AktualBannerCəmiyyətRegion

Şirvan başçısının Suraxanıdakı ticarəti – Foto

Millət vəkili hörmətli Etibar Əliyev Milli Məclisin dünənki iclasında Suraxanı rayonunda böyük torpaq sahələrinin qanunsuz zəbt olunması və satılması barədə çıxış etmişdi. Bu faktlardan birini də mən qeyd etmək istəyirəm. Şəkildə gördüyünüz obyekt- “Mokka lounge&pub” Şirvanın indiki, Suraxanı rayonuna 14 il rəhbərlik etmiş icra başçısı İlqar Abbasova məxsusdur. 20 sotda tikilmiş obyekt bir müddət əvvəl satışa çıxarılıb.


Bunu millət vəkili Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov şəxsi Facebook səhifəsində qeyd edib. Deputat köməkçisi daha sonra yazır :

Obyektin satış qiyməti nə az nə çox 2 300 000 manat olaraq müəyyən edilib. Hazırda 10 000 manata aylıq icarədə olan obyekt İlqar Abbasovun Suraxanıdakı “nişanə”lərindən sadəcə biridir.

Fikir verin, adam özü Şirvanda icra başçısı vəzifəsini tutsa da, Suraxanı rayonunun ərazisində bu və buna bənzər milyonluq obyektlərə sahibdir. Maraqlıdır, icra başçısı milyonluq ticarət obyektlərinə hansı yollarla sahib çıxıb? Suraxanı rayonunda İlqar Abbasova məxsus olduğu bildirilən digər obyektlər də var. Bununla bağlı araşdırmamız davam edir. Ən qısa müddətdə daha ətraflı paylaşım olacaq.

Analoq.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button