Gündəm

Qarabağ qaziləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad ediləcəklər

“Dövlət Rüsumu” haqqında qanuna edilən dəyişikliklər layihəsi Milli Məclis tərəfindən qəbul olundu.

Milli Məclisin ilk Plenar İclasında İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü olaraq “Dövlət Rüsumu” haqqında qanuna edilən dəyişikliklər layihəsini sonuncu oxunuşda təqdim etdim. Layihə Milli Məclis tərəfindən qəbul olundu.
Qəbul edilən dəyişikliklər Qarabağ qazilərimizə daha iki güzəştdən faydalanmaq imkanı verəcək.
Qanuna edilən dəyişikliklərə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulur.
Qeyd edim ki, bu layihə Parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi tərəfindən hazırlanıb. Layihə fiskal xarakter daşımaqla yanaşı, sosial təşəbbüs kimi də qiymətləndirilir.

Vüqar Bayramov, millət vəkili

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button