Manşet

“”London City” Universitetini qırmızı diplomla bitirən yeganə azərbaycanlı ” – MÜSAHİBƏ

Böyük Britaniyanın “London City” Universitetini bu il qırmızı diplomla bitirən yeganə azərbaycanlı Tofiq Seyidov haqqında sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bu cür gənclərimizin nüfuzlu universitetlərdə təhsil alması sevindirici haldır.

Tofiq Seyidov Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Elşən Abbasovun bacısı oğludur.

Moderator.az Tofiq Seyidovu Azərbaycan oxucularına təqdim etmək üçün ona bir neçə sual ünvanlayıb.

Həmyerlimizin saytımıza müsahibəsini təqdim edirik:

– Tofiq bəy, ilk öncə özünüz haqqında məlumat verərsiniz.

-1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə 246 saylı məktəb liseyi bitirmişəm. Elə həmin il “Azərbaycan Turizm və Menecment” universitetinin “Menecment” ixtisasına qəbul olmuşam. 2017-ci ildə oranı bitirib. Universitetin Bakalavr dərəcəsini aldıqdan sonra “KICL college”-də “Business, Law and Social Sciences” ixtisası üzrə pre-master təhsili almış və 2018-ci ildə oranı fərqlənmə ilə bitirmişəm. Elə həmin il “City, University of London”-un London-un Riyaziyyat, Kompüter Elmləri və Mühəndislik məktəbini fərqlənmə ilə bitirən yeganə azərbaycanlıyam.

“City, University of London”-un “School of Mathematics, Computer Science and Engineering” fakültəsində “Business Systems, Analysis and Design” ixtisasına qəbul olmuşam.

2019-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib “Master of Science” dərəcəsinə yiyələnmişəm.

-Universitet sizə nə qazandırdı?

-City, University of London-da oxuduğum müddətdə çox sayda yeni insanlarla və yeniliklərlə tanış oldum. Bu innovasyalar və ümumi tələbə atmosferi məni öyrəndikərimi Azərbaycanda tətbiq etməyə və bunu xalqımızın daha çox gənclərinə çatdırmağa motivə edir. 2008-ci ildə ERP sahəsində böyük bir irlələyiş baş verdi. Bu yenilik biznes proses menecmentin (BPM) ənənəvi qaydasının sosial biznes proses menecment ilə (SBPM) əvəzlənib daha təkminləşmiş halının yaradılması idi. SBPM, bilinən ənənəvi BPM-ə “web 2.0” və ya “social software” funksiyalarının əlavə edilməsi ilə əmələ gələn və informasiya/bilgi axınlarının daha yaxşı idarə edilməsini təmin edən bir mexanizmdir. Sahənin yeni olması və dünyada kifayət qədər populyarlığı mənə bu sahə üzrə elmi iş yazmağa stimul verdi. SBPM-də “social tagging” mexanizminin ideya sahibi, yaradıcısı, mənim müəllim və elmi rəhbərim Dr. Mohammad Ehsan Rangihanın dəstəyi ilə SBPM-in otel sektorundakı bilgi menecmetinə təsiri üzrə elmi layihəyə başladım. Layihə uğurlu şəkildə başa çatdı. Bilgi menecmenti üzrə araşdırmalar apardığım müddət ərzində müəllimim olan Dr. Andrew MacFarlane mənə əvəzsiz sayıla biləcək ədəbiyyat siyahısı və tövsiyyələr verdi və mən bilginin alınması, saxlanılması və yenidən istifadəsinin nə qədər çətin və bir o qədər də önəmli proses olduğunu gördüm.

-Bu sahəyə marağınız nədən qaynaqlanır?

-Mənim bu sahələrə maraq salmağımın əsas məqsədi ölkəmizdə bu sahənin daha çox inkişaf etdirilməsidir. Elmi layihəmin otel sektorunu əsas götürməsinin səbəbi isə ölkəmizdə hazırda gedən turizm inkişafına dəstək olmaq idi. Dünyanın müxtəlif ölkələrindən olan yoldaşlarım öz ölkələri üçün çalışarkən, mənim də Azərbaycan üçün çalışdığımı bilmək mənə qürur və güc verirdi. İnkişaf etmiş ölkələrdə təhsilin roluna və bəhrəsinə baxanarkən ulu öndər Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” sözlərini xatırlayıram. Hazırda hədəfim bu sahə üzrə öyrəndiklərimi Azərbaycan cəmiyyətinin inkişafında rol oynaması üçün ölkəmizdə tətbiq etmək, kifayət qədər təcrübəyə yiyələndikdən sonra isə PhD edərək fəlsəfə elmlər doktoru” dərəcəsinə yiyələnməkdir.
]

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button