə hörmət qoymağı və qoydurmağı bacarmır, sözün məcazi mənasında zurnalistə çevrilirlər. Belələri ilə hər addımbaşı qarşılaşdığımızdan, çox hallarda əsl söz və qələm sahibləri kölgədə qalır, unudulur, zəhməti dəyərləndirilmir, yollarda ömür sürsələr də.
Qələm dostlarımızın yubileylərinin çox sadə, təmtəraqdan uzaq keçirilməsi də bir özgə problemin nəticəsidir. Meyarlar qorunmadıqda, «səhv düşəndə yerimiz» əməksizlər əməkdar, qələmsizlər «Qızıl qələm»li olurlar. Deyərdim ki, haqqında söz açmağa çətinlik çəkdiyim qələm dostum Əli Vahid Çaylını tanıyandan onunla dostluq körpüsündən keçmək istəyəndən bəri bir neçə dəfə görüşsək də, qəlbimdə illərlə iz salanlardan biri kimi qalıb. Bəlkə də ilk tanışlığımızın tarixinin müqəddəsliyindəndir, bilmirəm. Onunla 2015-ci il mart ayının 7-də Türkiyənin Antalya şəhərində keçirilən “Avrasya şairlərinin antologiyası” kitabının təqdimetmə mərasimində tanış olduq. Bir süfrədə çörək də kəsdik. Ulu Şirvan torpağında (qədim Şamaxı rayonunun Çaylı kəndində “aldatma günü”-Gülüş günü”) doğulduğunu, dili poetik, qəlbi, ruhu lirik duyğularla silələndiyini də orada gördüm. Düzü, qələm dostumuz Elli Atayurdla hər ikisinin çıxışı məni daha çox cəlb eləmişdi. Sən demə, bu şair qardaşlarımın hər ikisi də saza vurğunluqları ilə də seçilirmiş...
Antalya səfərindən tanıdığım qələm dostumla hər gün eyni iş yerinə tələsirik. Bakının basabas, toz-torpaqlı, küçələrindən keçib “Azərbaycan” nəşriyyatına tələsirik ki...
Yox, deməzdim ki, hər gün könül xoşluğu ilə qazanc əldə edir, axşamlar əli, cibidolu evə dönürük. Yaradıcılıq ab-havası olmasa da, bir küncə sığınıb iç dünyamızın dərd-səriylə baş-başa qalırıq. Bundan tapdığımız təsəlli, çəkdiyimiz dərdi misralara düzüb könlümüzü, gözümüzü doldurub balaların yanına qayıdanda dünya bizim olur.
Bax, belə yaşayırıq onunla, digər qələm dostlarımızla.
Ömrünün və yaradıcılığının bahar fəslində olan qələm dostumuz məşədi Əli Vahid Səttar oğlu Xəlilbəylinin könül dünyasını vərəqləmək mənə də nəsib olub. Qarşımda dostumuzun ötən il çapdan buraxılan “Müqəddəs hissin daşıyıcısı” kitabı var. Sadiq dostlarımızdan biri olan şair-publisist, Prezident təqaüdçüsü, AYB-nin üzvü Hikmət Məlikzadənin tərtib elədiyi toplunun redaktori çox hörmətli ziaylımız, professor Ziyadxan Nəbibəyli, məsləhətçiləri isə professor Tahir Cəfərli ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Əminə Tüncaydır. Şair-publisistin yaradıcılıq nümunələri ilə yanaşı, onun şəxsiyyətini əks etdirən tutarlı fikirlər və rəylərin də burada cəmlənməsi sanki dostumuzun 60 illik yubileyinə bir hədiyyə-ərmağandır.
Hikmət Məlikzadə kitabın ön səhifələrinin birində yazır:
“Əyməz səni zülmün gücü, şadam, Əli vahid,
Ləl ilə könül ovlana, dadam, Əli Vahid...
...Əli Vahid Çaylının özünəməxsus deyim tərzi, yaradıcılıq üslubu var. O, əksər şeirlərində zəngin bədii tendensiyalarala dünyanın mahiyyəti və onun mövcudluğu, fəlsəfi və bədii fikirlərlə insan probleminin təşəkkülü və inkişaf mərhələləri barədə oxucuda geniş təsəvvür yaradır”...
Qələm dostim və iş yoldaşım Daşdəmir Əjdəroğlunun isə onun haqqındakı fikirlərinin hər biri dəyərlidir. Amma ən gözəli budur: “Sözün qüdrətindən boy verən poeziya” – onun zirvəsində Əli Vahid Çaylının yaradıcılığı görünür”.
Şair dostumun bədii yaradıcılıq üslubu və deyim forması müasirlərinkindən xeyli fərqlidir. Klassik janrların unudulmaması, yaddan çıxmaması üçün istifadə edilməsi Azərbaycan dilinə və ədəbiyyatına məhəbbətdən qaynaqlanır. Burada, qəzəl, məsnəvi, qoşma, gəraylı, sərbəst vəzndə toplanmış nümunələr yalnız bədii ifadələrlə zənginliyində deyil, həm də mövzu rəngarəngliyi ilə də diqqətəlayiqdir.
Bir lirik duyğulu könül ovunduran nazlamasına baxın:
İlk eşqim, qibləgahım,
Günəş olsun sabahım.
Axı nədir günahım,
Ay mənim küsənim, gəl!
Dərin mənalı, siyasi baxışlı bu bənddə nələr yoxdur ki:
El üçün şam kimi yanandan soraq,
Zənbur kimi şəhdi qanandan soraq.
Biləndən öyrənək, duyandan soraq,
Xalq bu yatanları oyatmır, niyə?
Burada S.Ə. Şirvani, yaxud M.Ə.Sabir sorğusunu hiss etdinizmi? Zaman dəyişsə də, eyham və ironiya ilə “səs salma, yatanlar qoy hələ yatsın”,-deyən klassiklərimizin yolunun davamçısı olan Əli Vahid isə həmin fikri bu gün belə nəzmə çəkir:
Çox yollar görmüşəm ikitərəfli,
Bir yol var – gedənlər qayıtmır, nədən?
Nə sirdir ki, qəfəsdəki qartalı
Ovutmur bir qayğı, ovutmur, nədən?
Əruzu gözəl bilən, bu klassik vəznin incəliklərini dərk etmək üçün şairin qəzəlindən bir beytə nəzər salaq:

Ya Rəbb, bizə hər kim ki gəlir, saz ilə gəlsin,
Versin qəmini dağlara, min naz ilə gəlsin.

Qəlbimdə qışa var gileyim, kim gələcəksə,
Bir güllü bahar, bir gözəl yaz ilə gəlsin...

Düşsün muğamın sehrinə bir nazlı mələk tək,
Uçsun Vahidin səmtinə, pərvaz ilə gəlsin.

Əli Vahid Çaylının kitabdakı bədii nümunələrini yetərincə göstərmək olar. Əslində, məqsədim qələm dostumuzun ömürnaməsini vərəqləmək, oradakı yaddaqalan xatirələrinə birini də əlavə etmək idi. Ona görə də poetik düşüncələr qoynunda ömrün zirvə baharına yetən, dönüb geri boylananda kədərlənməyən, qazancı söz mülkü, söz sərvəti olan Əli Vahid Çaylının 60 illik yubileyinə əliboş gəlməyin günah olduğunu düşündüm. Gümanım ürəyimin rişəsindən qidalanan sözlərimə çatdı, qardaş. İcazə verin Sizi bu tarixi, əlamətdar günlərinizdə dünya malı ilə yox, könül sovqatılı kəlmələrimlə təbrik edim. Həyatda uzun ömürlülüyü Sizə Yaradanımız bəxş etsin, sevilməyi, sevməyi, yaradıcılıq uğurlarınızın davamlı olmasını isə mən diləyim. Bax beləcə:

Ömrün zirvəsinə, ay Əli Vahid,
Kaş, o dağlarda çata biləydik.
Dərib gül-çiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Altmışa dağlarda çata biləydik.

Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Altmışa dağlarda çata biləydik.

Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Altmışa dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Altmışa dağlarda çata biləydik.

Çəkəmmədik biz dağların nazını,
Çalammadıq ustadların sazını.
Məhəmmədə yazdıranda yazını,
Bir dostun ruhunu tuta biləydik,
Altmışa dağlarda çata biləydik.

ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim

Автор: salamsalam от 1-04-2016, 13:06
ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim


Mən ölmədim

Bu dünyaya niyə gəldim, bilmirəm?!
Zalım fələk, sənə yoxdur sözüm hey.
Dizin-dizin süründürdün dünyanı,
Yollarında qabıq qoydu dizim hey.

Ayrı saldın vətənimdən, elimdən,
Kilidləyib qıfıl asdın dilimdən.
Nəyim vardı, tutub aldın əlimdən,
Mənə qaldı bu dünyada dözüm hey.

Daşdan deyil, ağacdandır otağım,
Ağac üstə saman döşək yatağım.
Neçə dosta məzar oldu qucağım,
Mən ölmədim, deyən bərkdi üzüm hey.
1989


NƏ QƏDƏR GEC DEYİL

(Sən öz dərdini çək, atamın pulu məni yüz il də innən belə saxlaya bilər- deyənə)

Mənim nə dərdim var, nə çəkim, axı
Öz halal ruzumu qazana billəm.
Qəlbimin odundan bir ocaq catıb,
Qışda dövrəsində qızına billəm.

Ömrümü işığa aparır yollar,
Məndədir inadı kükrək sellərin.
Mənim dağdan ağır ümidlərim var,
Qoymaz daş altında qala əllərim.

Ürəyin sinəndə baxmır sözünə,
Dilin ömrün boyu yalan toxuyub.
Aldığın diplomu soxma gözümə,
Sənin yerinə dədən oxuyub.

Ancaq bir məsəli çıxarma yaddan.
Dibi sudan deyil varın, dövlətin.
Tutub qalmayacaq dünyanı atan,
Qanunu, hökmüdür bu təbiətin.

Bil ki, ağır olur elin töhməti,
Öyünmə atanın, gəl, varıyla sən.
Nə qədər gec deyil, alış zəhmətə,
Öyün əlləriyin qabarıyla sən.
12.01.1974

ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim


Torpaq Nəğməsi

Ana torpaq, ilk məskənim, son yerim
Dağın, dərən mənə arxa , həyandı.
Boynubükük bənövşələr-kədərim,
Alovlanan lalələrin-həyamdi.

Üfüqlərin xəyalımın yoludu,
Hər qarışın müqəddəsdi, uludu,
Yanğım olsa, göylərinin buludu,
İstəyimi bir baxışdan duyandı.

Bir zərrən də səni məndə yaşatdı
Yaddan çıxsa bir yer adı, daş adı-
Küləklərin yaddaşıma daş atdı,
Mürgüləyən xatirələr oyandı.

Min il keçsə ömür sənə yad olmaz,
Sənsiz bir gün ürəyimdə od olmaz,
Nəm duyğular atəşindən od almaz,
Ha yelpiklə, ha alışdır, ha yandır.

Baş açmadım, heç bu necə sirr idi?
Eşqim dəcəl uşaq kimi kür idi.
Bir gözəli görən kimi kiridi,
Axşam, səhər yollarında dayandı.

Ana torpaq susdurmaqçün düşməni,
Al, güllə tək sinəsinə sıx məni.
Bir saz üstə zəfər adlı nəğməni,
Sazım, sözüm bu dünyaya yayandı.

ELDAR NƏSİBLİ SİBİREL - Mən ölmədim

VAXTINDA DEYİLMƏYƏN SÖZ

Dedilər ki, heyfin gəlsin özünə,
Söz qaytarma böyüklərin sözünə.
Qanlı-qanlı baxır indi üzümə
Öz vaxtında deyilməyən sözlərim.

Daşa dönüb ürəyimdən asılıb,
Yaşa dönüb kirpiyimə qısılıb,
Kədər olub taleyimə yazılıb,
Öz vaxtında deyilməyən sözlərim.

Bir sevginin ləçəyində xal olub,
Kəmfürsətin fürsətinə yol olub,
İndi qəlbim qarşısında qul olub,
Öz vaxtında deyilməyən sözlərim.

Bu sirrimi bildirməsə yaxşıdır,
Yadı mənə güldürməsə yaxşıdır.
Məni vaxtsız öldürməsə yaxşıdır,
Öz vaxtında deyilməyən sözlərim.
1984

Türkəm mən

Mərə kafir,unutdunmu?
Azman türk oğlu türkəm mən.
Bir nərəylə halayları
Pozan türk oğlu türkəm mən.

Var dünyada yolum, izim.
Yox kimsəylə bir qərəzim.
Hər zaman haqqa tərəzi,
Mizan türk oğlu türkəm mən.

Azmamışam duman, çəndə.
Aç oxu tarixi məndə.
Şəhidə qəbri sinəmdə
Qazan türk oğlu türkəm mən.

Dözümdə- Bamsı Beyrəyəm,
Sözümdə- Yunis İmrəyəm.
Sazımda- dəli nərəyəm,
Ozan türk oğlu türkəm mən.
1994

NƏ TAPAR...

Bu dünyayın milyon-milyon sirri var
Sualından, sorğusundan savayı.
Kim düz baxıb gözlərinə ölümün?
Qurd ürəkli doğrusundan savayı.

Ər qəzəbi çaylar kimi bulanıb,
Vaxt olub ki, dağı, daşı dolanıb
Bu dünyada kimlər yaxşı dolanıb?
Oğrusundan, əyrisindən savayı.

Öz yolundan nə vurulur, nə sapar?
İlhamıyla qaya yarar, dağ çapar.
Bu dünyada sənətkarlar nə tapar?
Ürəyinin ağrısından savayı.
1987

DUYAN OLSA

Misra-misra ürək sancar sinəmdə,
Elə sanma ağrısından üzülləm.
Ömrun-günün səhərində şeh kimi,
Çiçəklərin yanağına düzülləm.

Dağ çayından ahəng alıb bu nəbzim,
Tufan olsa dalğasıyam dənizin.
Qayaların sərtliyindən, əzizim,
Göz yaşıtək damcı-damcı süzülləm.

Bir vüsalın güneyində gözüm var,
Hələ onun zirvəsində gözüm var,
Bu dünyada mənim bircə üzüm var,
Duyan olsa bir baxışdan sezilləm.

Arzularım, duyğularım təzə-tər.
Qara bulud görən kimi tez ötər.
Hədəfindən yayınsa da nə qədər,
Dəyər bir gün hədəfinə söz gülləm.

Daha məni xəyalına gətirmə,
Yollarında, izlərində bitirmə,
Demədimmi, gülüm, məni itirmə,
Tapammazsan axtarsan da yüz ilnən.
1980

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının