Müsahibə

Ağaxan Salmanlı xatirələrdə daima yaşayacaq

Dünən bütün xəbər saytlarında respublikanın xalq artisti Ağaxan Salmanovun dünyasını dəyişməsi xəbəri yer aldı.Azərbaycan mədəniyyətinin,teatr və kinosunun itirdiyi ustad sənətkar 78 yaşında bu dünyayla əbədi vidalaşdı.

1941-ci il oktyabr ayının 29-da Bakıda anadan sənətkar 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyoru fakültəsini bitirir,elə həmin il oktyabr ayının 1-dən Azərbaycan Dövlət GTT-nın aktyor truppasına qəbul olunub.

Ağaxan Salmanlı sənətə gəldiyi ilk gündən teatr ictimaiyyətinin diqqətini cəlb edir.Lirik-psixoloji ovqatlı, fəci-dramatik, eyni zamanda komik və xarakterik obrazların mahir ifaçısı kimi özünü göstərə bilir, tamaşaçıların sevimlisinə çevrilir.

İstedadlı aktyor obrazların daxili dünyasına ağılla müdaxilə edir, onların mahiyyət və psixoloji durumunu dəqiq mənimsəyir, sonra ifa prosesini yaşayırdı. Buna görə də onun bütün psixofizioloji durumu obrazların konseptual və praktik durumu ilə tarazlaşırdı. Ağaxan Salmanlının təcəssümündə Kərbəlayi Mirzəli (C. Məmmədquluzadə. “Dabaşa kəndinin məktəbi”), Məcid (N.B. Vəzirov. ”Dələduz), Romeo (U. Şekspir. “Romeo və Cülyetta”,) Cəfər Cabbarlı (“”Seyfəddin Dağlı. “Aydınlığa doğru”), Səməd (İ.Qasımov, H. Seyidbəyli. “Sən nə üçün yaşayırsan?”), Artur (Eteri Voyniç. “Ovod”), Hacı Murad (S.S. Axundov. “Tamahkar”) və s. dünya dramaturgiyasından təcəssüm tapan tamaşalarda yaratdığı obrazlar tamaşaçılar tərərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdır.

Ağaxan Salmanlı sənətə gəldiyi ilk gündən teatr ictimaiyyətinin diqqətini cəlb etmiş, lirik-psixoloji ovqatlı, fəci-dramatik, eyni zamanda komik və xarakterik obrazların mahir ifaçısı kimi özünü göstərə bilmiş, tamaşaçıların sevimlisinə çevrilmişdir. Istedadlı aktyor obrazların daxili dünyasına ağılla müdaxilə edir, onların mahiyyət və psixoloji durumunu dəqiq mənimsəyir, sonra ifa prosesini yaşayırdı. Buna görə də onun bütün psixofizioloji durumu obrazların konseptual və praktik durumu ilə tarazlaşırdı. Ağaxan Salmanlının təcəssümündə Kərbəlayi Mirzəli (C. Məmmədquluzadə. “Dabaşa kəndinin məktəbi”), Məcid (N.B. Vəzirov. ”Dələduz), Romeo (U. Şekspir. “Romeo və Cülyetta”,) Cəfər Cabbarlı (“”Seyfəddin Dağlı. “Aydınlığa doğru”), Səməd (İ.Qasımov, H. Seyidbəyli. “Sən nə üçün yaşayırsan?”), Artur (Eteri Voyniç. “Ovod”), Hacı Murad (S.S. Axundov. “Tamahkar”) və s. dünya dramaturgiyasından təcəssüm tapan tamaşalarda yaratdığı obrazlar tamaşaçılar tərərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdır.

Ağaxan Salmanlı quruluşçu rejissor kimi də yeddi tamaşaya quruluş verib. Bu tamaşalar özlərinin aktual mövzusu və tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb etmiş, geniş tamaşaçı rəğbəti qazanmışdır.

Bu böyük teatrsevər məktəblillərdə, xüsusilə gənc tamaşaçılarda teatra məhəbbət oyatmaq məqsədilə “Gənclər teatrı və mənəvi tərbiyə” adlı bir kitab yazmış, orta məktəblərdə onun geniş təbliği ilə məşğul olmuşdur.

Böyük sənətkar kollektivlə də çox səmimi və mehriban dolanır, bütün ictimai-siyasi, fərdi yaradıcılıq tədbirlərində fəal iştirak edirdi.

9 fevral 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xaq artisti fəxri adlarına layiq görülmüşdür. 6 may 2016-cı ildən Prezindentin fərdi təqaüdçüsü idi.

Xalq artisti ölümündən bir gün qabaq sevimli nəvəsinin toy məclisində iştirak edir.Bir baba kimi ona xeyir dua verir,əl qaldırıb doyunca oynayır.Amma fələk Ağaxan müəllimə toyun sevincini , gələcəkdə nəticə görməyi nəsib etmir.

Ömrünü buradaca tamamlayan ustad sənətkar toyun səhərisi günü oğlu Mətinlə zəngləşib onlara gələcəyini söyləyir. Son telefon danışığından cəmi beş dəqiqə sonra ….

Mətin gəlib yetişənə qədər artıq atası gözlərini əbədi yummuşdu.

Sənətkarla son görüş onun yaşadığı evdə baş tutdu. Vida mərasimində aktyorla son görüşə sənət yoldaşları, teatr xadimləri iştirak edib.

“Yeni Suraxanı” qəbiristanlığında torpağa tapşırılan xalq artistini sənət dostları belə ifadə etdilər:

Oğlu Mətin Salmanlı
Hamı bilir ki,o gün bizim evdə toy idi.Atam da özünü yaxşı hiss edirdi,səhərdə yaxşı idi.Avtobusda olanda zəng etdi ki,gəlirəm sizə çay içib gedəcəm teatra.Üç dəqiqə keçdi və zəng gəldi ki,atanızın halı yaxşı deyil,hazırlaşıb evdən çıxırdım növbəti zəngdə dedilər ki,artıq vəfat edib.Doğrudur valdeyin itkisi ağırdı amma Ağaxan Salmanlı kimi atanı itirmək daha çox ağırdı.Hər zaman deyib gülürdü,şikayət etmirdi elə heç kimə əziyyət vermədən bu dünyadan köçdü.

Xalq artisti Naibə Allahverdiyeva

Belə gündə adam nə danışa bilər?! Ancaq kədər,qəm… Neçə illik dostumu itirdim. Ağaxanın Azərbaycan teatr və kino sənətində özünəməxsus yeri olub. Teatrda ilk dəfə mənə məhz Ağaxan müəllim rol verib.Dünən nəvəsinin toyunda idik.Mən məşqdən çıxmışdım,getmək istəmirdim sanki bir qüvvə mənə dedi ki yorğun da olsan toya get.Restorana çatan kimi “Gözəlçə gəldi” söylədi.Bir neçə dəfə oynadıq.Daha sonra xahiş etdi ki, mahnı oxuyum ,tərəddüt etsəm də dedi “Mən səndən xahiş edirəm” heç bilməzdim son xahişi olacaq.Elə toy zamanıda üzündə müəyyən niskil var idi.Sanki sonuncu dəfə hamını görürdü.Elə hey hamını izləyirdi ,hamı ilə oynayır, deyib gülürdü.Sanki ölümü ürəyinə danınmışdı.

Ağaxan müəllimin yeri hər zaman görünəcək.
Allah rəhmət eləsin.

Xalq artisti Nübar Novruzova

Mən analıq məzuniyyətindən sonra teatra gələndə boşluq yaranmışdı.Ağaxan müəllim məhz onda ilk rolu mənə verəndə dedi ki ,sən bu teatrın siması olmusan,sənin yerin səhnədi oynamalısan.Ağaxan müəllimlə bir səhnədə oynamaq insana ləzzət edirdi , çünki,heç bir tərəf-müqabilinə əziyyət vermirdi.Hər zaman o insandan pozitiv enerji alırdıq.

Dünən elə nəvəsinin toyunda idik.Məni görüb çox sevindi.Bir neçə dəfə rəqsə dəvət etdi.Ən sevdiyi nəvəsinin toyu idi, çox sevinirdi.Ən rahat ölüm məhz Ağaxan müəllimə nəsib oldu.Dünən nəvə toyu gördü və heç kimə əziyyət vermədən vəfat etdi.

Allah rəhmət eləsin ruhu şad olsun.
Nə qədər Azərbaycan mədəniyyəti var bir o qədər də Ağaxan Salmanlı adı yaşayacaq.

Əməkdar artist Şəfəq Əliyeva

Mənim üçün çox ağır gündü.Bu gün dostumu,sirdaşımı,dərd yoldaşımı itirdim.Çox müalyim, səmimi dost idi. Ağaxan insanın həm dar həm də şən günündə insana dayaq idi.Mən bu günə kimi Ağaxan Salmanlı kimi teatrı sevən adam görməmişdim. O,gənclərə nümunə idi, hər zaman gənclərə dəstək olurdu.

Bu gün axşam “III-cü Riçard” tamaşasını oynayacaq idi , amma təəsüf ki o bizə qəfil sonuncu tamaşasını oynadı.

Allah rəhmət eləsin.

Əməkdar artist Elnur Hüseynov

1998-ci ildə teatra gəldiyim ilk gündən Ağaxan müəllim mənə və mənim kimi bütün gənclərə dəstək oldu.Bu günə kimi bir çoxumuz onun tamaşaları ilə böyümüşük.Ağaxan müəllim istər uşaq istərsə də böyüklər üçün tamaşaları çox mükəmməl qurardı. Məhz ona görə də teatrda ən uzun ömürlü tamaşalar Ağaxan müəllimin tamaşaları idi.
O,uşaqların nə istədiyini çox yaxşı bilirdi.Ağaxan müəllim bəzən pyes tapmaz,nağıllar axtarmazdı, özündən nağıllar yazar,pyeslər hazırlayardı.Gənc Tamaşaçılar Teatrında Ağaxan Salmanlı kimi komediya tamaşası hazırlayan ikinci insan tanımıram.
Ağaxan müəllim mükəmməl teatr bilicisi,dramaturq,rejissor və aktyor idi. Bu gün də bir çox teatrlarda onun müəllif olduğu əsərlər,qurluş verdiyi tamaşalar oynanılır.
Son dəfə xahiş etdim ki mənə əsər lazımdı, amma 32 nəfər olsun məktəbdə hazırlamaq üçün,Bir gecəyə mənim üçün folklor janrında gözlənilmədən bir əsər yazdı.Əsəri oxuyanda çox xoşuma gəldi.
Ağaxan müəllimin çox güclü yaddaşı var idi.Qırx il bundan əvvəl tədbirdə kimlərlə oturmuşdu,kimlər danışırdı onları əzbər deyirdi.Onunla fikir mübadiləsi aparmaq o qədər gözəl idi ki,hər zaman müxtəllif mövzularda adama məsləhətlər verirdi.
Bir neçə gün sonra qurluş verdiyi “Tıq-Tıq xanım” tamaşasının 75-ci tamaşası olacaqdı. Özü demişdi ki, çıxışdan sonra sonra sizə şirniyyat gətirəcəm qeyd edəcəyik.
Mən şəxsən xoşbəxt aktyoram ki mən Ağaxan Salmanlı ilə birgə səhnədə olmuşam.
Ağaxan Salmanlı hər zaman bizim qəlbimizdədir.
Allah rəhmət eləsin.

Ağaxan Salmanlı xatirələrdə daima yaşayacaq
Ağaxan Salmanlı xatirələrdə daima yaşayacaq

Söhbətləşdi:Turan Etibaroğlu

Daha çox
Back to top button
Close