Ədəbiyyat

“Şeiri aparir hər kəsi təsvirə, xəyalə”-Vüqar Əhmədə ithaf

Şair doğulub şeirə canandir Vüqar Əhməd ,
Şeirə, hünərə, qüvvəli candir Vüqar Əhməd.
Çox əhli-səfa xəlq eləyib xaliqe sübhan,
Əhli hünərə virdə zəbandir Voqar Əhməd.
Xalqın gözüdür əhli-bəsirət belə söylər,

Bağe ədəbü, eşqə əyandır Vüqar Əhməd.
O Pişəvəri həqqini əla yaradibdir,
Əhsən ona,bu xəlqə nişandır Vülqar Əhməd.
Şeiri aparir hər kəsi təsvirə, xəyalə,
Bəh -bəh,nə qözəl dürri girandır Vüqar Əhməd.

Fəxr eylə vətən- bir belə övladə həmişə,
Aç sirrini, çün sirrə nahandır Vüqar Əhməd.
Çox əhli səfa, əhli vəfa xəlq olunubdur,
Dünya boyda dünyada qalandır Vüqar Əhməd.

O, Bəxtiyar əndişəsinə canlı fəsanə,
Tarixdə galan, həm ucalandır Vüqar Əhməd.
Fəxr eylər onun adına çox Seyyidi Sani,
Çün əhli- hünər,əhli bəyandır Vüqar Əhməd.

Seyyid Mahmud İbadi (Seyyidi Sani).Təbriz.13.06.2020.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button