Ədəbiyyat

“Ömrü boyu konyukturaya, fəxri ada, pula, vəzifəyə hərisliyi ilə seçilib”- Tanınmış yazıçı xalq şairindən yazdı

Tanınmış yazıçı Orxan Saffari xalq şairi Fikrət Qoca haqqında post paylaşıb. Yazıçının paylaşdığı post diqqətimizi çəkdiyi üçün onu Analoq.az olaraq oxucularımızla da bölüşürük:

25 avqust Azərbaycan xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın doğum günüdür.

Yaşasaydı, yenə də hiss edilməyəcək, varlığı ədəbiyyatla yox, mənasız məsələlərlə gündəmə gələn şairin 89 yaşı olacaqdı.

Fikrət Qocanın yaradıcılıq nöqteyi-nəzərdən üç-beş ortabab nümunəsi olsa da, ömrü boyu konyukturaya, fəxri ada, pula, vəzifəyə hərisliyi ilə seçilib.

O, ədəbi fəaliyyəti ərzində biri-birindən mənasız açıqlamaları, ancaq öz gün-güzəranına xidmət edən ifadə və hərəkətləri, hətta işlədiyi quruma qədər yazdığı mənasız, heç bir ədəbi, bədii yükü olmayan şeir və bir sıra lazımsız əməlləri ilə daim diqqətdə olmuş, lakin dünyasını dəyişdiyi bir gündən bu yana unudulmuşdur.

Sözsüz ki, tarix, ədəbiyyat gec-tez hər kəsin öz layiqli yerini göstərir, sahib ola biləcəyi dəyəri verir.

Allah rəhmət eləsin!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button