Mədəniyyət

Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Azərbaycanda bütün teatr və konsert müəssisələri koronavirus təhlükəsi ilə əlaqədar 27 mart tarixinə qədər bağlanıb.

Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq sərəncam imzalayıb.

Sərəncam əsasən,Kronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün teatr və konsert müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 7-dən 27-dək bütün teatr və konsert müəssisələrində çalışan heyət evə buraxılıb, repertuarda nəzərdə tutulan tamaşaların vaxtı qeyri-müəyyən vaxta təxirə salınıb.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button