Manşet

İran yenidən qarışdı -“Bahalı inflyasiya insanların həyatının bəlasıdır”

İranda etiraz aksiyaları səngimək bilmir. Budəfəki aksiyalara təkanı sosial problemlər verib.Musavat.com-un xəbərinə görə, Xuzistan əyalətinin təqaüdçüləri yaşayış şəraitinin pis olmasına və Ali Əmək Şurasının qərarına etiraz əlaməti olaraq toplaşaraq, “Təqaüdçünün soyuducusu, əvvəlkindən daha boş”, “Dünənin döyüşçüləri, bu günün acları” şüarlarını səsləndiriblər.

Əhvaz şəhərinin bir qrup təqaüdçüsü və sosial təminat pensiyaçısı isə Xuzistanın Sosial Müdafiə Baş İdarəsi qarşısında yaşayış şəraitinin pis olmasına və onların tələblərinin nəzərə alınmamasına etiraz ediblər. Etirazçılar “Təqaüdçü problemi nə vaxt həll olunacaq?”, “Bahalı inflyasiya insanların həyatının bəlasıdır” şüarları səsləndirilib.

Şuş şəhərinin bir qrup təqaüdçüsü də eyni səbəbdən küçələrə çıxıb. Onlar “Yalnız küçənin döşəməsi bizim haqqımızdır” şüarını səsləndiriblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button