Müsahibə

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Yazar: — Tarih 6-05-2020, 11:42

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə” bu barədə Analoq.az müxtəlif peşə sənət nümayəndələr,ziyalılar arasında sorğu keçirib.Həmin sorğunu təqdim edirik:

İlqar Rəsul
(Yazıçı)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?
Əslində valideynin övladının gələcəyini düşünməsi və bu yöndə cəhdlər etməsi təqdirəlayiq haldır. Bu məsələdə bizim cəmiyyət də artıq yerindən tərpənib irəliyə doğru getməkdədir. Bu məni gələcək nəsillə bağlı xeyli ümidləndirir. Məncə, valideynlər bir dəfəyə bir neçə istiqamətdə uşağı yoxlayırlar ki, nəsə bir nəticə əldə etsinlər. Mən də hesab edirəm ki, uşaq orta təhsillə paralel ən azı musiqi təhsili alsa yaxşıdır. Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsil?Amma ümumilikdə yaxşı olar ki, uşaqların körpə vaxtlarında belə çox yüklənməmələri üçün, valideynlər etibarlı mütəxəssislərə müraciət etsinlər. Qoy onlar desinlər, bu uşaq rəssam, idmançı, musiqiçi ya rəqqas, model və s. ola bilər. Bu halda uşağın qavrama sistemləri də zorlanmaz. Bilirik ki, müasir təhsil hətta orta məktəbdə belə, uşaqların beyninin yüklənməsinin əleyhinədir.Bir çox ölkələrdə, elə qonşumuz Türkiyədə də təhsil sistemi uşağa məktəbdə mümkün qədər az tapşırıq verir ki, onun beyni çox yüklənməsin. Yəni istirahətə, əylənməyə, bir sözlə uşaqlıq dövrünü normal yaşamağa da vaxtı və həvəsi qalsın. Belə olduğu halda məncə biz uşaqlarımızı eksperiment edərək bir nəticə olmaq üçün bir neçə istiqamətdə yönəltməkdənsə, əvvəl bu sahəyə aid mütəxəssislərdən məsləhət alsaq yaxşıdır.

Minəxanım Təkləli

(Professor)
Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?
Əlbəttə bir çox hallarda valideyn qabağa düşür. Seçimi o edir. Nəticədə ağlaya ağlaya piano çalan “musiqiçi”… şəkili qəsdən təhrif edən sonra cırıb atan balaca “rəssam” lar görürük. Mən özüm şahidi olmuşam: ötən illərdə Bakıda hamı uşağı mudiqi məktəbinə hökmən də piano sinfinə qoymaq istəyirdi. Bu musiqi məktəblərinin önü valideyn dava meydanına dönürdü. Həmişə çağırılmamış təcili yardım maşını hazır dururdu.Əslində valideyn yönləndirməli…balasının qabiliyyətini inkişaf etfirməlidir. Uşağı ata anası qədər kim duya bilər ki… onun bu və digər sahəyə sənətə meylini… bacarıq və qabiliyyətini ən yaxşı onlar bilir.Bəzən tam tam tərsinə olur. Uşağın idmana və ya rəqsə elə həvəsi…elə marağı olur ki. Valideyn isə var gücü ilə ona qarşı çıxır. Dərslərinə mane olar və ya artıq xərc deyə.

Yusif Mirzə

(Rəssam)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Uşaqlara özünü ifadə etmək üçün şərait yaratmaq, kömək etmək lazımdır. Qoy o, rəsm də çəksin, musiqiyə də maraq göstərsin, rəqs də etsin, şeir, hekayə yazmağı da sınaqdan keçirsin, idmanla da məşğul olsun. Uşaq uşaqlığını yaşamalıdır.Qətiyyən yol vermək olmaz ki, bu məşğələlər usandırıcı, bezdirici olsun. Bir də məsələləri biri-birinə qarışdırmaq olmaz. Bütün bu sadaladıqlarımız uşağın ümumi inkişafı üçündür. Onun peşə-sənət seçimi sonrakı dövrdə olur.Uşaqlar çox həssas və kövrək olurlar. Qətiyyən onların psixoloji travma almağına yol vermək olmaz. Amma şahidiyəm ki, həm valideynlərin, həm də müəllim- pedaqoqların içərisində elələri olur ki, uşağın psixologiyasına vurduğu zərərin fərqində belə deyil. Çox faktorların təsiri var. Cəmiyyət, social-mədəni səviyyə və s. Ən vacib şeylərdən biri kimi mədəni səviyyəni qeyd edərdim.


İradə Sarıyeva


“Bakı-xəbər” qəzetinin əməkdaşı,jurnalist

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Uşaqlar erkən yaş dövründən müstəqilliyə, sərbəst davranışa alışdırılmalıdır. Uşağa münasibətdə valideynlər eyni düşüncəni paylaşmalıdırlar. Sözsüz ki, övladının hansı sahəyə meyl etməsini valideynlər dərhal hiss etməli və övladlarının rəyini soruşmaqla onu həmin istiqamətə yönəltməlidirlər. Bizim övladımız Əsgər 5 yaşından taekvondo idman növü ilə məşğul olur. Biz onu idmana ona görə yönəltdik ki, o, hiperaktiv, hərəkətli uşaqdır. Əsgər taekvandoya getdi və ilk məşqlərdə öz idman növünü sevdi. Artıq 3 ilə yaxındır ki, böyük maraq və həvəslə davamlı olaraq məşqlərə gedir. Mən bunu niyə qeyd etdim? Onu çatdırmaq istəyirəm ki, övladımızı bu sahəyə yönəltdik, yönəltməli idik də.Çünki uşağın həmişə düzgün istiqamətə yönəldilməsinə ehtiyac var. Valideyn uşağı onun istedadına, bacarıq və marağına görə yönəltməlidir, lakin onu məcbur etməməlidir. Bir uşaq məcburən idmana, rəqsə, başqa sahələrə gedirsə, o bununla öz arzusunu yox, valideynin arzusunu yerinə yetirir. Öz arzusu isə yerinə yetməmiş qalır. Mən ətrafda valideynlərin uşaqları ilə bağlı seçim etmələri məsələsində çox qalmaqalların şahidi olmuşam. Ata deyir, uşaq karateyə getməlidir, ana isə yox, cüdoya getsə yaxşıdır, fikrinin üstündə dayanır. Bir çox valideynlər uşağın fikrini nəzərə almırlar. Uşağın özünün gözəl musiqi duyumu olur və musiqi ilə məşğul olmaq istəyir. Yenə evdə dava düşür və ata ilə ananın fikri haçalanır. Valideynlər bir-biri ilə bəhsə girib uşaqlarının arzularının üstündən xətt çəkməsinlər. Onlar övladlarını yönəltsinlər, ancaq uşağın meyli olduğu sahəyə. Valideyn uşaq üçün həmişə mənəvi mayakdır.

Asəf Vəliyev

(266 saylı məktəbin direktor müavini)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?
Valideyn yaxşı olar ki, uşaqda olan istedadı görsün və istiqamətləndirsin.

Nailə Mirzəyeva

(Azərbaycan Texniki Universitetinin əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru)

Təbii ki, insan uşaq vaxtında idman, musiqi, rəsm və ya incəsənətin digər növləri ilə məşğul olmalı, ancaq bununla bərabər elm öyrənməyi də unutmamalıdır. Lakin son zamanlarda uşaqların eyni vaxtda bir neçə “qarpızı bir əldə tutduğunun” şahidi oluruq. O uşaqlarla kiçik bir söhbət bütün qaranlıq mətləblərə aydınlıq gətirir və məlum olur ki, onlar məşğul olduqları idman, yaxud digər sahələrə valideynlərinin təkid və təzyiqi ilə gedirlər. “Əgər istəmirsənsə, niyə etiraz etmirsən?” – sualına verilən cavablar da çox maraqlıdırValideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?Onlardan biri: “anam deyir ki, sən idmana, rəsm dərnəyinə, hazırlığa getməsən, camaat deyəcək ki, bunlar geri qalıblar. Uşaqlarını səninlə yoldaşlıq etməyə qoymayacaqlar” – cavabını verdi.Mənim işim birbaşa gənclərlə bağlı olduğu üçün bizim bu tip söhbətlərimiz çox olur. 16 yaşlı tələbəyə “sən ki, bu ixtisası sevmirsən, niyə nahaq yerə 4 il vaxtını məhv edirsən?” sualına “müəllimə, evdə atam – anam elə hey “filankəsin uşağı belə, filsnkəsin uşağı elə” – deyib başqalarını tərifləyirlər. Bax onda adam həmin “filankəsin uşağı”nın yerində olmaq istəyir. Məndən olsa, sənət öyrənərdim, rahatca pul qazanardım” – cavabını verdi. Bu özlüyündə müasir Azərbaycan gəncliyinin üzləşdiyi acı reallıqdır. Təbii ki, elm öyrənmək, idmanla məşğul olmaq lazımdır. Ancaq, əziz valideynlər, övladlarınıza seçim etmək, sərbəst qərar qəbul etmək imkanı verin. Bu onların gələcəyi üçün vacib şərtdir.

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

İmran Qurbanov

(Həkim)

Çox aktual bir mövzusur. Əlbəttə ki, uşaqların seçiminə hörmətlə yanaşmaq lazımdır. Ancaq valideyn tövsiyəsinə də qulaq asmaq lazımdır!

Əlizadə Nuri

(Şair)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Qısaca deyirəm: tanrıya qulaq assınlar! Tanrının barmağı hara uzanıbsa, ora da göndərsinlər…

Faiq Ağayev

(Müğənni, xalq artisti)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Övladın gələcəyi üçün hərtərəfli hazırlanması yaxşıdır. Sadəcə olaraq valideyn də nəzərə almalıdır ki, uşağı müxtəlif məşğələlərlə gərgin rejim altında saxlayıb stresə salmaq da düzgün deyil.Qidalanmasına, istirahətinə ciddi fikir verilməlidir. Bir sözlə, uşaq erkən yaşlarından hərtrəfli hazırlanmalıdır, amma təzyiq altında olması məsləhət deyil.

Xanəmir Telmanoğlu

(Yazar)

Bizdə ilahi qabiliyyəti kütləşdirən kütləvi şüura qoşulma meyli həmişə güclü olub. Sizin vurğuladığınız keyfiyyətləri bir uşağa aşılayan həm də “valentin günü” aşiqi valideynin müsəlmanlıqdan deyil, xristian bir ailə yapısından gəldiyi bəlli olur. Çünki bir uşağa musiqi, idman, rəsm qabiliyyəti oldu-olmadı təlqin etməyin kökündə xristian dünyagörüşü və dini inancı durur. ( Biz türklərdə tərbiyə təbiətə baxılaraq əxz edilib. Sabah quşlarla qalxıb, onlar yuvasına dönərkən evə dönmək və uyumaq. Sabah işıqla oyanıb gün batarkən gedib uyumaq. Yaxud bir ağcın böyüməsində günəşdən, havadan, sudan bir də ona qarşı insani münasibətdən, duyğudan başqa heç nə rol oynamazdı. Ağaclar, ya pələng, qurd bir başqasından fərqlənmək üçün “məşq” edirmi? – kimi.) Bunlar deməzdim ki, pis şeylərdir. Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?Elə isə texnologiyanı da digər millətlər və din sahibləri icad edibsə, xeyr ola, bu gün təxəyyülümüzü də qabaqlamış bu texnologiyadan daha çox istifadə edirik? Ümumiyyətlə, Naqasaki və Xirosima, Suriya fəlakətlərindən betər dəhşətləri indidən ruhuna, şüuruna pərçimlədiyimiz uşaqlarımızı xristian dini üzərində tərbiyə edirik. Biz ya xristian olmalıyıq, xristian kimliyimizi qəbul edib dünyaya bu kimlik altında sözümüzü deməliyik, ya da digər dinlərə hörmətlə yanaşıb öz dinimizə sahib çıxmalıyıq. Yoxsa Hz. Məhəmmədin bayrağı altında Hz. İsaya xidmət edərək insanlıq yükünü daşıyanların Ali Gücün qarşısında heç bir cabahdehliyi ola bilməz.Bizim hələ bu dediklərimizə qədər çözməli olacağımız bir çox işlərimiz var. Məsələn, kosmoqonik düşüncə, metafizik anlayış da deyir ki, insanların özəlliyi, millətlərin gözəlliyi onların çeşitliliyindədir. Biz isə uşaqlarımızı ərəb-fars adlarıyla öldürürük. Xalq hansı dildə danışırsa, onun fərdlərinin adları da o dildə olmalıdır. Bir türkün, farsın, ingilisin müsəlman olması, onun ərəb olması deyildir əsla. Dinin millətə, ərəbə, etnosa heç bir aidiyyatı yoxdur. Quran türkcə nazil olsaydı belə, bu gün ərəblərin uşaqlarını türk adlarıyla məhv etməyinə nə ehtiyac olmalıydı ki? Biz türklər övladlarımızı ərəb edirik (müsəlman deyil) və xristian kimi yetişdiririk. Biz türk kökənli ərəb xristianlarıyıq. Bu qədər. lütfən Azərbaycanda bir sorğu keçirin, qız və oğlan uşaqlarının son 10-15 ildə adlarına baxın, görün hansı mənzərəylə qarşılaşacaqsınız? Övladlarına ərəb-fars adlarını qoyandan sonra o uşaqları hansı eğitimdən, təlim-tərbiyədən keçirisən keçir, xeyri yoxdur, o uşaqların gələcəklə bu cəmiyyətlə, toplumla, xalqla, tarixlə və mədəniyyətlə dəhşətli bir qarşıdurması olacaq. Bu qarşıdurma həm də özümüzü aşağılama, özünü inkar, kəndini tanımazlıq kompleksiylə ətrafa zülm saçacaq. Digər bir xüsus, biz uşaqlarımıza əxlaq öyrətmirik, ancaq onları idmana qoyub zombi, rəsmə qoyub heyvan, it-qurd şəkli çəkən, musiqiyə qoyub səs-küylə baş-beynimizi aparan bir ət- sümük yığını edirik. Möhtəşəm və sevimli robotcuklar yetişdiririk. Biz uşaqlarımızı gerçəkdən qətl edirik. Biz öz uşaqlarımızın qənimiyik. Niyə? Məsələn; bir texnologiya ki, illərlə övladına öyrədəcəyin, xərcini çəkəcəyin xüsusiyyəti daha gözəl edirsə, (məsələn, daha gözəl musiqi bəstələyirsə, daha gözəl rəsm çəkirsə, daha çox adamı uzaqdan məhv edirsə) bizim övladlarımızın bu robotlardan, texnologiyalardan, dəmir – dümür yığınından hansı üstünlükləri var? Yoxdur axı!!! Bizim bu dəhşətlər əsrində, insanın və insanlığın dövriyyədən çıxardıldığı bir zamanda yeganə ümidimiz və pənahımız olan uşaqlarımızı əxlaq üzərində böyütməyimizdir. Gerisi boş şeydir. O zaman o uşaq əgər musiqi istedadı varsa, ən gözəl musuqiçi, rəsm istedadı varsa, ən mükəmməl rəssam, idmana meyli varsa ən müdhiş idmançı olacaq. Avropa insanı həqiqəti dərk edib bizdən fərqli olaraq. O bilir ki, icad etdiklərinin əsirinə çevrilmək olmaz. İcad elədiklərin hər vəchlə səni öz quluna döndərmək istəyir. Bundan qurtulmağın tək yolu, yeni nəsli “kosmik və metafizik qaydalar” üzərindən tərbiyə etməkdir. Onların tikdiyi binalar bu gün adi qutular deyil artıq. Məsələn, yapon alimləri düşünüblər ki, insan onurğası üzərində necə durursa, zələzələyə ən davamlı olacaq elə bir sistemlə inşaat işləri başladaq. İki ayaq üzərində durmuş və onurğa sütunları üzərində “yığılmış” insanın duruşu mükəmməl olduğu qədər də dayanıqlı, möhkəm və yıxılmazdır.Bu günki insanların təzələnmə, yenilənmə, müasirləşmə adına zehniyyətində zəngin olma ehtirası daha güclüdür. Bu isə birinin o biri üzərində qələbəsi anlamını daşıyır. Sənin kapitalın çoxsa, “sən daha üstünsən” fəlsəfəsi hakimdir bu dünyaya. Həm də bu əxlaq özündən sonra geridə mənəvi dağıntılara səbəb olacaq imperiya və eqo qoyub getmək vərdişi aşılayır. Eyni qayda və zehniyyətlə də, övladlarını böyüdən ailələr çoxalmağa başladı. Təki nə olursa olsun, uşağım musiqiyə, rəsmə, idmana getsin. Başqalarının uşaqlarından daha üstün olsun… oysa üstünlük yalnız əxlaqla ölçülmüş, mədəniyyətlə müəyyən olunmuşdur. Əgər bir zəngin ata, anaya deyirsə ki, “bu it oğlunu sabah apar musiqiyə də yazdır”, məsələ bitmişdir. Yaxud “bu eşşək oğlunu niyə idmana da qoymursan?” – tərzi bütün məsələni kökündən həll etmişdir. Elm çağımız üçün olduqca önəm arz edər. Bu gün daha çox bilgi də “gözəl əxlaq”la əvəz edildiyni isbatlamış oldu. İndi böyük güclər uşaqların əllərinə silah tutmağı, bədənlərinə partlayıcı qurğuları necə bağlayıb özlərini qanına qəltan etməyin metodunu öyrədir. Bu gün dünyanın böyük və qara gücləri bizim gələcək zamanın qisasını uşaqlarımızdan alırlar. Məncə, onları yetişdirməyin və sabahlara həvalə etməyin ən təməl ilkəsi uşaqlara bol-bol valideyn, nəsl-şəcərə, genetik sevgi ötürüb bu sevgini İlahi eşqə dönüşdürməkdir, sonucda əxlaqa uyğunlaşdırmaqdır.Bilgidə insanlarla və cəmiyyətlə ünsiyyəti tənzimləyən əxlaq olmalıdır. Savadlı, güclü istedadlı olmaq bu gün daha qorxuncdur. O savad, güc, istedad İNANC nəzarətində deyilsə, o insan heyvandan belə zərərlidir. Heyvanın heç olmasa əti yeyilir, onun isə ələ gələn heç nəyi olmur. Ondansa, bir robota sahib olmaq daha faydalı və uyğundur. Məncə, uşaqlarımıza saydıqlarınızı öyrədincə, heç olmasa sağdan sola yazılmağı, yazı qaydasını (Orhun-Yenisey əlifbasını) öyrədib düşünmə imkanını vermək lazımdır. Ən böyük qabiliyyət də, istedad da, əxlaq da bu tərz öyrənim və mənimsəmələrdədir.

Leyla Tofiqqızı

(Rejissor)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Məncə, heç bir valideynin bəhsinə görə deyil, övladımızın gələcəyi üçün etməliyik nə ediriksə. Valideyn olaraq ilk öncə yönləndirmək lazımdır bir neçə istiqamətə və sonda övladımızın öz seçimi ilə razılaşmalıyıq. Təbii ki, dəstəyimizi əsirgəməməliyik.

İsmayıl Tanrıverdi

(Erməni araşdırmaları elmi-tətqiqat mərkəzinin rəhbəri)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Valideyn uşaqda olan istedadı dəyərləndirərək onu həmin sahəyə yönəltməlidir. Onun qabiliyyətinin inkişafı və təkmilləşməsi üçün düzgün yol göstərməlidir. Uşaqların eyni zamanda bir neçə sahəyə yönəldilməsi düzgün deyil. Məs: bizim nəslimizdə rəssamlığa meyli olanların sayı üstünlük təşkil etdiyindən uşaqlarımızın da əksəriyyəti bu sahəyə həvəs göstərirlər. Ola bilər ki, ikinci sahə rəqs və ya musiqi olsun, çünki bu sahələr zehni düşüncədən sonra dincəlmək üçün çox gözəl vasitə ola bilər. Səhv etmirəmsə, bizdə orta məktəblərdə ayrıca rəqs dərsləri keçilmir, amma bədxah qonşularımızda məktəblərdə rəqs dərsləri, əsasən də YALLI rəqsləri xüsusi önəm daşıyır. Nəticəsini də görürük…

Ehram Məcidov

(İdmançı, 5 qat dünya çempionu)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Yaxşı xüsusiyyətləri valideynlərin bir-birinin başına övladlarını yönəltməkdə olan peşələri övladlarına öyrətməkdə məncə doğru edirlər. Uşağın yüksək olan öz istedadı sonunda gələcəyi üçün mükəmməl olacaq.Doğru olan insan həyatında lazımi bir neça peşələri öyrənmək, gələcək üçün uğurlu addımdır.

Şahin Yüksel Sarkarov

(Fotoqraf)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?
Məncə, valideyn aşkarlamalıdır ki, uşağın hansı sahəyə daha çox həvəsi var və nəyi yaxşı bacarır.Valideyn uşaqda olan istedadı görüb yönəltməlidir.

Ayişə Nəbi

(Yazar)

Ata-ananın uşağı yönəltməyi mütləq lazımdır. Amma burada diqqət ediləcək bir şey var ki, uşağın bəlli bir marağı və istedadı hiss olununca o yönəldilməlidir. Mənim çox bəyəndiyim Osmanlı tərbiyə üsulunda uşaqları kiçik yaşda hər şeylə tanış edib, hər sahədən öyrədirdilər ki, ağlı kəsəndə istədiyini seçə bilsin. Niyə Osmanlı sultanları hamısı şeir yazır, musiqi çalır, idman və sənətlə məşğul olurdular. Maddi ehtiyacdanmı? Əlbəttə ki, yox, bir insan mükəmməl olmaq üçün hər sahədən xəbəri olmalıdır. Qədim alimlərə baxın, heç biri nə sadəcə filosof, nə də sadəcə riyaziyyatçıdır.Onlar həm riyaziyyatçı, həm də filosofdurlar

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?
Bir fikir var ki, insan özündə hansı sahəni, sənəti gəlişdirirsə, o sahə onda daha inkişaf edir. Uşağa da körpəlikdən nə aşılanırsa, içində o böyüyür. Normal, adi insanlar heç vaxt uşağına oğru ol, əyri ol demir, amma böyüyəndə yaxşı ailənin də uşağı bir də görürsən oğru-əyri olur. Bunun səbəbləri, bəlkə, körpəlikdən şüuraltına işləmiş hansısa təsir ola bilər, gen faktoru danılmazdır, mühit, sonrakı yaşam boyu qazandıqları. Amma bildiyim tək bir şey var ki, sağlam genli uşaq kiçiklikdən “torbasına” nə yığırsa böyüyüb hansı mühitə düşməyindən asılı olmayaraq öz daxili senzurasından, olar-olmazlar qanunundan qurtulmur, mühit onu pis adam edə bilmir. Uşaqların körpəlikdən musiqi, rəsm, idman və daha bir sürü məşğuliyyətlərə məcburi cəlb olunmasının tərəfdarıyam. Çünki mükəmməllik hərtərəfli olmaqdır, zövqün gəlişməsi üçün o zövqü formalaşdırmaq lazımdır. Məsələn, orta məktəb dərsliklərinə baxın, burada hər şey var, bir uşaq bu proqramı tam mənimsəsə həyata hazır olur. Bir tək əksiklə, məktəblərdə mənəviyyat dərsləri yoxdur. Əskilərdə xüsusi əxlaq dərsi vardı. Bu çox böyük məsələdir. Müasir, hətta lap uzun zamandır ki, məktəblər, eləcə də evdə böyüklər uşaqlara lazım olan elmləri, bacarıqları, sənətləri öyrədirlər ki, sabah ac qalmasın, əli çörəyə çatsın. Amma əxlaq, mənəviyyat dərsi ilə təbii ki, əli çörəyə çatmayacaq, ona görə də bu sahə arada unudulub. Tarix isə insanlıqdan uzaqda ola bilməz. Bütün dünyəvi elmlərin başında əxlaq və mənəviyyat dərsləri keçilməli və insan yetişməlidir. Osmanlı sultanları öz uşaqları ilə şahmat oynayanda həmişə bilərək onlara uduzurdular ki, uşaqlar yenilgiyə alışmasınlar, qürurlu, özünə inamlı insan kimi böyüsünlər. Yoxsa, səsini çıxartsan “dədən öldürər” taktikası ilə əsl insan yetişməz.Biz uşaqlara xoşbəxt olmağı öyrətmirik, uğur qazanmağı öyrədirik. Səhvimiz buradadır. Texnika əsridir, geri qalırıq, “əcnəbi göydə balonlarla uçur” deyə biz də yerdə onların kölgəsinə qaçırıq. Nə onlardan oluruq, nə də özümüz.Məncə, çağdaş ölkədə tibb, təhsil pulsuz olduğu kimi uşaqların əlavə məşğuliyyət sahələri də pulsuz olmalı və hər uşaq bir neçə sahədə özünü sınamalı ki, axırda nə istədiyini anlasın və gəlişsin. Eləcə də mənəvi sahədə.

Şirazi İbrahimov

(Həkim)

Bu sualı cavablandırmaq üçün bir neçə aspektdən baxmaq lazımdır.Hər uşaq öz istedadını dərk etmir. Bu halda valideyn mütləq istiqamət verməlidir.Uşaq hər hansı peşə üzrə öz istedadını anlayır, ancaq valideynlər öz istəklərini həyata keçirməyə cəhd edirlər. Nəticədə gələcəkdə həmin uşaqların çoxu valideynlərinin istəyi ilə peşə seçdiklərinə görə, həmin sənəti sevə bilmirlər. Bəzi valideynlər uşaqlarının istedadını görə bilmirlər, ona görə də dəbə uyğun olaraq idmana, rəsmə və ya musiqiyə zorla uşaqlarını göndərirlər.
Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?
Nəticədə çox az uşaq gələcəkdə müsbət nailiyyətlər əldə edir. Bəzi valideynlər uşaqlarının istedadını görür, ancaq o sahəni özləri sevmədiyinə görə övladlarını da o istiqamətə getməyə mane olurlar. 5. Uşağın özü də, valideynləri də istedadı görürlər, ancaq qarşılıqlı könüllü olaraq o istiqamətə getməkdən imtina edirlər. Məsələn; qızlarının müğənni və ya aktrisa olmağını istəmirlər. Oğlanlarının sürücü, çilingər və ya pinəçi olmağını istəmirlər. Təhsil alıb başqa peşəyə yiyələnirlər. Bu yanaşmaları artırmaq da olar. Ancaq hələlik bu qədər. Ümumilikdə uşaqlarımızın həkim, müəllim, mühəndis, hüquqşünas, iqtisadçı, hərbiçi, polis, jurnalist və s. olmasına idmana və ya musiqiyə getməyinə demək olar ki, heç bir ziyanı yoxdur. Yetər ki, növünü düzgün seçək. Sağlam olmaq hamıya lazımdır. Musiqi duyumu olub, hər hansı bir musiqi alətində az və ya çox ifa edə bilmək çox böyük bir uğurdur. Uşaqlarının gələcəyi üçün təhsildə hər istiqamətə əl atan valideynlər ancaq, alqışa layiqdirlər.

Şəfayət Avılbəyli Əliyev

(Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Bütün valideynlər bu gün uşaqlarını bacarığından çox, gələcəkdə iş tapmaları və həmin istiqamətə yönəltməyə çalışırlar. Siz deyən kimi əgər sivil ölkədə uşaqların bacarığı üstünlük təşkil edirsə, təəssüf ki bu bizdə alınmır.

Elcan Məmmədli

(Televiziya aparıcısı)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Əslində uşaq yaşlarından etibarən hər bir uşağın daxilində olan istedadına valideyin gərək diqqət yetirsin.Valideyin uşağın hansı istiqamətə olan həvəsini bilib o səmtə yönəltməlidir.Valideyinin arzularına gəlincə isə burada bir qədər dayanmaq lazımdır.Çünki bizim istəyimizlə uşaqlarımızın bacarığı üst-üstə düşməyə bilər.

Nəvai Metin

(Rəssam)

Sovet ittifaqının dağılması ilə əlaqədar cəmiyyətdə bir ajiataj yarandı. Adamlar çaşdılar. Çünki hamı ideal bir cəmiyət üçün, o hökuməti dağıtmaq üçün meydanlara çıxdı. Və sonradan baxdı ki, yeni qurulan cəmiyət də elə əvvəlki kimi bir cəmiyət imiş, amma daha pis variantıymış.Hər bir cəmiyyətin pis xüsusiyətləri olduğu kimi, kapitalizm də belə pisliklərdən xali deyil. Pisliklər daha çoxdur. Və adamlar müxtəlif yollarla övladlarını belə pis vərdişlərdən uzaqlaşdırmaq üçün idman, rəsm, musiqi və ya başqa dərnəklərə yönləndirdilər məcbur olaraq. Burada təbii ki, idman öndə gedir. Buna da ancaq təəssüflənmək olar. O da yenə sistemin gətirdiyi pislikdir. Adamlar baxır ki, idmançı yarışa gedir. Başqa dövlətə və dövlət onları tam təmin edir. Çünki idman dünyada qumara çevrilib Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?Rəssam isə başqa dövlətə sərgi açmaq üçün gedir və bir rəsm əsərinə görə dövlətə 15 azn pul ödəyir. Bilirsiz, bu, Azərbaycan dövləti üçün biabırçı bir durumdur. Axı bizim dövlət inkişaf eləmiş dövlətdir, hər şeyimiz var… Valideyn də təbii ki, istəyir uşağı daha gəlirli sahəyə getsin. Buna görə idmana maraq daha çoxdur. İdman salonları dövlətin yardımı hesabına açılır. Fəaliyyət göstərir. Rəsm studiyaları, musiqi dərnəkləri isə çabalaya-çabalaya fəaliyyətdədir. Və bir maraqlanan da yoxdur ki, bəlkə, bir kömək lazımdır. Amma olsun, bəlkə, də belə yaxşıdır. Şəhərdə bir maşın gördüm. Zaparojets… Arxa şüşəsində yazmışdı ki, zato özümündür. Kreditdə deyil. Rəsm studiyasının rəhbəri kimi mən də fəxr edirəm ki, öz zəhmətimdir.Valideynlərə gəlincə, uşaqlarının marağını mütləq nəzərə almalıdırlar. Gələcəkdə peşmanlıq hissi olmasın deyə. Bir filosofun sözü var. Deyir ki, xoşbəxt adam odur ki, ixtisası ilə hobbisi üst-üstə düşür.


Nicat Kazımov

(Gənc Tamaşaçılar teatrında aktyor və rejissor)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Uşağın istedadını dəyərləndirmək lazımdır.

Rəfail Səlimov

(İctimai radionun aparıcısı)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Tez-tez deyirlər, sənət qurban tələb edir. Amma bizdə bəzi valideynlər qonşunun qızı getdi sənətkar oldu, filankəsin oğlu dünya çempionu oldu düşüncəsi ilə öz övladlarını qurban verməklə, alçaltmaqla məşğuldurlar. Amma düşünmürlər, axtarıb, aramırlar ki, mənim oğlum (qızım) nə bacarır,arzusu nədir,pzünü harada görmək istəyir? Hər bir insan insanlığından asılı olmayaraq şəxsiyyətdir. Valideynlər övladlarını sərbəst buraxmalıdır ki, onlar həyat ümmanında öz sahillərini tapsınlar. Əbu Turxan deyirdi ki: “Yaradıcı fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir”. Valideynlərin isə edəcəkləri bəllidir: azmamaq üçün məsləhət vermək və nə olursa olsun, övladının yanında olmaq, ona dəstək durmaq, arxa olmaq. Valideynlər unutmamalıdır ki, hər insanın daxilində hər hansı bir sahəyə sevgi olur. Olmasa da nə zamansa yaranır. Yetər ki, kiçik təkan olsun. Çarpışıb, vuruşub məqsədinə çatacaq o övlad. Valideynlərin təhrik və təkidi ilə sevmədiyi işdə hər hansı bir uğur qazanmaq sadəcə mümkün deyil. Səməd Vurğun nə deyib?! “Ürəksiz yaranan hansı bir əsər, Yadigar qalmışdır sabahkı günə”. Mən istəyirəm oğlum (qızım) həkim olsun, prokuror olsun və s. və i.a. Siz sadəcə istəyə bilərsiz. Bir də maraqlanın, ay valideynlər, övladınız kim olmaq istəyir? Qonşu, qohum, filankəslərlə bəhsəbəsə girib övladınızı uçuruma aparmaqdansa rahat buraxın. Özü seçsin. Lap pis olsun. Seçdiyi sahədə alınmasın işi. Pisin özü də nəticədir.Bu mənada valideynlərin üzərinə böyük məsuliyyət düşür. “İmtahandan kəsilsən başını əzəcəm. Qəbul ola bilməsən evə gəlmə. Dediyim yerdə işləməsən övladlıqdan çıxaracam!” deməyib də “eybi yox, qızım (oğlum), alınmaz yenə sınayarsan. Yenə alınmaz başqa sahə var. Əvvəl-axır özünü tapacaqsan həyatda” desəydik yeniyetmələrin intihar sayı da az olardı.Ata, ana, valideyn olmaq çox asandır. Amma övlad ilə dost olmaq niyə belə çətindir?! Valideynlər, düşünün. Övladınızın xoşbəxtliyi sizin yox yalnız onların öz seçimlərində mümkündür.

Kərim Kərimli
(Jurnalist)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

– Ümumiyyətlə, uşağın tərbiyəsində, təhsilində, peşə seçimində, gələcəyinin müəyyənləşdirilməsində başqaları ilə bəhsə girib qərar qəbul etmək, addım atmaq olmaz. Bu, övladlarımızın taleyinə pis təsir edə, mənfi rol oynaya bilər. Əlbəttə, bəzən nəticə yaxşı da ola bilər, ancaq bu adətən nadir halllarda olur. Əsasən isə əksinə.Mənim fikrimcə uşaqlarımızı çox yükləməməliyik: eyni vaxtda idman,rəsm,musiqi, rəqs, şahmat və s. azyaşlı uşağın həm sağlamlığına, psixikasına zərbə ola bilər, həm də ümumiyyətlə. Əli aşından da edər, Vəli aşından da. Valideyn öz övladına istiqamət verə bilər, amma zorla onu öz arzusuna uyğun istiqamətə yönəltməməlidir. Valideyn uşağın istedadını, bacarığını, necə deyərlər, təyinatını müəyyənləşdirməyə, tapıb üzə çıxartmağa çalışmalıdır….Və əlbəttə uşağa da lazımi kömək göstərməlidir ki, o öz potensialını aça bilsin, inkişaf edə, nailiyyətlər qazana bilsin. Ruhlandırmalı, həvəsləndirməlidir…

Zümrüd Məmmədova
(Hüquq müdafiəcisi)

Valideyin uşaqda olan istedada önəm verməlidir yoxsa təhsilə?

Uşaqda olan istedadı dəyərləndirməli, istiqamətləndirməlidir. Təəssüf ki hər şeyi valideyn qərarlaşdırır.

Hazırladı:
Savalan Talıblı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button