Dünya

Səfərbərlikdən yayınlara 10 il həbs cəzası

Rusiyada səfərbərlik çağırışına əməl etməyənlər 10 ilədək həbs cəzası ala bilərlər.Yeni nizamnaməyə əsasən komandanlığın əmrinə tabe olmayan və silahlı əməliyyatlarda iştirakdan imtina edənlər cəzalandırılacaq. Onları 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra qərarla bağlı hüquqi tənzimləmələr başlayıb. Rusiya parlamentinin Federasiya Şurası Rusiya Cinayət Məcəlləsində qismən səfərbərliyin elan edilməsi ilə bağlı yeni tənzimləmələr edib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlətə xəyanət başlıqlı maddəsinə görə, səfərbərlik qərarına tabe olmayan və orduya qatılmayanlar 3 ildən 10 ilədək həbs cəzası ala bilərlər. Yenə eyni tənzimləmədə komandanlığın əmrlərinə tabe olmayan və silahlı əməliyyatlarda iştirakdan imtina edənləri 2 ildən 3 ilə qədər həbs cəzası gözləyir. Müharibə zamanı talançılıq kimi fəaliyyətlərdə iştirak edənləri də 15 ilə qədər həbs gözləyir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button