Müsahibə

“Adamların çox olduğu yerlərdə demək olar ki, olmuram”-Elman Nəsirov

“Koronavirusdan qorunmaq üçün indiyə kimi heç bir maskadan istifadə etməmişəm”.Analoq.az -ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.“Mən əllərimi tez-tez yumağı xoşlayıram. Adamların çox olduğu yerlərdə demək olar ki, olmuram. Onu da deyim ki, axşam və səhər boğazımı yaxalayıram. Bundan əlavə, C vitamini qəbul edirəm. Ümumiyyətlə payız və yaz mövsümündə bəzi xəstəliklər baş qaldırır. Ondan qorunmaq üçün isə immuniteti gücləndirmək lazımdır” – E.Nəsirov qeyd edib.

Deputat onun zəif nöqtəsinin boğazı olduğunu deyib: “İşimizlə bağlı çox danışırıq. Bu da bizim səs tellərimizə öz təsirini göstərir. Ona görə də səhər və axşam boğazımı yaxalayıram”. (Report)

Analoq.az

Daha çox
Back to top button
Close