Ədəbiyyat

Aşıq Qurbani — Şeirləri

XV–XVI əsrlərdə yaşamış dövrünün qüdrətli el sənətkarı – haqq aşığı, el şairi Azərbaycan aşığ sənətində ustadlar ustadı Aşıq Qurbani və ya Dirili Qurbaninin şeirlərini analoq.az-ın oxucularına təqdim edirik:

Bənövşəni

Başına döndüyüm ay qәşәng pәri,
Adәtdi, dәrәllәr yaz bәnövşәni.
Ağ nazik әlinlә dәr, dәstә bağla,
Tәr buxaq altında düz bәnövşәni.

Tanrı sәni xoş camala yetirmiş,
Sәni görәn aşiq ağlın itirmiş,
Mәlәklәrmi dәrmiş, göydәn gәtirmiş?
Heyif ki, dәriblәr az bәnövşәni.

Başına döndüyüm, bağa gәl, bağa,
O gözәl hüsnündәn bağa nur yağa.
Dәstә-dәstә dәrib taxar buxağa,
Bәnövşә qız iylәr, qız bәnövşәni.

Sәhәr olcaq şeyda bülbül oxuşdu,
Hökm olundu, süleymanlar yerişdi,
Sәrt qış gәldi, gülün vaxtı sovuşdu,
Daha iylәmirik biz bәnövşәni.

Qurbani der: Könlüm bundan sayrıdı,
Nә etmişәm yarım mәndәn ayrıdı?!
Ayrılıqmı çәkib boynu әyridi?!
Heç yerdә görmәdim düz bәnövşәni.

Açılmış

Pərimin bağmda seyran eylədim,
Sanasan bağçada güllər açılmış.
Çıxardım könüldən dərdi, qubarı,
Xoş göftarlı şirin dillər açılmış.

Sifətdə Züleyxa – yarı Yusifin,
Xubların xubusan eylərəm vəsfin,
Boyu uzun, beli incə məhbubun,
Buxağmda gözəl xallar açılmış.

Hasil oldu Qurbaninin diləyi,
Tanımaram nə sultanı, nə bəyi,
Mirvari qolbağı, bəyaz biləyi,
Dal gərdəndə siyah tellər açılmış.

Bilmədinmi sən

əbnişin eyləyib yola düşmüşəm,
Yar, mənim gəldiyim bilmədinmi sən?
Dərdini çəkməkdən dəli olmuşam,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Mən qurbanam sənin kimi canana,
Olmuşam dərdindən dəli-divana,
Dağılsm otağım, ev ilə xana,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Qurbani deyir ki: sonasan, sona,
Bir zaman görməsəm yanaram, yana,
Qarabaş göndərdim əhdə, peymana,
Yar, mənim gəldiyim bilmədinmi sən?

Qaldı

Sitәmlә ayrıldım ana vәtәndәn,
Yarımın bağbansız bağları qaldı.
Alagöz çiçәkli, tәr şәmamәli
Bostan sinәsinin tağları qaldı.

Köç-köç oldu, karvan yola düzüldü,
Yarın gözlәrindәn qan-yaş süzüldü,
Aman, dostlar, әlim yardan üzüldü,
Düşmәnin sinәmdә dağları qaldı.

Artıb Qurbaninin dәrdi, qübarı,
Başının sevdası, dil ahü zarı.
Baxmaqdan gözlәri vәtәnә sarı
Әridi qarası, ağları qaldı.

Nədəndi

Ey nazənin, bu gen, geniş dünyada,
Namusu əğyara satmaq nədəndi?
Gər adına deyilmişsə şahibaz,
Söylə görüm, onu atmaq nədəndi?

Eylərəm hər yerdə sənin sorağın,
Gündən-günə artar bil, iştiyağım,
Öz əlinlə yandırdığın çırağın,
Şöləyi-fəraqla yaxmaq nədəndi?

Hifz eyləsin Tanrı səni bəladan,
Tapsın canın səhhət, ey gül, şəfadan,
Hər ikimiz vəslə yetək duadan,
Hicranın oduna yanmaq nədəndi?

Nə gözəldi sənin şirin sözlərin,
Zail etdi məni ala gözlərin,
Ey sevdiyim, qaydasıdı qızların,
Gahi-gahi bu söz atmaq nədəndi?

Sənə əyanmı, ey dilbər, sevdiyim,
Qurbanidi, bir şey istər, sevdiyim,
Ay üzünü görmək istər sevdiyim,
Söylə görüm, bəs bu yaşmaq nədəndi?

O burca

Haqqım әmr eylәdi, gәldim dünyaya,
Gözüm açdım, mail oldum o burca.
Arif oldum, haq kәlamın oxudum,
Әlif qәddim dal yazıldı o burca.

İsmin xәbәr aldım, dedi Vәlidi,
Göydә gәzәn Cәbraildı, pәridi,
Qapıçısı Şahi-Mәrdan Әlidi,
Mәhәmmәd meraca gedәr o burca.

Qurbani der: Arayıban tapmışam,
Qırxlar mәclisindәn bir pay qapmışam,
Kәbәdisә, mәn dә birin yapmışam,
Min könüldәn bir yol gedәr o burca.

Pəri

Eşitdim sәdanı, gәldim buraya,
Dedilәr dәrs alır Qurana Pәri.
Sövdagәrlәr mәta açıb bazarda,
Alıcılar gәlir meydana, Pәri.

Danış, danış, yar, eşidim dillәrin,
Görsә fәğan eylәr o bülbüllәrin,
Urumda,1 Qeysәrdә yoxdu xalların,
Kafәr görsә gәlәr imana, Pәri.

Bilmirәm mәlәksәn, mәlәkzadәsәn,
Yoxsa ki bәşәrsәn, bәşәrzadәsәn,
Ver içәyim, yar, әlindәn badә sәn,
Әrәstun içirdi loğmana, Pәri.

Qurbaniyәm, yaxşı tanıynan bizi,
Sәdan alıb Mәrәnd ilә Tәbrizi,
Sәndәn әlavә dә sevdim bir qızı,
Eşqindәn olmuşam divana, Pәri.

Rast gəldim

Pərinin bağmda seyran eylədim,
Almalı, alçalı yaza rast gəldim.
Almasm, heyvasın dərdim, düşürdüm,
Könül istədiyi naza rast gəldim.

Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası,
Sinəni bənzətdim şonqor yuvası,
Oğlan libasında qıza rast gəldim.

Qurbaniyəm, görcək həzər eylədim,
Gözəlləri gördüm, nəzər eylədim,
Yeddisilə bağda güzar eylədim,
Hesabım yanıldı, yüzə rast gəldim.

Üzüldü

Gecә-gündüz intizarın çәkmәkdәn,
Yolun gözlәmәkdәn canım üzüldü!
Müşkü әnbәr qoxur siyah telindәn,
Niyә gәlmәz o karvanım, üzüldü?

Dolanırsan çәrxә, bәri baxmazsan,
Bülbülüsәn, bu gülşәnә çıxmazsan,
Dindiribәn mәni yada salmazsan,
Bu gәrdişdәn ol dövranım üzüldü.

Qurbani der: Sözüm qaldı dәxi nә,
Könül köçbәnd olur zәnәxdanına,
Bunca dad eylәdim şahlar şahına,
Gül ki, qәmgin bir zәbanım üzüldü.

Gəncə hey

Könül qalxıb Bərdə sarı yeridi,
Orda bir ölkə var, adı Gəncə hey!..
Gözəlləri, məhbubları, xubları,
Olar batıb malü-mülkə, gencə hey!..

Geymək üçün yaşılı var, alı var,
Əmmək üçün ləblərinin balı var,
Xublarmm bir özgə cür halı var,
Hər yetənə vurmaq olmaz pəncə hey!

Qurbani der, vüsalına ermədim,
Əl uzadıb qönçə gülün dərmədim,
İran gəzdim, Turan gəzdim görmədim,
Gözəllikdə, məhbubluqda səncə hey!

Təqdim etdi:
Turan Etibaroğlu

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 4.3]

Back to top button