BannerCəmiyyətÖlkə

Tanınmış diktor koronavirusa yoluxdu- XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Uzun illər Azərbaycan Radiosunda çalışmış , əməkdar artist, Prezident təqaüdçüsü, tanınmış diktor Sevda Saleh (Əmirova) koronavirusa yoluxub. Bu barədə Analoq.az-a Sevda Salehin qızı Gültən Ramazanova məlumat verib. Hal- hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Məhəmmədi modul tipli hospitalında müalicə alan dəyərli Sevda xanıma Allahdan şəfa diləyirik.

Qeyd edək ki , Sevda Saleh 2017 – ci ildə Jurnalistlər binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mənzillə də təmin olunub.
Əlavə məlumat əldə etdikdən sonra daha ətraflı informasiya verəcəyik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3.7]

Back to top button