Mədəniyyət

“Eşqin tikan dairəsi” tamaşası nümayiş olunub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Dərbənd Dövlət Azərbaycan Dram Teatrı ilə birgə həyata keçirdiyi şair-dramaturq İftixarın “Eşqin tikan dairəsi” əsəri əsasında hazırlanan tamaşanı 6 mart 2020-ci ildə Dərbənd şəhərində tamaşaçılara təqdim edib.
Layihə dövlətlər arası mədəni əlaqələrin inkişafı və təbliğ edilməsi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Azərbaycan Dram Teatrı arasında bağlanan memoranduma əsasən həyata keçirilib.

Tamaşada Maxaçkaladan təşrif buyurmuş Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hacıyev xanımı ilə, Dağıstan Dövlət Rus Dram Teatrının bədii rəhbəri və Kumuk Dram Teatrının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Skandarbek Tulparov, Dərbənd şəhər merinin müavini Vidadi Zeynalov, Dərbənd şəhər mədəniyyət şöbəsinin müdiri Samilə Nəcəfova iştirak ediblər.
Anşlaqla keçən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru və quruluşçu rəssamı Əməkdar artist Sərvər Əliyev, musiqi tərtibatçısı Nicat Mirzəzadədir.

Rollarda İrəvan Teatrının aktyorları Pərvin Dadaşova, Anar Buludov, Dərbənd Teatrının aktyorları Dağıstanın Əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov və Rahilə Ömərova çıxış ediblər.
Səhnə əsərinin nümayişindən sonra Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hacıyev və Dağıstan Dövlət Rus Dram Teatrının bədii rəhbəri və Kumuk Dram Teatrının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Skandarbek Tulparov çıxış edərək “Eşqin tikan dairəsi” əsəri əsasında hazırlanan tamaşa haqqında yüksək fikirlər söyləyiblər. Dağıstan miqyasında ilk olaraq həmişə komik əsərlər hazırlandığı halda belə intelektual, fəlsəfi əsərlə ilk rastlaşdıqlarını və bunun təqdirə layiq olduğunu Dərbənd tamaşaçılarının təfəkküründə yeni pəncərə açdığını, eyni zamanda bu əsərə bir neçə teatrın müraciət edəcəyini vurğulayıblar.

Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə rəğbətlə qarşılanmışdır. Dağıstan Respublikası Mədəniyyət nazirinin müavini cənab Murad Hacıyev Azərbaycan Respublikası Mədəniyyət nazirinə təşəkkürünü bildirmişdir.

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close