Ədəbiyyat

KƏRKÜK HARAYI… – TURAL İRFAN

KƏRKÜK HARAYI…

Hanı ulu türkün aslan nərəsi,
İraqda qan ağlayır türkmən nəvəsi!

Hanı tarixi şanlı yapan ulu türkün Tanrı nəfəsi,
Sındırsın türkün qolundakı qandalı, canındakı qəfəsi.

Şad etsin Mete soylu, Atilla huylu, fəqət əlləri yalın ərləri,
Titrətsin nərəsi göyləri, yerləri!

Qayıtsın özünə qoca türkün ucalığı,
Geri dönsün keçmişə görk olan,
Əynində kürk olan kür kişilər.
Qayıtsın uca türkün ucalığı,
Geri dönsün özü, sözü bir olan kişilər!

Ərlər meydanında şir olan türk,
Pirlər meydanında pir olan türk,
Nərlər meydanında nər olan türk
Dönəcək özünə,
Sadiqdir tarixinə, izinə…

Kərkük od içində, yanır qardaşım,
Alovlar içində qovrulur, fəqət əyilmir, sınmır.
Şərə şahid olur, mərdcə şəhid olur,
Ancaq dözür, səbr edir, dönmür!

Yaşayacaq dünya durduqca Kərküküm,
Qalxacaq ayağa bir gün yatan Türküm;
Gözlərə ox olub batan Türküm,
Turan amallı şamanlar,
Altay türkülü ozanlar gələcək,
Düşmənin məzarını qazanlar gələcək,
Bir gün mütləq tarixi yenidən yazanlar gələcək!

Mart, 2018

Tural İrfan

İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button