GündəmManşet

Quş ətlərinin qiymətləri artacaq – ÖZƏL

Hazırda 5-6 manata toyuğun bir çolpanın qiyməti 10 manatadək bahalaşa bilər

Bir neçə gündür ki respublika ərazisində mal və qoyun ətinin bahalaşması ölkə ictimaiyyətində ciddi narahatlıq və narazılıq doğurub. Belə ki, 1 kiloqram mal əti 15 manatadək, 1 kiloqram quzu əti isə 17 manatadək bahalaşıb. Ətdən hazırlanan məhsulların, yarımfabrikatların qiymətlərinin artımı da gözlənilir. Analoji qiymət artımının quş ətlərinə də şamil olunacağı istisna edilmir. Quşçuluq təsərrüfatı ilə məşğul olanlar hazırda quş yeminin və yem əlavələrinin baha olduğunu bildirərək qiymət artımlarının qaçınılmaz olduğunu vurğulayırlar. Analoq.az-ın məlumatına görə, hazırda 5-6 manata satılan bir toyuğun qiyməti 10 manatadək bahalaşa bilər.
Xatırladaq ki, iki il əvvəldən quşçular quş yemi və yem əlavələrinin idxalının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasını təklif ediblər. Hətta hökumətdə bununla bağlı müzakirələr də getdi, amma yekun qərar olmayıb.
İqtisadçı-ekspert Rövşən Ağayev Analoq.az-a bildirib ki, quş yeminin ƏDV-dən azad olunması həllini tapmadı. Ətin qiyməti sərbəst bazarda formalaşır, hökumətin çörəkdə olduğu kimi ətin qiymətində də aşkar müdaxiləsi absurd yanaşma olardı: “Hökumətin atacağı addımlardan biri ölkəyə idxal olunan heyvan yemlərinin idxalının vergidən azad edilməsi ola bilər. Digər mühüm addım kimi potensial olaraq ot bitkilərinin əkilə biləcəyi ərazilərin məcburi şəkildə texniki bitki əkinlərinə cəlb edilməsi siyasətindən çəkinməsi vacibdir. Əksinə indi yağlı yem və ot bitkilərinin daha çox stimullaşdırılamsına ehtiyac var, nəinki 3-5 inhisarçının maraqlarına xidmət edən texniki bitkilərin”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button